193
hərinə çatmışıq. Əgər bizi şəhərə daxil etmək istəyirsənsə, elə yerdən daxil
edin ki, orada bizə tamaşa edən az olsun. Əmr et ki, nizələrə vurulmuş başları
kəcavələrin arasından çıxarıb irəli aparsınlar ki, camaat onlara tamaşa etməyə
məşğul olsunlar və bizə az baxsınlar. Çünki biz camaatın bizə bu qədər baxma-
ğından rüsvay olduq.”
Bütün deyilənlərin əksinə olaraq Şimr əmr etdi ki, nizələrdə olan başları
kəcavələrin arasında saxlasınlar və onları Şamın izdihamlı Saat darvazasından
şəhərə daxil etsinlər. Bununla da qoy onlara çoxlu adamlar tamaşa etsinlər.
Əsirləri Şama daxil etdikdən sonra cümə məscidində həbs etdilər. Bu vaxt
qo
ca bir kişi gəlib dedi: Şükr olsun Allaha ki, sizi öldürdü və bizim şəhərimizə
sizin kimilərdən nicat verdi. Yezidi sizə hakim etdi.” Qoca sözünü tamamladıq-
dan sonra İmam Səccad (ə) buyurdu: “Sən heç Quran oxumusan?” Qoca “bəli”
de
yə cavab verdi. İmam Səccad (ə) buyurdu: “Bu ayəni oxumusan: “(Ya Pey-
ğəmbər) de ki: mən risalətimin müqabilində sizdən heç bir muzd istəmi-
rəm. Yalnız sizdən istəyirəm ki, mənim əhli-beytimə məhəbbət göstə-
rəsiniz.”
257
Qoca “bəli oxumuşam” deyə cavab verdi. İmam Səccad (ə) buyur-
du: “Əhli-beyt bizik ki, Allah bizim məhəbbətimizi risalətin muzdu qərar ve-
rib.” Sonra buyurdu: “Bu ayəni oxumusan:
“(Ya Peyğəmbər) əqrəbanın haq-
qını ödə.”
258
Qoca “bəli oxumuşam” deyə cavab verdi. İmam Səccad (ə) bu-
yurdu: “Allahın Peyğəmbərə əmr etdiyi əqrəba bizik və bizim haqqımızı əta et-
mək Peyğəmbərə əmr olunub.” Sonra İmam Səccad (ə) buyurdu: “Bu ayəni
oxumusan: “
Ey möminlər qazandığınız hər bir şeyin beşdə bir hissəsi Alla-
hın, Peyğəmbərin və onun qohumlarınındır.”
259
Qoca yenə də eyni cavabı
ver
dikdə İmam Səccad (ə) buyurdu: “Ayədə ki, qohumlar bizik və Hz.Peyğəm-
bərin ən yaxın adamları bizik.” Daha sonra İmam (ə) buyurdu ki, bu ayəni oxu-
musan:
“Ey Əhli-beyt, həqiqətən Allah istəyir ki, sizdən hər bir eyb və nöq-
sanı uzaqlaşdırıb sizi pak etsin.”
260
Q
oca “bəli” deyə cavab verdikdən sonra
İmam
(ə) buyurdu: “Peyğəmbərin Əhli-beyti bizik və Allah bizim paklığımıza
şəhadət verib.”
Bu sözləri eşidən qoca etdiyi əməllərdən peşman olaraq tövbə etdi. Bundan
xəbər tutan məlun Yezid dərhal qocanı edam etdirdi.
Əhli-beytin Yezidin məclisinə daxil olması
Əhli-beytin Şama daxil olmasından xəbər tutan Yezid özünün zinət içində
olan taxtında oturdu. Şam kafirləri məclisə daxil olduğu halda, Peyğəmbərin (s)
Əhli-beyti şəhidlərin başları ilə qapıda dayanıb içəri daxil olmaq üçün icazə
göz
ləyirdilər. Birinci Hz.Hüseynin (ə) başını gətirməyə məmur olan Xuliyə da-
257
“Şura” surəsi, ayə-23.
258
“İsra” surəsi, ayə-26.
259
“Ənfal” surəsi, ayə-41.
260
“Əhzab” surəsi, ayə-33.
194
xil olmaq üçün icazə verildi. Yezid ondan soruşdu: “Vay olsun sənə nə xəbər
var?” Xuli dedi: “Ey möminlərin əmiri, sənə müjdə olsun. Allah sənə fəth və
köm
ək əta edib, Hüseyn ibn Əli on səkkiz nəfər Əhli-beyti və altmış nəfər şiə-
ləri ilə bizə tərəf gəldilər. Biz ona sülh təklif etdik. Biz ona İbn Ziyadın əmrinə
tabe olmağın məsləhətə uyğun olduğunu bildirdik və dedik ki, əgər qəbul et-
məsə onunla müharibə edəcəyik. Onlar İbn Ziyada itaət etməyi qəbul etmədilər
və müharibə etməyi seçdilər. Nəticədə biz onlara hücum edərək başlarını bə-
dənlərindən ayırdıq. Kərbəla düzündə onların bədənləri çılpaq və qana bulaşan
halda yerə düşüb qalıb. Qartallar və çölün yırtıcı quşları onların bədənlərini di-
dirdilər.” Bu sözləri eşidən məlun Yezid bir anlıq başını aşağı salaraq susdu.
Son
ra başını qaldırıb dedi: “Əgər Hüseyni öldürməsəydiniz, onda mən sizdən
da
ha çox razı olardım. Əgər mən orada olsaydım, Hüseyni bağışlayardım. Onu
həlak etməzdim.”
Tarixi mənbələrə əsasən Əhli-beytin Şama daxil olması Yezidə yetişəndə o
məlun Cirun sarayının bağında gəzirdi. Uzaqdan nizələrə taxılmış başları gö-
rəndə fərəh içində dedi: “Bu kəcavələr zahir olanda Cirun bağındakı qəsrləri
işıqlandırdılar. Qarğalar qarıldamağa başladılar. Dedim ki, fəryad etsən də, et-
məsən də, həqiqətən mən borclu olduğum kəsə borcumu qaytardım.” Yezidin
bu sözləri deməkdən məqsədi küfrünü izhar etməkdir və Hz.Peyğəmbərdən (s)
inti
qam aldığını bəyan etməkdir. Yəni Hz.Peyğəmbər
(s) mənim babalarımı və
qo
humlarımı Bədr müharibəsində öldürdü. Mən də onların qisasını onun övlad-
la
rından aldım.
Şeyx Əli ibn İbrahim Qumi İmam Sadiqdən (ə) belə nəql edir: “İmam Hü-
seynin
(ə) başını İmam Səccadla
(ə) və əsirlərlə Yezidin sarayına daxil edəndə
İmam Səccadın (ə) əllərini qandallayıb boynundan asmışdılar. Yezid İmam
Səccada (ə) dedi: “Ey Əli ibn Hüseyn, şükr olsun Allaha ki, sənin atanı öldür-
dü.” İmam (ə) buyurdu: “Allahın lənəti olsun o kəsə ki, atamı öldürdü.”
Bu sözlərdən qəzəblənən Yezid İmamın (ə) qətlinə fərman verdi. Həzrət bu-
yurdu: “Əgər məni öldürsən, onda Peyğəmbərin (s) qızlarını onların vətənlərinə
kim qaytaracaq? Çünki məndən başqa onlara bir məhrəm yoxdur.” İmamın (ə)
bu sözlərindən sonra Yezid bu ayəni oxudu:
“Düçar olduğunuz hər bir mü-
sibəti öz əllərinizlə qazanmısınız. Allah sizin çoxlu günahlarınızı əfv edir.”
Məlun Yezidin cavabı olaraq İmam Səccad (ə) buyurdu: “Sənin güman et-
di
yin kimi deyildir. Bu ayə bizim haqqımızda nazil olmayıb. Bizim haqqımızda
nazil olan bu ayədir:
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir
mü
sibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl Lövhi-məhfuzda yazıl-
ma
mış olsun. Bu, Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana təəs-
süf
lənməməyiniz və sizə verilənə də sevinməməyiniz üçündür. Allah özünü
bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!”
261
261
“Hədid” surəsi, ayə-22-23.