Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

 
42 
əhalinin  hər 10 min nəfərinə  düşən tələbə sayının 176 (1982-ci 
il) nəfər olması sovetlər dönəmində təhsil sahəsində qazandığımız 
uğurlardandır.  
1991-ci  ilin  əvvəli  üçün  əhalimizin  təhsil  səviyyəsi 
haqqında statistik məlumat aşağıda göstərilmişdir: 
Əmək qabiliyyətli əhalinin sayı:  4309 min nəfər. 
o cümlədən: 

 
tam ali təhsilli 
 
523 min; 

 
natamam ali təhsilli 
95 min; 

 
orta ixtisas təhsilli  
709 min; 

 
ümumi orta təhsilli 
2055 min; 

 
natamam orta təhsilli 
927 min nəfər olmuşdur. 
 
Bu uğurların əsas baza səbəblərindən biri də bundan ibarət 
idi  ki,  sovet  təhsil  sistemində  müəllimin  və  alimin  cəmiyyətdə 
sosial  statusu  və  rolu  yüksək  tutulurdu  və  bu  konseptual  xəttə 
1950-ci  illərin  sonuna  kimi  sadiq  qalındı.  Elin,  obanın  hörmətli 
insanlarına  da  “müəllim”  deyirdilər.  Azərbaycanda  ilk  Lenin 
ordeni məhz müəllimə verilmişdir.  
Sovet  quruluşunun  ilk  onillikləri  dövründə  müəllimin 
əmək haqqının yüksək olması, təhsil müəssisəsinin ədalətli idarə 
edilməsi,  Rusiya  təhsil  sisteminin  inqilabdan  qabaqkı  müsbət 
ənənələrinin  davam  etdirilməsi,  qızıl,  gümüş  medallarla  əlaçı 
məzunların  təltif edilməsi, tələbələrə təqaüdlərin verilməsi təhsil 
mühitini  münbit  edirdi,  təhsil  müəssisələri,  demək  olar  ki, 
qüsursuz  fəaliyyət  göstərirdilər.  Adlı-sanlı  məktəb  kollektivləri 
yaranmışdır.  Elə  məktəblər  var  idi  ki,  buraxılış  sinfinin  20-30% 
məzunu məktəbi medalla qurtarırdı.  
 
Müəllim və alimin qüsursuz, uğurla işləməsi üçün hər cür 
şərait  yaradılmışdı.  Universitetlərdə  haqqın,  gerçəkliyin  əsasını 
təşkil edən biliklər əldə edilir, məktəblərdə bu biliklər gənc nəslə 
öyrədilirdi.  Bu  səbəbdən  də  elm-təhsil  müəssisələri  məbəd 
statusunda fəaliyyət  göstərirdi.  


 
43 
Müəllimlər  və  alimlər  dövlət  qayğısına  fədakar  əməkləri 
ilə  cavab  verirdilər.  Təkcə  sovet  fiziklərinin  əməyi  nəticəsində 
tarixi  şəraitin  diqtəsi  altında  1947-ci  ildə  atom,  1952-ci  ildə 
hidrogen bombaları ixtira edildi.  1957-ci  ildə Yerin ilk sputniki, 
sonralar  ilk  bəşər  övladı  kosmosa  göndərildi.  Bu  uğurlar    sovet 
təhsilinin  nəticələri  idi.  ABŞ  kimi  super  dövlət  sovetlərin  bu 
uğurlarından  sonra  ilk  növbədə    öz  təhsil  sistemini  yenidən 
nəzərdən keçirdi və təftiş etdi.   
 Uğurlarımızdan  çox  danışmağı  sevdiyimizdən  onlar 
ictimaiyyətə yaxşı məlumdur. Təkcə BDU-nun timsalında demək 
olar  ki,  universitetdə  250  nəfərdən  çox  professor,  700  nəfərdən 
çox  elmlər  namizədi,  ümumiyyətlə,  1250  nəfərdən  çox  müəllim 
17 fakültədə 110-dan çox kafedrada təhsil prosesi ilə məşğuldur. 
Universitetin  bir  çox  alimləri  dünyanın  aparıcı  alimləri 
sırasındadır. Onların elmi məqalələri, əsərləri həmkarlarına yaxşı 
məlumdur  və  ixtisasçılar  tərəfindən  hörmətlə  qarşılanır  və 
öyrənilir.  Müqayisə  üçün  qeyd  edək  ki,  1921-ci  ildə 
Azərbaycanda ali savadlıların sayı cəmi 62 nəfər olmuşdur.  
70-ci illərdə elitar fakültələrdə fəhlə və kəndli balalarının 
nisbi  sayı  azalanda,  quruluş  öz  fəlsəfi  əsasına  sadiq  qalaraq  ali 
təhsil ocaqlarının hamısında fəhlə və kəndli balalarının ali təhsil 
alması  üçün  hazırlıq  fakültələri  açmışdı.  Bu  qurum  fəhlə  və 
kəndli  balalarının  nüfuzlu  ixtisaslara  qəbul  olmasına  kifayət 
qədər şərait yarada bildi. Əslində bu fakültələrin açılması 1950-ci 
illərlə  müqayisədə  70-ci  illərdə  orta  təhsilin  keyfiyyətinin  aşağı 
düşməsinin dövlət tərəfindən etirafı idi. Düzgün olardı ki, hazırlıq 
fakültələrinin    açılması  əvəzinə,  orta  təhsildə  keyfiyyətin 
qaldırılması nəzarətə götürüləydi.  
 
Müdriklərin  fikrincə  problemin  olmasından  yox, 
olmamasından  narahat  olmaq  lazımdır.  Çünki  həll  olunmuş 
problemlər,  həlli  vacib  yeni  problemlər  yaradır.  Bu  isə  inkişaf 
deməkdir. Problemlər nə qədər masştablı olarsa və həllini taparsa, 
inkişaf daha sürətli  olar. Ən vacib  şərt problemi görmək və həll 
etməkdir. Digər vacib şərt qüsurları görmək və gizlətməməkdir. 


 
44 
 
Akademik  Y.B.Xoritonun  fikrincə:  “Hər  bir  kəs  səhv 
edə  bilər.  Əsas  odur  ki,  səhv  təkrar  olmasın.  Səhvləri 
malalamaq yaramazlıqdır“. Ədalətli və yadda saxlamalı fikirdi. 
9.2  Qüsurlar 
Azərbaycan  həm  inkişafının  müasir  səviyyəsinə,  həm  də 
uğursuzluqlarına görə öz təhsil sisteminə  borcludur. Son 100 ildə 
qarşılaşdığımız  faciələr  və  əldə  etdiyimiz  uğurlar  təhsilimizlə 
bağlıdır.  Son  10  ildə  təzadlı  hallarla  qarşılaşmışıq.  Biz 
özümüzdən  sayca  az  və  iqtisadi  cəhətdən  zəif  olan  ermənilərə 
torpaq  uduzmuşuq.  Bu  təzadlı  hallar  ona  görə  baş  verib  ki,  biz 
içərisindən  keçdiyimiz  ictimai-siyasi    hadisələrin,  proseslərin 
subyekti  yox,  obyekti  olmuşuq.  Bunun  səbəbi  təhsil 
sistemimizdə  qüsurların  və  milli  təhsil  indeksimizin  (bax  §6) 
nisbətən az olmasıdır. Təhsilimiz qüsursuz olsaydı  səhv qərarlar 
yox,  düzgün  qərarlar  qəbul  edərdik  və  Qarabağ  problemində 
uduzmazdıq.  Ermənilər  Qarabağdan  qat-qat  çox  torpaqları  «göz 
qırpımında»  bizdən  oğurlayıblar.  Əgər  Dağlıq  Qarabağ 
torpaqlarını  14  il  ərzində  geri  qaytara  bilmiriksə,  burada 
təhsilimizin də günahı böyükdür. 
Sağlam  düşüncəyə  uyğun  olaraq  təhsildə  uğurlarımızdan 
çox xəstə problemlərimiz haqqında danışmağımız faydalı olardı. 
Təhsil  sistemində  tənəzzül  və  qüsurların  həm  obyektiv,  həm  də 
subyektiv  səbəbləri  var.  Bir  tərəfdən  keçid  dövrü  çətinliklər, 
problemlər  yaradır,  digər  tərəfdən  də  mənəvi  cəhətdən  qüsurlu, 
müstəqilliyin yüksək nemət olduğunu başa düşməyənlər, institutu 
zorla  qurtarmışlar,  ixtisasında  qeyri-kompitent,  funksiyasında 
savadsız  insanlar  özlərini  təhsilin  idarəetmə  strukturlarında 
yerləşdirə bilmişlər. 
Sovet təhsil sisteminin ən qüsurlu  cəhəti bundan ibarət idi 
ki,  ali  məktəbə  qəbulu  diqqət  mərkəzində  saxlayırdı,  dövlət 
adından ali məktəbin verdiyi diplomun səviyyəsi aşağı idi.İctimai 
şüurda yer almış «O, inistitüu qutarmadı, inistitut ondan qutardı» 
deyimi real həyatdan bəhrələnirdi.  Ali məktəblərin rektorlarının, 
partiya  təşkilatı  katiblərinin,  dekanların  tez-tez  təkrar  etdikləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə