SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə36/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   116

 
 
86 
Bu şəraitdə mövcud proqnozlaşdırma metodları kifayət etmədiyindən onların 
genişləndirilməsi tələb olunur.  
Məqsədli vəziyyətlərin proqnozlaşdırma metodları 
Təcrübədə  çoxsaylı  proqnozlaşdırma  metodlarından  yalnız  müəyyən 
hissəsi istifadə olunur, əksəriyyəti nominal (yalnız adı olan) olaraq qalır. Elmi-
texniki  proqnozlaşdırmada  metodlar  toplusu  çox  geniş,  iqtisadi  metodlar 
kifayət  qədər,  sosial  metodlar  isə  –  sadə  trend  (ekstrapolyasiya)  modeli, 
ssenari  və  ekspretlərin  əyani  və  qiyabi  sorğusundan  ibarətdir.  Xüsusilə  də 
normativ  proqnozlaşdırmada  trend  modellər  köməkçi  rol  oynayır  və  əsasən 
ekspretlərin  sorğusu  və  ssenari  qurulmasında  istifadə  edilir.  Elmi-texniki  və 
iqtisadi  proqnozlaşdırma  metodlarının  –  kontekstual  kartorqrafiya  (sosial 
təzahürün  mahiyyətinin  xəritəsinin  qurulması),  morfoloji  yanaşma,  tarixi 
analogiya,  əməliyyatlı,  şəbəkə,  oyun,  imitasion  (təqlidi)  və  s.  modelləşdirmə 
növlərinin  istifadəsi  əsasında  səmərəli  sosial  proqnozlaşdırma  metodları 
qurula bilər. 
 Bir  sıra  perspektiv  metodlar  mövcuddur.  Məs.,  psixologiya  və 
sosiologiyada istifadə edilən irəli çəkilmiş qrup metodu normativ proqnozlar 
hazırlanmasında  səmərəli  nəticələr  verə  bilər.  Riyaziyyatda  istifadə  edilən 
hüdudlar  nəzəriyyəsi  əsasında  riyaziləşmiş  «hüdudların  proqnozlaşdırılması 
nəzəriyyəsi» işlənə bilər.  
     Normativ proqnozlaşdırmada əməliyyatlar ardıcıllığı 
1.  Mütləq  optimallığın  müəyyənləşdirilməsi.  Məqsəd  –  nöbəti  normativ 
tədqiqat  istiqamətinin  yaradılması.  Vəsait  –  geniş  modelləşdirmə  aparatının 
istifadə edilməsi («məqsədlər ağacı», formalaşmış ssenari, matritsa, cədvəllər 
və digər modellər).  
2. Mütləq optimallıq müəyyənləşdirilərkən tədqiqat obyektinin xüsusiyyətləri 
nəzərə  alınmaqla  optimallıq  meyarları  (proqnoz  fonunun  bütün  7  bölməsinə 
uyğun olan) təyin edilməlidir.  
3.  İlkin  modelin  göstəriciləri,  modelləşdirmə  metodları  və    proqnozlaşdırma 
müddətinin 
məhdudluğu 
nəzərə 
alınmaqla 
nisbi 
optimallığın 
müəyyənləşdirilməsi.  
4. İlkin və son normativ modellərin müzakirəsi. 
5. Ekspert qiymətləndirməsinin obyektivlik səviyyəsinin müəyyənləşdirilməsi 
üçün  müzakirələr  keçirilməsi  və  əhali  arasında  sorğu  keçirilməsi.  Əhali 
arasında  sorğu  keçirilməsi  ekspert  nəticələrini  tamamlayır  və  bu  sorğuların 
səmərəli nəticələrinin əldə olunması üçün çox zaman psixoloji testlər, pilotaj 
tədqiqatlar keçirilir.   
6.Təqdim  olunan  müzakirələr  əsasında  normativ  proqnoz  modelinin 
hazırlanması  və  vahid  sistemdə  birləşdirilməsi.  Əldə  edilən  nəticələrin 


 
 
87 
keyfiyyəti  optimallaşdırma  meyarlarının  əsaslandırılması,  proqnoz  fonunun 
göstəricilərinin və sorğuların nəzərə alınmasından asılıdır.  
Proqnozlaşdırmanın  verifikasiyası  onun  həqiqiliyinin,  dəqiqliyinin  və 
əsaslılığının  müəyyənləşdirilməsidir.  Proqnozun  mütləq  verifikasiyası,  onun 
obyektin  həqiqi  vəziyyətinə  uyğunluğunun  müəyyənləşdirilməsi  ilə  bağlıdır. 
Proqnozlaşdırmanın  son  mərhələsində  nisbi  verifikasiya,  yəni  proqnozun 
müasir elmi tələblərə uyğunluq dərəcəsinin  müəyyənləşdirilməsi mümkündür. 
Verifikasiya  proseduru  arzu  edilən  və  vacibdir.  Bu  prosedur  rolunu  ekspert 
sorğuları  oynayır.  Mürəkkəb  vəziyyətlərdə  verifikasiyanın  8  növündən  biri 
istifadə edilir:   
1)  ilk  istifadə  edilən  metoddan  fərqli  metod  istifadə  etməklə  proqnozun 
hazırlanması; 
2)  proqnozun  digər  informasiya  mənbələrindən  alınan  proqnozlarla 
müqayisəsi; 
3)  retrospektiv  (keçmişi  təsvir  edən)  dövrə  aid  adekvat  (uyğun)  proqnozun 
yoxlanması;  
4)əvvəlcədən  əldə  edilmiş  proqnozlar  əsasında  paralel  proqnozun 
müəyyənləşdirilməsi; 
5) ekspertlərin əlavə sorğusu
6) opponentlərin tənqidi qeydlərinin təkzib edilməsi
7) mümkün səhvlərin aşkar edilməsi və nəzərə alınması; 
8) daha mötəbər fikirlərlə müqayisə.  
Ən  qənaətcil,  səmərəli  və  ən  aşağı  səviyyəli  subyektiv  qiymətləndirmə 
ekspert sorğusu (bilavasitə ekspertlərin qiyabi sorğusu) əsasında əldə edilir. 
Verifikasiyaya dair əsas əməliyyatlar aşağıdakılardır: 
-  bir  və  ya  bir  neçə  üsulla  kəşfiyyat  və  normativ  proqnoz  modelinin 
verifikasiyası; 
-  müzakirə  əsasında  proqnozlaşdırma  modelinin  tamamlanması  və  son 
redaktəsi.  
İdarəetmə üçün tövsiyyələrin seçilməsi.   
Sosial  proqnoz  –  özünüməqsəd  deyil,  məqsədli,  planlaşdırma,  proqram, 
layihə,  təşkilati  –  idarəetmə  qərarları  üçün  informasiyadır.  Buna  görə  də 
proqnozlaşdırma  göstəricilərin  və  normativlərin  müqayisəsi  əsasında  təqdim 
edilən tövsiyyələrlə sona çatır. Tövsiyyələr daha obyektiv  məzmunlu olmalı, 
sifarişçinin maraqlarından asılı olmamalıdır. Buna görə də tövsiyyələr sifarişçi 
deyil, proqnoz mütəxəssisləri tərəfindən təqdim edilməlidir.       
Əməliyyatlar ardıcıllığı 
1.Tədqiqat qrupunun köməkliyilə ilkin tövsiyyələrin hazırlanması. 
2.Hazırlanmış tövsiyyələrin əyani ekspert sorğusu əsasında təhlil edilməsi. 


 
 
88 
3.Təqdim  olunan  tövsiyyələr  tətbiq  edildiyi  şəraitdə  idarəetmə  obyektinin 
eventual  (əlverişli  şəraitdə  mümkün  olan)  vəziyyətinin  ehtimali  ssenarisinin 
hazırlanması  və  həm  müsbət,  həm  də  mənfi  nəticələrin  mümkünlüyünün 
nəzərə  alınması.  Çətin  vəziyyətlərdə  ssenarinin  mahiyyətilə  bağlı  bir  daha 
ekspert sorğusu keçirilir, bir qədər sadə vəziyyətlərdə ssenari ekspert təhlilinə 
verilir.  
4.Tədqiqat haqqında üç variantda ilkin hesabat hazırlanır: qısa (3 – 5 səhifə), 
geniş  (20  –  25  səh.),  tam  (10  –  15  səh.)  həcmli.  Bu  zaman  hər  iki  proqnoz 
modeli təhlil edilir və əvvəlki prosedurlarla bağlı sənədlər istifadə edilir.  
5. Təqdim edilən hesabat əyani ekspert sorğusu ilə təhlil edilir. 
6.Təhlil əsasında hesabat tamamlanır və sifarişçiyə təhvil verilir. 
Qeyd:  Bütün  təhlillər  gedişində  ekspertlər  dairəsi  mümkün  qədər  sabit 
olmalıdır,  çünki  hər  dəfə  onların  təcrübəsi  artır  və  ekspertizanın  keyfiyyəti 
yüksəlir.  Təcrübə  göstərir  ki,  ən  təcrübəli  ekspertlər  də  dərhal  proqnoz 
qiymətləndirmə apara bilmirlər.    
YOXLAMA SUALLAR 
1.Normativ proqnozlaşdırmanın əsas xüsusiyyətləri nədən ibarətdir? 
2.Son məqsədin növləri hansılardır? 
3.»Sosial məqsədlər ağacı»nın qurulmasını izah edin. 
4.İdeal, optimal və normativ vəziyyətlərin proqnozlaşdırılması nə ilə fərqlənir? 
5.Normativ proqnozlaşdırmanın əməliyyatlar ardıcıllığını izah edin. 
REFERAT MÖVZULARI 
1.Sosial proqnozun normativ modeli   
2.İlkin model göstəricilərinin normativ proqnozunun hazırlanması  
3.Proqnozun mütləq və nisbi verifikasiyası  
4. Opponent verifikasiyası  
5.Sosial yeniliklərin proqnozlu əsaslandırılması 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс  лекций. 
М.: Педагогическое общество России. 2001. 
2.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Бешелев  С.Д.  Гурвич  Ф.Г.  Экспертные  оценки.  М.,  Изд-во  Педагогическое  общество 
России, 1999. 
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
5.Гражданников Е.Д. Экстраполяционная прогностика. Новосибирск. 2-ое изд., 2001. 
6.Добров Г.М. и др. Экспертные оценки в научно-техническом прогнозировании. Киев, 2-
ое изд. 2000. 
7.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995. 
8.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
9.Нормативное социальное прогнозирование. М.: Наука, 1987. 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə