SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə39/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   116

 
 
94 
- qərar qəbul edilməsi variantlarının qrup şəklində axtarışı;  
- aparılan iş haqqında qrup üzvlərinin məruzəsi
- ümumi müzakirə; 
- problemin həll edilməsinə vahid yanaşmanın formalaşması. 
Balint məşğələsi 
Bu  metod  ilk  dəfə  ingilis  həkimi  Balint  tərəfindən  istifadə  edilib  və 
iştirakçıların problem haqqında müzakirələrinə dair daimi seminarların təşkil 
olunmasına əsaslanır. Mərhələləri:  
- mövcud problemin mahiyyətini tam izah edə bilən bir iştirakçı seçilir; 
- digər iştirakçıların növbə ilə mövzuya dair verdikləri suallar cavablandırılır 
və dövrü xüsusiyyətli bu mərhələ suallar qurtarana qədər davam edir
-  bütün  iştirakçılar  qoulan  məsələnin  həllinə  dair  öz  variantlarını  təqdim 
edirlər; 
-  topikstarter  (mövzu  təqdimatçısı)  ümumiləşdirmələr  aparır  və  nəticələr 
çıxarır. 
Metod «X*3*(X-1)» (X – iştirakçıların say göstəricisidir) 
Çox  vaxt  ideyaların  kristallaşdırılması  və  problemin  həlli  variantlarının 
axtarılması  üçün  istifadə  edilir.  İştirakçılar  daha  dəqiq  nəticələr  əldə  etmək 
üçün informasiyaları yazılı şəkildə mübadilə edirlər. Mərhələləri: 
- ümumi problemin formalaşdırılması; 
- inkubasiya (gizli dövr) mərhələsi; 
- hər kəs üç qərar variantını qeyd edir;  
-  əldə  edilmiş  3*X  variantı  növbə  ilə  bütün  iştirakçılara  təqdim  edilir  və  hər 
kəs bura daha üç ideya əlavə edir
- alınan 3*X*(X-1) ideyaları müzakirə edilir və qiymətləndirilir, optimal olan 
seçilir.  
Zeşni həmlə 
Problemlərin  alternativ  və  original  həlli  variantları  hazırlanarkən  istifadə 
edilir.  Belə  bir  hipotezə  əsaslanır  ki,  çoxsaylı  ideyalar  sırasında  problemin 
həlli  üçün  əhəmiyyətli  olanlar  mövcuddur.  Burada  əsas  diqqət  ideyaların 
keyfiyyətinə  yönəlir.  Zehni  həmlə  zamanı  səviyyəsindən  asılı  olmayaraq 
bütün informasiya qeydə alınır. Mərhələləri: 
- problemin qısa xülasəsi, 
- ideyaların kütləvi törəməsi
- ən yaxşı variantların qiymətləndirilməsi və seçilməsi.  
«Lehinə - Əleyhinə» metodu  
Mərhələləri: 
-  hər  hansı  bir  metod  əsasında  problemin  həlli  variantlarının  siyahısı  tərtib 
edilir; 


 
 
95 
- bir neçə ən münasib variant seçilir
- hər bir varianta «Lehinə - Əleyhinə» metodunun iki iştirakçısı qoşulur və öz 
dəlillərini  təklif  edir,  digər  iştirakçılar  bu  dəlilləri  5  bal  şkalası  əsasında 
qiymətləndirir; 
- «Lehinə - Əleyhinə» metodunun iştirakçıları rollarını dəyişərək əlavə dəlillər 
gətirirlər və yenidən qiymətləndirirlər
- ən əlverişli variant müzakirə edilir və seçilir. 
İntellektual funksiyaların bölüşdürülməsi metodu 
Bu  metoda  görə  müxtəlif  iştirakçı  qruplar  ideyaların  törəməsi,  inkişafı, 
müzakirəsi, tənqidi və təkmilləşdirilməsi funksiyalarını müəyyənləşdirirlər. 
- «generatorlar» (hasil edicilər) maksimal sayda ideya irəli sürürlər
- «eruditlər» (daha məlumatlı olanlar) ideyaları inkişaf etdirirlər; 
-  «ekspertlər»  (mütəxəssislər)  qərar  variantlarını  tənqidi  analiz  edirlər, 
yararsızlarını müəyyən edib, təkmilləşdirməyə göndərirlər; 
-  «işçi  qrup»  təklifləri  redaktə  edir  və  onların  reallaşdırılması  planlarını 
hazırlayır.  
Proqnoz ssenarilər metodu  
Bu  metod  vasitəsilə  məntiqi  ardıcıllıqla  tədqiqat  obyektinin  gələcək 
vəziyyəti açıqlanır. Ssenarilər metodunun üstünlüyü inkişaf perspektivlərinin, 
əsas xəttinin müəyyənləşdirilməsi, həmçinin inkişaf fonunun əsas amillərinin 
və  məqsədlərə  nail  olma  səviyyəsinin  qiymətləndirilməsi  üçün  meyarların 
aşkar edilməsilə bağlıdır. 
Proqnoz sütunlar  
Proqnoz sütunlar proqnoz ssenarilərin riyazi modelləridir. Onlar yönəlmiş, 
yaxud yönəlməmiş, dövri, yaxud qeyri-dövri ola bilər. «Məqsədlər ağacı» ilə 
birlikdə bu metod obyektin tam inkişafını müəyyən edir, proqnoz məqsədlərin 
qurulmasında  iştirak  edir,  proqnozların  səmərəlilik  meyarlarını  və 
səviyyələrini müəyyənləşdirir. 
Optimal qərar seçilməsinin modelləşdirilməsi metodu   
Bu  metod  inkişaf  alternativlərinin  axtarılması  ilə  bağlı  olub,  mövcud 
şəraitdə  ən  optimal  variantın  seçilməsinə  imkan  yaradır.  Bu  zaman  sistemin 
səmərəli 
funksiyalaşmasını 
əks 
etdirən 
optimallıq 
meyarları 
müəyyənləşdirilməli  və  sadə  riyazi  təsvirə  malik  olmalıdır.  Optimallaşdırma 
məsələlərinin  həlli  metodları  sırasında  xətti  proqramlaşdırma  geniş  istifadə 
edilir. Dinamik proqramlaşdırma zamanı öz vəziyyətini dəyişə, həmçinin idarə 
edilə  bilən  sistem  tədqiq  edilir.  Bütün  riyazi  metod  və  modellər  nisbilik 
xüsusiyyətinə malik olub, proqnozlaşdırma müddətindən asılı olaraq formaca 
dəyişə  bilər.  Modellərin  istifadə  edilməsi  proqnozların  səmərəliliyini 
yüksəldir,  daha  çox  variantları  nəzərdən  keçirməyə  və  daha  uyğun  olanını 


 
 
96 
seçməyə  imkan  yaradır.  Modelləşdirmənin  mənfi  tərəfi  xüsusilə  də  uzun 
müddətli proqnozlaşdırmada onların qeyri-dəqiqliyi və elastikliyi ilə bağlıdır.     
YOXLAMA SUALLAR 
1.Faktoqrafik metod nədir? 
2. Ekstrapolyasiya metodunu izah edin. 
3.Kollektiv qərarların qəbul edilməsi ilə bağlı tətbiq edilən metodları sadalayın. 
4.Edip effekti metodunun mahiyyəti necədir? 
5.Delfi metodunun üstün və çatışmayan tərəfləri hansılardır? 
REFERAT MÖVZULARI 
1. Proqnozlaşdırma metodları   
2. Ekstrapolyasiya proqnozlaşdırmanın ilk metodlarından biri kimi  
3.  Ekspert  qiymətləndirilməsi  metodu  proqnozlaşdırma  obyektinin  keyfiyyət  və 
kəmiyyət tərəflərinin obyektiv xarakteristikası kimi  
4. Modelləşdirmə inkişaf alternativlərinin axtarışı metodu kimi  
 ƏDƏBİYYAT: 
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Бешелев  С.Д.  Гурвич  Ф.Г.  Экспертные  оценки.  М.,  Изд-во  Педагогическое 
общество России, 1999. 
4.Большой толковый социологический словарь, т. 1 (А - О), ВЕЧЕ-АСТ, Москва, 
1999. 
5.Гордон  Т.  Новые  подходы  к  методу  Дельфи  //  Научно-техническое 
прогнозирование для промышленности и правительственных учреждений / ред. 
Дж. Брайта. М., 1972. 
6.Гражданников  Е.Д.  Экстраполяционная  прогностика.  Новосибирск.  2-ое  изд., 
2001. 
7.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995. 
8.Мартино Дж. Технол
огическое прогнозирование. М., Мысль, 1977. 
9.Методологические  проблемы  социального  прогнозирования  /  Отв.  ред.  В.И.  Куценко. 
Киев, 1996. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə