SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə52/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   116

 
 
122 
olduğu sinfin təzahürlərilə yanaşı, yeni quruluşun da sinfi təzahürlərini özündə 
birləşdirir  və  buna  görə  də  iqtisadi  münasibətlərdə  bir  neçə  iqtisadi  tipin 
daşıyıcısına  çevrilir.  Keçid  dövrünü  yaşayan  cəmiyyətin  dünya  iqtisadi 
bazarına  daxil  olması  və  yeni  iqtisadi  sektorların  inkişafı  yeni  iqtisadi 
münasibətlərin yaranmasına səbəb olur.  
Bu  gün  neft  sənayesini  çıxmaq  şərtilə  hələ  ki,  Azərbaycanda  sənaye 
sahələri  özünün  ilkin  dirçəliş  dövrünü  yaşayır.  Buna  görə  də  sənayeləşmiş 
cəmiyyətin  əsas  təbəqələrindən  olan  fəhlə  sinfinin  Azərbaycan  cəmiyyətində 
bu  günkü  mövqeyi  və  ya  tutduğu  yer  haqqında  danışarkən,  qeyd  etmək 
lazımdır ki, fəhlə sinfi yeni mahiyyətli formalaşma dövrünü yaşayır. Belə ki, 
müasir fəhlə əsasən texniki savadı olan insanlardır. Azərbaycanda əsasən neft 
sənayesi  fəhlələri,  tikinti  və  xalq  təsərrüfatı  sahəsində  çalışan  fəhlələri 
fərqləndirmək olar.  
Təbəqələşmə  probleminin  psixoloji  və  mədəni  aspektləri  də  olduqca 
aktualdır  və  müasir  sosioloqlar  problemin  mədəni-psixoloji  aspektlərinə  də 
xeyli  yer  ayırırlar.  Yerasov  siniflər  arasındakı  münasibətləri  öyrənərək  belə 
nəticəyə gəlir ki,  
«a) keçmişdə peşəkar sərbəstliyin zühur etməsi imkanlarının səviyyəsi fərdin 
gələcəkdə sinfi strukturda tuta biləcəyi mövqeyə təsir edir;  
b)  şəxsiyyətin  peşəkar  sərbəstliyinin  səviyyəsi  ilə  psixoloji  xarakteristikası 
arasında böyük əlaqənin olduğu müşahidə edilir
c) fərdi psixoloji xarakteristikanın fərdin peşəkar sərbəstliyinə və cəmiyyətdə 
mövqeyinə təsir etməsi heç bir statistika tərəfindən təsdiq edilməyib».  
Buradan belə bir nəticəyə gəlmək olar ki, əslində yaşadığımız dövrün özü 
təbəqələrin  bir-birinə  keçməsi  və  ya  vaxtı  ilə  bir  təbəqənin  üzvü  olmuş 
şəxsiyyətin digər – daha yuxarı və ya aşağı təbəqəyə keçməsinin sürətləndiyi  
dövrdür.  İ.D.İvanov,  O.D.Uilrix  və  V.L.Şeyniyenin  qeyd  etdikləri  kimi, 
«müasir siniflərin formalaşması prosesində etnik, irqi, mədəni və digər qruplar 
yaxından  iştirak  edərək  siniflərin  iqtisadi  əsasının  zəifliyinə  səbəb  olur. 
Lyumpenlər,  pauperlər,  marginallar  kimi  amorf  sosial  mövcud  olmalar 
siniflərin  formalaşmasına  güclü  təsir  göstərirlər».  Bu  gün  Azərbaycanda  bu 
prosesi  biz  daha  qabarıq  şəkildə  müşahidə  edə  bilirik.  Belə  ki,  cəlb 
olunduğumuz  müharibə  bir  milyondan  artıq  əhalinin  qaçqına,  yeni  sosial-
iqtisadi  münasibətlərdə  bir  çox  insanların  marginallara  çevrilməsinə  səbəb 
olub. Əvvəlki quruluşda cəmiyyətin əsas aparıcı qüvvəsi olan ziyalıların  bir 
hissəsi isə yeni ictimai münasibətlərə uyğunlaşa bilmədiklərinə görə çaşqınlıq 
hissiyatı  ilə  yaşayırlar.  Ümumilikdə,  Azərbaycan  cəmiyyəti  yeni  sosial-
iqtisadi,  mənəvi-mədəni  və  sosial-siyasi  proseslərə  qoşularaq  müəyyən 
mənada  marginal  cəmiyyət  dövrünü  keçirir.  Cəmiyyətin  marginallığı  isə 


 
 
123 
əslində  onu  təşkil  edən  hər  bir  fərdin  marginal  olması  deməkdir.  Bu  proses 
təbəqələşmə  ilə  üzləşən  şəxsiyyətdə  qabarıq  nəzərə  çarpır.  O,  ya  yeni  sinfə 
daxil olduğunu qəbul etmək istəmir və ya bu sinifləşmə onun yeni xarakterik 
cəhətlərinin  açılmasına  və  inkişafına  səbəb  olur.  Zənnimizcə,  Nikolayev 
düzgün  olaraq  qeyd  edir  ki,  «cəmiyyətin  diferensiasiyası  fərdi  şüurun 
kollektivdən 
ayrılmasına 
və 
individual 
şəxsiyyətin 
daha 
çox 
müstəqilləşməsinə  səbəb  olur,  bu,  fərdi  qapalılığın  dərinləşməsilə  müşayiət 
olunur.  Diferensiasiya  olunmuş  müasir  dünyada  fərdin  həyatının  dəyərli 
hissəsi  başqa  gözlərdən  gizlədilir  və  belə  demək  olar  ki,  psixoloji  cəhətdən 
dərk  olunmaq  üçün  bağlanılır.  Qarşılıqlı  «yadlaşmanın»  sərhədləri  qrup 
daxilindən  şəxsiyyətlər  arasına  keçir.    «Yadlaşma»  mülayim  mənada 
«qəribəlik» kimi qəbul edilir». 
Beləliklə,  Azərbaycan  Respublikasında  keçid  dövründə  mövcud  iqtisadi 
proseslərin    öyrənilməsi  ilə  bağlı  aparılan  tədiqatların  nəticələrini 
qruplaşdıraraq deyə bilərik ki,  
I. Ümumilikdə bütün postsovet məkanı ölkələri bazar iqtisadiyyatına keçid 
prosesini  yaşayır.  Bazar  iqtisadiyyatının  inkişafına  təsir  edən  əsas  amillər  – 
istehsalın  genişlənməsi,  daxili  bazarın  inkişafı,  dünya  bazarına  inteqrasiya, 
idxalın  genişlənməsi,  kiçik  biznesin  inkişafı  və  s.  qəbul  edilə  bilər.  Bazar 
iqtisadiyyatının  xarakterik  xüsusiyyətlərinin    –  özəlləşdirmə,  ilkin  kapital 
axını, investisiya qoyuluşu, maliyyə böhranları, işsizlik və s. olduğunu hesab 
etmək olar.  
II.  Keçid  prosesi  islahatlarla  müşayiət  olunur.  İslahatlar  iki  müxtəlif 
şəraitdə keçirilə bilər: 
1.Sabit  dövlət  quruculuğu  şəraitində  cəmiyyətin  tələbat  duyduğu  tədrici 
islahatlar (ABŞ, Qərbi Avropa ölkələri və s.); 
2.Ənənəvi  dövlət  formasının  dağıdılaraq  yeni  dövlət  quruculuğuna  keçid 
şəraitində  keçirilən  islahatlar  (post  Sovet  məkanı  ölkələri,  Mərkəzi  və  Şərqi 
Avropa ölkələri). 
Sabit durumda olan cəmiyyətlərdən fərqli olaraq, böhranlı, keçid dövrünü 
yaşayan  cəmiyyətlərdə  aparılan  islahatlar  daha  ağrılı  və  çətin  olur.  Yalnız 
vahid  islahatçının  heç  bir  siyasi  qarşıdurmaların  müşahidə  edilmədiyi 
cəmiyyətdə apardığı uğurlu islahatlar keçid dövrünü qısa müddətli edə bilər. 
Siyasi qarşıdurmalar çərçivəsində isə keçid dövrü təsəvvür edilməyəcək qədər 
böyük bir müddəti əhatə edə bilər.  
III.  Sovet  sosializmi  quruluşunun  dağılması  siyasi  böhranın  nəticəsi  olsa 
da  məhz  iqtisadi  bazisin  dağılması  həm  siyasi,  həm  də  mənəvi-mədəni 
böhranın  dərinləşməsinin  ilkin  şərtinə  çevrildi.  Keçid  dövrünü  yaşayan 
ölkələrdə  keçirilən  islahatlar  cəmiyyətin  bütün  sosial  institutlarını  –  iqtisadi, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə