SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə27/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

 
 
65 
(kodlaşdırılması)  metodu,  mahiyyətindən  asılı  oaraq  bloklara  bölünmüş 
informasiyanın 
toplandığı 
ilkin 
mənbələrin 
mətnlərinin 
məqsədli 
dəyişdirilməsi metodu, müxtəif informasiya sistemlərinin qurulması üçün artıq 
istifadə edilmiş informasiya banklarının ikinci dəfə istifadə edilməsi metodu. 
Bu  metodlara  aid  olan  ümumi  xüsusiyyət  mətnlər  öyrənilərkən  subyektivlik 
elementinin  ən  aşağı  səviyyəyə  çatdırılması  və  daha obyektiv  elmi  əsaslarda 
təhlil aparılmasıdır. Müxtəlif predmetli və müxtəlif tipli mətnlərin informasiya 
analizi aşağıdakılara imkan yaradır:  
1)  sosial  göstəricilər  sisteminin  qurulması  üçün  ədəbiyyatda  olan 
məlumatları  və  bu  məlumatlara  uyğun  olan  yanaşmaları  sistematik  olaraq 
təhlil  və  müqayisə  etmək.  İnformasiya  analizinin  bu  forması  mövcud  olan 
konsepsiyaların  və  kateqoriyaların  öyrənilməsinə  yönəlir.  Bu  zaman  qeyd 
edilən konsepsiyalara dair mətnlərin sistemli analizi nəzərdə tutulur.   
2) sosial obyekt haqqında müxtəlif tərəfli biliklər lazımi istiqamətə uyğun 
sistemləşdirilməlidir.  Bu  informasiya-məqsədli  analiz  geniş  yayılıb  və 
bilavasitə  qnoseoloji  obyektə,  tədqiq  olunan  obyektin  hipotezinin 
hazırlanmasına  yönəlir.  Bu  metod  bir  qədər  eksperiment  xüsusiyyəti  daşıyır, 
bu  zaman  müxtəlif  mətnlərdən  məqsədəuyğun  informasiya  mənimsənilir. 
İnformasiya-məqsədli  analiz  zamanı  mətndə  həm  birinci,  həm  də  ikinci 
dərəcəli  informasiya  aşkar  olunur.  İkinci  dərəcəli  informasiya  çox  zaman 
birinci dərəcəli informasiya ilə üst-üstə düşmür və mətnin məğzi ilə bağlı olan 
əsas informasiyanı təhrif edir. Mətnlərin informasiya-məqsədli analizi sintetik 
metod olub, deduktiv (kontent-analiz) və induktiv metodların xüsusiyyətlərini 
özündə birləşdirir. Burada terminologiyanın sistemləşdirilməsinə informasiya 
yanaşması mövcuddur. Mətnlərin informasiya-məqsədli analizi əsasında sosial 
göstəricilər  sisteminin  qurulması  üçün  –  bir  tərəfdən  tədqiq  edilən  sosial 
obyektin  normativ  göstəricilərinin,  digər  tərəfdən  real  strukturunun  aşkar 
olunmasına  yönələn  –  iki  qrup  metod  istifadə  edilir.  Birinci  qrup  metodlar 
fəaliyyətin  bu  və  ya  digər  sahəsinə  dair  mətnlərin  informasiya-məqsədli 
analizini  və  sosial  subyektlərin  fəaliyyəti  və  qarşılıqlı  təsiri  ilə  bağlı 
modellərin qurulması üçün lazımi göstəricilərin əldə edilməsini nəzərdə tutur. 
İkinci  qrup  metodlar  –  ekspertlərin  və  əhalinin  sorğusu,  müşahidə  ilə  bağlı 
olub,  sosial  obyektlərin  fəaliyyət  və  qarşılıqlı  təsir  strukturunun  aşkar 
edilməsini nəzərdə tutur.                            
     Ümumi  tədqiqat  sxeminin  qurulması  üçün  aşağıdakı  suallara 
əsaslandırılmış cavablar verilməlidir: 
1.  Tədqiq  olunan  obyektin  hansı  komponenti  mətnlərin  təhlili  zamanı  ilkin 
olan kimi qəbul edilərək, «açar» rolunu oynayır?  


 
 
66 
2.  İnformasiya-məqsədli  təhlil  zamanı  mətnlərin  hansı  elementləri,  hansı 
parametrlərə görə və nə üçün nəzərə alınmalıdır?  
3.Normativ  göstəricilər  sistemi  qurularkən  aşkar  olunan  elementlərin 
transformasiyası üçün hansı metodlar istifadə edilməlidir?   
4.  Hansı  informasiya  əsasında  bu  göstəricilər  həm  keyfiyyət,  həm  də 
kəmiyyətcə ifadə oluna bilər? 
Mətnlərin təhlilinə başlamazdan əvvəl tədqiqat obyektini öyrənmək üçün 
nəzəri-metodoloji  tədqiqat  aparılmalıdır.  Tədqiqatın  birinci  mərhələsində 
mətnin  pilotaj  (idarəetmə)  analizi  aparılmalı,  əsas  kateqoriyaların  siyahısı 
tutulmalı,  bu  meyarlar  əsasında  tətbiqi  referentlərin  (köməkçi  amillər) 
xüsusiyyətləri  müəyyənləşdirilməli  və  mətnin  informasiya-məqsədli  təhlili 
əsasında  informasiya  toplanması  üçün  sorğu  vərəqi  hazırlanmalıdır.  Növbəti 
mərhələdə  sorğu  və  qoşulmuş  müşahidə  aparılır  və  ikinci  səviyyəli 
informasiya  ilə  müqayisə  aparmaq  üçün  ilkin  informasiya  hazırlanır.  Əsasən 
iki  növ  sorğu  istifadə  olunur:  birinci  növ  sorğu  müxtəlif  sosial  qruplara  aid 
sıravi  vətəndaşlara,  ikinci  növ  sorğu  isə  vəzifəli  şəxslərə,  yaxud 
mütəxəssislərə ünvanlanır. Hər iki sorğu iki variantda yerinə yetirilir: birinci 
əşyaların indiki vəziyyətini və planlaşdırılmış gələcəyinin, ikinci isə, nəzərdə 
tutulmuş planların müəyyən zaman çərçivəsində reallaşması dərəcəsinin aşkar 
edilməsinə  yönəlir.  İkinci  mərhələ  mətnlərin  analizindən  ibarətdir.  Bu 
mərhələdə  ilk  növbədə  maraq  dairəsində  olan  elementlər  seçilməlidir.  Bu 
məqsədlə  normativ  xüsusiyyətli  materiallar  (lüğətlər,  məlumat  kitabçaları  və 
s.)  tədqiq  olunur.  Tərtib  olunmuş  elementlər  siyahısı  əsasında  həmin 
elementlər  arasındakı  «münasibətlər  toru»  qurulur  və  göstəricilər 
sistemləşdirilir.  Bu  sistemlər  əsasında  həm  ilkin,  həm  siyasi  (kəşfiyyat  və 
normativ)  modellər  qurulur.  Tərtib  olunmuş  «münasibətlər  toru»  əsasında 
sosial fəaliyyət subyektlərinin parametrləri, vacib şərait, mümkün nəticələr və 
s.  müəyyənləşdirilir.  Mətnlərin  bu  informasiya-məqsədli  analizi  uzun  zaman 
müddəti və daha böyük tədqiqatçı qrupu tələb edir. Təklif olunan metodlardan 
hər  hansı  biri  əsasında  ilkin  modelin  qurulması  bir  məqsəd  daşıyır: 
proqnozlaşdırma  obyektini  müəyyənləşdirmək,  onu  göstəricilər  sistemi 
formasında  təqdim  etməkdir.  Göstəricilər  sistemi  bu  və  ya  digər  dinamik 
elementlərin  keyfiyyət  analizinin  aparılmasına,  matritsa,  yaxud  riyazi 
tənliklərin  qurulmasına  və  analitik  və  dioqnostik  yanaşma  əsasında  tədqiqat 
obyektinin öyrənilməsinə şərait yaradır. Məhz bu əsasda kəşfiyyat və normativ 
proqnozlar qurulur.                   
        İlkin modelin qurulması ardıcıllığı 
1.Aşağıdakı  metodlar  vasitəsilə  ilkin  modelin  indikatumlarının  (mümkün 
göstəricilərin adı) siyahısının tərtib edilməsi:    


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə