24
1974-cü ildə M.Mesaroviç (ABŞ) və E.Pestelin (Almaniya) «Bəşəriyyət
çıxış nöqtəsində» adlı əsəri nəşr olundu. Burada imitasiya və
oyun alətlərindən
istifadə edilərək modelləşdirmə prosesi bir qədər mürəkkəbləşdirilmişdi,
tədqiqatın normativ aspekti gücləndirilmişdi. Müəlliflər problemlərin həll
edilməsi üçün alternativ normativ-proqnozlaşdırma ssenarilərini təqdim
edirdilər. Bu ssenarilərdən birində inkişaf etmiş ölkələr tərəfindən inkişaf
etməkdə olan ölkələrə kömək variantları işlənmişdi. Digər ssenarilərdən biri
neft istehsal edən və istehlak edən ölkələr arasında münasibətlərin
tənzimlənməsilə bağlı idi. Başqa bir ssenari dünya ərzaq probleminin həllinə
dair idi. Mesaroviç-Pestel belə nəticəyə gəlirdilər ki, növbəti on illikdə inkişaf
etməkdə olan ölkələrdə qlobal təhlükə gözlənilir, sonradan bu təhlükə inkişaf
etmiş ölkələri də əhatə edəcək. Forrester-Medouzanın təklif etdiyi «sıfır
inkişaf» konsepsiyası əvəzində «üzvi inkişaf» xəttinə keçid daha səmərəli
görünür. İnkişaf etməkdə olan ölkələrə kömək edərək inkişaf sürətini
bölüşdürmək və dünya ərzaq və neft probleminin həllini gücləndirməklə «üzvi
inkişafa» keçmək mümkündür. Müəlliflərin fikirləri bir qədər utopik
göründüyündən tənqidə məruz qalmışdı.
1976-cı ildə Roma klubunun üzvü Y.Tinberqin başçılığı ilə «Beynəlxalq
iqtisadi nizamın yeniləşdirilməsi» və D.Qaborun «İsrafçılıq əsri hüdudlarında»
adlı kitabları nəşr edildi. Birinci kitabda inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr arasındakı iqtisadi əlaqələrin yenidən qurulması məsələsi qoyulurdu.
Əks təqdirdə bu ölkələr arasında əlaqələr qırılacaq və inkişaf etməkdə olan
ölkələrdə iqtisadiyyat çökəcək, milyonlarla insan aclıqdan məhv olacaq və
beynəlxalq münasibətlər çətinləşəcək. Bunun qarşısının alınması üçün inkişaf
etməkdə olan ölkələrə maliyyə və ərzaq yardımı edilməli, maddi yardım
etmək, kreditlər vasitəsilə bu ölkələrin sənayeləşdirilməsini sürətləndirmək və
silahlanmanı dayandırmaq hesabına iqtisadiyyatı optimallaşdırmaq vacibdir.
İkinci kitab dünya mineral ehtiyatlarının tükənməsi və yanacaq-enerji və
xammal balansının pozulması təhlükəsi problemlərinə həsr olunmuşdu. Bunun
qarşısını almaq üçün enerji və maddi ehtiyatlar bərpa edilməli, qapalı istehsal
tsiklləri genişləndirilməlidir və s. Roma klubunun proqnzları artıq daha
konkret müddəti və konkret məsələləri əhatə edirdi.
1977-1978-ci illərdə Roma klubunun nümayəndəsi G.Laslonun (ABŞ)
rəhbərliyi ilə «Bəşəriyyətin məqsədi» adlı kitab nəşr olundu. Burada əsas
diqqət normativ proqnozlaşdırmaya yönəlmişdi. Kitabın birinci hissəsində
yerli tədqiqatçılar cəlb olunmaqla dünyanın səkkiz regionu üzrə aparılan
araşdırmalarda iri beynəlxalq təşkilatlar və çoxsaylı korporasiyaların
məqsədləri öyrənilirdi. İkinci hissədə beynəlxalq
təhlükəsizlik, ərzaq, enerji və
mineral ehtiyatları, ümumi qlobal inkişaf tədqiq edilirdi. Üçüncü hissədə