SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə43/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   116

 
 
103 
üçüncü  mərhələsinin  izahı  haqqındakı  fikirlərinə  nəzər  salaq:  “Üçüncü 
mərhələ ilə əlaqə daha aydındır. Müasir bazar iqtisadiyyatını yaxşı qanunlarsız 
və  möhkəm  institutlarsız  düşünmək  olmaz.  Hər  şeydən  öncə,  qanunları  real 
surətdə tətbiq etmək iradəsi, enerjisi və qətiyyəti olan parlament və icraedici 
hakimiyyət  lazımdır.  Bunlar  olmadan  radikal  islahatlar  arzu  olaraq  qalacaq. 
Bolqarstanın təcrübəsi göstərir ki, yaxşı qanunlar təklikdə heç nə edə bilməz, 
əgər  onları  qətiyyətlə  tətbiq  edən  güclü  icraedici  hakimiyyət  olmasa». 
Azərbaycanda  keçid  dövrünün  məhz  üçüncü  mərhələsində  icraedici 
hakimiyyət  formalaşıb.  Julyo  Jelevin  üçüncü  mərhələnin  əsas  şərtlərindən 
hesab  etdiyi  üç  instansiyalı  müstəqil  məhkəmə  hakimiyyəti  qurulub  və 
Konstitusiya  məhkəməsi  yaradılıb,  mərkəzləşmiş  iqtisadiyyatdan  bazar 
iqtisadiyyatına  keçilməsi  ilə  bağlı  aparılan  özəlləşdirmə  demək  olar  ki,  sona 
çatıb. Bu gün Azərbaycanda siyasi modernləşmə prosesi müşahidə olunur. Bu 
siyasi  modernləşməni  ayrı-ayrı  politoloqlar  və  bu  dövrün  araşdırılması  ilə 
məşğul olan şəxslər müxtəlif şəkildə izah edirlər. Belə ki, Q.C.Əliyevin qeyd 
ediyi  kimi,  «müxtəlif  obyektiv  və  subyektiv  amillərin  təsiri  altında  əvvəllər 
geri  qalmış,  indi  isə  qabaqcıl  ölkələrin  köməyi  ilə  öz  milli  inkişaf  yolunu 
müəyyən  edən  ölkələrdə  siyasi  modernləşmə  prosesi  baş  verir.  Bu  ölkələrdə 
siyasi modernləşmə aşağıdakı yollarla inkişaf edir: a) Qərb nümunəsi əsasında 
demokratikləşməyə  keçid;  b)  Sosial-iqtisadi  inkişaf  sahəsində  üçüncü  dünya 
ölkələri  ilə  əməkdaşlıq;  c)  Qərbi  Avropa  və  ABŞ  ilə  bütün  sahələrdə  yaxın 
əməkdaşlıq».  Azərbaycanda  müasir  idarəçilik  formalarını  Avropa 
politoloqlarının  keçid  dövrü  ilə  bağlı  elmi  araşdırmaları  nöqteyi-nəzərindən 
qiymətləndirən Q.Əliyev qeyd edir ki, «Demokratik cəmiyyətə keçid birdən-
birə  qeyri  mümkündür.  Onun  üçün  mütləq  aralıq  bir  mərhələ  keçid  dövrü 
problemlərini  həll  etmək  üçün  müəyyən  bir  dövr  tələb  olunur.  Bu  dövrün 
dövləti  avtoritarizmdən  başqa  bir  şey  deyildir».  Bu  fikrin  davamı  olaraq, 
Q.C.Əliyev  «avtoritar  rejimlərin  stabillik  göstəricilərinin  aşağıdakılar 
olduğunu qeyd edir: 
1.Siyasi liderin səriştəliliyi, müxalifətlə dil tapması və onunla siyasi koalisiya 
yaratması,  beləliklə  də  real  qarşıdurmadan  yan  qaçmaqla  öz  kursunu 
dönmədən, ardıcıl şəkildə həyata keçirməsi
2.İslahatlar    bir  nəfəsə  deyil,  ardıcıl  mərhələlərlə  həyata  keçirilməli, 
islahatların  çox  da  iriliyinə  yol  verilməməli,  kiçik  görünənlər  ön  sıraya 
keçirilməlidir; 
3.Siyasi  qüvvələrin  münasibəti  nəzərə  alınmaqla  islahatların  keçirilmə  vaxtı 
nəzərə alınmalıdır.   
Liberallar, eləcə də konservatorlar qeyd edirlər ki, yeni yaranan rejimlərdə 
hər  cür  müxalifət,  satqınlar,  xainlər,  müxtəlif  mövqelərdən  və  mənafelərdən 


 
 
104 
çıxış  edənlər  yanaşı  yaşadıqlarından  onları  idarə  etmək  çətin  olur  və  bu  da 
demokratiya  prinsiplərinin  istər-istəməz  pozulmasına  gətirib  çıxarır.  Lakin 
ölkənin  və  millətin  ümumi  mənafeyi  naminə  bunlar  tamamilə  təbii 
proseslərdir. L.Payın fikirlərinə söykənən Q.Əliyev qeyd edir ki, iqtidar nəinki 
sosial-iqtisadi  problemləri  həll  etməli,  habelə  ümuminin  xeyrinə  vətəndaş 
həmrəyliyinə nail olmalıdır». Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, bu 
gün demokratik rejimin formalaşması prosesində Azərbaycan Respublikasında 
xarizmatik,  demokratik  və  avtoritar  dövlət  idarəçiliyi  formaları  qarışıq 
mövcuddur. Bu keçid dövrünün xarakterik xüsusiyyətləridir. Bildiyimiz kimi 
demokratik  cəmiyyətin  əsas  göstəriciləri  çoxpartiyalılıq,  söz  və  mətbuat 
azadlığı, səsvermə hüququnun təmin olunması kimi qəbul edilir. Deyə bilərik 
ki,  partiyaların  mövcudluğu  və  fəaliyyəti  qeyd  olunan  rejimlərin  qarışıq 
mövcudluğuna  şərait  yaradır.  Bununla  bağlı  olaraq  demokratiyanın  əsas 
institutları olan partiya və seçkilərin cəmiyyətin formalaşmasında təsirli roluna 
nəzər  salaq  və  keçid  dövrü  şəraitində  Azərbaycan  Respublikasında  və 
cəmiyyətində  partiyaların  vəziyyətini  təhlil  etməyə  çalışaq.  Vətəndaş 
strukturları olan partiyaların cəmiyyətdəki rolunu Q.V.Komenskaya aşağıdakı 
kimi  xarakterizə  edir:  “Eyni  zamanda  həm  vətəndaş  cəmiyyətinə,  həm  də 
dövlətə  məxsus  olan  partiyalar  onlar  arasında  əlaqələndirici  alət  rolunu 
oynayır,  məhz  bu  da  partiyaların  əsas  funksiyasıdır.  Müasir  siyasi 
təşkilatlardan  heç  biri  partiyalar  kimi  bütün  sosial  qruplar  və  təbəqələrlə 
münasibətlər  saxlamaq  imkanına  malik  deyil.  Partiyaların  vasitəsilə  və 
köməyilə  müxtəlif  sosial  qruplar  öz  siyasi  tələblərini  irəli  sürürlər  və 
cəmiyyətdəki  ziddiyyətləri  üzə  çıxarırlar.  Bununla  yanaşı  partiyalar 
münaqişənin institutlaşması sisteminin elementi funksiyasını yerinə yetirir. Bu 
da  demokratik  rejimlərdə  sabitliyin  saxlanması  üçün  mühüm  həyati  mənaya 
malikdir”. Keçid dövrünə xas olan siyasi proseslər və xüsusilə də partiyaların 
təsnifatı,  fəaliyyəti  və  tarixşünaslığı  ilə  bağlı  F.Həsənoğlunun  tədqiqatları 
olduqca maraqlıdır: «Siyasi partiyaların tədqiqatçısı Cozefla Palambara hər bir 
partiyaya xas olan dörd elementi qeyd edir: 1) siyasi ideoloji dəyərlər sistemi; 
2) təşkilati struktur; 3) hakimiyyət uğrunda mübarizə; 4) xalqın dəstəyinə nail 
olunması.  Əsasən,  partiya  sistemi  dedikdə,  cəmiyyətin  siyasi  səhnəsində 
fəaliyyət göstərən siyasi partiyaların sayına və çəkisinə uyğun olaraq yaranan 
konfiqurasiya nəzərdə tutulur. Partiyalar sistemi konsepsiyası siyasi rejimlərin 
fəaliyyətini  anlamaqda  həlledici  rol  oynayır.  Bu  sistemlərin  tipologiyasını 
vermək  üçün  isə  iki  meyardan  istifadə  olunur:  1)  partiyaların  sayı;  2) 
partiyaların çəkisi. İtalyan politoloqu Covanni Sartori hər sistemdə qüvvələrin 
qütbləşmə  dərəcəsinə  əsaslanaraq  çoxpartiyalılığın  özünün  də  iki  tipi 
olduğunu  qeyd  edir:  1)  iki  qütblü  (bipolyar)  çoxpartiyalılıq;  2)  çox  qütblü 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə