SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə55/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   116

 
 
129 
Bəşəri  miqyas  alan  belə  bir  tarixi  şərait  qlobal  demokratiyaya  keçid 
adlandırılıb. Bu dövrdə müşahidə etdiyimiz yeniliklər bəşəriyyəti mədəni şoka 
məruz   qoyub. Mədəni şok isə yad və ya əcnəbi mədəniyyətlə qarşılaşmada 
normal və ya mövcud sosial tərəqqinin dağılması nəticəsində yaranır. Mədəni 
şok  prosesi üç mərhələdə davam edir: 
1.İnkulturasiya  (doğma  mədəniyyətin  ənənə,  adət,  dəyər  və  normalarının 
qəbul edilməsi və qorunub saxlanması); 
2.Akkulturasiya (yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəli 
qəbulu); 
3.Assimilyasiya  (yad  mədəniyyətin  tam  qəbul  edilməsi  və  doğma 
mədəniyyətin yad mədəniyyət tərəfindən udulması). 
Əslində  bu  proses  həm  şəxsiyyət  səviyyəsində,  həm  də  cəmiyyət 
səviyyəsində  baş  verir.    Bununla  yanaşı  qeyd  edə  bilərik  ki,  Azərbaycan 
cəmiyyətində  mədəni  şok  prosesinin  müxtəlif  mərhələlərini  yaşayan  insanlar 
mövcuddur.  Yəni  hazırda  həm  doğma  mədəniyyətin  ənənə,  adət,  dəyər  və 
normalarını  qəbul  edən  və  bu  dəyərlərin  qorunub  saxlanmasına  çalışanlar; 
həm yad mədəniyyətin ənənə və dəyərlərini bir hissəli qəbul edənlər; həm də 
yad  mədəniyyəti  tam  qəbul  edərək  «qərbləşən»  şəxsiyyətlər  mövcuddur. 
Bildiyimiz  kimi,  mədəni  şokun  əmələ  gəlməsi  tam  əks  ideologiyalar  və 
dünyagörüşlərinin  toqquşması  prosesidir.  Bu  prosesin  mənfi  tərəfləri  daha 
çoxdur.    Müşahidə  etdiyimiz  kimi  açıq  cəmiyyətə  keçid  yeni  münasibətlərə 
yol  açan  qapalı  cəmiyyətdə  ağılasığmaz  çaşqınlıq  yaradır.  Mədəni  şok 
psixoloji gərginliyə səbəb olur. Bir qədər geniş  miqyasda müşahidə edə bilsək 
görərik  ki,  doğrudan  da  bəşəriyyət  psixoloji  gərginlik  halındadır.  Bunu  biz 
Azərbaycanın nümunəsində də görə bilərik. Postsovet məkanı ölkələri üçün bu 
proses  ona  görə  daha  ağrılıdır  ki,  bu  ölkələrin  sakinləri  ikili  keçid  dövrünü 
yaşayırlar.  Bu,  lokal  və  qlobal    demokratiyaya  keçiddir.  Lokal  keçid  – 
imperiya  ağalığından  xilas  olmuş  postsovet  məkanı  ölkələrində  yerli  hüquqi 
dövlət  quruculuğuna,  mərkəzləşmiş  təsərrüfatdan  özəl  təsərrüfat    formasına 
keçid  kimi  xarakterizə  edilə  bilər.  Qlobal  keçid  isə  dünya  mədəniyyətinə 
inteqrasiya  olunma  deməkdir.  Postsovet  məkanı  ərazisində  yaşayan  insanları 
«Homo  Soveticus»  adlandıran  P.Ştompkanın  apardığı  tədqiqatlara  əsasən 
demək  olar  ki,  bu  ölkələrdə  baş  verən  dəyişikliklərə  münasibət  və 
dəyişikliklərin  yaşanması  səviyyəsi  müxtəlifdir.  Müəllif  Lodzi  A.Mizalkanın 
tədqiqatlarına  əsaslanaraq  qeyd  edir  ki,  «yalnız  7,9%  əhali  dəyişikliklərdən 
razıdır  və  bu  kursun  davamını  gözləyir.  Mədəni  tərpəniş  fonunda  və  irsi 
referent  çərçivələrin  köməyilə  izah  və  müəyyən  edilən    ekzistensional 
inamsızlığın  müxtəlif  amilləri    mədəni  zədənin  təzahüründə  müxtəliflik 


 
 
130 
yaradır. 1989-cu ildən sonra Polşa cəmiyyətində bu zədənin 5 simptomu aşkar 
edilmişdi:  
1) İnamsızlıq sindromu – heyranlıq və entuziazmdan sonra «növbəti şəhər 
sindromu» təzahür edir. İnam azalır.  
2)Gələcəyə pessimist baxış – mədəni zədə simptomu.    
3) Keçmiş zamanların həsrəti (nostalgiya). 
4)Siyasi apatiya – yüksək elektoral absentizm.  
5)Kollektiv yaddaşın postkommunist zədələri – kommunist keçmişin və o 
zamankı rejimi müxtəlif dərəcələrdə müdafiə edən adamların rolunun yüksək 
qiymətləndirilməsi». Ştompka bu münasibətlər çərçivəsində R.Mertonun irəli 
sürdüyü  şəxsiyyət  tiplərinin  yarandığını  qəbul  edir.    O,  insanların  yuxarıda 
təsvir edilən belə vəziyyətini sosial dəyişikliklər nəticəsində yaranan mədəni 
zədə  adlandırır.  Postsovet  məkanı  ölkələrindəki  zədələnməni    yerli 
mədəniyyətlə  əcnəbi  mədəniyyətin  toqquşması  və  qeyri-normal  olan  kimi 
xarakterizə edir. Nəzərə almaq lazımdır ki, «bu zədənin» və ya mədəni şokun 
nəticəsi  olan  depressiyadan  çıxış  bütöv  cəmiyyət  səviyyəsində  iki  cür  ola 
bilər:  ya  milli  dövlətçiliyimizi  tamam  itirə  bilərik,  ya  da  yeni  intibaha,  
dirçəlişə qədəm qoya bilərik. Cəmiyyətin bir hissəsi olan şəxsiyyət isə mədəni 
şokdan aldığı zədədən özünü itirərək ya cəmiyyət üçün özgələşə bilər, ya da 
özünü təsdiqləmək üçün aqressiv mövqe tuta bilər. Mədəni şokun nəticəsi olan 
qeyri-normallıq 
vəziyyəti 
cəmiyyətimizdə 
mənfi 
sosial 
meyllərə 
(cinayətkarlıq, insan alveri, küçə həyatı və s.) axınla müşahidə olunur. Bu gün 
cəmiyyətlə  şəxsiyyətin  qarşılıqlı  münasibətlərində  yaranan  ziddiyyətlər 
özgələşmə,  təcrid  olunma  kimi  psixoloji  vəziyyətin  yaranmasına  səbəb 
olmuşdur. Əgər şəxsiyyət özünün dəyərləndirildiyini hiss edirsə, o, cəmiyyətə 
uyğunlaşmağa cəhd edir və bəzən özünün dünyagörüşünə, həyat prinsiplərinə 
zidd hərəkət etməli olur. Lakin cəmiyyətdə baş verən dəyişikliklərə uyğunlaşa 
bilməyənlər özlərini itirmiş kimi faniliyə qapılırlar. Belə hisslərin güclənməsi 
isə  narkomaniya,  alkoqolizm  kimi  bəlalarla  yanaşı  özünəqəsd  hallarının 
çoxalması  ilə  də  müşahidə  olunur.    Bu,  həm  şəxsiyyətin,  həm  də  onun 
yaşadığı  cəmiyyətin  böhranı  deməkdir.  Müasir  dövrümüzdə  yuxarıda  qeyd 
edilənlər  ümumbəşəri  bəla  kimi  təzahür  edir.  Bu  gün  Azərbaycan  dünya 
mədəniyyətinə  inteqrasiya  mərhələsini  yaşayır.  Bu  prosesdə  biz  Avropanın 
həm müsbət, həm də daha çox mənfi dəyərlərini mənimsəyirik. Azərbaycanda 
bu inteqrasiya prosesi müharibə şəraitində davam edir və mövcud vəziyyəti bir 
qədər  də  çətinləşdirir.  Məcburi  cəlb  edildiyimiz  müharibə  həm  bütöv 
azərbaycanlı  cəmiyyətinin,  həm  də    hər  bir  azərbaycanlının,  xüsusilə  də 
müharibədə iştirak etmiş adamlar və onların ailələrinin psixoloji sarsıntıları və 
cəmiyyətin mənəvi aşınmasını qabardan hadisələrlə müşayiət edilir. «İnsanın 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə