SəADƏt davud qizi məMMƏdova


Mövzu 8. PROQNOZLAŞDIRMA METODLARI



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə37/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

 
 
89 
Mövzu 8. PROQNOZLAŞDIRMA METODLARI 
 
Proqnozlaşdırma 
zamanı 
tətbiq 
edilən 
vasitə 
və 
metodlar 
proqnozlaşdırmanın  metodoloji  əsasını  təşkil  edir.  Proqnozlaşdırılan  obyektə 
uyğun  model  qurulur,  tədqiqat  obyektinin  gələcək  vəziyyəti  haqqında 
məlumat  almağa  imkan  verir.  20-yə  qədər  proqnozlaşdırma  metodları 
fərqləndirilir.  Bir  çox  proqnozlaşdırma  metodları  bir-birindən  üsulları  və 
mərhələləri  ilə,  o  cümlədən  bu  üsul  və  mərhələlərin  ardıcıllığı  ilə  fərqlənir. 
Təsnifat  əlamətləri  kimi  aşağıdakı  metodlar  fərqləndirilir:    metodun 
formalaşdırma  səviyyəsi,  metodun  məlumat  əsasları,  proqnozlaşdırma 
metodlarının  fəaliyyət  prinsipləri  və  s.    Proqnozlaşdırma  metodlarının 
formalaşdırma  səviyyəsi  intuitiv  və  formal  olmasına  görə  seçilir.  İntuitiv 
metodların  proqnozlaşdırma  obyekti  mürəkkəb  olduğundan  bir  sıra  amillərin 
təsirini  nəzərə  almaq  mümkün  olmadıqda  istifadə  edilir.  Bu  zaman  ekspert 
qiymətləndirilməsi  əsas  götürülür.  Fərdi  ekspert  qiymətləndirməsi  dedikdə, 
məsələn,  intervü,  analitik  və  ssenari  yazılması  nəzərdə  tutulur.  Kollektiv 
ekspert  qiymətləndirməsi  isə  əsasən  ən  az  kvadratlar  metodu,  sürüşkən 
ortaqlar metodu və s. ilə bağlıdır. Proqnozlaşdırma metodlarının digər təsnifatı 
«metodun təsnifat əsaslılığı»na görə müəyyənləşir.  
I  mərhələdə  –  «İnformasiyaya  əsaslanan  metodlar»  üç  sinfə  bölünür:   
faktoqrafik, ekspert və kombinələşmiş. 
Ekspert  metodları  –  ixtisasçı  ekspertlərin  fikirlərinin  və  tədqiqatlarının 
ümumiləşdirilməsi  əsasında  təqdim  edilən  məlumatlar  kimi  istifadə  edilir. 
Özlüyündə həm faktoqrafik, həm də ekspert metodları informasiyanın işlənmə 
səviyyəsinə  görə  alt  mərhələlərə,  metodlara  bölünür.  Ekspert  metodları  2  alt 
sinfə  bölünür:  birbaşa  ekspert  qiymətləndirilməsi  ekspert  kollektivinin 
rəyindən asılı olmayan, hər bir ekspert tərəfindən müstəqil şəkildə toplanmış 
və  ümumiləşdirilmiş  və  bir-birinə  təsir  göstərməyən  məlumat  əsasında 
qurulur. Ekspert qiymətləndirilməsində bilavasitə kollektivin rəyinin təsiri ilə 
qurulan qiymətləndirmə ikinci alt sinfi təşkil edir.  
Faktoqrafik  metodlar  –  proqnozlaşdırma  obyektinin  indiki  vəziyyəti  və 
keçmiş  inkişafı  haqqında  faktiki  məlumata  əsaslanır.  Faktorqrafik  metodlara 
analogiya, statistik və qabaqlayıcı metodlar daxildir. Belə metodlara tarixi və 
riyazi  analogiya  metodları  aid  edilir.  Riyazi  analogiya  metodlarında 
obyektivin  analoqu  kimi  inkişaf  prosesinin  riyazi  təsvirinə  malik  olan  və 
proqnozlaşdırma obyekti ilə üst-üstə düşən digər fiziki təbiətli obyektlər, digər 
elm və texnika sahələri istifadə edilir.  
Statistik  metodlar  –  proqnozlaşdırma  obyekti  haqqında  əhəmiyyətli 
məlumatın  işlənməsinə  əsaslanır.  Statistik  metodlar  rəqəmli  göstəricilər  və 


 
 
90 
proqnozlaşdırma  obyektinin  dəyişkənlik  xüsusiyyətləri  əsasında  riyazi 
qanunauyğunluğun aşkar edilməsinə yönəlir. Statistik metodun tətbiq edilməsi 
proqnozun  obyekti,  məqsədi,  mövcud  məlumatın  həcmi  və  tərkibi,  proqnoz 
verənin səviyyəsi və s. ilə müəyyən edilir. Statistik metodlar modelləşdirmə, 
ekstrapolyasiya, korelyasiya, reqressiya kimi alt siniflərə bölünür.  
Proqnozlaşdırmanın  qabaqlayıcı  metodları  elmi-texniki  məlumatların 
ümumiləşdirilməsi və elm və texnikanın tərəqqisini qabaqlayan göstəricilərin 
nəzərə  alınması  prinsiplərinə  əsaslanır.  Qabaqlayıcı  metodlara  –  elm  və 
texnikanın  dinamikası  haqqında  məlumatların  tədqiqi,  bu  məlumatların 
tərkibində dinamik sıraların qurulması, bu əsasda inkişaf edən obyektin analizi 
və  proqnozlaşdırılması  ilə  bağlıdır.  Qabaqlayıcı  metodlar  kimi  texnikanın 
səviyyəsinin tədqiqi və qiymətləndirilməsi, elmi-texniki  məlumatın kəmiyyət 
və keyfiyyət analizi metodları da istifadə edilir.  
Proqnozlaşdırmanın ən geniş yayılmış metodları ekstrapolyasiya, ekspert, 
Delfi metodu, Edip effekti, morfoloji sintez, proqnoz ssenariləri və cədvəlləri, 
optimal qərar qəbul edilməsi modelinin hazırlanması metodlarıdır. 
Ekstrapolyasiya metodu 
Bu metod proqnozlaşdırılan prosesin zamanca xeyli əvvələ aid olan retro 
və  gələcəkdə  mümkün  ola  biləcək  dinamik  göstəricilərinin  (riyazi,  statistik, 
yaxud  məntiqi)  qurulması  ilə  bağlıdır.  Mümkün  dəyişikliklərin,  meyl  və 
proseslərin 
miqyasının 
dəqiq 
qiymətləndirilməsi 
üçün 
mürəkkəb 
ekstrapolyasiya,  ehtimal  nəzəriyyəsi,  oyunlar  nəzəriyyəsinin,  müasir 
riyaziyyat  və  kibernetikanın  alətlər  komplektinin  istifadəsi  səmərəli  nəticə 
verə  bilər.  Bu  metodun  əlverişliliyi  inkişaf  əyrilərinin  «absurd» 
ekstrapolyasiyası  əsasında  müəyyənləşir.  Bu  zaman  fəaliyyətdə  olan 
mexanizmin  gələcəkdə  dəyişmə  imkanları,  əvvəlcədən  proqnozlaşdırılmamış 
funksiyalaşma  meylləri  təsvir  edilir.  Düzgün  nəticə  əldə  etmək  üçün  riyazi 
modellər, məntiqi analiz, eksperiment qiymətləndirmə və normativ hesabatlara 
əsaslanan kompleks yanaşma vacibdir.      
Ekspert metodu 
Buraya  ekspert  qiymətləndirmə,  analitik  qeydlər,  fərqli  ekspert 
göstəricilərinin  müqayisəsi,  kütləvi  müzakirə,  dəyirmi  masalar,  zehni  həmlə 
və s. metodlar daxildir. Ekspert metodu aşağıdakı mərhələlərdə tətbiq edilir: 
- ekspertlər tərkibinin seçilməsi və onların səriştəliliyinin qiymətləndirilməsi
- ekspertlərin sorğusu üçün anket tərtib edilməsi
- ekspert nəticələrin əldə edilməsi
- ekspert rəylərinin uyğunluğunun qiymətləndirilməsi; 
- nəticələrin etibarlılığının qiymətləndirilməsi; 
- ekspert nəticələri üçün proqramın tərtib edilməsi. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə