Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə101/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   97   98   99   100   101   102   103   104   ...   314

  

205 


ibn  Ömər  Yezidə  məktub  yazaraq  vasitəçilik  etdi.  Yezid  onun  azad  edilməsi 

əmrini Kufədə üç gündən artıq qalmamaq şərti ilə Ubeydullah ibn Ziyada ver-

di. Muxtar əvvəlcə Hicaza gedib Abdullah ibn Zübeyrə sığındı. Lakin Abdul-

lah


dan  istədiyi  münasibəti  görməyincə  yenidən  Kufəyə  qayıdıb  təvvabindən 

sağ qalanları ətrafına toplayaraq qiyama başladı. Muxtar özünü Hz.Əlinin (ə) 

oğlu Məhəmməd Hənəfiyyənin naibi olduğunu bildirərək and içdi ki, Hz.Hü-

seynin 



(ə) intiqamını almayınca qılıncı qınına qoymayacaq.

278


 

Bunu görən di-

gər  müsəlmanlar  da  onun  ətrafına  toplandı.  Muxtarın  dostlarının  əsasını 

İranlılar təşkil edirdi. Bundan istifadə edən Muxtar 685-ci ildə Kufəyə hücum 

edib şəhərin valisi Abdullah ibn Mutini qaçmağa məcbur etdi.  

Kufənin hakimiyyətini bütünlüklə ələ keçirən Muxtar rəsmən öz hökumə-

tini elan etdi. 

O, hər şeydən əvvəl əsgərlərini ruhlandırmaq üçün onlara hədiy-

yə payladı. Eyni zamanda Malik Əştərin oğlu İbrahim və qəbiləsinin Muxtara 

qo

şulması ilə onun ordusu daha da gücləndi. Bu vaxt Ubeydullah ibn Ziyadın 



başı Züfər ibn Harislə döyüşlərə qarışmışdı. Lakin Züfərə bir şey edə bilməyən 

Ubeydullah Mosula doğru hərəkət etdi. Həmin vaxt Muxtar Mosula vali olaraq 

Əbdürrəhman ibn Səidi təyin etmişdi.  

Ubeydullah  ibn  Ziyadın  Mosula  doğru  hərəkət  etdiyini  öyrənən  Muxtar 

Yezid ibn Ənəsi üç min nəfərlik ordu ilə Mosula göndərdi. Lakin döyüş mey-

danında Yezid ibn Ənəsin xəstələnərək ölməsilə əlaqədar qoşun geri çəkilməyə 

başladı. Bundan xəbər tutan Muxtar dərhal İbrahim ibn Əştəri yeddi min nəfər-

lik qoşunla Ubeydullahın üzərinə göndərdi. 

Bu arada Muxtar Kuf

ə  ətrafında  baş  verən  döyüşdə  Kərbəla  faciəsində 

ordu başçısı olan Ömər ibn Sədi, İmam Hüseynin (ə) başını kəsən Şimr ibn Zil-

cöv


şəni və İmamın (ə) kəsik başını nizədə əvvəlcə Kufəyə Ubeydullah ibn Zi-

ya

dın hüzuruna, oradan da Şama Yezidin hüzuruna aparan Xavlə ibn Yezidi öl-



dür

müşdür.


279

 

686-



cı ildə İbrahim Əştərin başçılığı altında olan ordu ilə Ubeydullah ibn 

Zi

yad  arasında  baş  verən  döyüşdə  Şam  ordusu  məğlub  edildi  və  Ubeydullah 



ibn Ziyad ilə Yezidin xilafəti dövründə Məkkəni dağıdan Husayn ibn Numeyr 

öl

dürüldü. Beləliklə Muxtar əs-Səqəfi və İbrahim ibn Malik Əştər İmam Hü-



seynin 

(ə) qatillərindən intiqam almış oldular. 

Lakin  İraq  bölgəsinin  Muxtarın  nəzarəti  altında  olması  ilə  razılaşmayan 

Ab

dullah ibn Zübeyr bu bölgəni ələ keçirmək üçün qardaşı Musab ibn Zübeyri 



Bəsrəyə vali təyin etdi. Musab Bəsrədə vali olduğu müddətdə Muxtarın tərəfin-

də olan Kufə liderlərinin əksəriyyəti ondan ayrılaraq Musaba sığındı. Bundan 

is

tifadə edən Musab Xorasan valisi Muhəlləb ibn Əbu Sufra əl-Əzdinin köməyi 



278

Tarixi-


Təbəri, III cild, səh-433-440; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, VIII cild, səh-249-

250.


 

279


Tarixi-

Təbəri, III cild, səh-470-482; Tarixi-Məsudi, III cild, səh-104-105. 

  

                                                           




 

206 


ilə Kufəyə hücum edərək 687-ci ildə (hicri 67) Muxtarın ordusunu məğlub edə-

rək onu öldürdü. Bu vaxt Muxtarın 63 yaşı var idi.

280

 

Muxtarın  ölümündən  sonra  İraq  bütünlüklə  Abdullah  ibn  Zübeyrə  tabe 



edil

di. Lakin Muxtarın ölümü ilə Əbdülməlik ibn Mərvan mənəvi zəfər qazan-

mış oldu. Suriya bölgəsində bütün rəqiblərini məğlub edən Əbdülməlik Musab 

ibn Zübeyrin üzərinə hərəkət etdi. 690-cı ildə (hicri 71) Dəclə çayı sahilində 

Deyri-

Casəlik adlı məntəqədə baş verən döyüşdə Musabın ordusu məğlub edil-



di, özü isə öldürüldü. Musabın ölümündən sonra İraqı özünə tabe edən Əbdül-

məlik Abdullah ibn Zübeyri məğlub etmək üçün Həccac ibn Yusif əs-Səqəfini 

Məkkəyə göndərdi. 

 

Həccac ibn Yusif əs-Səqəfinin Məkkə səfəri 

Hər il minlərlə hacının ziyarət etdiyi Kəbənin yerləşdiyi Məkkə Abdullah 

ibn Zübeyrin əlində idi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə 

gün  Məkkədə  qalmalı  olur,  bu  da  Abdullah  ibn  Zübeyr  üçün  Əbdülməlikin 

əleyhinə təbliğat aparmağa kifayət edirdi. Əbdülməlik Şam hacılarının bu təbli-

ğatdan uzaq olmaları üçün həcc səfərinin qarşısını aldı. Əhali bununla bağlı xə-

li

fəyə şikayət etdikdə o dedi: “İbn Şəhab Zühri Hz.Peyğəmbərdən (s) rəvayət 



edir ki, “ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidul-Həram, 

mənim məscidim və Məscidul-Əqsa. Məscidul-əqsa sizin üçün eynilə Məsci-

dul-

Həram hökmündədir və Peyğəmbərin merac gecəsi ayağını üzərinə qoydu-



ğu daş da Kəbənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə 

həmin daşın üstündə bir günbəz ucaldıldı, oradan ipək parçalar asıldı və xadim-

lər  təyin  edildi.  Beləliklə  camaat  oranı  təvaf  etməyə  başladı.  Bu  adət  Bəni-

Umey


yə  sülaləsinin  bütün  hakimiyyəti  dövründə  davam  etmişdir.

281


 

Bunları 


nəzərə alan Əbdülməlik ibn Mərvan Həccac ibn Yusif əs-Səqəfinin başçılığı al-

tında olan böyük bir ordunu Məkkəyə göndərdi. 

Bütün hazırlıqlarını görən Həccac 692-ci ildə (hicri 72) Kəbəni mühasirəyə 

al

dı. Əbu Qubeys təpəsində mancanaqlar quraraq Məkkənin üzərinə daş yağ-



dırmağa başladı. Mühasirə uzandıqca Məkkədə aclıq və qıtlıq baş verdiyi üçün 

Ab

dullahın adamları Həccaca sığınırdı. Abdullah azsaylı adamları ilə hücuma 



ke

çib  vuruşsa  da  692-ci  ildə  öldürüldü.  Həccacın  göstərişi  ilə  onun  cəsədini 

Həcun adlı məntəqədə dar ağacından asdılar.

282


 

Həccac bu əmri yerinə yetirdiyi 

za

man əlindən gələn bütün ləyaqətsizliyə əl atdı.  



Abdullah ibn Zübeyri məğlub etdikdən sonra Əbdülməlik Həccacı iki illik 

Hi

caza  vali  təyin  etmişdi.  O  Mədinədə  olduğu  müddətdə  Hz.Peyğəmbərin  (s) 



məşhur  səhabələri  olan  Cabir  ibn  Abdullah  Ənsari,  Ənəs  ibn  Malik,  Səhl  ibn 

Sa

idi kimi şəxsləri rüsvay etmək üçün onların boynuna damğa vurdu. Bəhanəsi 



280

Tarixi-


Təbəri, III cild, səh-483-492; Tarixi ibn Əsir, IV cild, səh-267-278.  

281


Tarixi-

Yəqubi, III cild, səh-8. 

282

Tarixi-


Məsudi, III cild, səh-119-122; Tarixi-Yəqubi, III cild, səh-266-268. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə