SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə54/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   116

 
 
127 
9.3 
MƏNƏVİ-MƏDƏNİ 
 
PROSESLƏRİN 
PROQNOZLAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ 
 
Müəyyən  müddətə  sosial  proseslə  bağlı  proqnoz  verərkən  ilkin 
proqnozlaşdırma  modelinin  hazırlanması  üçün  vacib  olan  göstəricilərin 
toplanması  tələb  olunur.  Mümkün  göstəricilər  yüzlərlə  və  minlərlədir. 
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım 
olanları müəyyənləşdirmək lazım gəlir.  
Mədəniyyət  olduqca  geniş  anlayışdır.  Bura  həm  bütövlükdə  tarixən 
bəşəriyyətin  əldə  etdiyi  nailiyyətləri,  həm  müəyyən  bir  tarixi  çərçivədə 
müəyyən millətin qazandığı nailiyyətləri, həm də konkret şəxsiyyətin öz fərdi 
imkanları  çərçivəsində  mənimsədiyi  və  əks  etdirə  bildirdiyi  nailiyyətləri  aid 
etmək olar. Mədəni proseslərin təhlili ilə bağlı Yuqoslaviya sosioloqu Danilo 
J.  Markoviç  qeyd  edir  ki,  “eyni  zamanda  mədəniyyət  həm  də  teleolojidir. 
Mədəni  dəyərlər  şəcərəsinə  daxil  olan din, elm,  incəsənət,  fəlsəfə  özlüyündə 
mədəniyyəti təcəssüm etdirir və onun universal dəyərlərini ifadə etməyə cəhd 
edir.    Mədəniyyətin  bu  və  ya  digər  dəyərləri  ümumilikdə  bir-birindən 
fərqlənmir,  əksinə  onlar  qarşılıqlı  təsir  münasibətlərindədir”.  Müəllif  öz 
fikirlərinin  təsdiqi  kimi  V.İliçə  müraciət  edərək  ondan  belə  bir  sitat  gətirir: 
“mədəniyyət  insan  dünyasından  başqa  bir  şey  deyil  və  o  bu  dünyanın 
birliyindən  təzahür  edir,  onunla  da  insan  özündəki  və  təbiətdəki  vəhşilikdən 
ayrılır. Mədəniyyət – ənənələrin və ayrılıqda şəxsiyyətin və onun dünyasının 
insanlaşma  mənbələrindən  biridir.  Hər  bir  tarixi  orqanizmdə  mənəvi-mədəni 
proses  xüsusi  bir  tam  kimi  özündə  üç  komponenti  birləşdirir:  əhalinin 
şüurunun  inkişafı,  təbiət  üzərində  inkişaf  edən  hakimiyyət,  intellektual 
kosmosun  aktuallaşması  və  konkretləşməsi.  Mədəniyyətin  və  sivilizasiyanın 
birləşməsi  cəmiyyətin  totallaşması  (ümumiləşməsi)  ilə  nəticələnir.  Yaxşı 
məlumdur  ki,  müasir  mədəniyyətin  ümumiləşməsi,  ideologiyalaşması  və 
siyasiləşməsi  –  müasir  cəmiyyətin  qlobal  xarakterə  malik  olan  parlaq 
ifadəsidir».T.Parsonsa görə: «Mədəniyyət üç aspektdə çıxış edir: mədəniyyət 
ötürülür,  öyrənilir  və  genetik  təbiətə  malik  olmayıb  ümumqəbul  ediləndir. 
Mədəni  dəyərlər  fərdin  sosial  keyfiyyətlər,  statuslar,  rollarının  təşkilinin 
öyrənilməsi  prosesini  əhatə  edir.  Bir-birilə  və  ətraf  mühitlə  qarşılıqlı 
münasibətlərin  subyekti  olan  şəxsiyyət  –  sosial  şəcərənin  üçüncü  pilləsini  – 
sosial inteqrasiyanı təşkil edən cəmiyyəti yaradır. Lakin inteqrasiyanın həyata 
keçməsi üçün daha bir sosial sistemin – mədəniyyətin elementləri olan ümumi 
qəbul  edilmiş  simvolların  olması  vacibdir.  Hər  bir  sistem  digərinin  mövcud 
olmasına şərait yaradır, belə ki, şəxsiyyətlərsiz və mədəniyyətsiz sosial sistem 
ola  bilməz».  Belə  nəticəyə  gəlmək  olar  ki,  yenidən  dərketmə  prosesində 


 
 
128 
cəmiyyətin mədəni dəyərlərinin ötürülməsi üçün keçid  dövrü köhnə sistemlə 
yeni  sistem  arasında  bağlayıcı  rolunu  oynayır.  Burada  cəmiyyətin  varislik 
prinsipi əsasında inkişaf etməsi fikrini izləmək olar.  
Keçid  dövründə  şəxsiyyət–cəmiyyət  münasibətlərində  yaranan  böhranı 
araşdıran Rusiya-Amerika sosioloqu P.Sorokin yaşadığı cəmiyyətdə böhranın 
səbəbini Qərb mədəniyyətinin və cəmiyyətinin son dörd yüz ildə çökməsində 
görürdü. Müəllifin qeyd etdiyi kimi: «bu zaman mədəniyyətin və cəmiyyətin 
bir (hissi) forması məhv olur, digəri isə ancaq təzahür edir». P.Sorokin belə bir 
şəraitdə  yaranan  böhranı  belə  açıqlayır:  «Cəmiyyətin  hissi  dəyərlər  üzərində 
qərarlaşmış  paradoksları bununla nəticələnir  ki,  o,  əhalinin əksəriyyətinin  nə 
ruhi,  nə  də  maddi  tələbatlarını  təmin  etmək  iqtidarında  olmur.  Böhrandan, 
xüsusilə də sosial mədəni tsiklik dağıdıcı dəyişikliklər dövründən çıxış yolu – 
inteqral  dəyərlər  sisteminin  və  ona  əsaslanan  dini,  idealist  və  hissi 
mədəniyyəti birləşdirən inteqral mədəniyyətin yaradılmasıdır. İnteqral sistem 
fərdi maraqların harmoniyasına əsaslanmalıdır.  Kor-təbii bazar sivilizasiyası 
əsas  dəyərləri  –  fərd  azadlığı  və  ədaləti,    insanın  ləyaqətini  və  mülkiyyətini 
müdafiə  etmək  iqtidarında  deyil».  Belə  nəticəyə  gəlmək  olar  ki,  sosial 
institutların  yenidən  təşkili  və  yenidən  dərki  prosesinin  özü  böhranlı  bir 
mərhələdir.  Sosial  olanı  mədəni  olanın  bir  hissəsi  kimi  qəbul  edən 
L.B.Vişnyatskiyə görə: «Mədəniyyət  – cəmiyyəti özünə daxil edir. Lakin bu 
fərdlərin  birliyi  olan  cəmiyyət  deyil.  Bu  təşkilati  stuktura  malik  olan  və 
genetik  cəhətdən  determinə  olmayan    fərdlər  və  onların  qrupları  arasındakı 
əlaqələrin  birliyi  olaraq    fərdlərin  münasibətlərini  tənzimləyən  cəmiyyətdir. 
Beləliklə,  mədəni  təkamül  cəmiyyətin  və  sosial  münasibətlərin  təkamülü  ilə 
eyni zamanda baş verir». Göründüyü kimi, L.B.Vişnyatski mədəni dəyişikliyi 
təkamül  prosesi  kimi  qəbul  edir.  Müəllif  qeyd  edir  ki,  «təkamül  yeninin 
yaranması və ya yaranmaması ilə də müşayiət oluna bilər, lakin yeni (əlaqə və 
elementlər)  yaranmırsa,  inkişafdan  danışmaq  olmaz».  L.V.Vişnyatskinin 
fikirlərindən  belə  nəticəyə  gələ  bilərik  ki,  bəşəriyyətin  ən  yeni  tarixində  baş 
verən  dəyişikliklər  təkamül  prosesi  ilə  bağlıdır.  Bu  təkamül  prosesində  yeni 
element və əlaqələr yaranır, lakin bu, dağıdıcı xarakter daşıyan yeniliklərdir. 
«Dağıdıcı»  və  «inkişaf»  anlayışları  isə  bir-birinə  ziddir.  Onda  belə  bir  sual 
ortaya çıxır: «Müasir şəxsiyyətin sosiallaşması prosesi hansı tarixi şəraitdə baş 
verir?»    Yəqin  ki,  bu  ümumi  dəyərlərdən  uzaqlaşan  mədəniyyətin 
sivilizasiyaya  çevrilərək  kirəcləşdiyi  bir  tarixi  şəraitdir.  Ümumi  dəyərlərdən 
uzaqlaşmanı cəmiyyətin reqressiya mərhələsi kimi xarakterizə edən İ.İlyinski 
onun deqradasiyaya uğradığını qeyd edir.  Müəllifə görə bu zaman «cəmiyyət 
irəli-yuxarı deyil, ya irəli-aşağı, bəzən hətta aşağı-geriyə də hərəkət edir». 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə