Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə99/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   95   96   97   98   99   100   101   102   ...   314

  

201 


sax

lamağı  caiz  bilmiş  və  bu  işin  müstəhəbb  olduğu  görüşündədirlər.  Çünki 

Pey

ğəmbər (s) öz əmisi Həmzə Uhud döyüşündə şəhid olduqda ona ağlamış və 



ona əza saxlamışdır. 

Hz.


Hüseynə (ə) ilk ağlayan şəxs Peyğəmbər (s) və Cəbrail (ə) olmuşdur. 

Məşhur əhli-sünnət alimi Əhməd ibn Hənbəl rəvayət edir: “Əli (ə) Siffeyn dö-

şünə gedərkən Kərbəla ərazisində dayandı. O, buranın hara olduğunu soruş-



duqda dedilər: bura Neynəvadır. Əli (ə) dedi: səbr et ey Əba Əbdillah! Səbr et 

ey Əba Əbdillah! Ona dedilər: nə baş verir? O, dedi: bir gün Peyğəmbərin (s) 

ya

nına daxil oldum və onu gözü yaşlı gördüm. Dedim səni kim qəzəbləndirib 



ki, gözlərindən belə yaş gəlir ya Rəsulallah? Dedi: Cəbrail (ə) mənim yanımda 

idi. O, mənə dedi ki, Hüseyni (ə) Fəratın sahilində öldürəcəklər. Onun türbəsin-

dən  iyləmək  istəyirsənmi?  Dedim:  bəli.  O,  əlini  uzadıb  o  torpaqdan  götürüb 

mənə verdi. Buna görə gözlərim yaşarıb.

265

 

Digər bir hədis xanım Aişədən rəvayət olunur: “Peyğəmbərə vəhy nazil olan 



zaman  Hüseyn  ibn  Əli  (ə)  Peyğəmbərin  (s)  yanına  daxil  olub  onun  kürəyinə 

çıxdı. Cəbrai (ə) dedi: ya Muhəmməd! Onu çox istəyirsənmi? Peyğəmbər (s) bu-

yurdu: ey Cəbrail! Ondan sevimli mənim üçün heç nə yoxdur. Cəbrail (ə) dedi: 

Onu səndən sonra ümmətin öldürəcəkdir. Sonra Cəbrail (ə) əlini uzadıb ona ağ 

torpaq verdi və dedi: bu torpaq Tif ərazisindədir, sənin oğlunu bu torpaqda öldü-

rəcəklər. Cəbrail (ə) getdikdən sonra Peyğəmbər (s) evdən çıxdı. O, əlindəki tor-

pa

ğa baxıb ağlayırdı. O, deyirdi: ey Aişə! Cəbrail (ə) mənə xəbər gətidi ki, Tif 



adlı yerdə oğlumu öldürəcəklər. Sonra Peyğəmbər (s) ağlaya-ağlaya səhabələrin 

ya

nına getdi. Orada Əli (ə), Əbu Bəkr, Ömər, Huzeyfə, Əmmar və Əbu Zər var 



idi. Onlar dedilər: sənə nə olub ey Allahın Rəsulu! Peyğəmbər (s) buyurdu: Hə-

qiqətən oğlum Hüseyn (ə) məndən sonra Tif adlı yerdə qətl ediləcəkdir, bu da 

onun torpağındandır. Mənə xəbər verildi ki, o, orada düşüb qalacaqdır”.

266


 

Şübhəsiz  ki,  Peyğəmbərin  (s)  Hüseynə  (ə)  ağlaması  və  onun  müsibətinə 

qəmgin olması bu işin ümmət içərisində caiz olması ilə yanaşı sünnətə çevril-

məsini də qanuniləşdirir. Çünki Quran: 



“Peyğəmbər (s) sizə nəyi verirsə onu 



türün  və  nədən  çəkindirirsə  ondan  çəkinin”  deyir.

267


 

Deməli  bu  ayənin 

hök

münə əsasən İmam Hüseynə (ə) ağlamaq və onun matəmində qəmgin ol-



maq dolayı yolla Qurani-Kərimin göstərişlərindəndir. Buna görə də hər il mə-

hərrəm ayında Əhli-beytə yas saxlamaq və əzadarlıq etmək təkid olunmuş müs-

təhəbb əməllərdən hesab olunur. 

İmam Sadiq (ə) digər bir hədisdə buyurur: “Ey Zurarə! Hüseyn ibn Əliyə (ə) 

40 sabah göylər qan ağladılar. Yer ona 40 sabah qara ağladı. Günəş ona 40 sabah 

bat


maqla qırmızı ağladı. Dağlar aralanıb silkələndi. Dənizlər təlatümə gəldi. Mələk-

lər 40 gün Hüseynə ağladılar. Biz Əhli-beytdən heç kimsə Ubeydullah ibn Ziyadın 

265

Müs


nədi-Əhməd, I cild, səh-86, hədis-648. 

266


Məcməuz-Zəvaid, IX cild, səh-187. 

267


əl-Həşr surəsi, ayə-7. 

  

                                                           




 

202 


ba

şı bizə gətirilənədək xına qoymadı. Heç bir qadınımız bəzənib sürmə çəkmədi və 

heç bir yerə getmədi. Ondan sonra bizə belə bir hadisə baş verməyib. Babam bu 

sibətə saqqalı islananadək ağlayardı. Onun ağlamağı digərlərini də ağladardı 



Onun qəbri kənarında olan mələklər ağlayırlar və həm də havada və səma-

da olan mələkləri ağladırlar. Hüseynin (ə) ruhu bədənindən çıxanda Cəhənnəm 

elə ah çəkdi ki, az qaldı yer onun ahından parça-parça olsun. Ubeydullah ibn 

Zi

yadla Yezid ibn Müaviyənin canı çıxanda isə Cəhənnəm elə dərindən nəfəs 



al

dı ki, əgər Allah onu öz yerində tutub saxlamasaydı, yer üzündə onun hava-

s

ından yanmamış varlıq qalmazdı. O Hüseynin (ə) qatilinin eşqindəydi. Əgər 



yer üzündə Allahın höccəti olmasaydı yer üzü məhv olardı və onun üstündəki-

lər alt-üst edilərdi. 

Allaha  Hüseynə  (ə)  ağlayan  gözdən  sevimli  göz  yoxdur.  Elə  bir  ağlayan 

şəxs yoxdur ki, onun tökdüyü göz yaşı Fatiməyə (s.ə) və Peyğəmbərə (s) yetiş-

məsin O, şəxs dirildilib məhşərə gətirilərkən onun gözü aydın, xoş xəbərlə gə-

lər. Onun sevinci üzündən bilinər. Onun pis hesabdan heç bir qorxusu olmaz. 

Be

lə şəxslərə deyilər: Cənnətə daxil olun!”



268

 

İmam (ə) digər hədisində buyurur: “Allah yetmiş min mələk Hüseynin (ə) 



qəbrinə  təyin  etmişdir  ki,  Qiyamətədək  başlarına  torpaq  ələyib  ağlasınlar  və 

orada namaz qılsınlar. Onların qıldıqları bir namaz Adəm övladının qıldığı min 

namazdan üstünd

ür. Onların qıldıqları namazların savabı oranı ziyarət edənlər 

üçündür”.

269


  

 

II Müaviyə ibn Yezid hicri 64-65 (miladi 683-684) 

Xəlifə Yezidin ölümündən sonra əməvilər onun oğlu II Müaviyəyə beyət 

edərək onu Əməvi xəlifəsi təyin etdilər. Ləqəbi Əbu Əbdürrəhmandır. Əbu Ye-

zid, Əbu Yala kimi ləqəbləri də vardı. Qureyşli olub Umeyyə oğullarındandır. 

Ana

sı Ümmü Haşim binti Əbu Haşim ibn Utbə ibn Rəbiədir. Lakin o atası Ye-



zi

din və babası Müaviyənin törətdiyi cinayətlərə görə son dərəcə əzab çəkirdi 

və xəlifə olmağa razı deyildi. Odur ki, təyin etdiyi bir gündə camaatı toplayıb 

minbərə çıxaraq dedi: 

– 

Ey camaat! Babam Müaviyə ibn Əbu Süfyan xilafətə yiyələnmək üçün, 



Allahın Rəsuluna yaxın olduğuna görə bu məqama daha layiq olan Hz.Əli (ə) 

ilə müxalifətçilik etdi. Onun sizləri hansı işlərə məcbur etdiyini daha yaxşı bi-

lir

siniz. Nəhayət onun əcəli çatdı, indi o axirətdə etdiyi günahların əsiri olmuş-



dur. Onun ardınca atam Yezid hakimiyyətə layiq olmadığı bir halda hakimiy-

yəti ələ aldı. Allahın fərmanlarına deyil, öz nəfsinə itaət etdi, lakin ömrü qısa 

ol

duğu üçün arzularına çatmamış dünyadan getdi. İndi o da etdiyi əməllərə gö-



rə öz cəzasını çəkəcəkdir. 

Daha sonra ağlayaraq sözlərinə belə davam etdi: 

268

İbn Qəvləviyyə, Kamiluz-Ziyarət, səh-166-167-168, hədis-219. 



269

İbn Qəvləviyyə, Kamiluz-Ziyarət, səh-176, hədis-237. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə