SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə46/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   116

 
 
109 
səviyyəsi və təbliği müasir standartlara uyğunlaşmalıdır. Gənclərimizin siyasi 
savadı və siyasi mədəniyyəti ifratçılığa gətirməməsi üçün təhsil və mədəniyyət 
ocaqlarında siyasi maariflənməyə xüsusi yer ayrılmalıdır. Dövlət idarəçiliyi ilə 
bağlı  kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.    
 
YOXLAMA SUALLAR 
1.Sosial siyasi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir? 
2.Sosial siyasi proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır? 
3.Azərbaycanda müasir sosial siyasi proseslərin proqnozlaşdırılması xüsusiyyətlərini izah edin. 
 
REFERAT MÖVZULARI 
1.Sosial proqnozlaşdırmanın əsas xüsusiyyətləri 
2.Müasir dövrdə Azərbaycanda baş verən sosial siyasi proseslərin proqnozlaşdırılması   
3.Siyasi hakimiyyətin inkişaf xüsusiyyətləri 
4.Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması istiqamətləri 
 
ƏDƏBİYYAT: 
1.Əliyev Q.C. “Çağdaş demokratik proseslərin bəzi fəlsəfi problemləri”, Bakı, Təbib, 1997. 
2.Əliyev    Q.C.  “Müasir  siyasi  modernləşmə  konsepsiyaları”,  Siyasətin  fəlsəfəsi,        B-1998, 
108s.  
3.Həsənoğlu F. “Avropa kimiliyi və demokratiya”, Bakı, Azadlıq, , 2000. 
4. Siyasi tarix, Bakı, Şur, 1995, 160s. 
5.Şirəliyev H., Əhmədov Ə., “Politologiya” (dərslik), Bakı, Təbib, 1997, s.416   
6.Yağmur Z. “Cəmiyyət təzim etməyə obyekt axtarır”, “Elm, ədəbiyyat, sənət”, jurn. №1, 1 
mart, 1998-ci il. 
7. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005. 
8.Бабосов Е.М. Прикладная социология, М., Тетра-Системс, 2000, 406с. 
9.Большой толковый Социологический словарь, М., Вече АСТ, 1998, т.1, 2, с. 468   
10.  Макаренко  В.П.  Вера,  власть  и  бюрократия.  Критика  социологии  М.Вебера,  Изд-во 
Ростовского Университиета, 1988, 300с.  
11.Политическая  социология: Учебник  для  вузов  /  под  ред.  Ж.Т.Тощенко.  М.,  ЮНИТИ-
ДАНА, 2002. 
12.Рзаев  А.  Политические  и  правовые  исследования,  Баку,  Элм,  1997,  238с.  Йаьмур 
13.«Социологические исследования», журнал, М., Наука, 1976, 1994, 2001.  
 
 
 
 
 
 
 
 
 


 
 
110 
9.2 
SOSİAL 
– 
İQTİSADİ 
PROSESLƏRİN 
PROQNOZLAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ 
 
Keçid dövründə aparılan iqtisadi islahatların xarakterik 
xüsusiyyətləri və Azərbaycan Respublikasında iqtisadi islahatların 
özünəməxsusluğu 
 
Qeyd  olunduğu  kimi,  sosial  proseslə  bağlı  proqnoz  verərkən  ilkin 
proqnozlaşdırma  modelinin  hazırlanması  üçün  vacib  olan  göstəricilərin 
toplanması  tələb  olunur.  Mümkün  göstəricilər  yüzlərlə  və  minlərlədir. 
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım 
olanları  müəyyənləşdirmək  lazım  gəlir.  Keçid  dövründə  sosial  iqtisadi 
proseslərin proqnozlaşdırılması ilə bağlı göstəricilər toplanarkən, ilk növbədə 
dövrün özünəməxsus xüsusiyyətləri təhlil edilməli və məhz zaman və məkan 
xüsusiyyətləri əsasında perspektivlər müəyyənləşdirilməlidir.    
Bəşər tarixi sübüt edir ki, hər hansı bir cəmiyyətin inkişafı ictimai şüurun 
tərəqqisi  ilə  bağlıdır.  İctimai  şüurun  təkamülü  isə  bilavasitə  özünü  sosial 
mühitin  dəyişdirilməsi  məqsədilə  aparılan  islahatlarda  əks  etdirir.  Şahidi 
olduğumuz  kimi,  «iqtisadi düşüncədə»  yaranmış yeni meyllər ictimai şüurun 
dəyişməsinə gətirir. Bu dəyişikliklər isə köklü islahatlarla müşayiət olunur və 
islahatları  təkamül  prosesinin  başlanğıcı    kimi  xarakterizə  etmək  olar. 
Müxtəlif tarixi dövrlərdən fərqli olaraq müasir dövrdə müxtəlif sahələri əhatə 
edən sosial islahatlar daha çox məqsədyönlü, proqram şəkilli xarakter daşıyır.  
Bir  iqtisadi  sistemin  dağılaraq  digərinə  keçid  dövrünü  yaşayan 
cəmiyyətlərdə həm əvvəlki ictimai quruluşa aid olan sosial institutlar, həm də 
yeni  yaranmaqda  olan  sosial    institutlar  yanaşı  fəaliyyət  göstərir.    Bu 
institutların yanaşı fəaliyyəti prosesində mövcud sosial ziddiyyətlər dərinləşir. 
Əvvəlki sistemə aid olan  və yeni yaranan sosial institutlar arasında müəyyən 
münasibətlərin  yaranması    və  yeni  institutların  tam  bərqərar  olması  üçün 
müəyyən  zaman  müddəti  lazımdır.  Yalnız  siyasi  qarşıdurmaların  müşahidə 
edilmədiyi  cəmiyyətdə  vahid  islahatçı  tərəfindən  aparılan  islahatlar  keçid 
dövrünü  qısa  müddətli  edə  bilər.  Siyasi  qarşıdurmalar  çərçivəsində  isə  keçid 
dövrü  təsəvvür  edilməyəcək  qədər  uzun  müddəti  əhatə  edə  bilər. 
A.Pşevorskinin  qeyd  etdiyi  kimi,  «Demokratik  münasibətlərin  nəticəsi  ona 
aparan  yoldan  çox  asılıdır.  Demokratiyanın  taleyi  isə  iqtisadi  inkişafdan  
asılıdır. Demokratiya çox vaxt dərin iqtisadi böhrandan doğduğu üçün iqtisadi 
amillər  demokratiyaya  qarşı  işləyir.  İqtisadiyyatda  getdikcə  yüksələn 
münaqişələr siyasi keçid prosesinə birbaşa təhlükə yaradır». 


 
 
111 
Bildiyimiz  kimi,  siyasi  münaqişənin  genişlənməsinin  əsas  səbəblərindən 
biri  də  məhz  islahatlar  prosesidir,  çünki  islahatlar  prosesində  aparılan  köklü 
dəyişikliklər ayrı-ayrı sosial qrupların mənafeyinə zidd olur və əhali arasında 
gərginlik yaradır. Ümumiyyətlə, islahatlar prosesini izah edərkən A.Pşevorski 
qeyd  edir  ki,  «İslahatların  mahiyyətini  analiz  edərkən  nəticələrin  iki 
kateqoriyasını  ayırmaq  olar.  Bəzi  nəticələr  uzun  müddətli  olub  formalaşmış 
sistemli  sabit  dövlət  üçün  xarakterikdir.  Digər  nəticələr  əsasən  təsirliliyə  aid 
olub özünəməxsusluqlara malikdir; başqaları distribütivdir. Bu fərqli cəhətləri 
tutuşduraraq  dörd  cür  nəticə  ayırmaq  olar:  1)  uzunmüddətli  özünəməxsus 
nəticələr  pozitiv  xarakter  daşıyır.  İslahatlar  ona  görə  aparılır  ki,  mövcud 
iqtisadi  quruluş  fəaliyyətsizdir  və  ya  arzu  edilir  ki,  onun  çatışmazlıqları 
iqtisadi sistemin dəyişdirilməsi yolu ilə aradan götürülsün; 2) bəzi permanent 
nəticələr  distributivdir.  Köhnə  sistemdə  mənafeləri  müdafiə  olunan  qruplar 
islahatdan sonrakı iqtisadiyyatda tamamilə və  ya daha az lazımlı ola bilərlər; 
3) islahatlar prosesi qısa müddətli böhran, işsizlik, müəyyənləşmədə təsirsizlik 
yarada  bilər.  Məhz  bu,  keçid  dövrünün  geriləmələrinə  gətirir;  nəhayət,  4) 
islahatlar  prosesi  keçid  dövrünün  distributiv    nəticələrinə:  nisbi  gəlirlərin 
daimi dəyişikliklərinə gətirə bilər.  
Keçid dövrünə xas olan geriləmələr böhrana, kapitalın və işçi qüvvəsinin 
istifadə 
edilməməsinə  və  ehtiyatların  qısa  müddətli  qeyri-optimal 
müəyyənliyinə  səbəb  ola  bilər.  Keçid  dövrünün  geriləmələri  təsirli  olur. 
İslahatlar  nə  qədər  çox  əsaslandırılmış  və  qərarlaşdırılmış  olarsa,  keçid 
dövrünün  mənfi  nəticələri  də  bir  o  qədər  qısa  müddətli  ola  bilər.  Bu 
strategiyaya  uyğun  olaraq  insanlar  xoşagəlməz  əməliyyatlara  məruz  qalmağa 
razı olurlar, bir şərtlə ki, o uzun müddət davam etməsin».  
Şahidi olduğumuz kimi, son 15 ildə postsovet məkanı ölkələrində sosial-
iqtisadi, siyasi və mənəvi münasibətlərin yeni dərin transformasiyası baş verir. 
Görkəmli rus sosioloqu Y.Q.Volkov bu transformasiyanı iqtisadi düşüncədəki 
sınma kimi xarakterizə edir.  
Gördüyümüz  kimi,  «iqtisadi  düşüncədə»  yaranmış  yeni  meyllər  ictimai 
quruluşun  dəyişməsinə  tələbatla  nəticələndi.  Bu  dəyişikliklər  isə  köklü 
islahatlarla  müşayiət  olunmağa  başlandı.  Bu  cəhətdən  O.T.Boqomolovun 
fikirləri  böyük  maraq  doğurur.  O,  qeyd  edir  ki,  «Demokratiya  və  bazar 
iqtisadiyyatı  islahatlara  məruz  qalan  cəmiyyətlərin  ümumi  məqsədləri  idi. 
İxtisasçılar  keçid  dövrünün  konsepsiyası  və  proqramlarını  dəqiqləşdirməyə 
cəhd edirdirlər. Beynəlxalq təşkilatlar da öz planlarını işləyib təklif edirdilər. 
Təkliflər  əsasən  bəzi  aydın  görünən  məsələlərlə  bağlı  idi:  ödəniş  imkanlı 
tələbatın  tənzimlənməsi  və  əmtəənin  təklifi;    pul  kütləsinin  və  büdcənin 
çatışmazlıqlarının  ixtisarı  (bu  çox  vaxt  makroiqtisadi  sabitlik  adlanır); 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə