SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə40/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

 
 
97 
Mövzu 9. SOSİAL PROSESLƏRİN PROQNOZLAŞDIRILMASI 
 
9.1 SOSİAL - SİYASİ PROSESLƏRİN PROQNOZLAŞDIRILMASI 
XÜSUSİYYƏTLƏRİ 
 
Müəyyən  müddətə  sosial  proseslə  bağlı  proqnoz  verərkən  ilkin 
proqnozlaşdırma  modelinin  hazırlanması  üçün  vacib  olan  göstəricilərin 
toplanması  tələb  olunur.  Mümkün  göstəricilər  yüzlərlə  və  minlərlədir. 
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım 
olanları  müəyyənləşdirmək  lazım  gəlir.  Məs.,  qlobal,  regional,  yaxud  lokal 
səviyyəli  standart  göstəricilərin  istifadə  edilməsi  nəticəsində  reallıqdan  çox 
uzaq olan təsvir alına bilər. Siyasi proqnozlaşdırmanın fərqləndirici cəhətləri 
aşağıdakılardan ibarətdir: 
1)Qoyulan  məqsəd  daha  ümumi  və  mücərrəd  xüsusiyyətlərə  malik  olur. 
Bu  zaman  proqnozlaşdırmanın  əsas  məqsədi  siyasi  sistemin,  yaxud  prosesin 
keçmişdəki  vəziyyəti  və  davranış  xüsusiyyətlərini  öyrənmək,  həmin  sistemə, 
yaxud  prosesə  təsir  edən  amillərin  dəyişilmə  meyllərini  nəzərdən  keçirmək, 
onun  gələcək  inkişafının  kəmiyyət  və  keyfiyyət  xüsusiyyətlərini 
müəyyənləşdirmək  və  sistem,  yaxud  prosesin  gözlənilən  vəziyyətinin 
xüsusiyyət və mahiyyətini açmaqdan ibarətdir. 
2)Siyasi  proqnozlaşdırma  planlaşdırmadan  fərqli  olaraq,  direktiv  deyil, 
yəni  məhz  proqnoz  əsaslı  qərar  vermək  və  planlaşdırma  və  idarəetmə 
metodlarını seçmək üçün informasiya ilə təmin edir, ikişafın alternativ yolları 
haqqında informasiya təqdim olunur. 
3)Siyasi proqnozlaşdırmada bilavasitə nəzərə alınmayan proseslərlə bağlı 
çoxlu  sayda  dəyişənlər  təqdim  edilir,  məhz  bu  cəhət  siyasi  həyatın  inkişaf 
yollarını aşkar etməyi çətinləşdirir. 
4)  Real  tarixi  vəziyyətin  analizi  gələcəyə  yönəlmiş  meyllərin 
proyeksiyasını qurmaqla bağlıdır. 
Siyasi  proseslər  proqnozlaşdırılarkən  bir  sıra  prqnozlaşdırma  metodları 
istifadə edilir. Hər hansı bir sosial təzahür, yaxud proses proqnozlaşdırılarkən 
ilk növbədə həmin təzahür və proses haqqında profil (əsas) və fon (köməkçi) 
göstəricilərdən  ibarət  olan  informasiya  toplanır  və  proqnozlaşdırmanın  ayrı-
ayrı metodları əsasında perspektiv inkişaf xüsusiyyətləri müəyyənləşdirilir. Bu 
fikirdən  çıxış  edərək,  Azərbaycanda  siyasi  proseslərin  prqnozlaşdırılması 
istiqamətində lazımi informasiyanı aşağıdakı kimi analiz etmək olar.  
Keçid  dövründə  siyasi  proseslərin  təhlili  əvvəlcə  keçib  gəldiyimiz 
cəmiyyət  və  yaşadığımız  keçid  dövrü  cəmiyyətinin  özünəməxsus 
xüsusiyyətlərinə  nəzər  salmağı  tələb  edir.  Keçib  gəldiyimiz  sovet-sosializmi 


 
 
