Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   33   34   35   36   37   38   39   40   ...   90

 
127 
məsələsidir. Müharibədə bir kəndi, şəhəri, rayonu satanın bir adı 
var,  o  da  satqındır!  Satqının  yaxşısı,  pisi  olmaz.  Satqınlığı, 
uğursuzluğu  dərəcələrə  bölüb  vaxt  itirmək,  vəsait  xərcləmək 
olmaz. Müharibədə uğurlar isə müxtəlifdir. Kimi igidlik göstərir, 
kimi qəhrəmanlıq  göstərir, kimi isə vicdanla döyüşür. Hərənin öz 
qiyməti  var  və  bu  qiymətlər  isə  müxtəlifdir.  Deməli,  hərbdə  də 
uğursuzluq yox, uğur dərəcələrə bölünür. 
Təhsil  sahəsində  tarixi  ənənə  əsasında  qərarlaşmış  nəticə 
bundan  ibarətdir  ki,  adətən  “mənimsəmə“,  “müvəffəqiyyət“ 
qiymətləndirilir  və  səviyyələrə  bölünür.  Uğursuzluq  isə 
səviyyələrə bölünmür.  
  
 
 
Biliyin 
qiymətləndirilməsi 
ilə 
bağlı 
fikirlərimi  
“Azərbaycan“  qəzetinin  8.02.2002-ci  il  tarixli  sayında 
söyləmişəm. O fikirlərin bəzilərini təzədən oxucuların  diqqətinə 
çatdırmağı məqsədəuyğun hesab edirəm. 
 
Mənim  nöqteyi-nəzərimcə,  istənilən  təhsil  müəssisəsi 
(məktəb,  kollec,  universitet  və  s.)  dövlətin  (və  ya  vətəndaşların) 
təhsilə ayırdığı pulu təhsilalanların biliyinə çevirən qurumdur. Bu 
quruma şərti olaraq «təhsil maşını»da demək olar.  
 
Bu maşın ideal olarsa, qüsursuz işlərsə, onda dövlətin və 
ya  vətəndaşın  təhsilə  ayırdığı  pul  tam  biliyə  çevrilər.  Yəni  belə 
təhsil  maşınının  faydalı  iş  əmsalı  (f.i.ə.)  100  faiz  olar.  Nə 
totalitar,  nə  də  demokratik  cəmiyyətlərdə  belə  maşın  qurmaq 
mümkün  olmamışdır.  Belə  maşın  qurmaq  qabaqcıl  ölkələrin 
ümdə  arzularındandır.  Deməli,  real  təhsil  maşınının  f.i.ə.  100 
faizdən  az  olacaqdır,  çünki  həm  də  təhsilalanların  intellektual 
qabiliyyəti  və  ya  “ay-kü“  əmsalı  (bax:  §15.3)  müxtəlifdir,  eyni 
deyildir. Bəşəri təcrübə göstərir ki, normal təhsil maşınının f.i.ə. 
aşağı,  minimum  həddi  60  faiz,  maksimum  həddi  isə  100%-dən 
aşağıdır. 
 
Aşağı həddin niyə 60 faiz götürüldüyünü izah etmək çətin 
deyildir.  Misal  üçün,  bizim  orta  məktəblərimizin  8-ci  sinfində 
“Azərbaycan  coğrafiyası“  fənni  il  ərzində  tədris  olunur.  Dövlət 


 
128 
bu  fənn  proqramının  tədrisinə  təqribən  80  saat  ayırıbdır  və  
proqramı maliyyələşdirir.  
 
Məktəb  isə  dövlətdən  maliyyə  alaraq  bu  proqramın 
reallaşmasını  öz  üzərinə  götürən  qurumdur.  Bunun  üçün  zəruri 
infrastruktura  (sinif  otağı,  maddi-texniki  baza  və  s.)  yaradaraq, 
coğrafiya müəllimini bu işə cəlb edərək, proqramı yerinə yetirir. 
 
 Fənnin öyrənilməsinə nəzarət etmək üçün düşünülmüş bir 
mexanizm də vardır. Mexanizm də bundan ibarətdir ki, müəllim 
rüb ərzində şagirdi bir neçə dəfə danışdırır, biliyini qiymətləndirir 
və  rüblük  qiymətini  müəyyənləşdirir.  Sonra  rüblük  qiymətlər 
əsasında illik qiymət çıxarır (bəzən nəticəni dəqiqləşdirmək üçün 
proqramın  tədrisinin  sonunda  əlavə  imtahan  da  keçirmək  olar). 
Fərz  edək  ki,  hər  hansı  bir  şagird  “Azərbaycan  coğrafiyası“ 
fənnindən bütün rüblərin nəticələrinə görə 3 qiymət almışdır. 700 
ballı şkalada bu, 420 bala ekvivalentdir.  Bu, nə deməkdir? Bu, o 
deməkdir  ki,  şagird  dövlət  tərəfindən  tərtib  edilmiş  fənn 
proqramının 3/5-nü mənimsəmişdir, yəni 10 göl, dəniz və  çaydan 
6-nın  adını,  10    şəhərdən  6-sı  haqqında,  onun  iqtisadiyyatı,   
haqqında  kifayət  qədər  məlumatı  var,  yerini  xəritədə  düz  
göstərəbilir və s. 
 
Dövləti baxımdan bu o deməkdir ki,  bu fənnin  bu şagird 
tərəfindən  mənimsənilməsi  üçün  ayrılan  vəsaitin  60  faizi  biliyə 
çevrilib, 40 faizi çevrilməyibdir. Digər tərəfdən bu o deməkdir ki, 
şagird  minumum  bilik  toplayıb,  vaxtından  çox  da  səmərəli 
istifadə etməyibdir. Bütün dünya dövlətləri yəqin ki, bu səbəbdən 
50%-i  yox,  məhz  60%-i  məqbul,  kafi  hədd  sayırlar.  60% 
mənimsəmə 
qiymətləndirilmənin 
beynəlxalq 
standartının 
minimum həddi  hesab edilir. Məntiq isə sadədir: dövlətin  və  ya 
vətəndaşların  təhsilə  ayırdıqları  vəsaitin  yarıdan  çoxu  (60%-i) 
məqsədinə xidmət etməli və biliyə çevrilməlidir.  
Atalarımız  çox  yaxşı  deyiblər:  “dad  yarımçıq  əlindən“. 
Məktəb  yarımçıq  insan  yetişdirməməlidir.  Milli  standart  adı 
altında    mənimsəməni  40-50%-ə  endirmək  yolverilməzdir.  
Dövlət  və  cəmiyyət  buna  dözməməlidir.  Prinsipcə  cəmiyyət 


 
129 
kamilləşdikcə  kafi  hədd  (60%)  sağ  tərəfə,  yüksək  faizlər  tərəfə 
sürüşməlidir. 
 
«Bilmir»  parçasının  uzunluğunun  L
m
  «bilir»  parçasının 
uzunluğuna  L

(bax:  şəkil  14.1)  nisbəti  ilə  biliyin 
mənimsənilməsinin faiz göstəricisi arasında münasibət şəkil 14.2-
də  göstərilmişdir.  Şəkildə  A  nöqtəsi  sovet  təhsil  sistemini,  
nöqtəsi çağdaş inkişaf etmiş ölkələrin təhsil sistemini xarakterizə 
edir. 
 
Şəkil 14.2. Mənimsəmənin faiz göstəricisinin L
m
/ L

faktorundan asılılığı. 
 
Qrafikdən  göründüyü  kimi  ideal  təhsil  sistemi  yaratmaq 
mümkün  deyildir.  Ancaq  çalışmaq  lazımdır  ki,  işçi    nöqtə  absis 
oxu boyunca sağ tərəfə sürüşsün. 
Şəkil  14.3-dən  görünür  ki,  təhsilin  keyfiyyətini 
yüksəltmək  üçün  qeyri-məqbul  sahə  (ştrixlənmiş),  məqbul 
sahənin hesabına genişlənməlidir. 
Əgər  on  ballı  şkaladan  istifadə  etsək,  onda  müəllimin  bir  bal 
xətası    (üzürlü  və  ya  üzürsüz  səbəbdən)  fənn  proqramının 
mənimsənilməsində  10  faiz  xəta  yaradır.  Yüz  ballı  şkalada  belə 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə