Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə26/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   22   23   24   25   26   27   28   29   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

-ıcı, -ici
şəkilçisinin 
köməyi ilə düzəltmiş sözlər çoxluq təşkil edir. Həmin sözlərdən 
bir neçəsini farsca orijinalları ilə birlikdə təqdim edirik. 
Xanənde-oqıyıcı.
Müasir ədəbi dilimizdə yalnız 
müğənni, 
xanəndə
anlamında işlənən fars mənşəli 
xanənde
sö-zü bu dildə 
tarixən bir neçə məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə 
edən; 2. müğənni, xanəndə; 3. dəvət edən, dəvətçi, 4. savadlı. 
Sözün sonuncu iki mənası fars dili üçün arxaik səciyyə daşıyır 
1

“Kəvamülüt-təbir”in farsca orijinalında bu söz birinci mənada 
işlənmişdir:
Çenan ke dər dibaçe zekr kərdim, baz nəmayim, ta estex-
rac-e an bər xanənde və amuzənde asan gərdəd.
Bəvazici bu cümləni azacıq dəyişikliklə aşağıdakı kimi tər-
cümə etmişdir: 
Netə ki kitab əvvəlində zikr etmisüz, zikr edəvüz, ta anun is-
tixracı oqıyıcıya və ögrəniciyə asan ola
2

Farsca mətndəki 
xanənde
sözü quruluşca düzəltmədir: 
xan-
dən
(burada: oxumaq, mütaliə etmək) felinin kökü 
xan
və 
-ənde
şəkilçisindən ibarətdir. Fars dilində çox işlək olan 
-ənde
şəkilçisi 
feil kökünə qoşularaq, əsasən, 
feili
sifət düzəldir. Məsələn: 
bi-
nənde 
(görən, tamaşaçı), 
cuyənde
(axtaran), 
rəvənde
(gedən) və s. 
Bəvazicinin tərcüməsində işlənmiş 
oqıyıcı
sözü də istər mə-
naca, istərsə də quruluşca onun farsca əsli ilə tam üst-üstə düşür. 
Belə ki, 
oxuyan, mütaliə edən
anlamında işlənmiş bu söz də 
1
Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak (Ərəb-
cədən tərcümə edəni: akademik Ziya Bünyadov). Bakı, Azərnəşr, 1992, 
səh.951. 
2
Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU, 1990, 
səh.136-137. 


79 
farsca orijinalı kimi quruluşca düzəltmədir və 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə