SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə38/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   116

 
 
91 
Edip effekti 
Gələcək  haqqında  xəbər  verməyə  çalışan  bir  çox  miflər,  əfsanələr 
sırasında Edip effekti, Yelena Troyanskaya, Gələcəkdən xəbər verən maral və 
s.  əfsanələr  bir  sxem  üzrə  qurulub:  qəhraman  gələcəkdən  xəbər  tutur,  onu 
dəyişməyə çalışır, lakin sonda həmin nəticə baş verir. Bütün bu miflər taleyin 
dəyişməz  olduğunu  göstərməyə  yönəlib.  Məhz  bu  əsasda  proqnozlar  özü-
özünü  reallaşdırır.  Edip  effekti  gələcəyin  əvvəlcədən  müəyyənləşdirilmiş 
modelini və konsepsiyasını əks etdirir. Bu model aşağıdakılardan ibarətdir: 
1) Sərt determinizm (iradə, yaxud seçim azadlığı yoxdur). 
2) Gələcək real olaraq mövcuddur (tam mövcudluğa malikdir). 
3) Gələcək dəyişməzdir (bağlıdır). 
K.Popper  Edip  effektinin  şərhini  genişləndirərək,  proqnozun  özünü 
reallaşdırması imkanları ilə yanaşı özünü məhv etməsi imkanlarının olduğunu 
da əlavə etmişdi. Beləliklə, Edip effekti – informasiyanın aid olduğu vəziyyətə 
təsiri  imkanlarıdır.  Nəzəriyyə,  yaxud  konsepsiya  hər  iki  imkanı  (özünü 
reallaşdırma  və  özünü  məhv  etmə)  qəbul  etdiyi  üçün  gələcəyin  mifdə  əks 
olunan  şərhindən  edilən  daha  geniş  şərhə  malikdir.  Bu  şərh  aşağıdakıları 
özündə əks etdirir: 
1)İndeterminizm (seçim imkanlarını qəbul edir (bifurkasiya)). 
2)Gələcək real olaraq, mövcud deyil (yalnız potensial olaraq mövcudur). 
3) Gələcək dəyişə biləndir (açıqdır).  
Ziddiyyət  məhz  bu  əsaslarda  yaranır,  çünki  hər  iki  yanaşmanın  qəbul 
edilməsi  daha  perspektiv  imkanlar  aça  bilər.  Belə  nətcəyə  gəlmək  olar  ki, 
zaman  öz  xüsusiyyətlərini  dəyişə  bilər,  yəni  müəyyən  şəraitdə  gələcək  real 
olaraq  mövcuddur,  müəyyən  şəraitdə  isə  gələcək  mövcud  deyil  və  onu 
müstəqil  olaraq  qurmaq  olar.  Bu  şərh  əsasında  təkamüllü  ontologiyanın 
cizgilərini  müəyyən  etmək  olar.  Varlıq  daim  zamana  görə  dəyişərək,  həm 
fundamental  qanunlar  və  prinsiplər,  həm  də  konkret  faktlar  və  vəziyyətlər 
səviyyəsində  müəyyənləşmiş  sabitliyini  saxlamalıdır.  Bu  sabitlik  proseslərin 
fərqli zaman sürətinə (qısa və uzun, müxtəlif sistemlərin daxili zamanı və s.) 
əsasən  əldə  edilir.  Determinizm  mexanizmi  əsasında  varlığın  arzu  edilən  və 
mümkün dəyişilməsi baş verir, saxlanılır, sonra isə növbəti dəyişmə baş verir. 
Məhz  bu  proses  mövcud  reallığı  xaos  və  süqutdan  xilas  edir  və  gələcəyə 
yönəldir. Bu çərçivə daxilində Edip effektinin dəf edilməsi vasitələrini aşkar 
etmək  mümkündür.  Reallığın  determinist  elementləri  dəyişmədiyinə  görə 
insan  müdaxiləsi  olmadan  poqnozlaşdırılır.  Bəs  onları  necə  müəyyən  etmək 
olar? İlk növbədə müasir dövrdə müşahidə edilən və gələcəkdə saxlanıla bilən 
faktlar, hadisələr, vəziyyətlər dəyişikliklər əsasında məhv ola biləcək faktlar, 
hadisələr, vəziyyətlərdən fərqlənməlidir.   


 
 
92 
Kollektiv qərarların qəbul edilməsi metodları 
Delfi metodu, yaxud delfi rəmmalının metodu 
Bu metod Delfdə (Yunanıstanda) Apollon məbədinin adından götürülərək, 
belə  adlandırılıb.  Qədim  Yunanıstanda  bu  məbədin  kahinləri  sirli 
peyğəmdərlik  xüsusiyyətlərilə  fərqlənirdilər,  hər  hansı  bir  sosial, siyasi  və  s. 
hadisələr  haqqında  qabaqgörən  fikirlər  söyləməklə  ictimai  proseslərin 
inikşafına təsir göstərirdilər.  
Müasir  dövrdə  eyni  ad  altında  müəyyənləşdirilən  bu  metod  zehni  həmlə 
metodunun  çoxdəfəli  istifadəsi  (interaktiv)  üçün  təqdim  edilib  və  proqnoz 
nəticələrdə psixoloji amillərin təsirini azaltmaq və obyektivliyin yüksəldilməsi 
məqsədini daşıyır. Nəticələrin obyektivliyinin yüksəldilməsi üçün bu metod –  
əks  əlaqə,  iştirakçıların  əvvəlki  sorğunun  nəticələri  ilə  tanış  edilməsi  və 
ekspertlərin  rəyinin  qiymətləndirilməsində  həmin  nəticələrin  nəzərə  alınması 
vasitələrindən  istifadə  edir.  Ekspert  metodun  bir  qədər  fərqli  forması  olan 
Delfi  metodu  –  anketləşdirmə  metodundan  istifadə  edərək,  ardıcıl  fərdi 
sorğular  keçirilməsinə  yönəlir.  Sorğu  vərəqləri  dövrü  olaraq  (hər  dəfə) 
dəqiqləşdirilir və bu əsasda iştirakçı rəylərinin əmsalı ölçülür. 
Çoxluğun  rəyindən  təsirlənmə  və  bu  rəylərə  uyğunlaşma  səviyyəsini 
azaltmaq  üçün  iştirakçıların  öz  fikirlərini  əsaslandırması  vacibdir,  lakin  bu 
zaman  da  uyğunlaşma  təsiri  yüksək  ola  bilər.    Ekspertlər  sorğusu  təşkil 
olunarkən  dövrlər  arasında  ekspert-lider  ekspert  qrupu  istənilən  istiqamətə 
yönəldə bilər.  
Morfoloji sintez metodu 
Bu  metod  tədqiq  olunan  problemin  mümkün  parametrlərinə  dair 
informasiyanın  əldə  edilməsinə  əsaslanır,  hər  cür  ilkin  mühakimə  və 
müzakirədən kənar olur və üç suala cavab axtarır: 
1.proqnoz informasiyanın alınması üçün hansı vasitələr daha vacibdir? 
2.hadisələrin baş vermə ardıcıllığı necədir? 
3.mövcud problemin həlli üçün bütün vasitə, yaxud metodlardan necə istifadə 
etmək olar? 
Rollar metodu   
Bu  metod  «lehinə  -  əleyhinə»  metoduna  uyğundur.  Əsas  fərq  hazırlıq 
mərhələsində  münaqişə  vəziyyətin  aşkarlanmasından  ibarətdir.  Mövcud 
münaqişə  vəziyyətin  təqlid  edilməsi  üçün  qrupun  tərkibindən  bir  neçə  nəfər 
iştirakçı  seçilir.  Rol  üçün  hazırlığa  20-30  dəqiqə  vaxt  sərf  olunur.  Oyunun 
müddəti  isə  15-20  dəqiqədir.  İştirakçılar  öz  fikirlərini  obyektiv  göstəricilərlə 
əsaslandırırlar  və  rəqibin  əks  dəlillərini  təkzib  edirlər.  Bütün  dəlillər,  o 
cümlədən  «tezis  -  antitezis»  formalı  natiqlik  üsulları  istifadə  edilir.  Oyun 


 
 
93 
zamanı  tezislər  kimi  formalaşmış  təcrübə  qrupun  bütün  üzvləri  tərəfindən 
müzakirə edilir və qiymətləndirilir. 
Bu əsasda aşağıdakı test-suallar tərtib edilir: 
- Rəqibin ən xoşagəlməz dəlilləri, sualları və etirazları hansılardır? 
- Onlardan hansılar cavabsız qaldı, yaxud təkzib edildi? 
- Ən yaxşı dəlillər hansılardır? 
-Hansı  dəlillər  bir-birini  tamamlamaq  və  gücləndirmək  üçün  birləşdirilməli, 
əlaqələndirilməlidir? 
- «Oyun» prosesində hansı iştirakçılar xüsusi davranış nümayiş etdirdilər? 
Daha  səmərəli  dəlillər  əhatəli  analiz  edilir  və  xüsusi  yaradılmış  alt  qrup 
tərəfindən təsnif edilir.  
Sinektik metod 
Bu metod 1960-cı ildə U.Qordonun yaratdığı «Synectics» firmasının adına 
uyğun  olaraq  belə  adlandırılıb.  Sinektikanın  əsas  xüsusiyyəti  törəmə 
ideyaların  tənqidinə  qoyulan  qadağanın  götürülməsi  və  meydana  çıxan 
problemlərin  həlli  məqsədilə  nisbi  daimi  qrupların  formalaşdırılmasından 
ibarətdir. Bu qrupların üzvləri tədricən birgə işə alışırlar, tənqiddən qorxuları 
azalır, kimsə onların təkliflərini qəbul etmədikdə incimirlər. Tədricən qrupda 
məsələlərin  həlli  təcrübəsi  yaranır.  Adətən  sinektik  qrupa  bu  metodun 
əsaslarını  yaxşı  bilən,  təcrübəli  mütəxəssis  rəhbərlik  edir.  O,  digərlərindən 
fərqli  olaraq,  qoyulan  məsələ  ilə  bağlı  istiqamətlənməyi  daha  yaxşı 
bacarmalıdır. Əvvəlcə problem ümumi  müzakirə edilir, sonra tədqiqat sahəsi 
məhdudlaşdırılr. İşin  gedişində ədəbiyyat, ekspertlərin  məsləhətlərini istifadə 
etmək,  model  hazırlamaq  olar.  Rəhbər  problemi  olduğu  kimi  təqdim  edir. 
Sinektorlar tədricən problemin quruluşunu dərk etdikləri kimi dəyişirlər. Qərar 
hazırlanması  üçün  metodun  əsas  mexanizmi  analogiyaların  istiqamətlənmiş 
axtarışıdır. Bu məqsədlə mövcud problemlərin həlli sahələri və vasitələri aşkar 
edilir.    Əgər  ekspert  qiymətləndirməsindən  sonra  ideyanın  maddiləşməsinin 
qeyri-mümkünlüyü müəyyən edilirsə, digər ideyaların axtarışı davam etdirilir. 
Bu  metodun  müsbət  cəhəti  tənqidin  tətbiqi,  analogiyalardan  və  psixoloji 
meyllənmə  üsullarından  istifadə  edilməsidir.  Mənfi  tərəfi  isə  üzvləri  bir  sıra 
təlimlər  keçməli  olan  daimi  qrupların  yaradılmasına  olan  tələbatla  bağlıdır, 
çünki az saylı mütəxəssislər qrupunun təşkil edilməsi çətindir.   
Konkret vəziyyətlərin analizi metodu 
Harvard  Universitetində  hazırlanmış  və  təkrarlanan  standart  vəziyyətlər 
üçün nəzərdə tutulan metod aşağıdakı mərhələlərdə tətbiq edilir: 
- vəziyyətə giriş; 
- məsələnin qoyuluşu (iştirakçıların qruplara bölünməsi, vəziyyətin daha geniş 
təsvirinin əldə edilməsi); 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə