SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə45/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   116

 
 
107 
uğrunda  mübarizəyə  qoşularaq  siyasətlə  məşğul  olan  –  xalqpərvər  və 
vətənpərvərlərə rast gəlmək çətindir. Bitərəflərə isə – ya gözləmə mövqeyində 
duranlar,  ya  da  siyasi  oyunlara  qarışmaq  istəməyənlər  aiddir.  Sonuncuların 
sırasına siyasi yadlaşmış insanlar da daxildir. Siyasi yadlaşmış insanlar üçün 
dövlətin kim tərəfindən və necə idarə olunmasının fərqi yoxdur. Onlar heç bir 
siyasi fəaliyyətə qoşulmur və siyasətdə iştirak etmirlər. M.Veberin qeyd etdiyi 
kimi, «siyasətlə məşğul olan adamlar və ya siyasi qruplar arasında iki mövqe 
aydın  görünür.  Elə  adamlar  var  ki,  onlar  siyasət  hesabına  yaşayırlar,  elə 
adamlar da var ki, ancaq siyasət üçün yaşayırlar. Birinci tip siyasətçilər partiya 
ədəbiyyatçıları və apparat işçiləri funksiyasını yerinə yetirərək yaşamaq üçün 
pul  qazanırlar,  onların  daimi  gəlir  yeri  olmur.  Lakin  elə  professional 
siyasətçilər var ki, siyasətlə məşğul olmalarından asılı olmayaraq daimi gəlir 
mənbələri  var.  İkinci  tip  siyasətçilər  qoyulan  məqsədə  çatmaq  və  müəyyən 
siyasi ideyaların reallaşması üçün güclü idealizmə və fədakarlığa malikdirlər. 
Lakin onların bir çoxları da öz siyasi vəziyyətlərindən gəlirlərinin artırılması 
üçün  istifadə  edirlər.  Eyni  zamanda  maddi  azad  olan  insanlara  öz  siyasi 
ideyalarını  və  iradələrini  qəbul  etdirmək  daha  asan  olmur  və  bu  siyasi 
xarakteri  formalaşdırır.  Bürokrat  (maddi  cəhətdən  asılı  olan  siyasətçi)  güclü 
şəxsiyyət  olsa  da,  o,  siyasi  xarakterə  malik  olmur.  Əsil  siyasətçi  öz 
düşüncələrində,  təhlil  və  fəaliyyətində  azad  olmalı,  hakimiyyət  uğrunda 
mübarizə  aparmalı  və  müstəqil  maddi  vəziyyətə  malik  olmalıdır».  Beləliklə, 
göründüyü  kimi,  bu  qeyd  edilənlər  siyasətçinin  siyasi  strategiyasının 
müəyyənləşməsinə  səbəb  olur.  Bütün  bunlar  isə  cəmiyyətin  ideologiyasının 
formalaşmasına  əsaslı  təsir  göstərir.  Keçid  dövrü  cəmiyyətin  böhranlı  dövrü 
kimi  əvvəlki  ideologiyanın  əhəmiyyətsizləşdiyi,  yenisinin  isə  olmadığı  bir 
zaman çərçivəsidir. İdeologiyanın formalaşmasını  keçid dövrünün mərhələləri 
üzrə izləyək. I mərhələ – 1989-1993-cü illər – dağıdıcı dövr kimi əsaslandırıla 
bilər.  Müşahidə  etdiyimiz  kimi,  məhz  kommunizm  ideologiyasının  çökməsi 
ilə  siyasi  proseslər  yeni  istiqamətə  yönəldi.  Bu  dövrün  əsas  xarakterik 
xüsusiyyətləri yeni siyasi-hüquqi institutların və münasibətlərin yaradılmasına 
cəhd idi. Lakin keçmiş sovet siyasi-hüquqi institutları və münasibətləri də öz 
fəaliyyətini dayandırmamışdı.  
II  mərhələ  –  1993-1995-ci  illər  –  islahatların  keçirilməsi  haqqında 
qanunların  qəbulu  dövrüdür.  Bu  mərhələdə  ideologiyada  yaranan  boşluq 
insanların dinə axınını gücləndirdi.  
III  mərhələ  –  1995–2003-cü  illər  –  islahatlar  dövrüdür.  Bu  mərhələdə  
qloballaşan  münasibətlərə  qoşulan  insanlar  mövcud  vəziyyətlərinə 
uyğunlaşaraq öz fərdi təfəkkür səviyyələrinə uyğun olan və əvvəlki ideologiya 
ilə  müqayisədə  onların  mənəvi  tələbatlarını  daha  çox  təmin  edə  biləcək 


 
 
108 
seçimlər  edirlər.  2003-cü  ildən  sonrakı  inkişaf  mərhələsi  vətəndaş 
cəmiyyətinin quruculuğu və inkişafı dövrü kimi müəyyənləşdirilə bilər. 
2003 – 2008-ci illər yeni inkişaf istiqaməti dövrü, Vətəndaş cəmiyyətinin 
formalaşmasının  ilk  mərhələsi,  yaxud  keçid  dövrünün  III  mərhələsinin  alt 
mərhələsi  kimi  qəbul  edilə  bilər.  Məhz  bu  mərhələ  dövlət  idarəçilik 
fəaliyyətinin  təkmilləşdirilməsi,  dövrət  idarəçiliyinə  ictimai  nəzarət 
strukturlarının,  özünüidarəetmə  orqanlarının  fəaliyyətinin  formalaşdırılması, 
yeni ənənələrin (siyasi, iqtisadi, mənəvi-mədəni) möhkəmlənməsi dövrüdür.   
 Beləliklə, demokratikləşmə prosesini və ya keçid dövrünü yanaşı mövcud 
olan  ziddiyyətli  ideyalar,  baxışlar,  münasibətlər  və  ideologiyalar  dövrü  kimi 
xarakterizə etmək olar.  
Demokratikləşmə prosesinin vacib göstəricilərini müəyyən edən professor 
Przevorski  qeyd  edir  ki,  “Əgər  demokratiya  müdafiə  olunursa,  dövlət  ərazi 
bütövlüyünə  və  psixoloji  inama  təzminat  verməlidir;  vətəndaşlığın  effektli 
həyata  keçirilməsi  üçün  vacib  olan  şərtləri  qorumalıdır;  ictimai  əmanəti 
koordinatlaşdırmalı,  ehtiyatları  lokallaşdırmalı  və  gəlir  qoyuluşunu 
dəyişdirməlidir”.  
Keçid dövründə Azərbaycan Respublikasında baş verən siyasi proseslərin 
ümumi  analizindən  sonra  gəldiyimiz  nəticəyə  əsasən  deyə  bilərik  ki, 
Przevorskinin  bu  fikirlərinin  həyata  keçirilməsi  üçün  aşağıda  qeyd  edilən 
şərtlərin olması vacibdir: 
1. Keçid dövrünün zaman müddətinin qısaldılması və sabitlik yaradılması  
üçün siyasi lider ilk növbədə idarəçilik təcrübəsinə, siyasi iradə, müdriklik və 
uzaqgörənlik  xüsusiyyətlərinə  malik  olmalı  və  düzgün  siyasi  strategiya 
seçməlidir.  Belə  ki,  siyasət  subyekti  olan  siyasi  lider  siyasət  obyekti  olan 
siyasi  institutların  fəaliyyətinin  düzgün  istiqamətləndirilməsində  əsas  rol 
oynayır.  
2. Siyasi institutlar – hakimiyyət və vətəndaş qurumları (siyasi partiyalar, 
hökumət  və  qeyri-hökumət  təşkilatları  və  s.)  düşünülmüş  strategiya  əsasında 
qarşılıqlı  anlaşma  və  güzəştlərlə  keçid  dövründə  baş  verən  siyasi  prosesləri 
tənzimləyə bilər. 
3.Kütləvi  siyasi  mədəniyyətin  formalaşdırılması  üçün  insanların 
hakimiyyətə münasibətini, siyasi fəaliyyətin davranış üsullarını, vətəndaşların 
siyasi qərarların qəbul edilməsi prosesinə təsir etmək imkanlarını, cəmiyyətin 
siyasi  əhval-ruhiyyəsini  tənzimləyəcək  və  düzgün  istiqamətləndirə  biləcək 
ideologiyanın yaradılması vacib şərtdir. 
4.Demokratik  münasibətlərin  möhkəmlənməsi  üçün  dövlət  quruculuğu 
institutlarının  və  siyasi  münasibətlərin  nəzəri  araşdırılması  ilə  məşğul  olan 
tədqiqat  institutlarının  yeni  proqramları  işlənilməlidir.  Siyasi  biliklərin 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə