129
Bəşəri miqyas alan belə bir tarixi şərait qlobal demokratiyaya keçid
adlandırılıb. Bu dövrdə müşahidə etdiyimiz yeniliklər bəşəriyyəti mədəni şoka
məruz qoyub. Mədəni şok isə yad və ya əcnəbi mədəniyyətlə qarşılaşmada
normal və ya mövcud sosial tərəqqinin dağılması nəticəsində yaranır. Mədəni
şok prosesi üç mərhələdə davam edir:
1.İnkulturasiya (doğma mədəniyyətin ənənə, adət, dəyər və normalarının
qəbul edilməsi və qorunub saxlanması);
2.Akkulturasiya (yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəli
qəbulu);
3.Assimilyasiya (yad mədəniyyətin tam qəbul edilməsi və doğma
mədəniyyətin yad mədəniyyət tərəfindən udulması).
Əslində bu proses həm şəxsiyyət səviyyəsində, həm də cəmiyyət
səviyyəsində baş verir. Bununla yanaşı qeyd edə bilərik ki, Azərbaycan
cəmiyyətində mədəni şok prosesinin müxtəlif mərhələlərini yaşayan insanlar
mövcuddur. Yəni hazırda həm doğma mədəniyyətin ənənə, adət, dəyər və
normalarını qəbul edən və bu dəyərlərin qorunub saxlanmasına çalışanlar;
həm yad mədəniyyətin ənənə və dəyərlərini bir hissəli qəbul edənlər; həm də
yad mədəniyyəti tam qəbul edərək «qərbləşən» şəxsiyyətlər mövcuddur.
Bildiyimiz kimi, mədəni şokun əmələ gəlməsi tam əks ideologiyalar və
dünyagörüşlərinin toqquşması prosesidir. Bu prosesin mənfi tərəfləri daha
çoxdur. Müşahidə etdiyimiz kimi açıq cəmiyyətə keçid yeni münasibətlərə
yol açan qapalı cəmiyyətdə ağılasığmaz çaşqınlıq yaradır. Mədəni şok
psixoloji gərginliyə səbəb olur. Bir qədər geniş miqyasda müşahidə edə bilsək
görərik ki, doğrudan da bəşəriyyət psixoloji gərginlik halındadır. Bunu biz
Azərbaycanın nümunəsində də görə bilərik. Postsovet məkanı ölkələri üçün bu
proses ona görə daha ağrılıdır ki, bu ölkələrin sakinləri ikili keçid dövrünü
yaşayırlar. Bu, lokal və qlobal demokratiyaya keçiddir. Lokal keçid –
imperiya ağalığından xilas olmuş postsovet məkanı ölkələrində yerli hüquqi
dövlət quruculuğuna, mərkəzləşmiş təsərrüfatdan özəl təsərrüfat formasına
keçid kimi xarakterizə edilə bilər. Qlobal keçid isə dünya mədəniyyətinə
inteqrasiya olunma deməkdir. Postsovet məkanı ərazisində yaşayan insanları
«Homo Soveticus» adlandıran P.Ştompkanın apardığı tədqiqatlara əsasən
demək olar ki, bu ölkələrdə baş verən dəyişikliklərə münasibət və
dəyişikliklərin yaşanması səviyyəsi müxtəlifdir. Müəllif Lodzi A.Mizalkanın
tədqiqatlarına əsaslanaraq qeyd edir ki, «yalnız 7,9% əhali dəyişikliklərdən
razıdır və bu kursun davamını gözləyir. Mədəni tərpəniş fonunda və irsi
referent çərçivələrin köməyilə izah və müəyyən edilən ekzistensional
inamsızlığın müxtəlif amilləri mədəni zədənin təzahüründə müxtəliflik
130
yaradır. 1989-cu ildən sonra Polşa cəmiyyətində bu zədənin 5 simptomu aşkar
edilmişdi:
1) İnamsızlıq sindromu – heyranlıq və entuziazmdan sonra «növbəti şəhər
sindromu» təzahür edir. İnam azalır.
2)Gələcəyə pessimist baxış – mədəni zədə simptomu.
3) Keçmiş zamanların həsrəti (nostalgiya).
4)Siyasi apatiya – yüksək elektoral absentizm.
5)Kollektiv yaddaşın postkommunist zədələri – kommunist keçmişin və o
zamankı rejimi müxtəlif dərəcələrdə müdafiə edən adamların rolunun yüksək
qiymətləndirilməsi». Ştompka bu münasibətlər çərçivəsində R.Mertonun irəli
sürdüyü şəxsiyyət tiplərinin yarandığını qəbul edir. O, insanların yuxarıda
təsvir edilən belə vəziyyətini sosial dəyişikliklər nəticəsində yaranan mədəni
zədə adlandırır. Postsovet məkanı ölkələrindəki zədələnməni yerli
mədəniyyətlə əcnəbi mədəniyyətin toqquşması və qeyri-normal olan kimi
xarakterizə edir. Nəzərə almaq lazımdır ki, «bu zədənin» və ya mədəni şokun
nəticəsi olan depressiyadan çıxış bütöv cəmiyyət səviyyəsində iki cür ola
bilər: ya milli dövlətçiliyimizi tamam itirə bilərik, ya da yeni intibaha,
dirçəlişə qədəm qoya bilərik. Cəmiyyətin bir hissəsi olan şəxsiyyət isə mədəni
şokdan aldığı zədədən özünü itirərək ya cəmiyyət üçün özgələşə bilər, ya da
özünü təsdiqləmək üçün aqressiv mövqe tuta bilər. Mədəni şokun nəticəsi olan
qeyri-normallıq
vəziyyəti
cəmiyyətimizdə
mənfi
sosial
meyllərə
(cinayətkarlıq, insan alveri, küçə həyatı və s.) axınla müşahidə olunur. Bu gün
cəmiyyətlə şəxsiyyətin qarşılıqlı münasibətlərində yaranan ziddiyyətlər
özgələşmə, təcrid olunma kimi psixoloji vəziyyətin yaranmasına səbəb
olmuşdur. Əgər şəxsiyyət özünün dəyərləndirildiyini hiss edirsə, o, cəmiyyətə
uyğunlaşmağa cəhd edir və bəzən özünün dünyagörüşünə, həyat prinsiplərinə
zidd hərəkət etməli olur. Lakin cəmiyyətdə baş verən dəyişikliklərə uyğunlaşa
bilməyənlər özlərini itirmiş kimi faniliyə qapılırlar. Belə hisslərin güclənməsi
isə narkomaniya, alkoqolizm kimi bəlalarla yanaşı özünəqəsd hallarının
çoxalması ilə də müşahidə olunur. Bu, həm şəxsiyyətin, həm də onun
yaşadığı cəmiyyətin böhranı deməkdir. Müasir dövrümüzdə yuxarıda qeyd
edilənlər ümumbəşəri bəla kimi təzahür edir. Bu gün Azərbaycan dünya
mədəniyyətinə inteqrasiya mərhələsini yaşayır. Bu prosesdə biz Avropanın
həm müsbət, həm də daha çox mənfi dəyərlərini mənimsəyirik. Azərbaycanda
bu inteqrasiya prosesi müharibə şəraitində davam edir və mövcud vəziyyəti bir
qədər də çətinləşdirir. Məcburi cəlb edildiyimiz müharibə həm bütöv
azərbaycanlı cəmiyyətinin, həm də hər bir azərbaycanlının, xüsusilə də
müharibədə iştirak etmiş adamlar və onların ailələrinin psixoloji sarsıntıları və
cəmiyyətin mənəvi aşınmasını qabardan hadisələrlə müşayiət edilir. «İnsanın
Dostları ilə paylaş: |