SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə44/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   116

 
 
105 
(multipolyar)  çoxpartiyalılıq.  Çoxpartiyalı  sistem  özünün    çevikliyi  və 
partiyaların  rəngarəngliyi  ilə  səciyyələnir.  Çoxpartiyalı  sistemdə  partiyaların 
sayından  çox  onların  çəkisi  mühüm  rol  oynayır.  Partiyaların  çəkisini 
müəyyənləşdirmək  üçün  onların  seçkilər  nəticəsində  əldə  etdikləri 
parlamentdəki yerlərin sayını əsas meyar kimi götürürlər. Prezidentli rejimdə 
isə həm də dövlət başçısının birbaşa seçkisi zamanı verilən səslərin sayı əsas 
götürülməlidir. Partiyaların çəkisinə əsaslanan partiya sistemlərinin də üç tipi 
var:  1)  majoritar  partiyaya  əsaslanan  sistemlər;  2)  dominant  partiyaya 
əsaslanan sistemlər; 3) majoritar pariyaların koalisiyasına əsaslanan sistemlər. 
Birinci  halda,  majoritar  partiya  dedikdə,  parlamentdə  yerlərin  əksəriyyətini 
qazanmış bir və ya iki partiya nəzərdə tutulur. İkinci halda, dominant pariya 
dedikdə,  başqalarına  nisbətən  çox  səs  qazanmış  və  parlamentdəki  yerlərin 
sayına  görə  başqa  partiyaları  nisbətən  çox  məsafədə  geridə  qoymuş    partiya 
nəzərdə  tutulur.  Üçüncü  halda,  mojaritar  və  dominant  partiya  olmadıqda, 
parlamentdə  yer  tutmuş  partiya  minoritar  (yəni  az  səs  qazanmış)  partiyalar 
çoxluq      əldə  etmək  üçün  koalisiya  yaratmalı  olurlar».  Yuxarıda  qeyd 
edilənləri Azərbaycan çərçivəsində təhlil etməyə çalışaraq deyə bilərik ki, «bu 
gün  Azərbaycanda  40-dan  çox  partiya  qeydiyyatdan  keçdiyi  halda, 
parlamentdə cəmisi bir neçə partiya təmsil olunur». Müşahidə etdiyimiz kimi, 
«bu  partiyalardan  bir  qismi  sosial  bazası  olmayan  qondarma  partiyalardır, 
digər  qisminin  sosial  bazası  məhdud  xarakter  daşıyır  və  yalnız  iqtidara  əks 
durma  mövqeyi tutur».  
Bu gün Azərbaycanın dövlət idarəçiliyi dominant partiya sistemi əsasında 
qurulur. Müxalifət partiyaları isə həm də bir-birilərinə müxalifətdə durduqları 
üçün  koalisiya  yarada  və  parlamentdə  çoxluq  əldə  edə  bilmirlər.  Qeyd 
edilənlərə  əlavə  olaraq  deyə  bilərik  ki,  çoxpartiyalılıq  cəmiyyətdə  siyasi 
plüralizm ənənələrinin yarnmasına kömək etdiyi üçün müsbət hal kimi qəbul 
edilə  bilər  və  partiyaların  çoxluğu  hakimiyyət  uğrunda  keçirilən  seçkilərdə 
müəyyən  radikallığın  saxlanmasına  kömək  edir.  Seçkilər  prosesində  bir  sıra 
neqativ  halların  baş  verməsi  də  ən  adi  haldır.  M.Veberin  qeyd  etdiyi  kimi: 
«Seçkilər  –  yalnız  səsvermə  olmayıb,  həm  də  rəhbərə  inamın  həmrəy 
təsdiqlənməsidir…  Demokratiya  şəraitində  hakimiyyət  uğrunda  mübarizədə 
qələbə  çalmış  siyasətçi  bir  çox  sınaqlardan  keçmiş  insandır.  Lakin  
demokratiya  səhvlərdən  də  məhrum  deyil.  Demaqoqiyadan,  kütəlnin 
emosiyasından  və  ani  maraqlarından  siyasi  irəliləyiş  üçün  istifadə  edilməsi 
nəticəsində hakimiyyət yaxşı deyil, daha pis siyasi rəhbərlərin əlinə keçə bilər. 
Eyni  zamanda  siyasi  cəhətdən  bərəkətsiz  olan  adamlar  maddi  vəsaitləri 
hesabına seçkiləri öz xeyrinə yönəldə bilərlər». Müşahidə etdiyimiz kimi, “bu 
gün  Azərbaycanda  mövcud  partiyalar  seçkilərdə  seçicilərin  çoxlu  səslərini 


 
 
106 
yığmaq üçün müxtəlif siyasi gedişlərdən istifadə edirlər: dram və komediyalar 
oynanılır,  əyləncəli  tamaşalar  göstərilir,  bir-birini  ifşa  edir  və  s.  Bu  zaman 
sıravi  vətəndaşlarda  siyasətə  şəriklilik  hissi  yaranır”.  Seçkilər  prosesində 
vətəndaşların  fəaliyyət  istiqamətlərini  aydınlaşdırmağa  çalışan  Qərb 
sosioloqları müasir dövr seçici davranışları modelini hazırlamışlar:    
1.  Sosioloji  model  –  seçicilərin  məğlub  olduğu  sosial  qrupların  davranışını 
şərtləndirir.  Bu  modelə  aşağıdakılar  daxildir:  demoqrafik  göstəricilər  (cins, 
yaş,  yaşayış  yeri),  iqtisadi  göstəricilər  (sosial  sinif,  peşə  yönümü,  gəlir 
səviyyəsi  və  s.),  mədəni  göstəricilər  (təhsil  yönümü  və  səviyyəsi,  dini 
mənsubiyyət və s.);                         
2.  Psixosloji  model  –  seçici  davranışlarının  müstəqil,  fərdi  yox,  qabaqcadan 
şərtlənmiş  olduğunu  iddia  edir.  Səs  vermək  yalnız  hər  hansı  bir  namizədi, 
yaxud partiyanı seçmək yox, həm də öz siyasi kimliyini ifadə etməkdir;  
3.  Rasional  model  –  fərdin  müstəqilliyini,  seçim  azadlığını  vurğulayır.  Bu 
zaman seçici namizədlər, partiyalar haqqında geniş informasiya almağa çalışır, 
seçkilərin  keçirildiyi  siyasi  və  iqtisadi  şəraiti  təhlil  edir,  namizədlər, 
partiyalararasında  müqayisəli  təhlil  aparır  və  s.».  Müasir  şəraitdə 
Azərbaycanda seçicilərin hər üç davranış modeli müşahidə edilsə də, psixoloji 
və  sosioloji modellər üstünlük təşkil edir.  
Şəxsiyyətin  cəmiyyət  qarşısındakı  məsuliyyətini  dərk  etməsi  qabiliyyəti 
onun  siyasi  mədəniyyət  səviyyəsi  ilə  sıx  bağlıdır.  Bu  gün  Azərbaycanda 
insanların  ümumi  siyasi  mədəniyyət  səviyyəsi  formalaşmağa  doğru  inkişaf 
istiqamətindədir.  Siyasi  mədəniyyətin  əlamətlərinə  nəzər  salaraq, 
fikirlərimizin  həqiqətə  uyğun  olub-olmadığını  aydınlaşdıraq.  Cəmiyyətin 
siyasi  mədəniyyət  səviyyəsi    –    «a)  hakimiyyətə  münasibət;  b)  siyasi 
fəaliyyətin  davranış  üsulu;  c)  vətəndaşların  siyasi  qərarların  qəbul  edilməsi 
prosesinə  təsir  etmək  imkanı;  ç)  cəmiyyətin  siyasi  əhval-ruhiyyəsi»  kimi 
göstəricilərlə  müəyyənləşir.  Bu  gün  Azərbaycan  xalqının  hakimiyyətə 
münasibəti  bir  mənalı  deyil.  Hakimiyyətə  münasibətdə  siyasi  fəaliyyətin 
davranış  üsulu  kimi  lehinə,  bitərəf  və  əleyhinə  mövqeləri  tutanlar  seçilir. 
Onların  sırasına  nəzər  salaq.  Mövcud  tarixi  şəraiti  və  əvvəlki  siyasi 
hakimiyyətlərdəki  siyasi  idarəçilik  qabiliyyətsizliyini  nəzərə  alaraq  mövcud 
müxalif  siyasi  qüvvələrin  hakimiyyət  idarəçiliyi  bacarığına  şübhə  ilə 
yanaşanlar  iqtidarın  lehinə  olanlar  cərgəsindədirlər.  Lakin  bu  tip  siyasətçilər 
arasında öz maddi və siyasi mövqelərini möhkəmləndirmək məqsədi güdənlər 
də  az  deyil.  Mövcud  hakimiyyətin  əleyhinə  olanlar  cərgəsini  –  öz  siyasi 
idarəçilik  qabiliyyətlərini,  mövcud  tarixi  şəraitdə  xalqın  vəziyyətini  nəzərə 
almadan  maddi  və  siyasi  mövqeyini  möhkəmləndirmək  arzusunda  olanlar 
təşkil  edir.  Bu  qrup  siyasətçilər  arasında  həqiqi  mənada  xalqın  mənafeyi 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə