50
Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və
“hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını” təyin etməsi münasibətilə çəkilir.
Sonra müəllif
xəbər verir ki, Mərvan Iəkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi
Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs?) adı ilə məşhur olan
qalasına yollandı.
*
Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".
24
Maraqlıdır ki, Bakının qədim adı Xursanı xatırladan Xunsar olmuşdur.
25
Ehtimal ki, müəyyən dövrlərdə,
Abşeron da daxil olmaqla, Xıdır-Zində və Beşbarmağa qədər cənuba doğru dənizboyu yerlər Xursanın tərkibinə
daxil olmuşdur.
26
Xursan vilayəti geniş ərazini
tuturdu və görünür, Məsqətdən
27
(Müşkürdən) cənubda
Dərbənd bölgəsinin cənub hissəsinə müvafıq olub, artıq Şirvanın tərkibinə qatılmış ləkz ərazisinin bir hissəsi
idi. X əsrin sonunda Cənubi Dağıstandakı
[95 - 96]
ləkz vilayətləri artıq Şirvanşaha tabe edilmişdilər.
28
Ehtimal
ki, Şirvanlılardan başqa ləkz və tat tayfalarının məskun olduğu Xursan vilayəti Qafqaz dağlarının
yamaclarınadək, Lahıcla Quba arasında yerləşirdi. Həmin tayfaların qalıqları indiyədək buradakı Buduq,
Xınalıq, Qrız və Haput kəndlərində yaşayır, Sulut, Məlhəm, Qonaqkənd, Zarat, Dəmirçi və s. ətraf kəndlərlə
birlikdə Lahıc da Xursan vilayətinin tərkibində idi.
V. F. Minorskinin fıkrincə, Layzan vilayəti Girdiman çayının yuxarı axarındakı müasir Lahıc vadisində
yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, - X-XI əsrlərdə isə Şirvanın
tərkibində
idi.
29
Məsudinin
30
və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın
əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah
titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V. F. Minorskiyə görə, Layzan
vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan
bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafıqdir.
31
Lahıcın əhalisi - tatlar İrandan, Gilanın
Lahicın vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfındən
Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər.
32
Lahıc adlı yaşayış məntəqələri hal-hazırda
Zaqatala, Xanlar rayonlarında Abşeronda (Ləhəş kəndi - təhrif olunmuş Lahıc) da vardır.
Lahıcın öyrənilməsi bu orta əsr şəhərinin yüksək abadlıq səviyyəsinə - daş döşənmiş küçələr,
meydanlar, daxili həyətlər atmosfer yağıntılarının axması üçün ölçülüb-biçilmiş şaquli planlaşdırma,
kanalizasiya sistemi, dağ çeşmələrindən içməli su ilə yaxsı təchiz edilməsi - malik olduğunu göstərir.
33
Lahıcın
planlaşdırma
strukturunun, memarlıq görünüşünün,
eləcə də, abadlığının xüsusiyyətləri, yəqin ki, onun Layzan
məlikliyinin inzibati-siyasi mərkəzi kimi əhəmiyyətindən irəli gəlirdi. Lahıc, eyni zamanda, orta əsrlərdə
Şirvanın miss sənayesinin məşhur sənətkarlıq mərkəzi olub Cənubi Qafqaz ölkələrinə, İran
və Türkiyə
şəhərlərinə ixrac edilən mis qabları və silahları ilə şöhrət qazanmışdı. Sulut kəndi vasitəsilə Şamaxı və
Azərbaycanın digər şəhərləri, habelə qonşu Dağıstanla ticarət aparılırdı. Lahıc dərin çökəklikdə, demək olar ki,
Girdiman çayının mənbəyində, Niyaldağın dibində yerləşib, üzük qaşı kimi hər tərəfdən keçilməz dağlarla əhatə
olunmuşdur. Yalnız iti Girdiman çayı Elgədik və Niyaldağ dağları arasından Lahıc aşırımını yarıb keçir. Lahıc
şəhərinin ortasından onu ikiyə bölərək Girdiman çayına tökülən iti Lulə Dərəsi çayı axır. Lahıc
öz məscidi və
meydanı olub, qədim adlarını qoruyub saxlayan bir sıra məhəllələrə bölünür: buradakı Dər-Həsən məhəlləsində
çarvadarlar, Murodunda dəmirçilər və çarvadarlar, Bədoyunda keşduzlar, tacirlər, misgərlər, Ağəlidə misgərlər
yaşayırdılar. Şəhərciyin ən yüksək hissəsi Zəvərə məhəlləsi (keşduzlar) və Dərə-Hamam adlanır. Lahıc əhalisi ta
qədimdən kustar
üsulla mis qablar düzəltməklə, bu məqsədlə xüsıısi kömür hazırlamaqla, habelə çarvadarlıqla -
hazır məhsulu müxtəlif yerlərə daşıyıb satmaq və əvəzində xammal alıb gətirməklə məşğul olmuşlar.
34
Əgər
Şirvan və Arrannı Bakı, Qəbələ, Şəbəran, Beyləqan, Gəncə və digər şəhərlərində saya və şirli saxsı qablar
istehsal edilirdisə, Lahıcda buna bənzər mis qablar hazırlanırdı. Lahıc qabları rəngli keramika rəsmləri əvəzinə,
bədii oyma ilə işlənmiş xalça
[96 - 97]
naxışlarını xatırladan naxışlarla bəzədilirdi. "Hüdud əl-aləm"də (982)
göstərilir ki, bütün dünyada məşhur olan yun parçalar və xalçalar üç nahiyədə - Şirvan, Xursan və Layzanda,
35
yəni indiki Şamaxı, Bakı, Quba, Qonaqkənd, Lahıc və b. yerlərdə istehsal olunurdu.
V-VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər.
Sonralar IX-X əsr ərəb mənbələrində Samur çayı,
Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla, həmsərhəd olan
bərəkətli Məsqət - Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı - Maskut, yaxud Maşkut
qədim massagetlərin adı ilə bağlıdır.
36
Ammian Martsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və
deməli, Məsqətin qədim sakinləridir. 'Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı
dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas
("Tülkü") və Samur çay adları qalmışdır.
37
Lakin Şirvan Xilafət tərəfındən istila edildikdən sonra bir vilayətin
adını eşidən ərəblər onun İran körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət
adlandırmağa başladılar.
Bəlazuri xəbər verir ki, Məsqətin Ənuşirəvanın təyin etdiyi şahları olmuşdur və sonra
əlavə edir ki, indi artıq onların məmləkəti yoxdur, Qədim zamanlarda bu vilayətin müstəqil hakimləri olmuşdur,
*
Ehtimal ki, Dəvəçi rayonundakı Çıraqqala qalasıdır.