SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə48/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   116

 
 
114 
«Torpaq islahatını şərti olaraq 3 mərhələyə bölmək olar: 1) 1993 / 1994-cü 
illər:  Kənd  təsərrüfatının  düşdüyü  acınacaqlı  vəziyyətin  səbəblərinin 
öyrənilməsi, hüquqi-normativ sənədlərin tərtibinə hazırlıq işlərinin aparılması;  
2)  1995  /  1996-cı  illər:  Əsas  qanunların  və  normativ-hüquqi  aktların  qəbul 
edilməsi,  aqrar  islahatların  başlanılması;  3)1997  /  2000-ci  illər:  İlahatların 
konkret olaraq həyata keçirilməsi. 
Hazırda  ölkənin  aqrar  sektoru  üzrə  nəzərdə  tutulan  əmlakın  93,2%-i 
özəlləşdirilmişdir.  Orta  hesabla  hər  bir  ailəyə  1,6  ha  torpaq  sahəsi 
verilmişdir».       
Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  Azərbaycanda  torpaq  
üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır: 
1)Dövlət  mülkiyyətində  olan  torpaqlar:  dövlət  meşə  fondu  torpaqları,  dövlət 
ehtiyatlarında olan torpaqlar, su fondu torpaqları və s. 
2) Bələdiyyə mülkiyyətində olan torpaqlar: yaşayış məntəqələrinin yerləşdiyi 
və onun ətrafında olan torpaqlar
3) Xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv edilməsi 
nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.  
İlkin  olaraq  Zaqatala  və  Xızı  rayonlarının  təsərrüfatlarında  islahata 
başlanıldı.  Sonra  həmin  rayonların  təcrübəsi  öyrənilərək  digər  rayonlarda, 
xüsusən Tovuz, Neftçala, Cəlilabad, İmişli və s. rayonlarda islahatların təşkili 
və həyata keçirilməsində müvəffəqiyyətlə istifadə edildi. 
 
Özəlləşdirmə proqramında dövlət müəssisələri və obyektləri özəlləşdirmə 
imkanlarından asılı olaraq 5 qrupa bölünmüşdür: 
1) Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər
2) Prezidentin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər
3) Nazirlər kabinetinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər
4) Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq özəlləşdirilən müəssisə 
obyektlər
5) Özəlləşdirilməsi məcburi sayılan müəssisə və obyektlər.  
Müasir dövrdə Azərbaycan Respublikasında islahatlar prosesinin gedişini 
izləyən  və  istiqamətləndirən  bir  sıra  sosial-iqtisadi  institutlar  mövcuddur. 
Bunlardan:    Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyi,  Maliyyə 
Nazirliyi, Dövlət Vergi Nazirliyi, Statistika Komitəsi, Dövlət Əmlak Nazirliyi, 
Antiinhisar  Siyasəti  və  sahibkarlığın  müdafiəsi  üzrə  Dövlət  Komitəsi, 
Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi,  Azərbaycan  Milli  Elmlər 
Akademiyası,  Sahə  elmi-tədqiqat  institutları,  Gömrük  Komitəsi,  banklar, 
broker kompaniyaları, çek-investisiya fondları, qiymətləndirmə kompaniyaları 
və firmaları və s. qeyd etmək olar.  


 
 
115 
Göründüyü  kimi,  islahatlar  gedişində  bu  prosesin  tədqiqi,  tətbiqi  və 
tənzimlənməsi  ilə  bağlı  kifayət  sayda  sosial  institutlar  fəaliyyətə  başlayır.   
A.P.Babayevin  qeyd  etdiyi  kimi,    «özəlləşdirmə  və  ya  dövlətsizləşmə 
prosesində  dövlət  aparatının  əlində  olan  mərkəzləşmiş  idarəçiliyin  müəyyən 
səviyyəyə  qədər  zəifləməsi;  dövlət  müəssisələrinin  monopoloya  vəziyyətinin 
dəf  edilməsi;  iqtisadiyyata  dövlət  müdaxiləsinin  sərhədlərinin  müəyyən 
edilməsi;  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  və  şəxsi  mülkiyyətin 
təsdiqlənməsi» kimi hadisələr bir-birini əvəz edir. Məhz «bu əsaslar üzərində 
siyasi, iqtisadi və soial sahələrdə qeyri-dövlət strukturlarının formalaşması və 
inkişafı  baş  verir.  Bu  obyektiv  dəyişikliklər  sırasında  özəlləşmə  mərkəzi 
mövqe tutur.  
Qeyd  edə  bilərik  ki,  postsovet  məkanı  ölkələrində  özəlləşdirmə 
iqtisadiyyatda  bazar  mexanizmlərinin  yoxluğu,  şəxsi  mülkiyyətin 
funksiyalaşdırılmasının  normativ  və  iqtisadi  əsasları  olmadan  və  təsərrüfat 
subyektlərinin  ciddi  məhdudiyyətlərə  malik  olması  şəraitində  baş  verir. 
Nəzərə almaq lazımdır ki, hələ kütləvi özəlləşdirməyə qədərki dövrdə - 1990 / 
1993-cü illərdə – Azərbaycanda baş vermiş məlum siyasi və sosial hadisələr – 
iqtisadiyyatın  böhran  vəziyyəti,  hiss  edilən  mülki  və  sosial  bərabərsizlik, 
əhalinin qeyri-bərabər şəkildə varlılara və çox kasıblara bölünməsi kimi ciddi 
nəticələrə  səbəb  oldu.  Əhalinin  əksər  hissəsi  isə  cəmiyyətdəki  sosial-siyasi 
dəyişikliklərə  aktiv  və  təsirli  müdaxilə  etmək  və  şəxsi  vəziyyətini 
yaxşılaşdırmaq  imkanlarından  məhrum  edildi.  Azərbaycana  xas  olan  əsas 
cəhətlərdən biri də o idi ki, özəlləşdirmə xalq üçün tale yüklü məsələlər olan 
siyasi  suverenliyin  möhkəmləndirilməsi,  iqtisadi  müstəqilliyə  nail  olmaq  və 
respublikanın  ərazi  bütövlüyünün  bərpası  problemlərinin  həlli  ilə  bərabər 
həyata keçirilirdi».  
Keçid  dövrünü  –  «müvafiq  normativ  bazanın  olmadığı  dövr»  kimi 
səciyyələndirən  S.Ə.Şirəlizadə  əlavə  edir  ki,  «özəlləşdirmədən  sonra 
müəssisələr  iki  əsas  problemlə  üzləşirlər:  1)maliyyə  böhranındın  çıxmaq, 
köhnə  avadanlıq  və  texnologiyanın  yeni  və  daha  mütərəqqi  tipləri  ilə 
əvəzlənməsi  üçün  maliyyə  resurslarının  axtarılması;  2)rəqabət  qabiliyyətini 
itirmiş müəssisələrin reabilitasiyadan sonra rəqabət mühitinə daxil olması». 
Bir  qrup  iqtisadçının  haqlı  oaraq  qeyd  etdiyi  kimi,  «islahatlar  aparmaq 
üçün  ilk  növbədə  ölkənin  ərazi  bütövlüyünə,  mövcud  potensialına,  onun 
əlverişli  geosiyasi  vəziyyətinə  və  digər  xüsusiyyətlərinə  uyğun  strateji 
istiqamətlərin  seçilməsi,  regional  inkişaf  strategiyası  hazırlanması  tələb 
olunur.  Azərbaycanda  iqtisadi  islahatlar  tədricən  həyata  keçirilir,  lakin  bəzi 
hallarda onların ləngiməsi də müşahidə olunur. Bazar münasibətlərinin həyata 
keçirilməsi  prosesində  regional  inkişafın  dövlət  tənzimlənməsi  bilavasitə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə