Sayali sadiqova


Mən özümçün ol günə zad eyləyim...  Ləşkəri-İslamə həzimət buldı çün Qeysəri-Rumiyə  doy



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə24/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   20   21   22   23   24   25   26   27   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

 
Mən özümçün ol günə zad eyləyim... 
Ləşkəri-İslamə həzimət buldı çün
Qeysəri-Rumiyə 
doy
 oldı 
dügün
... 
Kim qızıl, altunmıdır, yoqsa gümiş,
Ya nüqrəmidir, dəmürmi, nə imiş...
Gər ağaclar yaprağınca ola həm,
Daxi qumü qayır sanı, ey kərəm.
Nümunələrdən göründüyü kimi, Həzinin bu şeir parçaların-
da eyni misra daxilində yalnız türkmənşəli sözlərdən ibarət olan 
al-götür, doy//toy-dügün, qızıl-altun, qum-qayır sinonimlərini 
qoşa işlətmişdir. Üçüncü nümunədə isə o, beyt daxilində “gü-
miş” sözü ilə yanaşı, onun ərəb mənşəli “nüqrə” sinonimini də 
işlətmişdir.
Ortaçağa aid tərcümə örnəklərində qeydə aldığımız qoşa iş-
lənən türkmənşəli aşağıdakı sözlər də diqqəti çəkir: 
bütün 
– 
qa-
mu-varı, düş 
– 
uyqu, gecə 
– 
dün, oxranmak-kişnəmək, sağ-əsən, 
sınmaq 
– 
ufanmaq, uyumaq 
– 
yatmaq 
– 
ımızğanmaq, ün 
– 
səs, 
yerimək 
– 
varmaq, varmaq 
– 
getmək
və s. Qeyd edək ki, bu xü-
susiyyət “Kitabi-Dədə-Qorqud” dastanlarında və Nəsimi “Di-
van”ında da qabarıq şəkildə özünü göstərir.
Ortaçağ Azərbaycan tərcümə ədəbiyyatı nümunələrində
xüsusilə də Həzinin “Hədisi-ərbəin” və Nişatinin “Şühədanamə” 
tərcümələrində sinonimlərlə yanaşı, antonim sözlərin də qoşa iş-
lənməsi nəzərə çarpır. Məsələn;
 
 
Vermiş idim Həq 
yoluna azü çox,
Leyk bu igitdən özgə dəxi yox... 
Dəxi Allah qorxusunun fikiridir,
 


76 
Bu fikir dün-gün gönlümün zikridir. 
(
Həzininin
“Hədisi-ərbəin” tərcüməsi)
Böyük ilə kiçi və daşı ilən içi, yigit ilən qarı Mələkül-möv-
tün hüzurunda bərabərdirlər. 
(“Şühədanamə”) 
 
Beləliklə, ortaçağ Azərbaycan tərcümə əsərlərinin əlyazma-
larının dili üzərindəki qeydlərimiz açıq-aşkar şəkildə sübut edir 
ki, bu əvəzsiz yazılı abidələr Azərbaycan-türk ədəbi dil tarixinin 
hərtərəfli araşdırılması baxımından dəyərli qaynaqlardır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə