34
mənbə və hədləri» // «Sinergetika – I Sinergetik antologiya» (2003),
«Mədəniyyətdə qloballaşmanın təzahürləri və Azərbaycan» (2004), A.Əliyev,
Ə.Qasımov və N.Qasımovun “Azərbaycanın sosial-iqtisadi inkişafında
islahatların rolu”(1998), Q.C.Əliyevin “Müasir siyasi modernləşmə
konsepsiyaları” (1998), “Çağdaş demokratik proseslərin bəzi fəlsəfi
problemləri” (1997), C.T.Əhmədlinin «Elmi texniki inqilab və sosial
problemlər», «Cəmiyyət, siyasət, ideologiya», “Elmi problem şəraiti və
metodologiya” (1998), Ə.F.Abbasovun «Yeniləşən cəmiyyət. Müasir elmi
paradiqma və idarəetmə» (1998), F.Mustafayevin «Sərhədsiz dünya» (1999),
S.Xəlilovun «Elmi texniki tərəqqinin əsasları» (1998), «Şərq və Qərb:
ümumbəşəri ideala doğru» (2004), E.Nəcəfovun «İctimai inkişafda
mədəniyyət və sivilizasiyanın dialektikası» (2000), «Azərbaycanda keçid
dövründə modernləşmə problemi» (2001), H.İmanovun «Azərbaycanda təhsil
və onun proqnozlaşdırılması», «Azərbaycanda sosial strukturun dəyişmə
meylləri və ona təsir edən amillər» «Sosial gərginliyi törədən obyektiv və
subyektiv amillər və onların həlli yolları», İ.Məmmədzadə «Vətəndaş
cəmiyyəti və Milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi» (1995),
«Müasir Azərbaycanda fəlsəfə və qloballaşma problemləri» (2002),
T.Ağakişiyevanın «Müasir ekoloji reallıq şəraitində sosial-iqtisadi inkişafın
xüsusiyyətləri» (2000), İ.Rüstəmovun «Azərbaycanda təbii-elmi biliyin
inkişafının fəlsəfi problemləri» (2001), A.Mirzəcanzadənin «XXI əsrə yol
haqqında» (2001), Ə.F.Abbasov və İ.S.Əsgərovun «Keçid dövrü və yeni
iqtisadi təfəkkür /sosial-fəlsəfi təhlil/» (2001), H.Hüseynovun «Suveren
dövlətlər konsepsiyası: mif və reallıq», R.Aslanovanın «Qloballaşma və
mədəni müxtəliflik» (2004), M.M.Bağırzadənin «Son on ildə Azərbaycanda
sosioloji prosesin xüsusiyyətləri: problemlər və perspektivlər» (2004),
A.Abasovun «Mədəniyyət və qloballaşma» (2004), A.Şükürovun
«Qloballaşma və mənəvi dəyərlərimiz» (2004), S.Y.Hüseynovun «Davamlı
insan inkişafının strateji istiqamətləri» (2003), «Qloballaşma və Azərbaycanda
insan inkişafının perspektivləri» (2004), D.İsmayılovun «Azərbaycanın
transformasiya prosesində ideologyalar: konservatizm, liberalizm, sosial
demokratiya» (2005), T.T.Əhmədovanın «Qloballaşma cəmiyyətin sosial
mədəni dinamikasının amili kimi» (2004), A.Əvəzoğlunun «Qlobal
problemlər və III minilliyin astanasında humanizmin taleyi» (2004),
Z.Ağayevanın «Qloballaşma və milli mədəniyyətlərin taleyi» (2004),
S.İsgəndərovanın
«Qloballaşma və cəmiyyət» (2004), F.Əliyevanın
«Qloballaşma və iqtisadiyyat» (2004), N.M.Məmmədovanın «Qloballaşma və
milli iqtisadiyyat və mədəniyyətin inkişafı» (2004), S.M.Mustafayevin «İnsan
ekologiyasının qloballaşma prosesində yeri» (2004), E.Aslanovun
35
«Qloballaşmanın keçid məkanlarına təsiri» (2004), Ə.Tağıyevin «İki əsrin
qovşağında» (2004), «Qlobal siyasi proseslər və Milli dövlət ideyası» (2006),
Ə.Qəşəmoğlunun «Sosial tərəqqi meyarları», «Tərəqqi və demokratiya»
(2005),
S.Rahidin
«Qloballaşma və türk sivilizasiyası» (2005),
S.D.Məmmədovanın «Keçid dovründə şəxsiyyət problemi» (2005),
Ə.S.Abbasovun «Müasir dövrün sosio-mədəni problemləri» (2006),
Y.Rüstəmovun «Çoxqütblü, çoxsivilizasiyalı yeni dünya» (2007),
F.Qurbanovun «Azərbaycan və qloballaşma prosesinin sinergizmi» (2007),
R.Mehdiyevin «Azərbaycanın inkişaf dialektikası» (2000), «Azərbaycan:
qloballaşmanın
çağırışları»
(2004),
«Gələcək
strategiyanı
müəyyənləşdirərəkən:
modernləşmə
xətti»
(2008),
R.İsmayılovun
«Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri»
(namizədlik dissertasiyası) (2009) və s. məqalələr və monoqrafiyalar nəşr
olunmuşdur.
Qeyd edə bilərik ki, 2006-cı ildə Reyhan Hüseynovanın rəhbərliyi ilə
yaradılmış Azərbaycan Futuroloqlar Cəmiyyəti (AFC) Azərbaycan
cəmiyyətinin müxtəlif istiqamətli inkişaf strategiyasının hazırlanması
sahəsində tədqiqatlarla məşğuldur və futurologiya sahəsində 200-dən çox
kitab, məqalə, hesabat dərc etdirmişdir. AFC 2006-cı ildə Azərbaycanda 1-ci
Beynəlxalq Futurologiya Kollokviumu, 2007-ci ildə Azərbaycan məktəbliləri
arasında “Gələcək Nəsillərlə Üz-Üzə” mövzusunda Ümumrespublika İnşa
Müsabiqəsini, “İdarəetmə və Qərar-Vermək üçün Gələcəyin Tədqiqatları
Konsepsiyaları və Metodları” mövzusunda seminar, 2008-ci ildə “Futuroloji
tədqiqatlar və Qafqazın gələcəyi” adlı ilk beynəlxalq konfrans təşkil etmişdir.
Bu qeyd olunanlarla yanaşı, Azərbaycanda İnformasiya Cəmiyyətinin
qurulması istiqamətində dövlət ciddi addımlar atır. Belə ki, 2003-cü ildə
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” qəbul olunub. 2005-ci ildə
prezident İ.Əliyev «Azərbaycan Respublikasında Rabitə və İnformasiya
Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”
(“Elektron Azərbaycan”) təsdiqlənib və İnformasiya cəmiyyətinin inkişafı
istiqamətində siyasət planı işlənib hazırlanıb və bir qrup qanunlar qəbul
olunub.
YOXLAMA SUALLAR
1.Azərbaycanda gələcək haqqında ilkin ideyaların əsas mənbələri hansılardır?
2.Zərdüştlük dinində sosial inkişaf haqqında təsəvvürlər nə ilə fərqlənirdi?
3. «Dədə Qorqud» dastanlarında cəmiyyətin inkişaf əsasları necə müəyyənləşdirilir?
Dostları ilə paylaş: |