226
3
200-300
29,6
44,0
4
300-500
37,3
17,3
5
500-700
6,7
1,4
Cədvəl 17.5-dən göründüyü kimi dövlət ali məktəblərinin
əsas kontingentinin bilik səviyyəsi 200-500 bal intervalına
düşdüyü (77%) halda, özəl universitetlərdə bu interval 100-300
bal (81%) əhatəsindədir. Maraqlı hal odur ki, yüksək bal toplamış
(500-700) abituriyentlərdən 1,4%-i də özəl universitetlərə
üstünlük verirlər.
Dünya praktikasına əsaslanaraq, söyləmək olar ki, bir
neçə ildən sonra ölkəmizin elitar təbəqəsi öz övladlarının özəl
məktəblərdə və universitetlərdə təhsil almasına üstünlük
verəcəklər və məhz özəl universitetlər elitar təbəqənin artan
tələblərini ödəyə biləcəklər. Bu seçim uzaqda deyil. Mətbuatın
verdiyi məlumata görə artıq RF-də bu proses başlayıbdır.
Biznesmenlər, bankirlər, iş adamları öz övladlarının özəl ali təhsil
ocaqlarında təhsil almasına üstünlük verirlər. Çox təəssüf ki,
2002-ci ildə özəl universitetlərdən bəzilərinə tələbə qəbulu bu
gün də aydın olmayan səbəblərdən dayandırılmışdır.
Özəl universitetlərin yaranması yeni cəmiyyətin
məntiqindən doğduğundan milli təhsil sisteminin ayrılmaz hissəsi
hesab edilməlidir. Azərbaycanda belə universitetlərin fəaliyyəti
səhv iş deyil. Səhv odur ki, bu təhsil sektoruna münasibət yeni
quruluşun məntiqinə uyğun deyildir. Bəzən hökumət üzvüləri öz
sənədlərində və hesabatlarında bu universitetləri “qeyri-dövlət
universitetləri” adlandırır. Guya bu universitetlərin dövlətə
aidiyəti yoxdur. Bu fikir kökündən səhvdir. Çünki bu
unversitetlər də “dövlət-vətəndaş””“ münasibətlərində dövlət
universitetlərinin gördüyü işi görürlər.
Ümumiyyətlə, bu tip müəssisələri «qeyri-hökumət təhsil
müəssisələri» adlandırmaq nisbətən düzgün olardı. Bu səbəbdən
ki, belə universitetlər hökumət tərəfindən maliyyələşmirlər.
Ancaq bu termin də vəziyyəti düzgün əhatə etmir. Özəl təhsil
227
müəssisələrinin qeyri-hökumət təşkilatlarından əsas fərqi bundan
ibarətdir ki, bu təhsil müəssisələri əsasən dövləti vəzifələri yerinə
yetirir, vətəndaşları təhsilləndirir. Dövlətin təhsil sahəsində
konstitusion borcunu reallaşdırmağa xidmət edir. Dövlət
universitetləri hansı məqsədə qulluq edirsə, bu universitetlər də
həmin məqsədə qulluq edir. Bu səbəbdən də belə müəssisələri
“özəl” və ya «xüsusi» adlandırmaq daha doğrudur. Möhtərəm
prezidentimiz belə müəssisələri qeyri-dövlət təhsil müəssisəsi
yox, «özəl təhsil müəssisələri» adlandırır. Biz də bu termindən
istifadə etməliyik. Bu müəssisələrdən qazanc götürmək nəzərdə
tutulmur və tutulmamalıdır.
Məlumdur ki, valideynlərimiz övladlarının ali təhsil
alması üçün pul xərcləməyə (hətta rüşvət hesabına olsa belə)
maraqlıdırlar. Biz onların bu istəyini qanunu yolla təmin etməyə
borcluyuq və bacarmalıyıq. Burada iki yol var. Birincisi, dövlət
öz təhsil müəssisələrində əlavə yerlər açır və bunu ödənişli elan
edir. Bununla da bir qrup gənclər valideynlərinin hesabına dövlət
təhsil müəssisələrində təhsil alır. Ancaq burada yeni bir keyfiyyət
üzə çıxır. On illərlə bizim universitetlərdə tələbələrin təhsil
haqqını dövlət ödədiyindən, haqlı olaraq belə universitetlər
dövlət ali təhsil ocaqları adlandırılıbdır. Misal üçün, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və s. Bir
halda ki, bu universitetlərin iqtisadi əsaslarında köklü
dəyişikliklər baş verir, onda bu dəyişiklik həmin institutların,
universitetlərin statuslarına da, adlarına da təsir etməlidir.
Gözlərimizin önündə dövlət təhsil müəssisələri ictimai təhsil
müəssisələrinə çevrilməkdədir. Dövlət təhsil müəssisələrində
ödənişsiz və ödənişli təhsil formasının nisbəti 51:49–dan az
olmamalıdır. Əks halda belə universitetlərin adlarında «dövlət»
sözünün işlədilməsi məntiqsiz olar.
Digər yol cəmiyyətin (valideynlərin) potensialından
istifadə etməkdir. Ümumiyyətlə, özəl müəssisələr (o cümlədən də
özəl universitetlər) dövlət müəssisələrinin qüsurları üzərində
yaranır. Bu səbəbdən də özəl müəssisələrin, (o cümlədən özəl
228
universitetlərin) keyfiyyət göstəriciləri, prinsipcə daha yüksək
olmalıdır. (Dövlət müəssisələrinin özəlləşməsinin əsas səbəbi də
elə budur). Belə universitetlərin varlığı təhsil sistemi daxilində
sağlam rəqabət yaratmalıdır. Özəl təhsil müəssisəsində işə
münasibətdə kordinal dəyişiklik olduğundan (özəl olduğundan)
neqativ hallar olmamalıdır. Normal özəl universitetlərdə pulla,
tapşırıqla qiymət yazdırmağa praktiki olaraq imkan yoxdur.
Çünki buna sahibkar imkan verməz. Əks halda, universitet tez
nüfuzdan düşər.
Milli Məclisin Elm və təhsil məsələləri daimi
komissiyasının üzvü professor S.Xəlilov eyni zamanda
«Azərbaycan Universitetinin» rektorudur. Həmin universitetdə
təqribən 500 nəfər tələbə təhsil alır. Hər il təqribən dövlətə
milyon manatlarla vergi ödənilir. Yüzlərlə alim-ziyalı öz
potensialını bu universitetdə reallaşdırır. Bu universitetdə rüşvət
yoxdur. Bu yaxınlarda rektorla bir professor arasında yaranmış
münaqişənin səbəbi budur ki, professor tapşırıqla bir tələbəyə
«əla» qiymət yazıbmış. Rektor isə bunu universitetin nüfuzuna
zərbə kimi qiymətləndirmişdir və müəllimdən bir daha belə
hərəkətlər etməməsini tələb etmişdir.
Bir neçə il öncə özəl universitetlər dövlətdən
maliyyələşmədiyi üçün Amerikanın məşhur “Azadlığa dəstək
aktı“nın” 907-ci düzəlişin tə’siri altına düşməmiş və dövlət
universitetlərindən fərqli olaraq xaricdən texniki yardım ala
bilmişdilər. Misal üçün, 1999-cu ilin fevral ayında Amerikanın
İnformasiya Agentliyinin köməyi ilə Qərb Universitetində
kompüter mərkəzinin açılışı oldu. Bu universitetin tələbələri 30-
dan çox müasir kompüterin vasitəsilə gecə-gündüz pulsuz
internet xidmətindən istifadə etmək imkanı qazandılar.
Özəl universitetlər dövlət universitetləri ilə müqayisədə
çevikdirlər, cəmiyyətdə gedən proseslərə reaksiyaları yüksək və
cəlddir. Dünya şöhrətli alim, həmyerlimiz Lütvüzadə haqqında
«Yaxın, uzaq Lütvüzadə»”, Qarabağ müharibəsi və Xocalı
müsibəti haqqında «Canavar balası» və «Qırmızı qar»” filmləri,
Dostları ilə paylaş: |