41
Haris ibn Əbu Zirar Mədinəyə hücum edərək islamiyyəti yox etmək üçün ətra-
f
ına böyük bir ordu toplayır. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) bu xəbərin
doğru olduğunu yoxlamaq üçün Bureydəni Bəni Müstəliq qəbiləsinə göndərir.
Bəni Müstəliq qəbiləsinə gələn Bureydə özünü elə göstərir ki, guya o da
Hz.Pey
ğəmbərdən (s) qaçan şəxslərdən biridir. Bunu görən Haris ibn Əbu Zirar
onu öz tərəfinə çəkmək üçün dedi: “Əgər sən də Məhəmmədi öldürərək isla-
miy
yəti yox etmək istəyirsənsə adamlarınla birlikdə bizə qoşul.” Bunu eşidən
Bu
reydə Mədinəyə gələrək həqiqəti Hz.Peyğəmbərə (s) çatdırdı. Bundan xəbər
tutan Hz.
Peyğəmbər (s) öz dəstəsilə Bəni Müstəliq qəbiləsinə gedərək onları
məğlub edib xeyli əsir ələ keçirdi. Əsirlər içərisində olan Haris ibn Əbu Zirarın
qızı Cuveyriyyəni əsirlikdən azad edən Hz.Peyğəmbər (s) onunla evləndi. Bu
ev
lilikdən sonra bütün Bəni Müstəliq qəbiləsi qohumluq əlaqəsini nəzərə ala-
raq islamı qəbul etdi. Eyni zamanda müsəlmanlar da Bəni Müstəliq qəbiləsini
Hz.Pey
ğəmbərin
(s) qohumu olduğu üçün əsirlikdən azad etdilər.
Bu qəzvədən qayıdarkən ilk dəfə olaraq ənsarla mühacirlər arasında müba-
hisə yarandı. Bu mübahisənin yaranmasına səbəb mühacirlərdən olan Cəhcah
ibn Məsudla ənsardan olan Sinan ibn Cuhani arasında su üstündə yaranan an-
laşılmazlıq olur. Qalmaqalı daha çox şişirtmək istəyən münafiqlərin başçısı
Abdullah ibn Ubeyy
belə dedi: “Əgər biz Mədinəyə qayıtsaq, ən əziz olanlar,
ən zəlilləri oradan çıxaracaqlar.”
O bununla demək istəyirdi ki, mən əzizəm, Hz.Peyğəmbər (s) isə zəlildir.
Zeyd ibn Ərqəm onun sözlərini eşidib Hz.Peyğəmbərə (s) çatdırdı. Eyni za-
manda Abdullahda Hz.
Peyğəmbərin (s) yanına gəlib and içdi ki, mən bu sözü
de
məmişəm, Zeyd yalan deyir. Bu zaman “Münafiqun” surəsinin nazil olma-
sından
sonra Zeydin doğruçu, Abdullahın isə yalançı və münafiq olması aşkar
oldu.
Bəni Müstəliq qəzvəsində Hz.Peyğəmbər
(s) xanımlarından Ümmü Sələmə
ilə Aişəni özü ilə götürmüşdü. Bu qəzvədən qayıdarkən Aişə karvandan geri
qalmış və bunu bəziləri belə başa düşmüşlər ki, guya xanım Aişə karvandan
geri qalaraq Allah Rəsuluna (s) xəyanət etmişdir. Lakin Allah qatından nazil
olan “Nur” surəsinin 10-16-cı ayələri Aişənin Hz.Peyğəmbərə (s) xəyanət et-
mədiyini üzə çıxartmışdır. Bu hadisə İslam tarixində “İfq” yəni böhtan hadisəsi
adlanır.
2. Hz.
Peyğəmbər (s) Zeyd ibn Harisin arvadı Zeynəb binti Cahşla evləndi.
Bu evlilikdən də Hz.Peyğəmbərin (s) heç bir övladı dünyaya gəlməmişdir.
3. “
Maidə” surəsinin 6 və “Nisa” surəsinin 43-cü ayəsi ilə təyəmmüm va-
cib olmuşdu.
4. “Nur” sur
əsinin 30-31 və “Əhzab” surəsinin 59-cu ayəsi ilə hicab vacib
oldu.
5. Hz.
Əlinin (ə) qızı Hz.Zeynəb cəmadiəl-əvvəl ayının 5-də Mədinədə ana-
dan oldu.
6. “
Nisa” surəsinin 102-ayəsi ilə “xof” namazı vacib oldu.
42
7.
Xəndək qəzvəsi:
Hicrətin beşinci ilində baş verən Xəndək qəzvəsinə Əhzab qəzvəsi də deyi-
lir. Çünki bu qəzvədə bütün ərəb qəbilələri Qureyş müşriklərinə kömək etmiş-
dir. Hicrətin dördüncü ilində baş verən Bəni Nəzir qəzvəsində məğlub olan
yəhudilər Xeybər qalasında toplanaraq müsəlmanlardan intiqam almaq istəyir-
di
lər. Bu məqsədlə Bəni-Nəzir qəbiləsinin başçıları Huyeyy ibn Əxtab, Səllam
ibn Əbulhuqeyq, Kənan ibn Rəbiə, Hövzə ibn Qeys və Əbu Amir Məkkəyə ge-
dərək Əbu Süfyanla görüşüb belə dedilər: “Biz bilirik ki, Siz də bizim kimi is-
la
miyyəti yox etmək istəyirsiniz. Bizim istəyimiz budur ki, sizdə bizimlə əlbir
olub böyük bir ordu toplayaraq Mədinəyə hücum edək.” Əbu Süfyan onların
sa
diqliyini yoxlamaq üçün belə dedi: “Siz kitab əhlisiniz, səmavi kitabınız var,
haq
la batil şəriətləri bir-birindən ayırd edə bilirsiniz. Bilirsiniz ki, bizim Mu-
həmmədlə düşmənçiliyimizin yeganə səbəbi gətirdiyi dinin bizim adətlərimizlə
uy
ğun gəlməməsidir. Sizcə bizim ibadət etdiyimiz 360 büt üstündür yoxsa Mu-
həmmədin ibadət etdiyi bir Allah.” Bu zaman yəhudilər utanmadan belə cavab
ver
dilər: “Bütpərəstlik Muhəmmədin dinindən daha üstündür. Siz öz dininizdə
qa
lın və onun dininə qətiyyən meyl göstərməyin.”
44
Yəhudilərin bu əməlinə görə Uca Allah “Nisa” surəsinin 51-52-ci ayələrini
na
zil edərək onların lənətlənmiş qövm olduqlarını bildirdi. Ayədə deyilir: “(Ya
Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb oxumaqdan) bir pay (az bir
şey) verilənləri (yəhudiləri) görmürsənmi! Onlar Cibt və Tağuta (bu adda
iki bütə, Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün
də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”,- deyirlər. Onlar Alla-
hın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək
edən tapa bilməzsən”.
Yəhudilərin bu sözündən sonra Əbu Süfyan və Qureyş başçıları onlarla
əhd-peyman bağladılar ki, nə qədər sağdılar, Peyğəmbərlə müharibədən çəkin-
məsinlər və öz sinələrini Kəbənin divarına yapışdırıb and içdilər .
Məkkədən xoş xəbərlə qayıdan yəhudilər Nəcdə doğru gələrək İslamla qatı
düşmən olan Qətavan qəbiləsini də döyüşə təhrik etdilər. Qətəvan qəbiləsindən
Bəni-Fəzarə, Bəni-Mürrə və Bəni-Əşcə tayfaları qələbədən sonra Xeybərin bir
illik məhsulunun onlara çatacağı şərtilə yəhudilərə müsbət cavab verdilər. Di-
gər tərəfdən Qureyş də öz müttəfiqləri Bəni-Səlimlə, Qətəvan da müttəfiqi
Bəni-Əsədi bu döyüşdə iştirak etməyə razı salır. On min nəfərlik ordu toplan-
dıqdan sonra müttəfiqlər Mədinəyə doğru hərəkət edir.
45
Müşriklərin böyük bir ordu ilə Mədinəyə doğru hərəkət etdiyini öyrənən
Hz.
Peyğəmbər
(s) səhabələri ilə məşvərət etdi. Bu zaman İran əsilli Salman Fa-
risi ayağa qalxaraq belə dedi: “İranda hansısa düşmən hücuma keçdikdə şəhə-
rin ətrafında xəndək qazılır və bununla da düşmənin hücumunun qarşısı alınır.
44
“Tarixi-
Təbəri” 2-ci cild, səh-233
45
Məğazeyi Vaqidi 2-ci cild, səh-443