98 
qapalı  cəmiyyət  idi.  Burada  siyasətin  əsas  aparıcı  qüvvəsi  olan  hakimiyyət 
vahid  partiyanın  əlində  idi.  Siyasi  plüralizm  bu  cəmiyyətə  yad  idi.  İngilis 
tədqiqatçısı  Louse  İ.Şelinin  qeyd  etdiyi  kimi:  «Sovet  İttifaqının  mövcud 
olduğu bütün müddət ərzində – 1980-cı ilə qədər bütün dövlət alətləri – polis, 
gizli polis qüvvələri və hərbçilər – vətəndaş cəmiyyətinin elementlərini uğurla 
boğurdular. Yenidənqurmaya qədər burada heç yerdə əmək hərəkatları, siyasi 
hərəkatlar,  dini  birliklər  dövlətdən  ayrı  deyildilər.  Yenidənqurmadan 
(1985\1991)  sonra  burada  vətəndaş  və  siyasi  hüquqlar  (o  cümlədən  etnik 
azlıqlara aid olan) üçün təhlükə yarandı. Dövlət aparatı daxilində qüvvələrin 
bölünməsi  yox  idi».  Bu  totalitar  sistemə  xas  xüsusiyyətlərdir  və  Lous  İ. 
Şellinin qeyd etdiyi kimi: «Totalitar sosial sistemlərdə dövlətin qanunvericilik
icraedicilik  və  hüquqi  bölmələri  arasındakı  bölünmə  formal  xarakter 
daşıyırdı…  Totalitar  dövlətlərin  institutları  hüquqi  normalara,  xüsusi 
yanaşmalara  malik  olub  funksiyalaşdırıcı  partiyanın  nəzarətinə tabe  olurlar». 
SSRİ–də  institutlar  və  hüquqi  normalar  Kommunist  partiyasının  nəzarətinə 
tabe  idilər.  Hüquqi  partiyanın  və  dövlət  ideologiyasının  dağılması  ilə 
mərkəzləşmiş dövlət aparatı öz avtoritetini itirdi. Bir sıra hüquqi institutlar öz 
qanuniliklərini  itirdilər».  Bildiyimiz  kimi,  hər  hansı  siyasi  məkanda 
hakimiyyət  siyasətin  əsas  aparıcı  institutlarından  biri  kimi  çıxış  edir.  Buna 
görə də keçid dövründəki siyasi prosesləri izləyərkən ilk növbədə keçmiş və 
mövcud  hakimiyyətin  vəziyyətini  təhlil etmək  lazımdır.  Bəs  bir institut  kimi 
ümumiyyətlə,  hakimiyyət  hansı  funksiyanı  yerinə  yetirir.    «Hakimiyyət  – 
müxtəlif  sosial  qrup  və  birliklərin,  ayrı-ayrı  şəxsiyyətlərin  sosial 
davranışlarının 
məzmununu 
və 
formalarını 
müəyyən 
etmək, 
istiqamətləndirmək  və  nəzarət  etmək  imkan  və  bacarıqlarının  institutlar 
tərəfindən  təsdiqlənməsidir».  SSRİ-nin  mövcudluğunun  son  illərində  bu  cür 
leqal  hakimiyyət  sarsılmışdı.  Qapalı  cəmiyyətdən  demokratik  cəmiyyətə 
keçidin  özünəməxsus  təzahürləri  görünməkdə  idi.  İlk  təzahürlər  informasiya 
qıtlığı və azadlığa olan qarşısıalınmaz istək idi. Belə bir şəraitdə xalqın ümid 
etdiyi və qüvvəsinə inandığı bir şəxsiyyət və partiya aparıcı qüvvəyə çevrilir. 
M.Veberin  qeyd  etdiyi  kimi,  «sosial-siyasi  böhran  zamanı  xarizmatik 
hakimiyyət  əmələ  gəlir  və  ya  xarizmatik  rəhbər  meydana  çıxır.  Xarizmatik 
rəhbər  mövcud  sosial  nizamın  əsaslarını  dağıtmağa  çalışır  və  öz  siyasi 
radikallığı ilə seçilir. Üsyanın və ya inqilabın uğurlu gedişi isə onun qüvvəsinə 
olan inamı gücləndirir. Bu inam insanların kütləvi şəkildə mövcud adətlər və 
qanunlardan  uzaqlaşmasına  və  yenini  qəbul  etməsinə  səbəb  olur.  M.Veber 
belə  hesab  edirdi  ki,  xarizmatik  hakimiyyət  insan  təcrübəsinin  daxili 
inqilabına  aparır.  Bu,  xarici  inqilabdan  onunla  fərqlənir  ki,  xarici  inqilab 
insanların 
ideal  və  ideyalara  biganə  qalaraq  yeni  dəyişikliklərə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə