45
bay
rağını Hz.Əli (ə) tutmuşdu. Müsəlmanların qalaya yaxınlaşdığını görən yə-
hu
dilər qala qapılarını bağlayaraq mübarizəyə başladılar.
Lakin uzun sürən mühasirənin sonunda yəhudilər Hz.Peyğəmbərlə
(s) danı-
şıqlar aparmağa razı oldular. Bu məqsədlə Şas ibn Qeys Hz.Peyğəmbərin (s) ya-
nına gəlib xahiş edir ki, Bəni Qureyzəyə də digər yəhudilər kimi daşınan əmla-
kını götürüb Mədinəni tərk etməyə icazə versin. Lakin bunu qəbul etməyən
Hz.
Peyğəmbər (s) cavab verir ki, Bəni Qureyzə qeydsiz-şərtsiz təslim olmalıdır.
Sonda Bəni Qureyzə yəhudiləri onların barəsində Səd ibn Məazın qərar çıxa-
ra
cağı təqdirdə təslim olmağa razılıq verirlər. Onların ümid yeri olan Səd ibn Məaz
yəhudilərin müqəddəs kitabı Tövrata əsaslanaraq belə bir qərar çıxarır: “Bəni
Qureyzə kişiləri edam, arvad-uşaqları əsir, əmlakı da müsadirə olunmalıdır.”
Yəhudilərdən əldə edilmiş qənimətin xumsu çıxarıldıqdan sonra müsəl-
man
lar arasında bölüşdürülür. Süvarilərə üç, piyadalara isə bir pay verilir. Be-
ləliklə, hicrətin beşinci ili zilhiccə ayının on doqquzunda Bəni Qureyzə döyü-
şüdə başa çatdı.
9.
Dumətul-Cəndəl qəzvəsi:
Dumətul-Cəndəl Şamdan aralı Təyy dağının yaxınlığında yerləşir. Oradan
Mədinəyə on altı günlük yoldur. Binası daşdan olduğu üçün belə adlandırılıb.
Çünki “cəndəl” daş deməkdir.
Bu məntəqədə yaşayan bir qrup insanlar əlbir olub yoldan keçən karvanları
və insanları soyurdular. Həmçinin Mədinəyə hücum edib İslamiyyəti yox etmək
fi
kirləri də var idi. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) rəbiül-əvvəl ayının 25-
də min nəfərlik dəstə ilə Dumətul-Cəndəl məntəqəsinə doğru hərəkət etdi. Mü-
səlmanların gəlişindən xəbər tutan soyğunçular dağılışır. Hz.Peyğəmbər (s) geri
qa
yıdarkən Fəzar qəbiləsindən olan bir nəfərlə müqavilə bağlayır. Müqaviləyə
əsasən həmin şəxs Mədinə otlaqlarından istifadə edə bilərdi.
50
Hicrətin altıncı ili baş verən hadisələr (miladi 628)
1. Zatur-
Riqa qəzvəsi:
Bəni-Ənmar, Bəni-Sələbə, Bəni-Müharib və Bəni-Qətvan qəbilələri böyük
bir ordu toplayıb Mədinəyə hücum edərək islamiyyəti yox etmək istəyirdilər.
Bun
dan xəbər tutan Hz.Peyğəmbər
(s) Əbuzər Ğəffarini Mədinədə öz yerində
qo
yaraq ordunu hazır vəziyyətə gətirib Nəcd istiqamətinə doğru irəliləyir. İs-
lam ordusunun gəlişindən xəbər tutan düşmən ordusu dağılır.
Zatur-
Riqa qəzvəsində Hz.Peyğəmbərin
(s) müsəlman döyüşçülərlə birlik-
də vacib namazı qorxu namazı şəklində qılmasından və Nisa surəsinin 102-ci
ayəsinə əsasən bu namazı müsəlmanlara öyrətməsindən məlum olur ki, düşmən
ki
fayət qədər təhlükəli və vəziyyət olduqca gərgin idi.
2.
Bəni-Ləhyan qəzvəsi:
50
Sireyi-
ibn Hişam, 2-ci cild, səh-213
46
Bəni-Ləhyan qəbiləsi “Əzəl və Qarə” tayfalarının birləşməsindən təşkil
olun
muşdur. Bu qəbilə hicrətin dördüncü ilində baş verən Rəci faciəsində Süf-
yan ibn Xalidin göstərişi ilə Asim ibn Sabit və Xubeyb ibn Ədiyy kimi Hz.Pey-
ğəmbərin (s) məhşur səhabələrini şəhid etmişlər. Bunları unutmayan Hz.Pey-
ğəmbər (s) hicrətin altıncı ilində bu qəbilələri məğlub edərək səhabələrinin inti-
qa
mını almışdır. Bu səfərin müddəti on dörd gün olmuşdur.
3. Zi-
Qərəd qəzvəsi:
Bu qəzvəyə İslam tarixində Qabə qəzvəsidə deyilir. Qabə Mədinənin
yaxınlığında yerləşən bir çeşmənin adıdır. Bu məntəqədə Hz.Peyğəmbərin (s)
iyir
mi dəvəsi otlayırdı və Əbuzər Ğəffari bu dəvələrin keşiyini çəkirdi. Hz.Pey-
ğəmbərin (s) Mədinədə olmamasından istifadə edən Uyeynə ibn Hisn Fəzari bir
dəstə müşriklə Qabə məntəqəsinə hücum edərək Hz.Peyğəmbərin (s) dəvələrini
gö
türməklə bərabər Əbuzərin oğlunu da şəhid etdilər. Bundan xəbər tutan
Hz.Pey
ğəmbər (s) 700 nəfərlik dəstə ilə həmin məntəqəyə gedərək Uyeynəni
məğlub etmiş və dəvələri geri almışdır. Bu döyüşdə İslam bayrağını Miqdad
ibn Əsvəd tutmuşdur.
4. Məhəmməd ibn Müslim səriyyəsi:
Bəni-Bəkr qəbiləsinin ordu toplayaraq Mədinəyə hücum edəcəyini öyrənən
Hz.
Peyğəmbər (s) Məhəmməd ibn Müslimi göndərərək onları məğlub etdi.
5. Hz.
Əli (ə) səriyyəsi:
Bəni-Səd qəbiləsinin və Xeybər yəhudilərinin Mədinəyə hücum edəcəyin-
dən xəbər tutan Hz.Peyğəmbər (s) Hz.Əlini (ə) kiçik bir dəstə ilə göndərərək
on
ları məğlub etdi.
6.
Hüdeybiyyə sülhü:
Hicrətin altıncı ili Hz.Peyğəmbər (s) Məkkəni ziyarət etmək məqsədilə
1400 nəfərlik səhabə ilə Mədinədən Məkkəyə doğru hərəkət etdi. Bundan xə-
bər tutan Məkkə müşrikləri müsəlmanları Məkkəyə buraxmamaq üçün böyük
bir ordu topladılar. Hz.Peyğəmbər (s) və səhabələr Hüdeybiyyə quyusu ətrafına
çat
dıqda Hz.Peyğəmbərin
(s) dəvəsi hərəkət etməyərək yerə çökdü. Dəvənin
üzü
nü Məkkəyə tərəf çevirdikdə çökür, Hüdeybiyyəyə tərəf çevirdikdə isə hə-
rəkət edirdi. Bunun bir hikmət olduğunu anlayan Hz.Peyğəmbər (s) Hüdeybiy-
yəyə tərəf hərəkət edərək belə dedi: “Müşriklər məndən nə istəsə, istər bizim
zi
yanımıza, istərsə də xeyrimizə olsun qəbul edəcəyəm.”
Bu zaman müşriklər tərəfindən nümayəndə olaraq göndərilən Urvə ibn Mə-
sud Səqəfi Hz.Peyğəmbərin (s) yanına gələrək belə dedi: “Siz yaxşı olar ki, bu-
radan geri qayıdasınız. Onsuzda müşriklər sizə Məkkəyə buraxmayacaqlar.”
Onun sözlərinə cavab olaraq Hz.Peyğəmbər (s) məqsədlərinin yalnız Kəbə evini
ziyarət etmək olduğunu Urvədən Əbu Süfyana çatdırmasını istədi. Əbu Süfyan-
dan
cavabın gec gəldiyini görən Hz.Peyğəmbər
(s) Osman ibn Əfvanı Məkkəyə
göndərdi. Bu zaman belə bir şayiə yayıldı ki, guya Osman ibn Əfvan müşriklər
tərəfindən öldürülmüşdür. Buna əsasən Hz.Peyğəmbər (s) və səhabələr Rizvan