SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə56/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   116

 
 
131 
həyatına  və  taleyinə  təsir  göstərən  anomal  (qeyri-adi,  ekstremal),  təbii  və 
antropogen  hadisələrin  (müharibələr,  terrorizm,  genosid,  zorakılıq,  bədbəxt 
hadisələr) geniş dairəsi mövcuddur. Anomal vəziyyətdə insan həyatın mənası 
kimi açılan ölüm təcrübəsilə qarşılaşır. Ölüm təcrübəsi (real və ya simvolik) 
qəflətən  və  ya  tədricən  açılır  və  adi  həyata  dönən  insan  ətrafdakılarla  və  ya 
özü ilə sağ qalmış kimi eyniləşir. Lakin fiziki qayıdış heç də həmişə psixoloji 
qayıdışla üst-üstə düşmür.  Geri dönən anlayır ki, onun başına gələnlər keçib, 
lakin  o,  bu  keçəni  «keçmiş»  kimi  qəbul  edə  bilmir.  «Necə  yəni  keçmiş, 
müharibə  qurtarıb,  lakin  indi  o  mənim  daxilimdədir.  Mən  hələ  də  yuxuda 
döyüşürəm,  əvvəlcə  bütün  bu  dəhşətlər  məndən  kənar  idi,  indi  isə  çox  illər 
sonra bütün bunlar mənim şəxsiyyətimin dərinliyinə yüklənib». Bütün bunlar 
Əfqanıstan  müharibəsində  iştirak  etmiş  və  ölümü  öz  gözlərilə  görmüş 
əsgərlərin  etirafıdır.  Məgər  müharibə  zamanı  ölümlə  qarşılaşmada  keçirilən 
hisslər təxminən eyni deyilmi? Biz bu etirafları bu gün vətənimizin məcburən 
cəlb edildiyi Qarabağ müharibəsi iştirakçılarının etirafı kimi qəbul etməliyik. 
Bu  hisslər  yurdundan  didərgin  düşmüş  günahsız  insanların  (uşaqların, 
qocaların,  qadınların  və  s.)  keçirdikləri  hisslərdir.    Əgər  vətəndaşlarının  hər 
səkkiz  nəfərindən  biri  bu  müdhiş,  şəxsiyyəti  ikiləşdirən  hissləri  keçiribsə, 
həmin  ölkənin  sağlam  mənəvi  gələcəyinə  əmin  olmaq  olarmı?    Doğrudur, 
bəzən  şəxsiyyətin  sarsılması  onun  açılması  və  özünü  fəallaşdırması  ilə 
nəticələnir.  Lakin  çox  vaxt  «şəxsiyyətin  transformasiyası  (dəyişilməsi) 
şəxsiyyətlərarası  münasibətlərin  pozulması,  sevmək  qabiliyyətinin  itirilməsi 
və  s.  ilə  də  nəticələnir.  Bütün  bu  mənfi  dəyişikliklər  ailədə  münasibətlərin 
uğursuzluğuna  səbəb  olur».  Şəxsiyyətin  formalaşması  isə  məhz  ailə 
münasibətləri  üzərində  qurulur.  Keçid  dövrünü  yaşayan  azərbaycanlı  ailəsi 
qarşılaşdığı problemlərin – müharibə şəraiti, işsizlik, maddi çətinliklər və s. – 
həll edilməsi prosesində tədricən öz ənənəvi mahiyyətini dəyişməyə başlayır. 
Ailədə baş verən dəyişiklikləri izləməyə cəhd edək. Çünki ingilis tədqiqatçısı 
M.Rosenin də qeyd etdiyi kimi, «Mədəniyyətin ilk ötürücüsü ailədir. Heç kəs 
bütövlükdə  ailədən  ayrıla  bilməz  və  ya  ilk  mühitdən  aldığı  mənəviyyat 
səviyyəsindən bütünlüklə yüksək ola bilməz. Lakin bu o demək deyil ki, ailə 
ötürücülüyün  yeganə  kanalıdır:  bu  cəmiyyətdə  ənənələrin  digər  mürəkkəb 
yolları  ilə  əvəz  olunur  və  davam  edir».  Bildiyimiz  kimi,  sosial  varlıq  kimi 
şəxsiyyətin  formalaşmasının  əsası  ailədə  qoyulur.  Məhz  ailədə  insanlar  bir-
birilə ünsiyyət yaratmağın, qarşılıqlı münasibətlərin əsaslarını mənimsəyirlər. 
Əfsus ki, bəzən ailə münasibətlərinin formalaşdırılmasında siyasi təbliğat milli 
adət-ənənələri üstələyir. Sovet sosializmi dövründə kişilərlə qadınların hüquq 
bərabərliyinin elan edilməsi  Azərbaycanda da  milli adət-ənənələrə zidd olan 
münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. Milli adət-ənənələrə 


 
 
132 
uyğun ideal kişi və qadın obrazları bayağılaşdırıldı və 70 il müddətində yeni 
siyasi ideologiyaya uyğynlaşdırıldı. Bu isə azərbaycanlı ailəsinin mahiyyətcə 
dəyişməsinə  səbəb  oldu.  Bununla  yanaşı  əgər  qlobal  demokratiyaya  keçid 
şəraitində  Qərbdə  patriarxal  ailə  ənənələrinin  müasir  formalı  bərpasına  cəhd 
edilirsə, Azərbaycanda bayağı qərbləşmə prosesi gedir. Bu proses həm kişi və 
qadın, həm ər və arvad, həm də valideyn və övlad münasibətlərində öz əksini 
tapır.  Bu,  ənənəvi  azərbaycanlı  ailəsinin  dağılmasına  və  cinsi  qarışıqlığın 
genişlənməsinə  səbəb  olur.  Maddi  ehtiyacla  əlaqədar  qadınların  ailədən 
uzaqlaşması uşaqların təhsilə marağının azalmasına, dərsdən yayınmasına və 
uşaq  əməyindən  istifadəyə  səbəb  olur.  Nəzarətsizlik  uşaq  cinayətkarlığının 
artmasına,  narkomaniyanın  və  digər  neqativ  halların  cəmiyyətdə  köklü 
möhkəmlənməsinə gətirir. Müxtəlif tarixi dövrlərdən fərqli olaraq müasir dövr 
şəxsiyyəti eyni zamanda     5  – 10 qrupa daxil ola bilər. Belə ki, ailə, təhsil 
müəssisələri,  idman  və  ya  digər  kütləvi-mədəni  dairələr,  dostlar,  qohumlar 
qrupu, əmək fəaliyyətində daxil olduğumuz qruplar və s. şəxsiyyətin rollarının 
sayını  artırır.  Beləliklə,  şəxsiyyət  gün  ərzində  5  –  10  rol  dəyişə  bilər.  Məhz 
belə  bir  şərait  müasir  dövr  insanlarının  psixi  gərginliyinə  səbəb  olur.  Bu 
rollara uyğunlaşaraq onları məharətlə ifa edə bilənlərdə gərginlik nisbətən az 
nəzərə  çarpır.  Lakin  rollara  uyğunlaşa  bilməyən  şəxsiyyətin  özgələşməsi 
prosesi  müşahidə  olunur.  Belə  şəxsiyyət  qapalı  və  aqressiv  olur.  E.Fromun 
qeyd  etdiyi  kimi,  «məhz  keçid  dövründə  güclənən  sadizm  və  nekrofiliya 
aqressiyanın qəddar keyfiyyətli formaları olub anadangəlmə deyil. İnsanların 
sosial  və  iqtisadi  həyat  şəraitlərini  yaxşıya  doğru  dəyişməklə  onların 
yaranmalarının  qarşısını  almaq  olar.  İnsanın    həqiqi  bacarıqlarının  və 
ehtiyaclarının  tam  inkişafı  üçün  lazımi  şərait  yaratmaq  vacibdir,  bu  zaman 
insan  fəaliyyətinin  və  yaradıcılığının  məqsədə  çevrilməsi  əsasdır,  çünki 
insanın  istismarı  və  idarə  edilməsi  darıxdırıcılıq,  tənbəllik  və  bezikdiricilik 
əmələ gətirir və bütün bunlar sağlam insanları psixoloji eybəcərlərə çevirir və 
onları  sadist  və  dağıdıcı  edir».  Sovet  imperiyası  ağalığından  sonra  təkcə 
Azərbaycanda  deyil,  ümumiyyətlə  demək  olar  ki,  bütün  keçmiş  SSRİ 
məkanında  yaşayan  insanlarda  belə  bir  dağıdıcılıq  meyli  qarşısıalınmaz  bir 
qüvvəyə çevrilmişdir.  Bu dağıdıcılıq meyli yalnız quruluş dəyişilməsinə qarşı 
deyil,  həm  də  mənəvi  dəyərlərin  məhv  edilməsinə  doğru  yönəlmişdi.  Keçid 
dövrünü yaşadığımız zaman çərçivəsində düçar olduğumuz bəlalar insanların 
həyat  şəraitini  ağırlaşdırmış,  onlarda  həyatın  özünə  qarşı  qəzəb  hissi 
oyatmışdır.  Müasir  dövrümüzdə  elə  bir  şəxsiyyət  göstərmək  olmaz  ki,  o, 
dünyadakı  proseslərdən  tam  ayrı  olsun.  Az  da  olsa,  ən  ucqar  dağ  kəndində 
yaşayan  normal  şəxsiyyət  də  özündən  asılı  olmayaraq  müasir  qloballaşma 
prosesinə daxil olur. Bu, onun həyat tərzində, hansı təbəqənin nümayəndəsinə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə