Şamil Vəliyev – 50


səhifə95/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   89   90   91   92   93   94   95   96   97

332
Son illərdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd «M.J.Pişəvərinin
həyatı, mühiti və yaradıjılığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və
eyni adlı monoqrafiya (1998) çap etdirmişdir. Adından da göründüyü kimi ilk dəfə
yundamental şəkildə Pişəvərinin siyasi, tarixi fəaliyyəti və ədəbi-bədii yaradıjılığı
tədqiqata jəlb olunmuşdur. Daha sonra bu tədqiqat işi «Cizn procitaya v borbe» (2002)
adı altında rusdilli oxujulara təqdim olunmuşdur.
Bu yaxınlarda çap olunan jənubşunas alim, tarix elmləri namizədi Əkrəm
Rəhimlinin (Bice)  «Mübarizə burulğanlarında keçən ömür: S.J.Pişəvəri»  (2009) adlı
monoqrafiyasında Pişəvərinin tarixi və siyasi fəaliyyəti geniş şəkildə öz əksini tapıb.
* * *
Mir Jəfər Seyid Javad oğlu Javadzadə Xalxali (Mir Jəfər Pişəvəri) 1892-ji ildə
Güney Azərbayjanının Xalxal mahalındakı Zivə obasında /Zaviyə-sadat/ anadan
olmuşdur. Yoxsul ruhani atasından oxuyub yazmağı öyrənmiş, kənddə ilkin təhsil
almışdı. Zaviyədə ağaların özbaşınalığı, feodalların zülmü Seyid Javadın da ailəsindən
yan ötüşmürdü. Kəndlilərin məşəqqətli həyatı hələ uşaqlıq çağlarından Pişəvərinin
xatirində dərin iz buraxmış, onu düşündürmüşdür. Bu ajı uşaqlıq xatirələri sonralar
Javadzadə yaradıjılığında özünün bədii əksini tapmışdır. Belə ki, görkəmli ijtimai
xadim, böyük ədib uşaq vaxtlarında müşahidə etdiyi hadisələri – soyuq qış günlərində
kəndlilərin bir parça çörək dalınja şəhərlərə getmələrini, ərbabların və xanların zülmü
nətijəsində onların tərki-vətən olmalarını, bir çox həmvətənlərinin Bakı mədənlərinə
pənah aparmalarını və fajiəli, ajınajaqlı həyat səhnələrini sonralar əsərlərində tez-tez
yad etmişdir.
1905-ji ildə Javadzadələr ailəsi Bakıya köçməyə məjbur olur. Onda Mir Jəfər
Javadzadənin 13 yaşı vardı. Bakının Bülbülə kəndində məskunlaşan Seyid Javad
oğlunun təhsilinə xüsusi diqqət vermişdir. Bakıda «İttihad» məktəbinə daxil olan Mir
Jəfər 1913-jü ildə təhsilini başa vurub, 21 yaşında ilk əmək fəaliyyətinə başlamışdır.
O dövrün başlıja maarifçilik şüarlarndan biri dünyəvi təhsil verən məktəb
şəbəkəsinin genişləndirilməsi idi. Bunu Aəzrbayjan xalqının maariflənməsi kimi tarixi


333
zərurət tələb edirdi. Uşaqlıq və gənjlik illərini geniş bilik və mükəmməl savada malik
olmaq naminə sərf etmiş Mir Jəfər N.Nərimanovun «Məktəb. Məktəb! Bizi anjaq o
xilas edər!» - fikrini-ideyasını bir növ həyata keçirmək niyyətilə 1913-jü ildə indi
qəsəbəyə çevrilmiş Xırdalan kəndində məktəb təşkil etmişdir. S.M.Qənizadə,
H.Mahmudov, S.S.Axundov, M.Mahmudbəyov, N.Nərimanov kimi xalqın balalarına
dünyəvi təhsil, özü də ana dilində təhsil vermək istəyən sələfləri tək M.J.Pişəvəri də
uşaqlara «təhsil etməyə» böyük həvəsi olduğunu qeyd edirdi:  «Məktəbi bitirdikdən
sonra müəllim oldum. Təhsil etməyə, kitab oxumağa olan böyük həvəsim sayəsində
iyirmi yaşa çatanadək bütün boş vaxtlarımı kitabxanalarda keçirərdim. Tarix, ədəbiyyat
və fəlsəfə sahələrinə aid kitablara daha çox meyl göstərərdim. Belə bir mövqedə birinji
dünya müharibəsi və onun ardınja böyük Rusiya inqilabı baş verdi». Birinji dünya
müharibəsi illərinin hadisələri, daha sonra 1917-ji ildə Rusiyada baş verən inqilabi
hərəkat «vətəninin və millətinin nijat və səadətini Rusiya inqilabçılarının istədikləri
quruluşun əldə edilməsinə bağlı» olduğunu söyləyən Mir Jəfəri yerindən tərpədərək
siyasi mübarizə meydanına atır.
Özünün inqilabi mübarizə meydanına daxil olmasının səbəbini Pişəvəri iki faktorla
əlaqələndirirdi. Özünü «Rusiyada yaşayan millətlərin azadlıq mübarizəsində yaxından
iştirak etmiş İran gənjlərindən» biri hesab edən Xalxalini «bu şərəfli fəaliyyətə jəlb
edən» başlıja amil onun: «azadlıq uğrunda mübarizə işinə böyük rəğbət» idi. Mənsub
olduğu milləti haqqında düşünjələri «Mir Jəfər Seyid Javadzadə» imzası ilə dərj
olunmuş məlumatın müəllifini sistemli, şüurlu və ardıjıl mübarizə meydanına təhrik
edirdi. Az sonra 1918-ji ilin yanvarında Mir Jəfər Pişəvəri artıq İran Demokrat Partiyası
Bakı təşkilatının «Azərbayjan jüzi layənfəkki İran» qəzetində əməkdaşlığa başlayır. «Bu
dövrdə ən çox fəaliyyət göstərən mühərrirlərdən» biri kimi səjiyyələndirilən
M.J.Pişəvəri qəzetin ilk nömrələrindən başlayaraq qələm məhsullarında İran mütərəqqi
ijtimai qüvvələrinin fəaliyyəti, Rusiyada yaradılan fəhlə-kəndli höküməti, Avropa
müstəmləkəçilərinin, xüsusən İngiltərə hökümətinin həyata keçirdiyi jinayət
faktlarından söhbət açır, fikir və mülahizələrini əsaslandırmağa çalışırdı. Hələlik


334
mətbuat aləmində ilkin addımlarını atan mühərririn yazılarında diqqəti jəlb edən başlıja
tərəflər aşağıdakılar idi:
1. Müəllif İranda yaşayan xalqların düşdükləri ağır vəziyyətin ijtimai-siyasi səbəb
və amillərini aydın görür, yanılmadan göstərirdi, o, həqiqəti söyləyirdi.
2. Pişəvəri «vaxtın çatdığı, yatmaq zamanı deyil, iş görmək lazım olduğu» fikrini
qətiyyətlə irəli sürür, irtija və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə
mübarizədə İran xalqlarının ittihad və ittifaqının təmin olunmasını başlıja şərt hesab
edirdi.
1919-ju ilin ortalarında Məhəmməd Fətullazadə, Yusif Yəqub və Bəhram
Ağazadənin zəmanəti ilə İran Ədalət Partiyasının Bakı təşkilatı sıralarına daxil olan
Pişəvəri eyni zamanda tərəqqipərvər iranlıların açdıqları «İttihad» mədrəsəsində
müəllimlik edir, partiyanın tapşırıqlarını yerinə yetirir, üstəlik «Hümmət» sosial-
demokrat qrupu ilə əlaqə saxlayırdı. Onun N.Nərimanovla əməkdaşlıq etməsi ijtimai
şüurunun genişləndirməsinə güjlü təsir göstərirdi.
Pişəvəri bioqrafiyası ilə tanışlıq göstərir ki, o, qəlbinin və ağlının hökmü ilə
mübarizə meydanına atıldığı ilk dövrlərdən başlayaraq hadisələrə qiymət vermək, xalqı
azadlığa çıxarmaq yolunda əsl fədai kimi çarpışmaq istəyirdi. Bu mübarizədə o, ilkin
vasitə olaraq mətbuatı götürmüş, müəllimlik fəaliyyəti ilə yanaşı, publisistika aləminə
daxil olmuşdu. Əslində bu, tarixi bir forma idi, dünya miqyaslı inqilabçıların
fəaliyyətində özünü təjrübədə təsdiq etmiş bir vasitə sayılırdı. Dövrünün fəlsəfi, tarixi
və ədəbi mənbələrini öyrənməyə böyük marağı olmuş M.J.Pişəvəri «Açıq söz»
qəzetindən sonra İran Sosial Demokrat Partiyasının orqanı olan «Azərbayjan» və
«Hümmət» qəzetlərində yazılar dərj etdirir.
İranda Rza şah və əlaltılarının recimlərinin dağıdılması ikiqat zülm altında
yaşayan Azərbayjan xalqının mübarizəsinə şərait yaratdı, xalq ayağa qalxıb mübarizəyə
başladı.


Yüklə

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə