SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə51/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   116

 
 
120 
orta səviyyəli mütəxəssislər 
3. 
Dəftəfrxana  işçiləri,  satıcılar,  xidmət  sahəsinin 
ixtisaslaşmış personalı 
16,7 
4. 
Muzdlu işçiləri olan azad sahibkarlar 
0,6 
5. 
Muzdlu işçiləri olmayan azad sahibkarlar 
2,7 
6. 
Fiziki  işçilərə  rəhbərlik  edən  briqadirlər  və  texniki-
nəzarətçilər 
1,7 
7. 
İxtisaslaşmış fəhlələr 
15,7 
8. 
Sadə əmək  adamları 
25,2 
9. 
Kəndlilər 
11,2 
10. 
Cəmi 
100,0 
 
«Bu  cədvəldə  təbəqələşmə  həm  sinfi,  həm  də  peşələr  arasında  aparılır. 
Bunun  əsas  səbəbi  isə  dünya  iqtisadi  bazarının  mövcud  olmasıdır.  Bazar 
münasibətləri  mövqeyi  –  bir  tərəfdən  ehtiyatlar,  digər  tərəfdən  isə  həmin 
ehtiyatlar əvəzində alınan gəlirlər mənasını verir. Bu gəlirlər – xüsusi peşəkar 
ixtisaslaşma, təhsil səviyyəsi, iqtisadi və mədəni kapital deməkdir və fərd bu 
qeyd olunanlarla bazar münasibətlərinə daxil olur. Bu ehtiyatlar az və ya çox 
dərəcədə  yaxşı  vəzifənin  elementləri  hesab  edilir,  bundan  başqa  əmək 
haqqının miqdarını təyin edir, məşğulluğa təminat verir və ya işin itirilməsinə 
səbəb  olur,  karyera  etmək  imkanı  verir  və  sosial-iqtisadi  aspektin  digər 
vəziyyətlərilə müşayiət olunur». 
Sovet sosializminin dağılmasından sonra yeni sinifləşmə prosesi obyektiv 
bir  prosesə  çevrilərək  sinifdaxili  və  siniflərarası  yeniləşməyə  doğru  gedir. 
Bildiyimiz  kimi,  sovet  sosializmi  quruluşu  siyasi  elita,  ziyalılar,  fəhlə  və 
kəndlilər  siniflərindən  təşkil  olunmuşdu.  Lakin  siniflər  arasındakı  hüquqi 
fərqlər  nəzərə çarpmırdı. Tarixə  nəzər  saldıqda  görürük  ki,  ümumiyyətlə hər 
bir  cəmiyyətin  keçid  mərhələsində  təbəqələşmə  prosesi  aparıcı  rol  oynayıb. 
Çünki cəmiyyətin yeni iqtisadi münasibətlərə keçidi dövründə onun strukturu 
dəyişərək  təbəqələşmə  prosesini  sürətləndirir.  Bu  gün  siniflərarası 
münasibətlərin bir proses kimi araşdırılması bizim üçün olduqca vacibdir. Bu 
məqsədlə  İ.D.İvanov,  O.D.Uilrix  və  V.L.Şeyniye  kimi  mütəxəssislərin  bu 
istiqamətdə apardıqları tədqiqatlar bizim üçün nəzəri mənbə ola bilər. Həmin 
müəlliflər sinifləşmə prosesində xüsusi yer tutan bir neçə amilə daha çox fikir 
verirlər. Onlar qeyd edirlər ki, «inkişaf etməkdə olan ölkələrdə adətən müasir 
standart və texnologiyalara cavab verməyən quruluşlar həm daxildən, həm də 
xaricdən müasir sahibkarlıq sektorları və dünya bazarının təsirinə məruz qalır 
və  burada  əmək  bölgüsü  yaranır.  Uzunmüddətli  tarixi  inkişaf  nəticəsində 
müasir təbəqələşməyə malik olan ölkələrdə bu proses həm çox  sürətlə gedir, 


 
 
121 
həm də böyük daxili müqavimətlərə məruz qalır. Bu da həmin ölkələrdə daxili 
bazarın  zəifləməsinə  səbəb  olur.  Müəlliflər  yuxarıdakı  fikirlərinin  davamı 
olaraq  qeyd  edirlər  ki,  «keçid  dövründə  yerli  əkinçilik  əvvəlcə  istehsalatla, 
sonra  isə  xırda  məhsul  istehsalçıları  ilə  birləşir.  Bazar  münasibətləri  təsirinə 
düşən bu keçici əkinçilik əvvəllər ağıla gəlməyən rəqabətlə qarşılaşır. Kənddə 
müasir  icarədarlar  formasında  alıcılar  meydana  gəlir.  Yerli  kəndli  artıq 
torpağa  «sənaye»  kimi  baxan  fermerə  çevrilir.  Bu  isə  öz  növbəsində 
əkinçiliyin ixtisaslaşmasına və kəndlilərin təbəqələşməsinə səbəb olur. Torpaq 
özü alqı-satqı obyektinə çevrilir. Bu prosesdə ictimai əmək bölgüsü və onun 
iqtisadiyyatın  bütün  sahələrində  ixtisaslaşması  aparıcı  faktora  çevrilərək 
əkinçi  olmayan  əhalinin  çoxalmasına  və  urbanizasiya  prosesinin 
sürətlənməsinə, daxili qruplaşmaya, məlumat vasitələrinin inkişafına, dövlətin 
fəaliyyətinə və xarici bazara təsir etməsinə səbəb olur. Bu isə öz növbəsində 
bazara eninə və dərininə inkişaf etməyə şərait yaradır».  
Beləliklə,  gördüyümüz  kimi,  əsasən  keçid  dövrünün  erkən  fazalarında 
daha  qabarıq  nəzərə  çarpan  daxili  bazarın  formalaşması  prosesi  tədricən 
torpaqdan,  yəni  kənd  təsərrüfatının  inkişafından  asılı  vəziyyətə  düşür.  Yəni 
daxili  bazarın  genişlənməsində  yerli  kənd  təsərrüfatının  rolu  ilkin  nəzərə 
çarpır.  Bu  prosesi  biz  bu  gün  Azərbaycanda  da  bütün  tərəflərilə  müşahidə 
edirik.  Beləliklə,  keçid  dövrünün  ilk  mərhələsində  əmək  bölgüsü  və  ya 
sinifləşmə haqqında danışarkən biz əsasən kənd təsərrüfatının yeni quruluşda 
formalaşmasından  asılı  olaraq  yaranan  daxili  bazar  münasibətləri  və 
vasitələrini müşahidə edirik və onun nəticələri göz önündədir.  
Deyilənləri nəzərə alaraq bu gün Azərbaycan kəndində əhalinin –  
1) fermerlər və ya orta sahibkarlar;  2) kəndlilər və ya kiçik təsərrüfatçılar; 3) 
kasıb kəndlilər və ya  mövsümi  muzdlu işçilər  kimi  təbəqələrə bölündüyünü 
müşahidə etmək olar. Bizə elə gəlir ki, kənd təsərrüfatında inkişaf nəticəsində 
bu təbəqələrin bəziləri həyatın tələbatına cavab vermədiyinə görə sıradan çıxa 
bilər və ya yenisi ilə əvəz oluna bilər.   
Yuxarıda  qeyd  etdiyimiz  müəlliflər  burada  yaranan  ziddiyyətli  vəziyyəti 
belə  izah  edirlər:  «inkişaf  etməkdə  olan  iqtisadiyyatın  ən  nəzərə  çarpan 
cəhətlərindən  biri  odur  ki,  burada  sabitləşmiş    siniflər  yoxdur  və  istehsal 
prosesində ən müxtəlif təbəqələr qarışır. Bunun da əsas səbəbi eyni bir fərdin 
bir  neçə  sənətə  yiyələnməsi  və  müxtəlif  sahələrdə  iqtisadi  münasibətlərə 
qoşulmasıdır.  Məsələn,  torpaq  sahibkarı  –  torpaq  sahəsini  icarəyə  verən, 
mülkədar,  iri  tacir,  aksioner  və  s.  –  dövlət  işçisi  ola  bilər;    xırda  torpaq 
sahibkarı  –  öz  torpağını  icarəyə  verən,  şəxsi  və  ya  dövlət  müəssisəsində 
muzdlu  işçi  ola  bilər  və  s.».  Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  bir  ictimai 
quruluşdan  digərinə  keçid  dövrünü  yaşayan  şəxsiyyət  əvvəlki  quruluşda  aid 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə