SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə50/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   116

 
 
118 
sonra  yaranmış  anlaşılmaz  vəziyyət  və  Qərb  sivilizasiyasının  bütün  sahələri 
əhatə  edən  güclü  təsir  axını  bütövlükdə  keçmiş  sovet  məkanının  marginal 
cəmiyyətə  çevrilməsinə  səbəb  oldu.  Sovet imperiyası  dağıldıqdan  sonra  özəl 
təsərrüfat münasibətlərinin inkişafı təbəqələşmə prosesini sürətləndirdi və yeni 
təsərrüfat  münasibətlərinin  təmsilçiləri  olan  təbəqələrin  meydana  gəlməsinə 
səbəb  oldu.  Bu  prosesdə  ən  qabarıq  nəzərə  çarpan  sahibkarlar  təbəqəsi  idi. 
Ümumiyyətlə, sahibkarlar  fəaliyyət istiqamətlərinə görə 3 qrupa bölünürlər:  
1.İri sahibkarlar;  2.Orta sahibkarlar;  3. Kiçik sahibkarlar. 
Bu  gün  Azərbaycanda  kiçik  sahibkarlar  üstünlük  təşkil  edirlər.  Kiçik 
sahibkarlar əsasən müxtəlif növ ticarətlə məşğul olurlar.  
Qeyd  etmək  lazımdır  ki,  özəl  təsərrüfat  münasibətlərində  sahibkarlar 
təbəqəsi ilə yanaşı, yoxsullar təbəqəsi də mövcud olur. Yoxsullar təbəqəsinin 
yaranmasının  əsas  səbəbi  işsizlik  problemidir.  İşsizlik  isə  bazar 
iqtisadiyyatının  əsas  xüsusiyyətlərindən  biridir.  Çünki  bazar  iqtisadiyyatında 
rəqabət  inkişafın  əsas  xüsusiyyəti  kimi  çıxış  edir.    Rəqabətə  tab  gətirməyən 
özəl  müəssisələr  iflasa  uğrayır  və  bağlanır.  Müəssisələrin  bağlanması  isə 
buradakı işçilərin işsizlərə çevrilməsi deməkdir. Sovet imperiyası dağıldıqdan 
sonra  sənaye  müəssisələrinin  müasir  dünya  bazarı  standartlarına  uyğun 
olmadağı və buradakı rəqabətə davam gətirmədiyi üçün bağlanması postsovet 
məkanında  işsizlik  prosesinin  kütləvi  xarakter  almasına  səbəb  oldu. 
Ümumiyyətlə,  əgər  qabaqcıl  ölkələrin  təcrübəsinə  nəzər  salsaq,  görərik  ki, 
işsizlik  probleminin  tam  və  həmişəlik  aradan  qaldırılması  mümkün  deyil. 
Lakin  yoxsulluğun  mahiyyətinin  dəyişdirilməsi  mümkündür.    Yəni  məsələn, 
ola bilər ki, 100 il əvvəl heç  bir əmlakı olmayan və heç bir yerdə işləməyən 
azad  adam  yoxsul  hesab  edilərdisə,  100  il  sonra  müəyyən  miqdarda  əmlakı 
olan və cüzi əmək haqqı alan şəxs yoxsul hesab edilə bilər.  
15  ildən  artıq  bir  müddəti  əhatə  edən  keçid  dövründə  cəmiyyətimizin 
təbəqələşməsi  prosesi  davam  edir.  Sosioloji  tədqiqatlar  göstərir  ki,  müəyyən 
qrup  adamlar  hansı  təbəqəyə  aid  olduqları  haqqında  dəqiq  təsəvvürə  malik 
deyillər. Eyni zamanda təbəqələşmə prosesi başa çatmadığından yeni yaranan 
sinifləri  və  təbəqələri  dəqiq  göstərmək  və  ya  adlandırmaq  da  çətindir  və  bu 
prosesdə  ilkin  müşahidələri  qeyd  etmək  vacibdir.  Bu  səpkidə  Azərbaycanda 
mövcud  olan  yenilikləri  öyrənmək  üçün  Qərbi  Avropada  vaxtı  ilə  keçid 
dövrünü yaşamış və o mərhələdə sinfi münasibətləri təkmilləşdirmiş ölkələrin 
təcrübəsini nəzərə alaraq, bu gün bizim cəmiyyətimizdə meydana gələn yeni 
təbəqələrin və siniflərin yaranma prosesini təhlil etmək elmi maraq kəsb edir.  
Təbəqələşmə  prosesi  ilə  bağlı  olan  problemlərə  dair  işləyən  bir  sıra 
müəllifləri qeyd etmək olar. Bunların  içərisində həm respublikamızda işləyən 
müəllifləri,  həm  də  rus  və  Qərb  tədqiqatçılarını  qeyd  etməyi  zəruri  bilirik. 


 
 
119 
Azərbaycan  tədqiqatçılarından  C.Əhmədli,  R.Həsənov,  R.Əzimova  və 
başqaları bu sahədə elmi tədqiqatlar aparmışlar.  
Qloballaşma  prosesinin  sürətləndiyi  bir  dövrdə,  hər  hansı  bir  sosial-
iqtisadi  təzahür  formasını  aydınlaşdırmağa  cəhd  edərkən  bu  təzahürün  digər 
mühitlərdə  özünüəksi  formasına  diqqət  yetirmək  vacibdir.  Onu  da  qeyd  edə 
bilərik ki, müasir inkişaf etmiş ölkələrdə təbəqələşmə prosesinin vəziyyəti və 
öyrənilməsinə çoxlu sayda tədqiqat işləri həsr olunub. Belə ki, rus sosioloqu 
P.B.Yerasov ABŞ və Yaponiyada 6 sinfin mövcud olduğunu qeyd edir:  
1)İş verənlər, muzdlu işçiləri olan mülk sahibləri;  
2)Xırda mülkiyyətçilər (muzdlu işçiləri yoxdur);  
3)Menecerlər;  
4)Aşağı təbəqəyə rəhbərlik edənlər;  
5)Zehni əməklə məşğul olanlar
6)Fiziki  işlə  məşğul  olan  fəhlələr.  Belə  sinifləşmədə  gəlirin  miqdarı  və 
təhsil səviyyəsi nəzərə alınmır. 
Polşa  sosioloqları  Henri  Domanski  və  Zbiqnev  Savinski  təbəqələşmə  ilə 
bağlı aparılmış araşdırmalarla müqayisəli tədqiqat apararaq Erikson, Holdtron 
və  Portokareronun  (EHP)  yaratdıqları  müqayisəli  təbəqələşmə  strukturunu 
Polşa  cəmiyyətinə  uyğunlaşdırılmış  formada  tətbiq  edilməsinə  üstünlük 
vermişlər.  Bu  əsasda  təbəqələşmənin  bir  sıra  beynəlxalq  təsnifatları 
hazırlanmışdır:  Peşələrin  beynəlxalq  təsnifatı  (ISSO),  Peşələrin  mövqeyinin 
beynəlxalq standartlaşmış şkalası (SIOPS), Sosial-iqtisadi statusun beynəlxalq 
standartlaşmış  şkalası  (ISEI).  Lakin  nəzəri  və  metodoloji  fərqlər  hansı  peşə 
kateqoriyalarını  seçməyi  və  bu  zaman  hansı  kateqoriyalardan  istifadə  etmək 
üçün  yaramırdı.  Paradiqmaların  rəqabət  vəziyyəti  beynəlxalq  tədqiqatlarda 
istifadə  edilməsi  üçün  vahid  standart  işin  alınmasına  mane  olurdu.  Hamı 
tərəfindən  qəbul  edilən  və  nəzəri  cəhətdən  təsirli  olan  konsepsiyanın 
yaranması vacib idi. Nəhayət, M.Veberin sinfi-təbəqələşmə diferensiasiyasına 
əsaslandırılmış    EHP  göstəricilərinə  üstünlük  verildi.  M.Veberin  avtoriteti, 
mövcud  vahid  nəzəri  konsepsiyanın  müdafiə  olunması  və  bazar  cəmiyyəti 
üçün  bu  təsnifatın  uğurlu  olduğunu  təsdiq  edən  təcrübi  əsaslar  EHP 
təsnifatının  müqayisəli  tədqiqatlarda  sinfi-təbəqələşmə  əməliyyatlarında  tez-
tez istifadə edilməsinə şərait yaratdı». 
 
Aşağıda verilən cədvəl M.Veberin konsepsiyası əsasında tərtib olunub 
№ 
                               Kateqoriyaların adı 

1. 
Dövlət  strukturunda  və  biznesdə  ali  rəhbər  kadrlar, 
mütəxəssislər, iri firma sahibkarları 
8,9 
2. 
Dövlət strukturunda və biznesdə aşağı rəhbər kadrlar, 
15,1 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə