Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   38   39   40   41   42   43   44   45   ...   90

 
142 
Pedaqoji  qurumlar  fəaliyyətsizlik  göstərirdi.  Attestat  dövlətin 
yox,  məsuliyyətsiz  bir  məktəb  direktorunun  sənədinə  çevrilirdi.
 
 
 
Təhsil  naziri  cənab  M.  Mərdanov  çıxışlarının  birində  ali 
təhsilin imtahan-semestr proseslərində anormallıq olduğunu etiraf 
etmişdir.  O,  deyir:  “...təəccüb  doğuran  odur  ki,  yanvarda 
imtahanlarda  dərslərə  davamiyyəti  yaxşı  olanlar  aşağı  qiymət 
alırlar.  Dərsə  getməyən  uşaqlar  isə  yüksək  qiymət  alır”.  (“Yeni 
Azərbaycan”  qəzeti,  05.11.2002,  №209).  Bu  anormallığın 
səbəbini  axtarmaq,  araşdırmaq,  qüsurları  aradan  qaldırmaq 
təhsilin  vacib  problemlərindəndir.  İlk  baxışda  bu  qüsuru  ali 
məktəb  müəllimlərinin  ayağına  yazmaq  olar.  Yəni  müəllimlər 
gəlməyənlərə müəyyən səbəblərdən yüksək qiymət verirlərsə, bu, 
ali məktəb rəhbərliyinin, nazirliyin  fəaliyyətinə  gölgə salır. Belə 
müəllimlər  ya  düz  yola  dəvət  olunmalıdır,  ya  da  ali  məktəbdən 
uzaqlaşdırılmalıdırlar.  
 
 
Dövlət  imtahanları.  Təhsil  sistemində  aparılan  
imtahanlar  arasında  orta  və  ali  məktəbi  bitirərkən  aparılan 
imtahanlar xüsusi əhəmiyyət kəsb edirlər. Çünki bu imtahanların 
nəticəsi  olaraq  gəncə  attestat  və  mütəxəssis  diplomu  verilir.  Ali 
məktəbi  bitirərkən  tələbənin  verdiyi  imtahan  dövlət  imtahanı 
adlanır  və  yüksək  statusa  malikdir.  «Dövlət»  sözü  «imtahan»” 
sözünün  qarşısına  ona  görə  yazılır  ki,  dövlət  imtahan 
komissiyasının üzvləri və dövlət nümayəndəsi tərəfindən dövlətin 
mənafeyi  qorunsun, tələbənin  biliyi  və dövlətin  xərclədiyi  pulun 
biliyə necə çevrildiyi qiymətləndirilsin. 
 
Keçid  dövründə  bu  sahədə  də  dolaşıqlıq  və  məntiqsizlik  
yaranıbdır.    Misal  üçün,  BDU-nun  fizika  fakultəsinin    Dövlət 
imtahanları  siyahısında    “Xarici  dil»”,  “Elektrodinamika»”, 
“Optika»” - 2-ci kursda, “Atom fizikası»”, “Kvant mexanikası»” 
- 3-cü kursda aparılır. Aydındır ki, dövləti mənafe baxımından 2-
ci  və  3-cü  kurslarda  dövlət  imtahanı  götürməklə  ixtisasçını 
səviyyəsini qiymətləndirmək olmaz, çünki 2-ci və 3-cü kurs təhsil 
prosesinin  yarı  yoludur.  Hələ  qarşıda  dövlətin  xərclənməyən 


 
143 
pulu,  tələbənin  keçmədiyi  təhsil  yolu  durur.  Deməli,  dövlət 
imtahanı sonuncu kursun axırıncı imtahanları olmalıdır. 
Test imtahanları. Sovetlər dönəmində ali məktəbə qəbul 
ətrafında ajiotaj baş verirdi. Ölkədə ali təhsil müəssisələrinin 
süpürgəçisindən tutmuş nazirə qədər hamı avqust ayında qəbulla 
məşğul olurdu. Qəbul bütün güc strukturlarının diqqət 
mərkəzində saxlanılırdı. Bu inzibati-partiya nəzarətindən də 
çoxlu qüsurlar törəyirdi. 
 
Test  imtahanlarının  tətbiqi  irəliyə  doğru  uğurlu  və 
mütərəqqi  addımdır.  Test  imtahanları  milli  mənafeyə  uyğundur. 
Möhtərəm  Prezidentimizin  testlə  bağlı  fikri  belədir:
  «
Apk 
rznçzbpzxz  njgkxkpzs  çjüç  krçağaspaxl  szçközüksez  zs 
bkpknpk ozsöpzx apk rznçzbpzxz eaıkp tpşxpax. Tjüç hüşpş 
kpz  afaxlpas  krçağaspax,  ehəhshxzr  nk,  zeapzçpkekx, 
ozsöpzxks 
kgzxküksezs 
zs 
bkpknpküksk 
üjgkb 
apk 
rznçzbpzxz qzbşp jekxpzx». 
Test  ölkə  miqyasında  vahid  ölçüdür,  meyyardır.  Atalar 
düz deyiblər: «Ölçüdən böyük səadət yoxdur. Ölçü harmoniyanın 
əsasıdır». 
Test 
cəmiyyətimizə 
harmoniya 
gətiribdir. 
Abituriyentləri biliyə görə sıraya düzür. Rayonları və məktəbləri 
tədris uğuruna görə sıraya düzür. Yaxşı müəllimi seçməyə imkan 
verir. Belə bir sistemdən imtina etmək, ölçüdən, meyardan imtina 
etməkdir.  Şübhəsiz,  test  sistemi  ciddi  təkmilləşməlidir.
 
Sovetlər 
zamanı  qəbul  imtahanlarının  birindən  iki  alan  ali  məktəbə 
daxilolma şansını 100 faiz itirərdi. İndi bütün imtahanlardan “2“-
dən  də  aşağı  qiymət  alanlar  TQDK  tərəfindən  ali  məktəblərə 
qəbul  edilir.  Belə  gənclərin  ali  məktəbə  daxil  olması  qəbul 
imtahanlarını aparmağın zərurətini heçə endirir. Bu problem ciddi 
problemdir  və  gələcəyimizi  uçuruma  aparır.
 
Əminəm  ki,  ali 
məktəblərə 
tələbə 
qəbulu 
iki 
mərhələdə 
keçirilməsi 
məqsədəuyğundur. 
Tələbələrin 
ali 
təhsil 
ocaqlarına 
yerləşdirilməsi  ilə  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası 
məşğul olmasın. Bilik səviyyəsini test müəyyənləşdirəndən sonra 
abituriyentlərə azad seçim imkanı vermək lazımdır. Gəncin hansı 


 
144 
şəhərdə,  hansı  institutda,  hansı  fakültədə  oxumasını  özü 
seçməlidir.  Onda  çoxlu  qüsurlardan  qaça  bilərik.  Azərbaycan 
təhsil  sistemində  yaranan  qüsurların  əsas  səbəbi  TQDK-nın 
istifadə  etdiyi  700  ballı  şkalanın  aşağı  həddinin  olmaması  ilə 
bağlıdər.  On  ildir  ki,  bu  qüsur  təhsil  sistemində  özünə  möhkəm 
yer tutubdur. Aşağı həddin olmaması, qəbul ətrafında gedən söz-
söhbətin əsasıdır. 
Testin bütün uğurlarına kölgə salan faktor onun bir gündə 
başlayıb  qurtarmamasıdır,  iki  mərhələdə  aparılmasıdır.  Fəlsəfi 
kitablarda yazılır ki, fəaliyyətdə münasibət çox böyük əhəmiyyət 
kəsb  edir.  İnsan  bədənini  kəsən  cərrah  bıçağı  insanı  sağaltmaq  , 
cani bıçağı insanı öldürmək niyyəti daşıyır. 
 
Qeyd  etmək  lazımdır  ki,  test  suallarının  hazırlanma 
metodikası  da  mübahisəlidir.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
ekspertlərin  və  mütəxəssislərin  fikrincə  ilbəil  test    sualları 
sadələşdirilir.  Bu  isə  təhsilin  ümumi  səviyyəsini  ilbəil  aşağı 
endirir.  
 
Çağdaş dövrdə ali məktəblərin qəbul planı dünyada qəbul 
olunmuş  qaydalara,  standartlara  uyğun  yox,  inzibati  metodlarla 
doldurulur.  Başqa  sözlə,  ali  məktəblərə  girməyə  hüquqi-haqqı 
olmayanlar  inzibati  üsullarla  ali  məktəblərə  qəbul  edilir.  Bu  bir 
tərəfdən    təhsil  sisteminin  mövcud  qüsurunu  ekranlayır,  digər 
tərəfdən  təhsil  sisteminin  tədricən  deqradasiya  etməsinə, 
çürüməsinə,  çökməsinə  səbəb  olur.  Çünki  100  balla  da  ali 
məktəbə qəbul olmaq mümkündür. 
 
TQDK-nın  keçirdiyi  test  imtahanlarının  və  orta  məktəb 
buraxılış  imtahanlarının  nəticələri  arasında  böyük  ziddiyyətlər 
vardır. 
Ali  məktəblərə  qəbulun  nə  köhnə,  nə  də  təzə  qaydaları 
özünü  doğrultmur.  Buna  görə  bəşəri  təcrübədən  bəhrələnərək, 
həm  də  rüşvətə  zərbə  vurmaq  naminə  şagirdlər  instituta  qəbul 
olmamalıdırlar,  qeyd  olunmalıdırlar.  Bu  konseptual  müddəa 
tələb  edir  ki,  orta  məktəblərdə  gənclərə  verilən  attestatların  sayı 
ilə  institutlarda  tələbə  qəbulu  yerlərinin  sayı  arasında  uyğunluq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə