184
səyinə əsaslanır. Bu prinsipin reallaşdırılmasının əsas aspektləri maddi və
mənəvi stimullaşdırmanın təkmilləşdirilməsilə bağlıdır. Son illərdə əməyin
son nəticələrinə marağın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli
sürülmüş və eksperimentlər aparılmışdır.
III Prinsip – İnsanın istehsal müəssisəsi, şəhər, yaxud rayonla qarşılıqlı
fəaliyyət prosesi təsadüfi və qeyri-mütəşəkkil deyil, əmək kollektivlərinin
üzvlərinin bu proseslərin idarə edilməsində dərk edilmiş fəaliyyətinin və
iştirakının ifadəsi olmalıdır.
Regional səviyyədə sosial planlaşdırma respublika, əyalət, iqtisadi rayon
və digər inzibati vahidlər səviyyəsindəki sosial proseslərin məqsədyönlü
tənzimlənməsi forması kimi çıxış edir. Bütün ictimai orqanizmin səmərəli
funksiyalaşmasını təmin etmək üçün ərazinin sosial inkişafı və xüsusilə də
miqrasiya axını, əmək ehtiyatlarının rasional istifadə edilməsi, Milli
münasibətlərin inkişafı, mədəni dəyərlərin bölüşdürülməsi və istehlakı
prosesinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Təcrübənin göstərdiyi
kimi, regional sosial planlaşdırmanın əsas məqsədi əmək və gündəlik həyat
üçün əlverişli şəraitin yaradılmasıdır. İqtisadi rayonlar səviyyəsində
planlaşdırma hər bir sosial prosesin – millətin inkişafı, xalqların həyat
şəraitinin
yüksəldilməsi,
əhalinin
miqrasiyası,
təhsil
sisteminin
təkmilləşdirilməsinin mövcud regiondakı mahiyyətinin müəyyənləşdirilməsini
tələb edir. Bununla yanaşı, təhlil zamanı fərqli regionlarda sosial proseslərin
fərqli xüsusiyyətləri dəqiqləşdirilməlidir. Əsas şərtlərdən biri də cəmiyyətin
səmərəli funksiyalaşması məqsədilə sahə və regional planlaşdırmanın
uyğunlaşdırılmasıdır. Regional planlaşdırmanın əsas xüsusiyyətlərindən biri
də sistemlilik prinsipinin gözlənilməsidir. Respublika, yaxud əyalət qarşısında
duran əsas məsələlər öz aktuallığına görə heç də həmişə ümumdövlət
məsələlərilə üst-üstə düşmür.
Sosial planlaşdırmanın formaları ünvanlı planlaşdırma və dolayı
vasitələrin köməyilə planlaşdırma kimi fərqləndirilir. Konkret, yaxud ünvanlı
planlaşdırma məsələlər sisteminin hazırlanması və əsaslandırılması ilə
bağlıdır. Bu əsasda ictimai inkişafın müəyyən səviyyəsinə nail olmaqla bağlı
məsələlər qoyulur və sosial proseslərin inkişafında rasional qarşılıqlı
münasibətlər və tənasüblər vacib amillərdir. Oxşar qarşılıqlı münasibətlər
cəmiyyətin real vəziyyətini, onun tərəqqi meyllərini, elm və texnikanın
nailiyyətlərini, insanların tələbatlarını əks etdirir. Mahiyyətinə görə sosial
planlaşdırma
qoyulan
məsələnin
həyata
keçirilməsi
müddətinin
müəyyənləşdirilməsindən asılıdr. Məqsəd nə qədər mürəkkəb olarsa, hərtərəfli
elmi əsaslandırılmış qərarların qəbul edilməsi və həyata keçirilməsi üçün bir o
qədər çox vaxt tələb oluna bilər. Planlaşdırmanın zaman müddəti faktlara
185
əsaslandırılmalı və kəmiyyət və keyfiyyət göstəricilərinin vəhdəti əsasında
qurulmalıdır. Ünvanlı planlaşdırma əmr metodlarından geniş istifadə edir və
sosial inkişaf və sosial dəyişikliklərin istiqamətinin elmi əsaslandırılmasını
nəzər almır.
Dolayı vasitələrlə sosial proseslərin planlaşdırılması zamanı konkret
şərait, imkanlar və tələbatlar tədqiq edilir. Növbəti mərhələdə hansı
elementlərin və tərkib hissələrinin dövlət və ictimai tənzimlənmədən kənarda
qalması müəyyənləşdirilir. Buna uyğun olaraq, mənfi halların və nətcələrin
qarşısının alınması, yaxud zəiflədilməsi məqsədilə onların kəmiyyət ölçüsü və
proqnozlaşdırılması məsələsi qoyulur.
Planlaşdırma prosesində sosial planlaşdırma və tənzimləmə obyekti olan
və təsir ediləcək dəyişənlər aşkar edilir. Əmək itkilərinin qarşısının alınması
məqsədilə işçilərin ixtisas dərəcəsinin artırılmasının tənzimlənməsi də vacib
şərtdir. İşçilərin peşə səviyyəsinin artırılması bir sıra əmək formalarının ləğv
edilməsinə səbəb olur. Əməyin planlaşdırılmasında bir çox peşələrlə bağlı
olan dəyişikliklər nəzərə alınır və bir çox peşələr əmək fəaliyyətinin müəyyən
mərhələsi kimi saxlanılır. Bir çox sosial proseslər inkişafla bağlı bir çox
məhdudiyyətlərə malik olur. Bu şəraitlərin planlaşdırılması çox vacibdir,
çünki sosial planlaşdırma maddi, maliyyə, əmək ehtiyatlarına əsaslanır. Sosial
planlaşdırmada müəyyən sosial qrupların maraqlarının nəzərə alınması
vacibdir. İqtisadi məsələlər həll olunarkən xalqın və ayrı-ayrı sosial qrupların
maraqları üst-üstə düşür, lakin bu xüsusiyyəti ictimai həyatın bütün sahələrinə
aid etmək olmur. Məsələn, istehsal sahəsində itkilərin aradan qaldırılması bir
sıra sosial qrupların maraqlarına ziddir, maksimum sosial nəticələr heç də
həmişə minimum itkilər əsasında əldə edilmir və bu sosial planlaşdırmanın
əsas məqsədlərindən biridir.
Nə konkret, yaxud ünvanlı planlaşdırma, nə də dolayı vasitələrlə
planlaşdırma təmiz şəkildə mövcud olmur. İqtisadi islahatlar sahəsində dolayı
vasitələrlə planlaşdırma geniş tətbiq olunur.
Müasir dövrdə proqramlaşdırma, proqnozlaşdırma və layihələşdirmə
dünya təcrübəsində geniş istifadə edilir. Eyni zamanda planlaşdırmanın
mahiyyəti, vəzifəsi və funksiyası dəyişir. Planlaşdırma – idarəetmə
fəaliyyətinin xüsusi növü olub, müəyyən vaxt müddətində idarəetmə
obyektinin inkişafının optimal alternativinin seçilməsinə yönəlib.
Planlaşdırma prosesinin nəticəsi - plandır. Plan idarəetmə obyektinin gələcək
arzuedilən vəziyyətinin və ya inkişaf tendensiyasının təsvirini verir. Planda bu
planı hazırlayan idarəetmə subyektinin məqsədləri əks olunur. Plan həmişə
məqsədlər sistemini və onların reallaşdırılması sxemlərini təqdim etməlidir.
Səmərəli planlaşdırma üçün planın 6 əsas suala cavab verməsi vacibdir: 1.
Dostları ilə paylaş: |