SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə42/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   116

 
 
101 
qabiliyyətsizlik  fəaliyyətləri  Ə.Əliyevin  (Elçibəy)  prezidentliyi  dövründə  də 
müşahidə  olunur.  Meydanlarda  azadlıq  uğrunda  mübarizə  başa  çatır, 
hakimiyyətə gələn demokratik qüvvələrin dövlət idarəçiliyindəki səriştəsizliyi 
üzə çıxır. Ə.Əliyev azadlıq və demokratiya carçısı kimi hakimiyyətə gələn və 
öz  dövrü  və  yaşadığı  şərait  üçün  bir  qədər  utopist  fikirlərlə  yaşayan  siyasi 
fəaliyyət  subyekti  idi.  Belə  ki,  Ə.Əliyev  də  yaşadığı  dövrü  və  öz 
hakimiyyətinin  səlahiyyətlərini  düzgün  dərk  edib  fəaliyyət  göstərməkdə  aciz 
idi. Bu, idarəçilik təcrübəsinin olmamasından irəli gəlirdi və onun hakimiyyəti 
dövründə  baş  verən  faciələrin  də  səbəbi  məhz  idarəçilik  təcrübəsinin 
çatışmazlığı  olmuşdu.  M.Veberin  qeyd  etdiyi  kimi,  xarizmatik  liderin 
hakimiyyətə  gətirilməsi  dövründə  “əvvəlcə  özünənəzarət  ilahiləşdirilməyə 
gətirib çıxarır, sonra isə bütün arzu və məqsədlərin itirilməsi qarşıya qoyulmuş 
məqsədə  çatmağa  mane  olur.  Nəticədə  xarizmanın  fəaliyyətinin 
rasionallaşması  baş  verir.  O,  hakimiyyətini  saxlamaq  üçün  ona  inanan  və 
hakimiyyətə gətirən davamçılarına güzəştə getməli olur”. Yaşadığımız dövrdə 
Ə.Əliyevin  (Elçibəy)    öz  hakimiyyətini  saxlaması  üçün  onu  hakimiyyətə 
gətirənlərə  etdiyi  güzəştlərin  hansı  faciələrlə  nəticələndiyinin  şahidiyik. 
Ə.Əliyevin  (Elçibəy)  hakimiyyətə  gəlişini  Azərbaycan  dövlətçiliyinin 
tənəzzülü  kimi  qimətləndirən  A.Rzayev  qeyd  edir  ki,  “öz  yanılmalarını  başa 
düşmək  qabiliyyətinin  olmaması  liderin  şəxsi  faciəsinə  çevrilir,  bu  da  öz 
növbəsində  bütöv  cəmiyyətin  faciəsi  ola  bilər”.
 
Ə.Əliyevin  (Elçibəy)  
idarəçilik  dövrü  özündə  ənənəvi  dövlət  formasının  təzahürlərini  daha  çox 
daşıyır.  Belə  ki,  Ə.Əliyev  (Elçibəy)  Azərbaycan  dövlətçiliyinin  əsas 
istiqamətlərinin  türkçülük,  islamçılıq  və  demokratiya  olduğunu  vurğulayırdı. 
Bu  isə  ADR  ənənələrinin  bərpasına  cəhd  kimi  qiymətləndirilə  bilər.  Çünki 
Azərbaycanın respublikaçılıq tarixində ilk dəfə bu şüarla M.Ə.Rəsulzadə tarix 
səhnəsinə gəlmişdi. Beləliklə, apardığımız qısa təhlildən əldə etdiyimiz nəticə 
belədir:  Ə.Əliyevin  (Elçibəy)    siyasi  fəaliyyət  təcrübəsinin  olmaması 
Azərbaycanda  keçid  dövrünün  birinci  mərhələsinin  uzanmasına  və  yenidən 
daha faciəli yaşanmasına səbəb oldu. Nəhayət, öz siyasi fəaliyyət imkanlarının 
məhdudluğunu  dərk  edən  Ə.Əliyev  (Elçibəy)    hakimiyyətdən  könüllü 
uzaqlaşdı.    A.Rzayev  bu  hadisəni  belə  izah  edir:  «1993-cü  il  4  iyun  Gəncə 
qiyamı,  ermənilərin  mövcud  vəziyyətdən  istifadə  edərək  yeni  əraziləri  işğal 
etmələri məhz bu dövrə təsadüf edir. 1993-cü il iyun-iyul ayları respublikada 
dövlət  böhranının  ən  yüksək  nöqtəsi  oldu.  Buraxdıqları  dövlət  cinayətlərinin 
ağırlığı  altında  Ali  Şuranın  sədri  və  respublikanın  baş  naziri  istefa  verdilər. 
1993-cü il 17-18 iyun gecəsi Ə.Əliyev (Elçibəy)  öz səlahiyyətlərindən imtina 
edərək,  paytaxtı  tərk  etdi».  Göründyüy  kimi,  müstəqil  və  bütöv  Azərbaycan 
haqqında  xəyalpərvər  fikirlərlə  yaşayan  xarizmatik  lider  məhz  idarəçilik 


 
 
102 
qabiliyyətinin  olmadığını  başa  düşüb  hakimiyyətdən  uzaqlaşdı.  Əslində  bu 
addım  siyasi  xadim  kimi  Ə.Əliyevin  (Elçibəy)    xarizmasının  saxlanmasına 
yardım etdi. (Çünki, zənnimizcə, dövlət idarəçiliyində törədilmə ehtimalı olan 
yeni  səhvlərin  qarşısı  alındı).  Beləliklə,  qeyd  edə  bilərik  ki,  Azərbaycanda 
keçid  dövrünün  birinci  mərhələsi  oxşar  sosial  və  siyasi  hadisələrlə  müşayiət 
olunub.  
1993-cü  ildə  H.Əliyevin  hakimiyyətə  gəlməsi  ilə  keçid  dövrünün  ikinci 
mərhələsi başlandı. Qeyd edə bilərik ki, müəyyənləşdirməyə çalışdığımız hər 
bir  mərhələnin  özündə  də  pilləli  inkişafı  izləmək  mümkündür.  Belə  ki,  həm 
birinci  mərəhələdə,  həm  də  ikinci  mərhələdə  bir  neçə  pilləli  keçidləri 
müşahidə  etmək  olar.  Buna  nümunə  olaraq  birinci  mərhələdə  üç  hakimiyyət 
subyektinin bir-birini əvəz etmə dövrləri altmərhələlər kimi qəbul edilə bilər. 
Çünki  bu  zaman  siyasi  proseslərin  gedişində  nəzərəçarpan  dəyişəikliklər  baş 
verir.  Bununla  yanaşı,  ayrı-ayrı  mərhələlərdə  baş  vermiş  siyasi  proseslərdə 
oxşar  cəhətlər  nəzərə  çarpır.  Belə  ki,  keçid  dövrünün  ikinci  mərhələsi  kimi 
qəbul  etdiyimiz  1993-1995-ci  illər  arasında  keçid  dövrünün  birinci 
mərhələsinə  bənzər  proseslərin  bir  qədər  yeni  formada  yenidən  yaşandığını 
müşahidə etmək mümkündür. Bunu aşağıdakılar sübüt edir: 
1) H.Əliyev xarizmatik lider kimi hakimiyyətə gətirildi; 
 2) H.Əliyev də ilk dövrlərdə öz ətrafına və ya onu hakimiyyətə gətirən qrupa 
müəyyən güzəştlərə getdi;  
3)  Xarizmatik  hakimiyyətə  xas  olan  əlamətlərdən  biri  kimi,  hakimiyyətin 
geniş təbliğinə başlandı və s. 
Bu  siyasi  təzahürlər  Azərbaycanda  keçid  prosesinin  ikinci  mərhələsinin 
erkən  dövrünə  xas  təzahürlər  kimi  də  qəbul  edilə  bilər.  Bolqarstanın  keçmiş 
prezidenti  Jelyo  Jelevin  qeyd  etdiyi  kimi:  “İkinci  mərhələnin  sözü 
demokratiyadır.  Azadlıq  küçələrdə  və  ictimai  yerlərdə,  demokratiya  isə 
institutların  köməyi  ilə  əldə  olunur.  Demokratiya  qanunlarda  və  institutlarda 
təcəssüm olunan azadlıqdan başqa bir şey deyil”. Bu deyilənləri nəzərə alaraq 
deyə  bilərik  ki,  əgər  Ə.Əliyevin  (Elçibəy)  dövründə  demokratik  qanunların 
verilməsi  istiqamətində  bəzi  addımlar  atılmışdısa,  H.Əliyevin  hakimiyyətdə 
olduğu  1993\1995-ci  illərdə  demokratik  qanunların  qəbul  edilməsi 
yönümündə  əsaslı    işlər  görüldü.  Radikal  islahatların  keçirilməsi,  sosial 
institutların  formalaşdırılması  fəaliyyəti  onun  hakimiyyətinin  rasional-leqal 
hakimiyyətə  çevrilməsinə  səbəb  oldu.  H.Əliyevin  xarizmatik-rasional-leqal 
siyasi  xadim  idi.  H.Əliyevin  hakimiyyətə  gəlişi  ilə  islahatlar  keçirilməsi 
haqqında  qanunlar  qəbul  edilməyə  başlandı.  Keçid  dövrünün  üçüncü 
mərhələsiə  islahatlar  haqqında  qəbul  edilən  qanunların  tədrici  həyata 
keçirilməsi  dövrüdür.  Bolqarıstan  prezidenti  Jelyo  Jelevin  keçid  dövrünün 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə