SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə47/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   116

 
 
112 
qiymətlərin  və  xarici  bazarların  leqallaşdırılması    və  nəhayət,  dövlət 
mülkiyyətinin özəlləşdirilməsi.  
Eyni  zamanda  bazar  infrostrukturunun  təşkili,  hər  şeydən  əvvəl  müasir 
bank  sisteminin,  valyuta  və  fond  birjalarının  yaradılması,  həmçinin  yeni 
menecerlərin öyrədilməsi təklif olunurdu.  
Qeyd  edildiyi  kimi,  «Dövlət institutlarının islahatı  böyük  kapital  xərcləri 
tələb edir». 
Eyni zamanda islahatlar keçirmək üçün ideoloji doqmalardan uzaq olan və 
yalnız  hakimiyyətdən  çıxış  edən  siyasi  impuls  lazım  idi.  Lakin  bununla 
iqtisadiyyatın  və    siyasətin  qarşılıqlı  əlaqəsi  pozulmurdu.  Ölkədəki  siyasi 
iqlim,  cəmiyyətin  sabit  və  ya  böhranlı  vəziyyəti  siyasətin  və  iqtisadiyyatın, 
bazar  qanunlarının  və  hüquqi  mexanizmlərin,  biznes  və  mənəviyyatın 
qarşılıqlı fəaliyyətinin xarakterindən asılı olur».  
Sovet  sosializmi  quruluşunun  dağılması  siyasi  böhranın  nəticəsi  olsa  da, 
məhz iqtisadi bazisin dağılması həm siyasi, həm də mənəvi-mədəni böhranın 
dərinləşməsinin ilkin şərtinə çevrildi.  
Sovet  sosializmi  quruluşunun  dağılması  məqsədilə  hər  cür  fəaliyyət 
göstərən  Qərb  ölkələri,  ilk  növbədə  ABŞ  təxminən  eyni  vəziyyətdə  olan 
postsovet məkanı ölkələrinə özünün eyni ssenarili yardımlarını təklif etməyə 
başladı.  Məhz  bu  formalı  müdaxilə  qloballaşma  prosesinə  yeni  güclü  təkan 
verdi.  Azərbaycan  iqtisadçısı  Ə.Ö.Hüseynovun  qeyd  etdiyi  kimi, 
«Azərbaycanda  da  iqtisadi  islahatların  aparılması  üçün    MDB  ölkələrinin 
əksəriyyətində  olduğu  kimi,  eyni  bir  nəzəriyyəni  –  «monetarizm» 
nəzəriyyəsini  təklif  edirlər  və  bu  nəzəriyyənin  tətbiqi  metodologiyası  kimi 
Y.Kornayın  «şok  terapiyasını»  məsləhət  bilirlər.  Bu  nəzəriyyə  tətbiq  olunan 
ölkələri  BVF-dən  (Beynəlxalq  Volyuta  Fondu)  asılı  vəziyyətə  salır.  Çünki 
onlar aldıqları kreditləri qaytarmaq iqtidarında olmurlar. Beləliklə də, bir çox 
beynəlxalq  maliyyə  təşkilatları  və  qurumları  (birinci  növbədə  BVF  və  DB 
(Dövlət  Bankı))  ABŞ-ın  bütün  dünyada  qurduğu  dollar  «piramidasının» 
müvazinətini saxlamağa xidmət edirlər»  
Q.B.Rüstəmbəyov  isə  keçirilən  islahatların  müsbət  tərəfini  göstərərək 
qeyd edir ki,  «Postsovet şəraitində dövlətin həyata keçirdiyi islahatlar yalnız 
iqtisadi  və  soisal  yenidənqurma  məqsədlərinə  xidmət  etməklə  yanaşı 
cəmiyyəti  milli  təsərrüfatın  təkamülü  yoluna  daxil  etmə  kimi  vacib  olan 
əhatəli funksiya əldə edir».  
İslahatlar  prosesinin  uğurla  keçirilməsi  beynəlxalq  aləmdə  müəyyən 
nüfuza malik olan dövlətin məqsədyönlü fəaliyyətilə birbaşa bağlıdır. Bununla 
əlaqədar olaraq Rusiya sosioloqu və iqtisadçısı O.T.Boqomolov qeyd edir ki, 


 
 
113 
«Güclü və nüfuzlu dövlət olmadan bazar islahatları eybəcər, qeyri-sivilizasiya 
xarakteri alır».  
Bazar  iqtisadiyyatı  münasibətlərinə  keçidin  tarixi  ardıcıllığını  şərh  edən 
O.T.Boqomolov əlavə edir ki,  «Mərkəzi və Şərqi Avropa ölkələrindən fərqli 
olaraq Rusiyada bazar iqtisadiyyatına keçid 1-2 il gec başladı, MDB-nin digər 
ölkələrində  isə  bu  daha  gec  oldu.  Xüsusilə  Özbəkistan,  Belorusiya, 
Türkmənistan, Qazaxıstan və Azərbaycanda bu ilk dövrlərdə daha ehtiyatlı və 
tədrici  keçid  idi.  Bu  səbəblərdən  də  həmin  ölkələrin  bir  çoxunda  iqtisadi 
tənəzzül  tədrici  islahatlar  deyil,  daha  çox  postsovet  məkanındakı  iqtisadi 
əlaqələrin  pozulması,  ittifaq  mərkəzindən  köməyin  kəsilməsi,  Moskva 
tərəfindən idarəetmə sisteminin dağılması, kadr çatışmamazlıqları ilə bağlı idi.  
İqtisadi  tənəzzül  1993-1994-cü  illərdən  başlayaraq  inkişafla  əvəz 
olunmağa başlandı, bəzən isə bu tənəzzül MDB ölkələrində bir çox illər üçün 
uzandı.  Bu  zaman  digər  Mərkəzi  Avropa  ölkələrindən  heç    biri  Rusiya, 
Ukrayna  və  digər  MDB  ölkələri  kimi  bu  dərəcədə  ağır  şəkildə  əhalinin  real 
gəlirlərinin və istehsal çatışmazlıqlarını yaşamadı».  
Bəs  ayrı-ayrı  regionlarda  bu  böhrandan  çıxış  yolunu  tapmaq  üçün  hansı 
vasitələrə  əl  atıldı?  MDB  ölkələrində  islahatların  proqramlı  gedişi  üst-üstə 
düşsə  də,  yerlərdəki  fərqli  ənənəvi-mədəni  dəyərlər  bu  proseslərə  müxtəlif 
cəhətlər  gətirdi.  İslahatların  keçirilməsində  nəzərə  çarpan  çatışmazlıqları  da 
yerli özünəməxsusluqla, düşüncə tərzi ilə bağlamaq olar.  
Azərbaycanda  15  ildən  artıqdır  ki,  davam  edən  bu  proseslərin  yerli 
tədqiqatçılar  tərəfindən  necə  qiymətləndirilməsinə,  yəni  islahatlar  prosesinin 
gedişinə  nəzər  salaq.  Bildiyimiz  kimi,  dövlətin,  cəmiyyətin  inkişafı  və 
mənafeyi ilə bağlı olan proseslərin həyata keçirilməsi üçün ilk növbədə hüquqi 
baza  olmalıdır.  İ.H.İbrahimovun  qeyd  etdiyi  kimi,  «İqtisadiyyatda  yaranmış 
böhranı  aradan  qaldırmaq    üçün  planlı  təsərrüfatdan  bazar  iqtisadiyyatına 
keçmək  qərara  alındı  və  ilk  növbədə  aqrar  sahədə  islahatlara  başlandı.  İlk 
vaxtlar  aqrar  islahatların  həyata  keçirilməsi  üçün  kifayət  qədər  hüquqi  baza 
olmadığına görə aparılan tədbirlər eksperiment xarakteri daşıyırdı».  
İqtisadçı  S.Ə.Şirəlizadə  isə  məhz  özəlləşdirməni  Azərbaycanda  aparılan 
iqtisadi islahatların  özəyi  hesab edir.  Qeyd  edə  bilərik  ki,  məhz  özəlləşdirmə 
prosesi 1992-ci ilə qədər hüquqi əsaslara malik olan sovet iqtisadi sisteminin 
tam  inkar  edilməsi  demək  idi.  Azərbaycanda  1992-ci  ildən  hüquqi  təminat 
alan  özəlləşdirmə  prosesi  bazar  iqtisadiyyatına  keçid  istiqamətində  ilk  cəhd 
idi.  Azərbaycan  Respublikasında  özəlləşdirmə  prosesi  torpaq  islahatları  ilə 
başlanmışdır.  Təxminən  15  il  keçdikdən  sonra  bu  islahatların  gedişinin 
mütəxəssislər tərəfindən necə qiymətləndirildiyinə nəzər salaq.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə