SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə35/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   116

 
 
84 
müəyyənləşdirilir.  Normativ  proqnozlaşdırmada  ideallaşdırma  metodu 
aşağıdakı kimi tətbiq edilir:   
- tədqiq edilən obyektin proqnozlaşdırılan sosial aspektlərində ideal vəziyyətin 
prinsipcə  ümumi  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  tədqiqatın  sonrakı 
mərhələləri üçün nəzəri-metodoloji əsas kimi istifadə edilir.  
-  ideal  vəziyyətin  ictimai  idealın  meyarlarına  uyğun  prinsipcə  ümumi 
xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  tədqiqatın  bu və  ya  digər  predmetinin 
ideal  vəziyyətinin  necə  görünə  biləcəyinə  dair  təsəvvürlərin  hazırlanmasında 
istifadə edilir. 
-  müşahidə  olunan  perspektiv  nəzərə  alınaraq,  tədqiq  edilən  predmetin  ideal 
vəziyyətinin müəyyənləşmiş xüsusiyyətləri əsasında onun optimal və normativ 
vəziyyətlərinin xüsusiyyətləri araşdırılır. 
İdeal  (optimal  və  normativ)  vəziyyətlərin  prinsipcə  ümumi  və 
müəyyənləşmiş  xüsusiyyətləri  proqnozlaşdırma  əməliyyatı  hesab  edilmir. 
Proqnozlaşdırma  ideal  vəziyyətə  nail  olmaq  üçün  məqsədyönümlük  əsasında 
müəyyənləşdirilmiş  tədqiqat  üsullarının  aşkar  edilməsindən  başlayır. 
Normativ proqnozlaşdırma ilkin məqsədyönümlük əsasında formalaşır. Sonra 
modelləşdirmə,  ekspertlər  sorğusu  və  s.  metodlar  tətbiq  edilməklə  sadə 
proqnoz təhlil aparılır. 
Optimal vəziyyətlərin səmərələşdirilməsi və proqnozlaşdırılması 
Riyaziyyatda  optimallaşdırma  (səmərələşdimə)  mümkün  variantlardan  ən 
yaxşısının  seçilməsi,  yaxud  obyektin  ən  yaxşı  vəziyyətə  çatdırılması  kimi 
müəyyənləşdirilir.  Bu  zaman  obyektin  ən  arzu  edilən  keyfiyyət  xüsusiyyəti 
maksimallaşdırılır, yaxud ən arzu edilməyən xüsusiyyəti minimuma çatdırılır. 
İqtisadiyyatda  bu  xalq  təsərrüfatının  təkmilləşdirilməsi  əsasında  ictimai 
istehsalın  miqyasının  maksimal  həddə  çatdırılması  kimi  təhlil  edilir. 
İqtisadiyyatın  səmərələşdirilməsi  probleminin  nəzəri  tədqiqinin  nəticələri 
optimallaşdırma  meyarlarının  müəyyənləşdirilməsilə  bağlıdır.  Ümumiyyətlə, 
optimallaşma  xüsusi  iqtisadi-riyazi  modellər  olub,  ictimai  məqsədyönümlüyü 
əks etdirir. Mahiyyətcə bu maksimum məhsuldarlıq, minimum məhsul və vaxt 
itkisi  ilə  bağlıdır.  Bütün  sosial  proseslər  optimallaşdırıla  bilər  və  optimal 
vəziyyətlərin  proqnozlaşdırılması  ideal  vəziyyətin  proqnozlaşdırılmasından 
sonra  gələn  mərhələdir.  Bu  zaman  proqnoz  fonunun  göstəriciləri  bir  qədər 
məhdudlaşdırılır.  Mümkün  ən  yaxşı  variant  aşkar  edilir  və  tədqiqat 
əməliyyatlarında  bəzi  dəyişikliklər  baş  verir.  Tədqiq  edilən  predmetlə  bağlı 
optimal 
vəziyyətin 
prinsipcə 
ümumi 
və 
konkret 
xüsusiyyətləri 
müəyyənləşdirilir. İdeal vəziyyətin parametrləri istiqamətləndirici rol oynayır. 
Bu zaman proqnoz fonunun amilləri təhlil edilir və normativ tədqiqat əsasında 
ilkin  modelin  göstəriciləri  dəqiqləşdirilir.  Optimal  vəziyyətin  ümumi  və 


 
 
85 
konkret xüsusiyyətlərinin müəyyənləşdirilməsi və mövcud vəziyyətə nail olma 
yollarının 
aşkar 
edilməsi 
əməliyyatları 
arasındakı 
sərhəddin 
müəyyənləşdirilməsi  üçün  proqnozlaşdırma  metodları  toplusunun  istifadə 
edilməsi  metodoloji  cəhətdən  çox  vacibdir.  Bu  mərhələdə  sosial 
proqnozlaşdırmanın  informasiya  bazasının  natamam  inkişafı,  kəmiyyət 
göstəricilərinin  çatışmazlığı  və  sistemsizliyi,  həmçinin  sosioloji  tədqiqatların 
zəif  riyaziləşdirilməsi  proqnozlaşdırmada  müəyyən  çətinliklər  yaradır.  Bu 
ilkin  modelin  göstəricilərinin,  proqnozlaşdırılan  sosial  təzahürlərin  və 
proseslərin keyfiyyət analizinin normativ araşdırılmasını və ilkin göstəricilərin 
modelləşdirilməsini çətinləşdirir. Bu mərhələdə aparılan tədqiqatlar qüvvə və 
vasitələr sərfi ilə əlaqədar olaraq, daha baha başa gəlir. Buna görə də, ictimai 
ideal  və  sosial-iqtisadi  optimallıq  daha  dəqiq  formalaşdırılmalıdır.  Beləliklə, 
ideal  vəziyyət  daha  çox  arzu  edilən  mütləq  optimallıq,  optimal  vəziyyət  isə 
daha çox arzu edilən vəziyyət, prosesdir.  
Normativ vəziyyətlərin normativləşdirilməsi və proqnozlaşdırılması 
Obyektin 
xüsusiyyətlərinin 
nizamlanması, 
müəyyən 
normalara, 
normativlərə  uyğun  vəziyyətə  gətirilməsi  prosesi  normativləşdirmə  adlanır. 
Normalar  ideallara  uyğun  olaraq,  bütün  ictimai  şüur  formalarına  aid  olub, 
onların xüsusi ifadə formasıdır. Sosial normalar təbii şəkildə qurulmuş, yaxud 
dövlət,  cəmiyyət,  sosial  qrup  tərəfindən  təsdiqlənmiş  qaydalar,  nümunələr, 
təlimatlar olub, insanların bu və ya digər həyat formasını müəyyən edən şüur 
və 
davranış 
forması 
kimi 
təzahür 
edir. 
Məqsədli 
vəziyyətin 
proqnozlaşdırılması  normativ  vəziyyətin  normativ  proqnozlaşdırılması  ilə 
bağlı 
əməliyyatlar 
sistemində 
ideal 
və 
optimal 
vəziyyətin 
proqnozlaşdırılmasından  sonra  üçüncü,  sonuncu  mərhələdir.  Bu  mərhələ 
normativ 
vəziyyətin 
ümumi 
və 
konkret 
xüsusiyyətlərinin 
müəyyənləşdirilməsilə bağlıdır. Bu zaman ideala və optimallığa uyğun sosial 
yönəlmə  əsasında  fəaliyyət  göstərmək  lazımdır.  Normativ  vəziyyət 
müəyyənləşdikdən  sonra  normativ  proqnozlaşdırmanın  sonuncu  –  mövcud 
vəziyyətə  nail  olmanın  mümkün  yollarının  müəyyənləşdirilməsi  mərhələsi 
başlayır: 
1.Mövcud  sosial  norma  və  nomativlərdəki  tullantıların,  yəni  sosial 
patologiyanın bütün formalarının nəzərə alınması vacibdir. 
2.  Normativ  proqnozlaşdırmanın  ideoloji  tərəfinin  nəzərə  alınması  vacibdir 
(məs., fərqli ictimai-siyasi quruluşa malik olan dövlətlərdəki sosial normaların 
müqayisəli analizi). 
3.Məqsədli 
vəziyyətin 
20 
illik 
perspektivi 
nəzərə 
alınmaqla 
proqnozlaşdırılması  üçün  plandan  əvvəlki  proqramın  hazırlanması  vacibdir. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə