256
Kitabda belə problemlərə də toxunulubdur. Qısası, kitabda «təhsil
sferasında düz yaşamırıq» fikiri kitab boyu qırmızı xətlə keçir.
Göstərilir ki, təhsilə münasibət
həm vətəndaşlar, həm də cəmiyyət
tərəfindən dəyişməli və müstəqil dövlətin yaşaması üçün əsas
olan
«milli mənafe şəxsi və digər mənafelərdən üstündür»
prinsipinə
təhsil sistemində ciddi əməl olunmalıbır.
Təhsil sahəsində mütərəqqi yenilik etmək çox çətin, ancaq
səhv etmək çox asandır. Bu səbəbdən də təhsildə səhv
yolverilməzdir. Ona görə də hər addım yüz ölçülüb, bir
biçilməlidir. Biliyin qiymətləndirilməsi kimi asan görünən
problemin nə qədər çətin olduğunu və ənənəvi 5 ballı sistemdən 9
ballı sistemə keçmək üçün aparılan eksperimentin əsassız və
zərərli olduğu bu fikiri bir daha təsdiqləmişdir. Kitabda biliyin
qiymətləndirilməsinə yeni fəlsəfi baxış verilmişdir. Təhsil
sahəsində işlədilən bəzi terminlər ətrafında yeni düşüncə ilə
fikirləşmək təklif olunur.
Son minilliklər ərzində həm Şərqin, həm də Qərbin
mütəfəkkir insanları tərəfindən təhsillə bağlı söylənilmiş, bəşəri
dəyər səviyyəsinə yüksəlmiş aforizm və kəlamlardan yeri
gəldikcə istifadə edilmişdir. Azərbaycan Respublikasının
Prezidenti H.Əliyevin təhsillə bağlı söylədiyi kəlamlardan geniş
istifadə edilmişdir.
Kitabın sonuna təhsillə müxtəlif dərəcədə əlaqəsi olan bir
neçə məqalənin və müsahibənin də əlavə olunması tərəfimizdən
məqsədəuyğun hesab edilmişdir.
Oxucuların qiymətli təklif və tənqidlərinə tuş gələcəyimə
və bir də kitabda təhsilin bir çox məsələlərinin öz əksini
tapmaması səbəbindən bu işi gələcəkdə də davam etdirməyə
ehtiyac olduğuna inanıram.
Təhsillə bağlı yazılan istənilən kitaba «Son söz» olaraq
100 il öncə M.Hadı tərəfindən yazılmış iki şeri - «Məktəb» və
«Məktəb şərqisi» istifadə etmək olar. Bu səbəbdən də kitaba
yazdığım geniş «Son sözü» yarımçıq qoyaraq, onu M.Hadının bu
şerləri ilə bitirmək istəyirəm. Hesab edirəm ki, bu şerlər təhsillə
257
bağlı istənilən ölkədə, istənilən dildə, istənilən zamanda yazılmış
kitaba həm «ön söz», həm də «son söz» ola bilər. Azərbaycan
xalqına yolun düzünü göstərən və bir ziyalı kimi xalqının önündə
gedən M.Hadiyə Allah rəhmət eləsin.
Əlyazmanı oxuduğuna və dəyərli məsləhətinə görə
professorlar Əli Nağıyevə, Ağarəhim Rəhimova, Əmrulla
Paşayevə, kitabın nəşr olunmasına kömək göstərən hər kəsə,
xüsusi ilə İ.Alməmmədova və D.Həsənovaya dərin təşəkkürümü
bildirirəm.
Ş.Q.Əsgərov
M.Hadı
Məktəb
Məktəb nə demək? Xadimi –qüdsiyyəti-millət
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladı-vətən
etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Heyəti –milliyyəyə candır,
Məktəb nə demək? Ruhi dili – mürdədilandır.
Ariflərə həmvarə bu söz virdi-zəbandır:
Əlməktəbü, əlməktəbü,
ey millət, amandır.
Övladı-vətən
etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Əncüməni-əhli-səfadır,
Məktəb nə demək? Bariqeyi –fikrə səmadır.
Neyyirləri həp şəşəəbəxşayi-dühadır,
Pərvərdeyi-ağuşi olanlar üdəbadır.
258
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şərəf zadeyi-insan,
Məktəblə görər
tərbiyə həp gülşəni- üryfan,
Təzkar edək ixvanımıza şu sözü hər an:
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb şərqisi
Məktəb nə demək? Şəmi-şəbistani-cəhalət,
Məktəb nə demək? Cülşəni-ürfan, kəmalət,
Məktəb nə demək? Ümmətə bir babi –inayət,
Eylər qələmin sizlərə həqqilə vəsayət:
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir
İrşadına məzhər bulunan əhli-fətəndir.
Məktəb
dürü-adabü kəmalətə ədəndir,
Atidəki söz bizlər üçün zibi-dəhəndir:
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəb nə demək?
Ruh,dilə feyzrəsandır,
Gəhvareyi- canpərvəri-rövşənəfəandır,
Aşiqləri darülədəbin növhəvəsandır,
Bu söz bizə hər şamü səhər zikri lisandır
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.
Məktəblə qılar növibəşər dəfi bəlaya,