Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   72   73   74   75   76   77   78   79   ...   90

 
263 
demokratiya,  enerji istehsalı ilə milli  gəlir arasında əlaqə var və 
bu əlaqə obyektiv əlaqədir. 
 
Yuxarıda  söylənilən  mühakimələrdən  Heyzenberqin 
«qeyri-müəyyənlik  prinsipi»”nə  analoji  qanunauyğunluğu 
cəmiyyət hadisələri üçün də formalaşdırmaq  mümkündür. 
 
Cəmiyyətdə  baş  verən  hadisələri  nə  qədər  az  zaman 
intervalında (

t)  araşdırsaq,  öyrənsək o halda qəbul edəcəyimiz 
qərarın xətası (

Q) bir o qədər çox olacaqdır. Və ya tərsinə, qəbul 
edəcəyimiz  qərarın  xətasız  olması  üçün  hadisə  geniş  zaman 
intervalında tədqiq edilməlidir. 
 
1990-cı illərdə Azərbaycanda baş vermiş hadisələrə həmin 
illərin  hadisəsi  kimi  baxıldığından  (zaman  qısa  götürüldükdə)  , 
200  ildən  çox  bir  tarixi  prosesin  davamı  kimi  baxılmadığından, 
1988-1993-cü  illərdə  Azərbaycan  iqtidarları  və  Azərbaycan 
cəmiyyəti    səhv  qərarlar  qəbul  etdilər.  Bu  səbəbdən  də  ağır 
nəticələrlə  qarşılaşdıq.  Nə  AXC-çilər,  nə  də  partokratlar    başa 
düşmək  istəmədilər  ki,  Azərbaycan  son  200  il  ərzində  dəfələrlə 
zamanın  faciələr  zolağından  keçibdir  .  I  faciəvi  zolaq  zamanı 
Azərbaycan  iki  yerə  bölündü,  II  faciəvi  dövrdə  Zəngəzur, 
Dərələyəz  və  Göycə  mahalını  və  digər  torpaqlarımızı  itirdik. 
Zamanın III faciəvi zolağında həmvətənlərimiz Ermənistan SSR-
dəki  torpaqlarından  qovuldular,  Dağlıq  Qarabağ  isə  mübahisə 
predmetinə çevrilibdir.  
 
Beləliklə, dediklərimizdən çıxaracağımız ən böyük fəlsəfi 
nəticə  bundan  ibarətdir  ki,  hadisəni  nə  qədər  qısa  zaman 
intervalında  araşdırsaq,  çıxaracağımız  qərarın  xətası  o  qədər 
böyük  olacaq.  Hadisə  ilə  bağlı  qərarlar  qəbul  edilərkən    həm 
tarixilik, həm də müasirlik nəzərə alınmalıdır. 
 
Dediklərimizi riyazi formula ilə belə ifadə etmək olar: 
 

Q

 

t   =S =const 
 
hardakı,  

Q - qəbul edilmiş qərarın xətasıdır və: 
 


 
264 

Q = Q
m
-Q
r. 
 
hardakı,    Q
m
  -  mütləq  düz  qərar;  Q
c
-  isə  cari  qəbul  edilmiş  
qərardır. 

Q=0  olarsa,  cari  qərar  mütləq  düz  qərara  bərabərdir. 

Q  böyük  olarsa,  cari  qərar,  xətası  çox  olan  qərardır.     

t- 
hadisənin araşdırıldığı zaman intervalıdır. 
 
Böyük  fransız  filosofu  Puankareyə  (Poincare  H.  «The 
foundation  of  Science»,  N.-Y.,  1929,  p.181)  görə  əgər  fiziki 
hadisəni  bir  modellə  təsvir  etmək  mümkündürsə,  onda  onu 
sonsuz  sayda  fərqli  modellərlə  təsvir  etmək  mümkündür. 
Şübhəsiz,  bu  modellərin  biri  düz,  bir  neçəsi  kvazidüz,  qalanları 
isə səhvdir. Düz model  daxilində hər bir problemin sonsuz həlli 
mövcuddur.  Bu  həllərin  biri  mütləq  düz  ,  bir  neçəsi  kvazidüz, 
qalanları  isə  müxtəlif  dərəcədə  səhv  həlldir.  Düz  və  səhv  həllər 
arasında  aralıq  hallar  da  mövcuddur.  Belə  ki,  düz  modelə 
yaxınlaşdıqca 

Q  azalır,  səhv  modelə  yaxınlaşdıqca 

Q  artır. 
Qəbul  edəcəyimiz  qərarın 

Q  xətasının  az  olması  üçün  hadisə 
geniş 

t zaman intervalında öyrənilməlidir. 
 
Fərz  edək  ki,  bir  çay  üzərində  körpü  tikmək  lazımdır.  
Şübhə  yoxdur  ki,  körpünü  çay  üzərində  yüz  yerdə  tikmək  olar. 
Korpünün eni, uzunluğu, hündürlüyü ilə bağlı çoxsaylı variantlar 
da  təklif  etmək  olar.  Aydındır  ki,  bu  variantların  biri  düz,  bir 
qismi kvazidüz, bir qismi səhv, qalanları isə çox səhvdir. Ən düz 
variantı  tapmaq  mümkün  olsa

  onda  qəbul  edəcəyimiz  qərarın 
xətası  (

Q=0)    sıfır  olar.  Yəni  Q
m
  =Q
c
    olar;  Ən  səhv  variant 
seçəriksə,  onda    xətamız  ən  çox    (

Q=  max)    olar.  Düz  qərarı  
tapmaq üçün çox düşünmək və çox ölçüb-biçmək lazımdır. Onda 
Q
m
=Q
c
 olar. 
 
Yuxarıdakı  qanunun  varlığını  ulularımız  intuitiv  hiss 
etmişlər.  Onların  əsrlər  boyu  toplanmış,  bəşəri  və  mənəvi  və 
bəşəri dəyər şəklində formalaşmış bəzi fikirlərinə diqqət yetirək: 
 
Misal  1.  «Yüz  ölç,  bir  biç»  atalar  sözünün  hikməti 
bundan  ibarətdır  ki,      zamanını  yüz  dəfə  çox  götür,  hadisəni 
hərtərfli  öyrən,  sonra  qərar  qəbul  et.  Onda  qəbul  edilən  qərarın  


 
265 
xətası  az  olar.  SSRİ-nin  dağılması  ilə  bağlı  ABŞ  jurnalisti  Karl 
Bernistaynın  «Müqəddəs  ittifaq”»  məqaləsində  (Bax:  Za 
Rubejom, № 9, 1992.) Papa İoahann Pavel II-nin Vaşinqtondakı 
səfiri,  arxiyepiskop  P.Laqi  ilə  prezident  R.Reyqanın  xüsusi 
tapşırıqlar  üzrə  səfiri  V.Uolters  arasındakı  söhbətdən:  («Za 
rubejom», … “Mən Uoltersə deyirdim: Müqəddəs ataya qulaq as! 
Bizim bu işdə 2000 illik təcrübəmiz var”. R.Reyqan 2000   illik 
tarixi təcrübəyə arxalandı və istifadə etdi. SSRİ kimi nəhəng bir 
imperiyanı dağıda bildi.  
 
Misal  2.  «Allahın  birinci  adı  səbirdir»”  -  sözünün 
hikməti bundadır ki, səbirli olub, 

t-ni çox böyük götürsək, qəbul 
edəcəyimiz qərarın xətası az olar, bu isə Allaha xoş olar. 
 
Qədim  bir  rəvayətdə  deyilir  ki,  bir  çoban  günorta  vaxtı 
yoldan  ötən  bir  yolçunu  yeməyə  dəvət  edir.  Çobanın  «Kimsən, 
hardan gəlib, hara gedirsən?”» - sualına yolçu cavab verir ki, mən 
filan vilayətdənəm. Elm və bilik öyrənmək üçün uzaq ellərə səfər 
etmişdim.  Uzun  illərdir  ki,  dini-elmi  dərindən  öyrənib,  ölkəmə, 
vətənimə qayıdıram. Çöban: «Onda de görüm, allahın birinci adı 
nədir?»-  sualını  verir.  Yolçu  sualın  cavabını  bilmədiyini  etiraf 
edir və çobandan cavabını deməyi xahiş edir. Çoban deyir: «bir il 
mənə  nökərçilik  etsən,  onda  bu  sualın  cavabını  sənə 
öyrədərəm”». Yolçu razılaşır. Beləliklə, bir il tamam olur. Çoban 
Allahın  birinci  adının  «səbir»  olduğunu  yolçuya  öyrədir.  Yolçu 
xudahafizləşib  vətəninə  yola  düşür.  Öz  kəndinə,  evinə  
səhərəyaxın  çatır.  Evə  girərkən  arvadının  bir  cavan  oğlanla 
yatdığını görür.  Bədənindən qara qanlar axır. İstəyir evə girərkən 
qapıda  gördüyü  baltanı  götürüb...  Yadına  çobana  birillik 
nökərçiliyi  düşür.  Fikrə  gedir.  Arvadı  hənirtiyə  oyanır.  Ərini 
tanıyır.  Sevincək  oğlunu  yuxudan  oyadır  və  deyir:  dur,  atan 
gəlibdir. Beləliklə, səbir atanı öz doğma oğlunun qətlindən xilas 
edir.  
 
Bununla,  qeyd  etmək  istəyirəm  ki,  səbirli  olmaq 
xilasımız, kəmhövsələlik isə bizim düşmənimizdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə