201
sax
lamağı caiz bilmiş və bu işin müstəhəbb olduğu görüşündədirlər. Çünki
Pey
ğəmbər (s) öz əmisi Həmzə Uhud döyüşündə şəhid olduqda ona ağlamış və
ona əza saxlamışdır.
Hz.
Hüseynə
(ə) ilk ağlayan şəxs Peyğəmbər
(s) və Cəbrail
(ə) olmuşdur.
Məşhur əhli-sünnət alimi Əhməd ibn Hənbəl rəvayət edir: “Əli (ə) Siffeyn dö-
yü
şünə gedərkən Kərbəla ərazisində dayandı. O, buranın hara olduğunu soruş-
duqda dedilər: bura Neynəvadır. Əli
(ə) dedi: səbr et ey Əba Əbdillah! Səbr et
ey Əba Əbdillah! Ona dedilər: nə baş verir? O, dedi: bir gün Peyğəmbərin (s)
ya
nına daxil oldum və onu gözü yaşlı gördüm. Dedim səni kim qəzəbləndirib
ki, gözlərindən belə yaş gəlir ya Rəsulallah? Dedi: Cəbrail
(ə) mənim yanımda
idi. O, mənə dedi ki, Hüseyni (ə) Fəratın sahilində öldürəcəklər. Onun türbəsin-
dən iyləmək istəyirsənmi? Dedim: bəli. O, əlini uzadıb o torpaqdan götürüb
mənə verdi. Buna görə gözlərim yaşarıb.
265
Digər bir hədis xanım Aişədən rəvayət olunur: “Peyğəmbərə vəhy nazil olan
zaman Hüseyn ibn Əli
(ə) Peyğəmbərin
(s) yanına daxil olub onun kürəyinə
çıxdı. Cəbrai (ə) dedi: ya Muhəmməd! Onu çox istəyirsənmi? Peyğəmbər (s) bu-
yurdu: ey Cəbrail! Ondan sevimli mənim üçün heç nə yoxdur. Cəbrail (ə) dedi:
Onu səndən sonra ümmətin öldürəcəkdir. Sonra Cəbrail (ə) əlini uzadıb ona ağ
torpaq verdi və dedi: bu torpaq Tif ərazisindədir, sənin oğlunu bu torpaqda öldü-
rəcəklər. Cəbrail (ə) getdikdən sonra Peyğəmbər (s) evdən çıxdı. O, əlindəki tor-
pa
ğa baxıb ağlayırdı. O, deyirdi: ey Aişə! Cəbrail (ə) mənə xəbər gətidi ki, Tif
adlı yerdə oğlumu öldürəcəklər. Sonra Peyğəmbər
(s) ağlaya-ağlaya səhabələrin
ya
nına getdi. Orada Əli (ə), Əbu Bəkr, Ömər, Huzeyfə, Əmmar və Əbu Zər var
idi. Onlar dedilər: sənə nə olub ey Allahın Rəsulu! Peyğəmbər
(s) buyurdu: Hə-
qiqətən oğlum Hüseyn (ə) məndən sonra Tif adlı yerdə qətl ediləcəkdir, bu da
onun torpağındandır. Mənə xəbər verildi ki, o, orada düşüb qalacaqdır”.
266
Şübhəsiz ki, Peyğəmbərin (s) Hüseynə (ə) ağlaması və onun müsibətinə
qəmgin olması bu işin ümmət içərisində caiz olması ilə yanaşı sünnətə çevril-
məsini də qanuniləşdirir. Çünki Quran:
“Peyğəmbər (s) sizə nəyi verirsə onu
gö
türün və nədən çəkindirirsə ondan çəkinin” deyir.
267
Deməli bu ayənin
hök
münə əsasən İmam Hüseynə (ə) ağlamaq və onun matəmində qəmgin ol-
maq dolayı yolla Qurani-Kərimin göstərişlərindəndir. Buna görə də hər il mə-
hərrəm ayında Əhli-beytə yas saxlamaq və əzadarlıq etmək təkid olunmuş müs-
təhəbb əməllərdən hesab olunur.
İmam Sadiq (ə) digər bir hədisdə buyurur: “Ey Zurarə! Hüseyn ibn Əliyə (ə)
40 sabah göylər qan ağladılar. Yer ona 40 sabah qara ağladı. Günəş ona 40 sabah
bat
maqla qırmızı ağladı. Dağlar aralanıb silkələndi. Dənizlər təlatümə gəldi. Mələk-
lər 40 gün Hüseynə ağladılar. Biz Əhli-beytdən heç kimsə Ubeydullah ibn Ziyadın
265
Müs
nədi-Əhməd, I cild, səh-86, hədis-648.
266
Məcməuz-Zəvaid, IX cild, səh-187.
267
əl-Həşr surəsi, ayə-7.
202
ba
şı bizə gətirilənədək xına qoymadı. Heç bir qadınımız bəzənib sürmə çəkmədi və
heç bir yerə getmədi. Ondan sonra bizə belə bir hadisə baş verməyib. Babam bu
mü
sibətə saqqalı islananadək ağlayardı. Onun ağlamağı digərlərini də ağladardı
Onun qəbri kənarında olan mələklər ağlayırlar və həm də havada və səma-
da olan mələkləri ağladırlar. Hüseynin (ə) ruhu bədənindən çıxanda Cəhənnəm
elə ah çəkdi ki, az qaldı yer onun ahından parça-parça olsun. Ubeydullah ibn
Zi
yadla Yezid ibn Müaviyənin canı çıxanda isə Cəhənnəm elə dərindən nəfəs
al
dı ki, əgər Allah onu öz yerində tutub saxlamasaydı, yer üzündə onun hava-
s
ından yanmamış varlıq qalmazdı. O Hüseynin (ə) qatilinin eşqindəydi. Əgər
yer üzündə Allahın höccəti olmasaydı yer üzü məhv olardı və onun üstündəki-
lər alt-üst edilərdi.
Allaha Hüseynə (ə) ağlayan gözdən sevimli göz yoxdur. Elə bir ağlayan
şəxs yoxdur ki, onun tökdüyü göz yaşı Fatiməyə (s.ə) və Peyğəmbərə (s) yetiş-
məsin O, şəxs dirildilib məhşərə gətirilərkən onun gözü aydın, xoş xəbərlə gə-
lər. Onun sevinci üzündən bilinər. Onun pis hesabdan heç bir qorxusu olmaz.
Be
lə şəxslərə deyilər: Cənnətə daxil olun!”
268
İmam (ə) digər hədisində buyurur: “Allah yetmiş min mələk Hüseynin (ə)
qəbrinə təyin etmişdir ki, Qiyamətədək başlarına torpaq ələyib ağlasınlar və
orada namaz qılsınlar. Onların qıldıqları bir namaz Adəm övladının qıldığı min
namazdan üstünd
ür. Onların qıldıqları namazların savabı oranı ziyarət edənlər
üçündür”.
269
II Müaviyə ibn Yezid hicri 64-65 (miladi 683-684)
Xəlifə Yezidin ölümündən sonra əməvilər onun oğlu II Müaviyəyə beyət
edərək onu Əməvi xəlifəsi təyin etdilər. Ləqəbi Əbu Əbdürrəhmandır. Əbu Ye-
zid, Əbu Yala kimi ləqəbləri də vardı. Qureyşli olub Umeyyə oğullarındandır.
Ana
sı Ümmü Haşim binti Əbu Haşim ibn Utbə ibn Rəbiədir. Lakin o atası Ye-
zi
din və babası Müaviyənin törətdiyi cinayətlərə görə son dərəcə əzab çəkirdi
və xəlifə olmağa razı deyildi. Odur ki, təyin etdiyi bir gündə camaatı toplayıb
minbərə çıxaraq dedi:
–
Ey camaat! Babam Müaviyə ibn Əbu Süfyan xilafətə yiyələnmək üçün,
Allahın Rəsuluna yaxın olduğuna görə bu məqama daha layiq olan Hz.Əli
(ə)
ilə müxalifətçilik etdi. Onun sizləri hansı işlərə məcbur etdiyini daha yaxşı bi-
lir
siniz. Nəhayət onun əcəli çatdı, indi o axirətdə etdiyi günahların əsiri olmuş-
dur. Onun ardınca atam Yezid hakimiyyətə layiq olmadığı bir halda hakimiy-
yəti ələ aldı. Allahın fərmanlarına deyil, öz nəfsinə itaət etdi, lakin ömrü qısa
ol
duğu üçün arzularına çatmamış dünyadan getdi. İndi o da etdiyi əməllərə gö-
rə öz cəzasını çəkəcəkdir.
Daha sonra ağlayaraq sözlərinə belə davam etdi:
268
İbn Qəvləviyyə, Kamiluz-Ziyarət, səh-166-167-168, hədis-219.
269
İbn Qəvləviyyə, Kamiluz-Ziyarət, səh-176, hədis-237.