SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə29/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

 
 
70 
2. Əldə edilmiş göstəricilər siyahısının gələcək əmliyyatlar üçün əlverişli 
vəziyyətə 
gətirilməsi 
vasitələri: 
eynicinsli 
göstəricilər 
qrupunun 
ümumiləşdirilmiş  göstəricilərlə  əvəz  edilməsi;  eynicinsli  göstəricilərin 
hissələri birləşdirilərək daha ümumi xarakterli göstəricilər qurulması; hər bir 
eynicinsli göstəricilər qrupundan «problem» göstəricilərin seçilməsi. 
3.  Delfi  texnikasının  «komissiya»  metodu  ilə  alınan  modelin 
dəqiqləşdirilməsi  üçün  müzakirə  aparılması.  Əgər  tədqiqat  predmeti 
mürəkkəbdirsə, 2-ci və 3-cü əməliyyatlar birləşdirilə bilər.  
4. Sistemli analiz metodları ilə proqnoz fonunun modelinin tamamlanması.  
5. Proqnoz fonu modelinin təkrar istehsalı (indekasiyası).  
6. Fon göstəricilərin proqnoz retrospeksiyası (keçmişə müraciəti). 
7. Fon göstəricilərinin proqnoz analizi. 
Son  nəticə  –  ilkin  modelin  qurulması  üçün tamamlanmış  eyni  həcmli  və 
xüsusiyyətli  sənəddir.  Bəzən  bu  sənədə  modelləşdirmədən  əvvəlki  ssenari 
əlavə edilir. Bu ssenari proqnoz fonunun göstəricilərini nəzərə alaraq sonradan 
hipotezin  inkişaf  etdirilməsinin  əsası  olur  və  tədqiq  edilən  obyektin  gələcək 
mümkün və arzu edilən vəziyəti haqqında ilkin təsəvvürləri özündə birləşdirir.           
YOXLAMA SUALLAR 
1.Sosial göstəricilərin hansı növləri fərqləndirilir? 
2.İlkin modelin hazırlanması mərhələlərini sadalayın. 
3.Obyektin konseptual modeli hansı əsaslarda hazırlanır? 
4.Göstəricilərin ekspert qiymətləndirilməsi hansı əsaslarda yerinə yetirilir? 
5.İlkin modelin qurulması ardıcıllığını izah edin. 
6.Proqnoz fonu modeli hansı əsaslarda qurulur? 
REFERAT MÖVZULARI 
1.Konkret sosial proqnozun ilkin modeli  
2.Tədqiqat predmetinin problemli təhlili 
3.Konkret sosial proqnozun proqnoz fonu  
4. Tədqiqat obyetinə aid proqnoz fonunun standart aspektləri 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс  лекций. 
М.: Педагогическое общество России. 2001. 
2.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Пр
огресс, 1999. 
4.Гражданников Е.Д. Экстраполяционная прогностика. Новосибирск. 2-ое изд., 2001. 
5.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
6.Нормативное социальное прогнозирование. М.: Наука, 1987. 
7.Поисковое социальное прогнозирование. М.: Наука, 1984. 
8.Прогнозное обоснование социальных нововведений. М.: Наука, 1993. 
 
 
 
 


 
 
71 
Mövzu 6. KƏŞFİYYAT PROQNOZ 
 
Kəşfiyyat proqnozun metodikası  
İctimai və təbii-elmi proqnozlar müqayisə edilərkən onların özünəməxsus 
xüsusiyyətləri nəzərə alınmalıdır. Təbiətşünaslıq və texniki elmlərdə tədqiqat 
obyektlərinin  əksəriyyəti  dəyişməzdir.  Təbiət  və  texniki  elmlərin  bütün 
sahələrində  –  atmosfer,  hidrosfer,  litosfer,  biosfer,  texnosfer,  kosmosfer, 
mikrosfer  və  digər  sahələrdə  proqnozlaşdırılan  obyektin  mümkün  real 
vəziyyətinin  qəti  proqnozu  verilməlidir.  İctimai  elmlərin  obyekti  bir  qayda 
olaraq,  asanlıqla  dəyişikliyə  məruz  qalır.  Bu  zaman  tədqiq  edilən  obyektin 
mümkün  vəziyyəti  ilə  bağlı  verilən  poqnoz  qəti  olmur.  Bununla  belə  nəzəri 
cəhətdən  idarə  edilən  bir  çox  sosial  proseslər  qeyri-mütəşəkkil  inkişaf 
etdiyindən  burada  təbiət  elmlərinə  dair  metodlardan  istifadə  edilir.  Lakin 
nəzərdə saxlamaq lazımdır ki, analiz edilən prosesin qeyri-mütəşəkkilliyi ciddi 
nəzarət  edilən  inkişafla  əvəz  edilə  bilər  (məs.,  əhalinin  yerləşdirilməsi, 
şəhərsalma,  demoqrafiya  və  s.  sahələrində  dəyişikliklər  aparılması  tələbi 
çoxdan  mövcuddur).  Belə  dəyişikliklər  həm  iradi,  həm  də  tədqiq  edilən 
təzahürün  elmi  analizi,  diaqnozu  və  proqnozu  əsasında  həyata  keçirilə  bilər. 
Sosial  proqnoz  qəbul  edilən  qərarların  səmərələşdirilməsinə  yönəldilməlidir. 
Bu  məsələyə  dair  məqsədyönümlük,  planlaşdırma,  layihələşdirmə  və 
idarəetmə  ilə  bağlı  əsaslandırılmış  tövsiyyələr  verilməsi  üçün  kəşfiyyat  və 
normativ  proqnozlaşdırma  texnikası  istifadə  edilə  bilər.  Kəşfiyyat 
proqnozunun  əsas  məsələsi  –  idarəetmə  vasitələrilə  gələcək  problemin  aşkar 
edilməsidir.  Bu  zaman  gələcək  haqqında  məlumat  şərti  xüsusiyyət  daşıyır. 
Metodoloji  cəhətdən  problem  vəziyyət  haqqında  heç  bir  təsəvvür  əldə 
etmədən sosial modelin kəşfiyyat, yaxud normativ analizi mümkün olmadığı 
üçün  sosial  proqnoz  kəşfiyyat,  yaxud  normativ  xüsusiyyətli  ola  bilməz. 
Ümumiyyətlə,  kəşfiyyat  (araşdırma,  tədqiqat,  genetik,  diaqnostik)  proqnoz 
tədqiq edilən təzahürün gələcək inkişaf meyllərinin şərti davamı, keçmişdə və 
indiki  zamanda  yaxşı  məlum  olan  inkişaf  qanunauyğunluqlarıdır.  Bu  zaman 
nəzərdə  tutulan  meylləri  mahiyyətcə  dəyişə  biləcək  mümkün,  vacib,  planlı, 
proqram layihəli və təşkilati qərarlar bilərəkdən mücərrədləşdirilir. Kəşfiyyat 
proqnozun  məqsədi  və  mahiyyəti  proqnozlaşdırılan  obyektin  gələcək  real 
vəziyyətinin  qabaqcadan  duyulması  deyil,  mövcud  meyllərin  saxlanması 
şəraitində real olaraq nə baş verəcəyini izah etməkdir. Kəşfiyyat proqnozunun 
hazırlanması  texnikası  keçmişdə  məlum  olan  inkişaf  qanunauyğunluqlarının 
göstəricilərinin  gələcəkdə  ekstrapolyasiyası  prinsipinə  əsaslanır.  Ən  sadə 
birbaşa (mexaniki) ekstrapolyasiya belə bir prinsip üzrə reallaşır: əgər 1, 2, 3, 
4 (əsası qoyulması dövrü) mövcuddursa, kənardan müdaxilə olmaması şərtilə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə