SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə19/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   116

 
 
45 
vəziyyəti) və prospeksiyası (lahiyələşdirilməsi) müddətində proqnozlaşdırılan 
təzahürün dinamik inkişaf ardıcıllığının qurulması; 
-  modelləşdirmə  –  proqnozlaşdırılan  təzahürün  ehtimali,  yaxud  arzu  edilən 
dəyişilməsinin  miqyası  və  istiqamətini  nəzərə  alaraq,   kəşfiyyat  və  normativ 
modellərin  qurulmasıdır.  Modelləşdirmə  dedikdə  –  ssenari,  imtiasiya, 
qrafiklər, matritsa, qrafik təsvirlər və s. nəzərdə tutulur.   
Proqnoz 
qiymətləndirmə 
özündə 
mütləq 
ekstrapolyasiya 
və 
modelləşdirmənin  elementlərini  cəmləşdirir.  Ekstrapolyasiya  prosesi  isə 
qiymətləndirmə  və  modelləşdirmə  elementləri  olmadan  mümkün  deyil. 
Modelləşdirmə  də  qiymətləndirmə  və  estrapolyasiya  elementləri  əsasında 
qurulur.  
Proqnozlaşdırma  üsulları  proqnozun  hazırlanmasında  nəzəri  və  təcrübi 
yanaşma forması olub, poqnozun hazırlanması prosesində müəyyən nəticənin 
alınmasına  yönəlir.  Proqnozlaşdırma  proseduru  –  müəyyən  əməliyyatlar 
məcmusunun  yerinə  yetirilməsində  istifadə  edilən  üsullardır.  Metod  – 
mürəkkəb  üsul  olub,  bütövlükdə  proqnozun  hazırlanmasına  yönəlmiş  sadə 
üsullar  toplusudur.  Metodika  –  nizamlanmış  üsul,  prosedur,  əməliyyatlar, 
tədqiqat  qaydaları  toplusudur.  Proqnozlaşdırmanın  metodologiyası  – 
proqnozlaşdırma  metodları,  üsulları,  sistemləri  haqqında  biliklər  sahəsidir. 
Proqnozlaşdırma  üsulu  –  həmcins  metodlar  vasitəsilə  gələcək  haqqında 
informasiya  toplanması  və  hazırlanmasıdır.  Proqozlaşdırma  sistemi  – 
mürəkkəb təzahür, yaxud proseslərin proqnozlaşdırılması üçün nəzərdə tutulan 
metodika, texniki vasitələr toplusudur. Proqnozun həqiqiliyi, dəqiqliyi və uzaq 
müddətə yönəlməsi üçün bu vasitələr məcmu şəklində istifadə edilməlidir.  
Proqnozun  hazırlanmasında  əsas  əməliyyatlar  aşağıdakı  mərhələlərlə 
yerinə yetirilir: 
1.Proqnozdan  əvvəlki  oriyentasiya  (tədqiqat  proqramı).  Proqnozun  əsas 
məsələsinin  dəqiqləşdirilməsi:  xüsusiyyəti,  miqyası,  obyekti,  əsaslandırma 
mərhələləri  və  s.  Problemin  məqsəd  və  vəzifələrinin,  predmetinin  və 
hipotezinin qısa və dürüst ifadə edilməsi, tədqiqat metodlarının, strukturunun 
və təşkilinin müəyyənləşdirilməsi.  
2.  Sistemli  analiz  metodları  ilə  proqnozlaşdırılan  obyektin  ilkin  modelinin 
qurulması. Modelin dəqiqləşdirilməsi üçün əhali və ekspertlər arasında sorğu 
keçirmək olar.  
3.  Müəyyən  metodlar  vasitəsilə  proqnoz  fonununa  dair  göstəricilərin 
toplanması. 
4.  Ekstrapolyasiya  metodları  vasitəsilə  proqnoz  modelləri  göstəricilərinin 
dinamik  sıralanmasının  qurulması,  bu  materialın  modeldən  əvvəlki  proqnoz 
ssenarisi formasında ümumiləşdirilməsi.  


 
 
46 
5.  Profil  və  fon  göstəricilərinin  minimum,  maksimum  və  daha  ehtimali 
əsaslarda  konkretləşdirilməsi  və  kəşfiyyat  analizi  metodları  vasitəsilə 
proqnozlaşdırılan obyektin hipotetik (ilkin) kəşfiyyat modellərinin qurulması.  
6.  Absolyut  (proqnoz  fonu  ilə  məhdudlaşdırılmayan)  və  nisbi  (proqnoz  fonu 
çərçivəsində)  optimal  göstəricilərin  əvvəlcədən  müəyyənləşdirilmiş  norma, 
ideallar  və  məqsədlər  əsasında  konkretləşdirilməsi  və  normativ  analiz 
metodları  vasitəsilə  proqnozlaşdırılan  obyektin  hipotetik  (ilkin)  normativ 
modellərinin qurulması. 
7.  Proqnozun  həqiqiliyinin  və  dəqiqliyinin,  həmçinin  əsaslandırılmasının 
(verifikasiyası)  qiymətləndirilməsi,  yəni  ekspertlərin  sorğusu  metodu 
vasitəsilə hipotetik modelin dəqiqləşdirilməsi.  
8.  İdarəetmə  sahəsində  qərarlar  verilməsi  üçün  kəşfiyyat  və  normativ 
modellərin  müqayisəsi  əsasında  tövsiyyələr  verilməsi.  Tövsiyyələrin 
dəqiqləşdirilməsi  üçün  yenidən  əhali  və  ekspertlər  arasında  sorğu  keçirilə 
bilər.  Bəzən  bu  əsasda  tövsiyyələrin  gələcək  nəticələrinin  dəqiqləşdirilməsi 
üçün model ssenarilər qurulur. 
9.  Proqnoz  və  tövsiyyələrin  ekspert  təhlili  (ekspertiza),  tamamlanması  və 
sifarişçiyə təhvil verilməsi.    
10. Hazırlanmış proqnoz materialları ilə yeni proqnoz fonunun göstəricilərinin 
müqayisə  edilməsi,  proqnozdan  əvvəlki  oriyentasiyanın  qurulması  və  yeni 
tədqiqat 
tsiklinin 
başlanması. 
Proqnozlaşdırma 
məqsədyönümlük, 
planlaşdırma,  proqramlaşdırma,  layihələşdirmə,  idarəetmə  kimi  fasiləsiz 
olmalı və səmərəliliyin artırılmasına yönəlməlidir. 
I.  Proqnozların  səmərəliliyi  yalnız  onların  həqiqilik,  dəqiqlik,  uzaq 
müddətlilik səviyyəsilə ölçülə bilməz. Bu və ya digər proqnoz əsasında verilən 
qərarların 
inandırıcılıq, 
obyektivlik, 
səmərəliliyin 
yüksəldilməsilə 
nəticələndiyini bilmək daha vacibdir.   
II.  Proqnozların  verifikasiyası  analiz  və  diaqnoz  göstəricilərinin 
verifikasiyasından fərqlənir. Proqnozlaşdırmada absolyut verifikasiyadan, yəni 
hipotezin  empirik  təsdiqi,  yaxud    inkarından  başqa  nisbi  verifikasiya 
mövcuddur.  Bu  elmi  tədqiqatın  inkişafına  və  onun  nəticələrinin  təcrübədə 
absolyut verifikasiya imkanları olanadək istifadə edilməsinə kömək edir. Nisbi 
verifikasiya vasitələri – əldə edilmiş, lakin yoxlama tədqiqatlar tərəfindən tam 
verifikasiya olunmayan nəticələrin yoxlanmasıdır.  
Proqnozun mütləq verifikasiyası zamanı təkrarlanan yaxud paralel tədqiqat 
(məsələn  ekspert  sorğusu)  aparmaq  olar.  Əgər  nəticələr  üst-üstə  düşərsə, 
proqnozun  həqiqiliyi  təsdiqlənmiş  olur,  əks  təqdirdə  proqnozların 
hazırlanması  metodikasındakı  səhvləri  axtarmaq  və  aradan  qaldırmaq 
lazımdır.  Elmi  tədqiqatın  əsaslandırılması  –  biliklər  və  elmi  tədqiqatın 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə