114
«Torpaq islahatını şərti olaraq 3 mərhələyə bölmək olar: 1) 1993 / 1994-cü
illər: Kənd təsərrüfatının düşdüyü acınacaqlı vəziyyətin səbəblərinin
öyrənilməsi, hüquqi-normativ sənədlərin tərtibinə hazırlıq işlərinin aparılması;
2) 1995 / 1996-cı illər: Əsas qanunların və normativ-hüquqi aktların qəbul
edilməsi, aqrar islahatların başlanılması; 3)1997 / 2000-ci illər: İlahatların
konkret olaraq həyata keçirilməsi.
Hazırda ölkənin aqrar sektoru üzrə nəzərdə tutulan əmlakın 93,2%-i
özəlləşdirilmişdir. Orta hesabla hər bir ailəyə 1,6 ha torpaq sahəsi
verilmişdir».
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Azərbaycanda torpaq
üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:
1)Dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, dövlət
ehtiyatlarında olan torpaqlar, su fondu torpaqları və s.
2) Bələdiyyə mülkiyyətində olan torpaqlar: yaşayış məntəqələrinin yerləşdiyi
və onun ətrafında olan torpaqlar;
3) Xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv edilməsi
nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.
İlkin olaraq Zaqatala və Xızı rayonlarının təsərrüfatlarında islahata
başlanıldı. Sonra həmin rayonların təcrübəsi öyrənilərək digər rayonlarda,
xüsusən Tovuz, Neftçala, Cəlilabad, İmişli və s. rayonlarda islahatların təşkili
və həyata keçirilməsində müvəffəqiyyətlə istifadə edildi.
Özəlləşdirmə proqramında dövlət müəssisələri və obyektləri özəlləşdirmə
imkanlarından asılı olaraq 5 qrupa bölünmüşdür:
1) Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər;
2) Prezidentin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər;
3) Nazirlər kabinetinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər;
4) Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq özəlləşdirilən müəssisə
və obyektlər;
5) Özəlləşdirilməsi məcburi sayılan müəssisə və obyektlər.
Müasir dövrdə Azərbaycan Respublikasında islahatlar prosesinin gedişini
izləyən və istiqamətləndirən bir sıra sosial-iqtisadi institutlar mövcuddur.
Bunlardan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Maliyyə
Nazirliyi, Dövlət Vergi Nazirliyi, Statistika Komitəsi, Dövlət Əmlak Nazirliyi,
Antiinhisar Siyasəti və sahibkarlığın müdafiəsi üzrə Dövlət Komitəsi,
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər
Akademiyası, Sahə elmi-tədqiqat institutları, Gömrük Komitəsi, banklar,
broker kompaniyaları, çek-investisiya fondları, qiymətləndirmə kompaniyaları
və firmaları və s. qeyd etmək olar.
115
Göründüyü kimi, islahatlar gedişində bu prosesin tədqiqi, tətbiqi və
tənzimlənməsi ilə bağlı kifayət sayda sosial institutlar fəaliyyətə başlayır.
A.P.Babayevin qeyd etdiyi kimi, «özəlləşdirmə və ya dövlətsizləşmə
prosesində dövlət aparatının əlində olan mərkəzləşmiş idarəçiliyin müəyyən
səviyyəyə qədər zəifləməsi; dövlət müəssisələrinin monopoloya vəziyyətinin
dəf edilməsi; iqtisadiyyata dövlət müdaxiləsinin sərhədlərinin müəyyən
edilməsi; dövlət mülkiyyətinin özəlləşdirilməsi və şəxsi mülkiyyətin
təsdiqlənməsi» kimi hadisələr bir-birini əvəz edir. Məhz «bu əsaslar üzərində
siyasi, iqtisadi və soial sahələrdə qeyri-dövlət strukturlarının formalaşması və
inkişafı baş verir. Bu obyektiv dəyişikliklər sırasında özəlləşmə mərkəzi
mövqe tutur.
Qeyd edə bilərik ki, postsovet məkanı ölkələrində özəlləşdirmə
iqtisadiyyatda bazar mexanizmlərinin yoxluğu, şəxsi mülkiyyətin
funksiyalaşdırılmasının normativ və iqtisadi əsasları olmadan və təsərrüfat
subyektlərinin ciddi məhdudiyyətlərə malik olması şəraitində baş verir.
Nəzərə almaq lazımdır ki, hələ kütləvi özəlləşdirməyə qədərki dövrdə - 1990 /
1993-cü illərdə – Azərbaycanda baş vermiş məlum siyasi və sosial hadisələr –
iqtisadiyyatın böhran vəziyyəti, hiss edilən mülki və sosial bərabərsizlik,
əhalinin qeyri-bərabər şəkildə varlılara və çox kasıblara bölünməsi kimi ciddi
nəticələrə səbəb oldu. Əhalinin əksər hissəsi isə cəmiyyətdəki sosial-siyasi
dəyişikliklərə aktiv və təsirli müdaxilə etmək və şəxsi vəziyyətini
yaxşılaşdırmaq imkanlarından məhrum edildi. Azərbaycana xas olan əsas
cəhətlərdən biri də o idi ki, özəlləşdirmə xalq üçün tale yüklü məsələlər olan
siyasi suverenliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail olmaq və
respublikanın ərazi bütövlüyünün bərpası problemlərinin həlli ilə bərabər
həyata keçirilirdi».
Keçid dövrünü – «müvafiq normativ bazanın olmadığı dövr» kimi
səciyyələndirən S.Ə.Şirəlizadə əlavə edir ki, «özəlləşdirmədən sonra
müəssisələr iki əsas problemlə üzləşirlər: 1)maliyyə böhranındın çıxmaq,
köhnə avadanlıq və texnologiyanın yeni və daha mütərəqqi tipləri ilə
əvəzlənməsi üçün maliyyə resurslarının axtarılması; 2)rəqabət qabiliyyətini
itirmiş müəssisələrin reabilitasiyadan sonra rəqabət mühitinə daxil olması».
Bir qrup iqtisadçının haqlı oaraq qeyd etdiyi kimi, «islahatlar aparmaq
üçün ilk növbədə ölkənin ərazi bütövlüyünə, mövcud potensialına, onun
əlverişli geosiyasi vəziyyətinə və digər xüsusiyyətlərinə uyğun strateji
istiqamətlərin seçilməsi, regional inkişaf strategiyası hazırlanması tələb
olunur. Azərbaycanda iqtisadi islahatlar tədricən həyata keçirilir, lakin bəzi
hallarda onların ləngiməsi də müşahidə olunur. Bazar münasibətlərinin həyata
keçirilməsi prosesində regional inkişafın dövlət tənzimlənməsi bilavasitə
Dostları ilə paylaş: |