Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

 
91 
görə  bilər.  Burada  mükəmməl  sözünü  bir  də  vurğulayıram. 
Çünki  mükəmməl  təhsil  sistemindən  keçməyən  gənclər  sonralar 
içərisindən  keçdikləri  prosesləri  uduzurlar,  özünə  güvənən  gənc 
kimi yetişmirlər. 
Azərbaycan  təhsil  mühitində  şagirdə  subyekt  kimi 
baxmaq  ideyası ətrafında ucuz alver edilir. Bu ideyanın əsasında 
şagirdə  insan  kimi  baxmaq,  onu  insan  kimi  sevmək,  ona 
açılmamış  potensial,  vətənin  layiqli  övladı  kimi  baxmaq  durur. 
Ona  biliyi  öyrətməklə  bərabər,  öyrənməni  öyrətmək  ideyası 
durur. Yoxsa hansısa məktəbdə «məktəb parlamenti» yaratmaqla 
şagirdi  subyektləşdirmək  absurddur.  Şagirddən  süpürgə  pulu, 
şüşə  pulu,  fond  pulu  yığmaq  nəinki  şagirdin,  hətta  məktəbin 
obyektləşməsidir.    Bu  səbəbdən  də  yüksək  idarəetmə 
orqanlarında  məktəbə  obyekt  kimi  baxan  məmurlar  da  az 
deyildir. 
Bir  gün  Eynşteyn  Rezerfordun  laboratoriyasına  gəlir  və 
onun  əməkdaşları  ilə  tanış  olur.  Tanışlıqdan  sonra  o, 
Rezerforddan soruşur: “Bu cür talantlı insanları bir laboratoriyaya 
necə yığa bilmisiniz?“” 
Rezerford:  “Mən  həmişə  onları  inandırmağa  çalışmışam 
ki, onlar məndən ağılsız deyillər“ - cavabını verir.  
Deməli,  Rezorford  öz  əməkdaşları  ilə  münasibətini 
subyekt-subyekt səviyyəsində qura bilmişdir.  
Biz  şagirdlərə,  tələbələrə  heç  zaman  yuxarıdan  aşağı 
baxmamalıyıq. Onların potensialının açılmasına  hərtərəfli kömək 
etməliyik.  Biz  onları  sındırıb  özümüzə  tabe  etməməliyik,  onları 
yüksəldib özümüzü onlara etibar etməliyik.  
İngiltərənin  kralı  VIII  Eduardın  «Amerikada  məni 
xüsusilə  heyran  edən  o  oldu  ki,  valideynlər  necə  öz  övladlarına 
qulaq asırlar» fikiri bu gün üçün də aktual və ibrətamizdir. 
 
 


 
92 
11.7. Dil dərslərinin fəlsəfəsi 
 
«Əgər  məktəblərimiz  ingilis,  fransız,  alman 
dillərində dərs keçirsə, bu, böyük nailiyyətdir. Əgər 
rus  dilində  də  təhsil  alırlarsa,  bu  da  böyük 
nailiyyətdir». 
 
Heydər Əliyev 
  
Dünyada qloballaşma prosesi gedir. Dünya qloballaşdıqca 
insanlar  tək  doğulduqları  ölkələrdə  yox,  başqa-başqa  ölkələrdə 
əmək  fəaliyyəti  göstərə  bilərlər.  İqtisadiyyatın  qloballaşması  ilə 
əlaqədar dünyada iş yerləri də qloballaşır. Bakıda kifayət qədər iş 
yerləri  xarici  ölkə  vətəndaşları  tərəfindən  tutulubdur.  Bu  proses  
get-gedə 
daha  çox  genişlənəcəkdir.  Hal-hazırda  çoxlu 
azərbaycanlı  dünyanın  müxtəlif  yerlərində  uğurla  fəaliyyət 
göstərir. Mənim universitet tələbələrim ABŞ-da, Kanadada uğurla 
çalışırlar.  Beləliklə,  almanın  Amerikada,  amerkalının  Fransada, 
fransızın    Bakıda  işləməsi  qloballaşmanın  nəticəsidir.  Bu  proses 
başlayıbdır  və  bunun  qarşısını  almaq  mümkün  deyildir.  Bu 
problemlərin  həllində  təhsil  bizə  dayaq  ola  bilər.  Biz 
vətəndaşlarımıza  keyfiyyətli  təhsil  verə  bilsək,  əvvəla,  iş 
yerlərimiz  xaricilər  tərəfindən  az  tutular,  ikincisi  də,  əksinə, 
bizimkilər gedib xaricdə iş yerlərini tuta bilərlər.    
Biz  Bakıdakı  iş  yerlərimizi  qorumağa  borcluyuq.  Bunun 
üçün gərək biz ixtisas fənləri ilə bərabər dil dərslərinin tədrisinə  
böyük  əhəmiyyət  verək.  Orta  məktəbdə,  ali  məktəbdə  və 
aspiranturada  dil  dərslərinə  çoxlu  saat  ayrılır,  deməli  dövlət 
tərəfindən bu işə pul xərclənir. Amma bu pul tam biliyə çevrilmir. 
Xərclənən  pul  dili  açmır.  2001-ci  ildə  AFR-nın  –  DAAD 
təmsilçisi komissiyamızın qonağı oldu. Söhbət əsnasında məlum 
oldu ki, o, 7-8 xarici dil bilir və o cümlədən də türk dilini. Ondan 
soruşanda ki, buna necə nail olmusunuz? O,cavabında bu dillərin 
birini  orta  məktəbdə,  birini  ali  məktəbdə,  birini  isə 
doktoranturada, qalanlarını isə sərbəst öyrəndim,- dedi.   


 
93 
 
Sovet təhsil sistemində xarici dil dərslərinin fəlsəfəsi  belə 
qurulmuşdur  ki,  şagird  orta  məktəbdə  ən  azı  bir  xarici  dil  (rus 
dilindən  əlavə),  tələbə  ali  məktəbdə  ikinci  xarici  dil,  
aspiranturada  üçüncü  xarici  dil  öyrənsin.  Ancaq  sovet  dövləti 
qapalı olduğundan bu dillər əvvəla pis tədris olunurdu, ikincisi də 
öyrənilsə  belə  tətbiq  tapmadıqlarına  görə  sonradan  unudulurdu. 
Azərbaycanda min nəfərdən çox professor, 6 mindən çox elmlər 
namizədi var, ancaq bu insanların çoxu nəinki üç və ya iki xarici 
dil, heç birini də düzəməlli bilmirlər. Keçmiş təhsil sisteminin bu 
qüsurunu  gələcəyə aparmamalıyıq.  
Sovet  təhsil  sistemi  nəinki  xarici  dil,  heç  öz 
vətəndaşlarına  rus  dilini  öyrədə  bilmədi.    Dil  bilmək  ziyalılığın, 
professorluğun  göstəricisidir.  Bizim  təhsil  sisteminin  dil 
dərslərinin effektliyi sıfıra yaxın olubdur.  
Təhsildə  effektivlik  vahid  xərcə  düşən  proqram 
materialının  mənimsənilməsidir.  Təhsildə  keyfiyyət  və  çəkilən 
xərc arasında münasibət aşağıdakı formula ilə verilə bilər:  
 
 
 
Mənimsəmə  = K 

 Xərc. 
 
 
Haradakı,  K  -  effektivlik  əmsalıdır.  Xərci  artırmaqla, 
keyfiyyəti  artırmaq  mümkündür.  Əsas  odur  ki,  az  pul  xərcləyib 
yüksək keyfiyyət əldə edəsən. Bunun üçün çalışmaq lazımdır ki, 
K  əmsalı  böyük  olsun.  K  əmsalını  artırmaq  pedaqogika, 
psixologiya və sosiologiya elmlərinin başlıca vəzifəsidir.  
 
Yadda  saxlamaq  lazımdır  ki,  fəaliyyətimizin  əksər 
sahələrində dil bizim üçün məqsəd deyil vasitədir. Dil öyrənmək 
əsasən  dilçilər  üçün  məqsəddir.  Xarici  İşlər  (və  ya  digər 
beynəlxalq  təşkilatlarla  işləyən  qurumların)  Nazirliyinin 
əməkdaşları üçün dil zəruri vasitədir

 
“İzvestiə”“”  qəzeti”  15.02.02.  tarixli  sayında  yazır: 
“Dövlət  Dumasının  Beynəlxalq  Əlaqələr  Komitəsinin  sədri 
Dmitri Roqozin  5 əcnəbi  dil bilir. Fransız  dilini orta məktəbdə, 
italyan  və  ispan  dillərini  ali  məktəbin  jurnalistika  fakultəsində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə