SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə53/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   116

 
 
124 
siyasi, mənəvi-mədəni – əhatə edir. Bildiyimiz kimi, postsovet məkanı ölkələri 
mərkəzləşmiş  milli  təsərrüfat  formasından  şəxsi  mülkiyyətin  əsası  olan  özəl 
təsərrüfat  formasına  keçid  dövrünü  yaşayırlar.  Məlumdur  ki,  dövlətin 
cəmiyyətin  inkişafı  və  mənafeyi  ilə  bağlı  olan  fəaliyyətinin  –  islahatların  – 
həyata  keçirilməsi  üçün  ilk  növbədə  hüquqi  baza  olmalıdır.  Azərbaycanda 
məhz  1992-ci  ildən  hüquqi  təminat  alan  özəlləşdirmə  prosesi  bazar 
iqtisadiyyatına keçid istiqamətində ilk cəhd idi. Azərbaycan Respublikasında 
özəlləşdirmə prosesini aşağıdakı mərhələlərə bölmək olar: 
1)1992 / 1994-cü illər;  2) 1995 / 1996-cı illər;  3)1997 / 2002-ci illər.  
Özəlləşdirmə aşağıdakı sahələr üzrə aparılır: 
1) Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi
2)Orta dövlət müəssisələrinin özəlləşdirilməsi; 
3) İri dövlət müəssisələrinin özəlləşdirilməsi. 
Bildiyimiz  kimi,  MDB  ölkələrində  islahatların  proqramlı  gedişi  üst-üstə 
düşsə  də,  yerlərdəki  fərqli  ənənəvi-mədəni  dəyərlər  bu  proseslərə  müxtəlif 
cəhətlər gətirdi.   
Hazırda  islahatların  uğurla  aparılması  bir  sıra  şərtlərdən  asılıdır:  ilk 
növbədə  ölkənin  ərazi  bütövlüyünə,  mövcud  maddi  və  mənəvi  potensialına, 
onun  əlverişli  geosiyasi  vəziyyətinə  və  digər  xüsusiyyətlərinə  uyğun  strateji 
istiqamətlərin  seçilməsi,    regional  inkişaf  strategiyası  hazırlanması  tələb 
olunur. 
İslahatlar  prosesi  ilə  bağlı  yaranan    şəxsiyyət  probleminin  bir  sıra 
xüsusiyyətlərini  müşahidələr  əsasında  irəli  sürdüyümüz  hipotezdə 
vurğulamağa cəhd göstərmişik və güman edirik ki, onlardan ən əsasları qeyd 
edilənlərdir:  Sosial  gərginliyi  artırır;  İstehsal  münasibətlərində  gərginliyi 
artırır;  Şəxsiyyəti  aktiv  əmək  fəaliyyətinə  cəlb  edir; Şəxsiyyətin çaşqınlığına 
səbəb olur; Şəxsiyyətin fəaliyyətində mənfi təzahürlərin genişlənməsinə səbəb 
olur və s. 
 Bu  qeyd  edilənləri  nəzərə  alaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  islahatlar 
prosesi ilə müşayiət olunan keçid dövründə  dağıdıcı davranış  formaları daha 
da qabarır. 
IV.  Keçid  dövründə  iqtisadi  proseslərin  gedişində  yaranan  ziddiyyətlər 
təbəqələşmənin  dərinləşməsi  ilə  müşayiət  olunur.  Sovet  imperiyası 
dağıldıqdan  sonra  Azərbaycanda  kənd  və  şəhər  əhalisinin  təsərrüfat 
fəaliyyətində  mövcud  fərqlərin  olması  ilə  əlaqədar  regional  olaraq  aşağıdakı 
təbəqələrin yaranması müşahidə edilir: 
Kənd təsərrüfatı sahəsində: 
1. Fermerlər və ya orta sahibkarlar;   
2. Orta kəndlilər və xırda təsərrüfatçılar;  


 
 
125 
3. Kasıb kəndlilər və ya mövsümi muzdlu işçilər. 
Şəhərdə bilavasitə ticarətlə bağlı olan: 
1.İri sahibkarlar;  
2.Orta sahibkarlar;   
3.Xırda sahibkarlar. 
Qeyd  olunan  sadalamaya  daha  bir  təbəqəni  –  elitanı  –  daxil  etmək  olar. 
Elitanı da tərkibinə görə 3 hissəyə ayırmaq olar: 1.Elmi potensialın daşıyıcısı 
olan elita; 2. Siyasi elita; 3.Mədəni elita. Lakin bizə elə gəlir ki, həm mənəvi-
intellektual,  həm  də  maddi  vəziyyətinə  görə  seçilə  bilən  bu  təbəqənin 
nümayəndələri  azlıq  təşkil  edir  və  digər  təbəqələr  kimi  həqiqi  elita  da  hələ 
formalaşma mərhələsini yaşayır.  
Sonda  belə  qənaətə  gəlirik  ki,  bilavasitə  islahatlar  və  təbəqələşmə  ilə 
müşayiət  olunan  iqtisadi  proseslər  uzunmüddətli  və  çoxşaxəli  problemlərlə 
bağlıdir  və  yaxın  gələcəkdə  burada  yaranan  problemlərin  təhlilinə  böyük 
ehtiyac duyulacaq.  
Təbəqələşmə  dinamikasının  sürətlə  inkişaf  etməsini  nəzərə  alaraq,  şəhər 
və  kənd  təsərrüfatına  uyğun  yeni  peşələrlə  bağlı  kadrlar  hazırlığı  imkanları 
genişlənməlidir.  İqtisadiyyatda  özəl  təsərrüfatın  genişlənməsi  üçün 
sahibkarlara maddi və mənəvi yardım fəallaşmalıdır. Həm fermer təsərrüfatı, 
həm  də  sənayenin  inkişafı  ilə  bağlı  investisiya  cəlb  edilməli  və  xarici 
sahibkarlarla müştərək iş üçün imkanlar yaradılmalıdır.  
 
 
 
YOXLAMA SUALLAR 
1.Sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir? 
2.Sosial iqtisadi proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır? 
3.Azərbaycanda müasir sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətlərini 
izah edin

 
REFERAT MÖVZULARI 
1.Sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri 
2.Müasir dövrdə Azərbaycanda sosial iqtisadi inkişafın əsasları 
3.Azərbaycanda keçirilən iqtisadi islahatların mahiyyəti 
4.Müasir dövrdə Azərbaycanda təbəqələşmənin dinamikası    
 
ƏDƏBİYYAT: 
1.  Бабаев  А.П.  «Приватизация  –  фактор  перехода  Азербайджана  к  рыночной 
экономике»,  журн. «Игтиsадиййат.Хябярляри», Елм, 1998 
2.Богомолов  О.Т.  Экономические  проблемы  на  рубеже  веков.  Реформы  в 
зеркале международных сравнений, М., Экономика, 1998.  


 
 
126 
3.  Иванов  И.Д.,  Ульрих  О.Д.,  Шейние  В.Л.  «Особенности  становления  и 
развития  внутренных  рынков»,  в  кн.  «Развивающиеся  страны  в  современном 
мире. Единство и многообразие», М., изд.Наука, 1983. 
4.Методологические  проблемы  прогнозирования  и  управления  в  области 
художественной культуры / Отв. Ред. А.А. Корягин. Л., 1990. 
5.Основы  экономического  и  социального  прогнозирования  /  Под  ред.  В.Н. 
Мосина, Д.М. Крука. М.: Высшая школа, 1985. 
6.Пшеворский А. Демократия и рынок. Политические и экономические реформы 
в Восточной Европе и Латинской Америке, М.,  
7.Рж.  Социальные  и  гуманитарные  науки.  Отечественная  и  зарубежная 
литература. Серия 11. Социология, Москва, изд. Наука 1993, 1998, 1999 59,№3,4 
1993. 
8.Рос.полит.энциклопедия, 2000г., 320с. 4.Волков Ю.Г., Мостовая И.В.  
9.Рустамбеков  Г.Б.  Национальные  экономические  интересы,  Баку,  Изд-во 
БГУ,1998. 
10.Социология  (учебник),  М.,  Гардарики,  1999,  455с.  5.East  Asian  strategiъ 
Review 1998 – 1999, The National Institute for Defense Studies Japan 1996, 450p.   
11.İqtisadi  islahatlar  mərkəzi.  Azərbaycanda  iqtisadi  islahatların  həyata  keçirilməsi    
xüsusiyyətləri  və  problemləri.  Elmi  əsərlər  toplusu,  Bakı,  2000,  2001,  I  buraxılış, 
2000.  
12. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə