SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə59/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   116

 
 
137 
Dünya miqyasında siyasi və iqtisadi hegemonluq iddiaları qloballaşma və 
ya  inteqrasiya  prosesində  ideologiyanın  formalaşmasına  təsir  edən  əsas 
amillərdir. Bu idealogiyanın əsas mahiyyəti öz kultunun və dövlət quruculuğu 
proqramlarının iqtisadi və siyasi təzyiqlərlə diqtə edilməsidir. Qloballaşmanın 
ən  təsirli  və  tez  yayılan  yolu  isə  mədəniyyətlərin    inteqrasiyası  prosesidir.  
Anti-qlobalizm  hərəkatı  və  «milli  dirçəliş»  ideyası  –  milli  mədəniyyətləri  
xilasetmə və  qoruma məqsədi daşıyır. Bunu bəşəriyyətin «özünüxilas» və ya 
«özünüqoruma»  instinkti  adlandırmaq  olar.  Bu  proses  eyni  zamanda 
özgələşmə  və  ya  marginallıq  tendensiyasının  inkişafına  gətirir.  Hegemon 
dövlətlər  müasir  sivilizasiyaya  münasibətdə  marginal  mövqe  tutan  və  öz 
mənəvi – mədəni dəyərlərini qorumağa çalışan xırda dövlətləri təcrid etməyə, 
iqtisadi, mədəni, siyasi «blokadaya» salmağa başlayırlar. Qloballaşma prosesi 
son  nəticədə  məhz  milli  mədəniyyətləri  elit  mədəniyyətlər  səviyyəsinə 
qaldıracaq. Milli mədəniyyətlərin ən vacib qoruyucu amilləri aşağıdakılardır: 
Dil;  Milli  mərasimlərin  qeyd  edilməsi.  Milli  mədəniyyətlərin  əsas  dağıdıcı 
amili  isə  informasiya  texnologiyasının  genişlənməsidir.  Bu  baxımdan 
qloballaşma  prosesini  həm  də  informasiya  inqilabı  dövrü  kimi  xarakterizə 
etmək olar. 
III.  Siyasi,  mədəni,  iqtisadi  amillər    bütövlükdə    sivilizasiyaların  mədəni 
dəyərlər  sistemini  təşkil  edir.  Müasir  sivilizasiyada  bu  dəyərlər  yeni  məna 
kəsb edib.  Bu yenilik isə,  şəxsiyyəti mədəni şoka məruz qoyub. Mədəni şok 
yad  və  ya  əcnəbi  mədəniyyətlə  qarşılaşmada  normal  və  ya  mövcud  sosial 
tərəqqinin  dağılması  nəticəsində  yaranır.  Mədəni  şok  psixoloji  gərginliyə 
səbəb olur. Bu proses üç səviyyədə baş verir:  
1)İnkulturasiya; 2) Akkulturasiya; 3) Assimilyasiya.  
IV. İmperiya ağalığından xilas olmuş postsovet məkanı ölkələrində qlobal 
demokratiyaya  keçid  yerli  hüquqi  dövlət  quruculuğuna,  mərkəzləşmiş 
təsərrüfatdan  özəl  təsərrüfat    formasına  keçidlə  qarışır.  Bu  keçid  şəraitində 
həm  də  dünya  mədəniyyətinə  inteqrasiya  olunma  postsovet  məkanı 
ölkələrində  dərk  edilməmiş  çaşqınlıq  halı  yaradıb.  Bunu  biz  Azərbaycanın 
nümunəsində  də  müşahidə  edə  bilərik.  Keçid  dövründə  cəmiyyətin  mənəvi-
mədəni  həyatına  təsir  edə  biləcək  əsas  amillərə  –  ideologiya,  təhsil,  tərbiyə, 
din,  ailə  –  münasibət  dəyişib  və  bir  qədər  qərbləşməyə  məruz  qalıb.  İnsanın 
fəaliyyət  və  təfəkkür  azadlığı  keçid  dövrü  şəxsiyyəti  tərəfəindən  müxtəlif 
mənalarda  qəbul  edilir  (istədiyim  kimi  yaşamaq  imkanı,  seçimdə  tam 
sərbəstlik, cəmiyyətin tələblərinə hörmət edərək qanun çərçivəsində yaşamaq, 
qanunlarala  hesablaşmadan  şəxsi  maraqlarımı  təmin  edərək  yaşamaq,  ailəm 
qarşısında məsuliyyət). Bu isə cəmiyyətimizdə bir sıra mənfi sosial meyllərin 
(cinayətkarlıq,  küçə  həyatı,  insan  alveri  və  s.)  genişlənməsi  ilə  müşayət 


 
 
138 
olunur.  Müharibə  şəraiti  yaşayan  bir  respublikada  bunu  təbii  proses  kimi  də 
qəbul etmək olar.   
 
V.Azərbaycanda  kütləvi  və  elit  mədəniyyət  seçilir.  Bu  mədəniyyət 
nümayəndələri  həm  maddi,  həm  də  mənəvi-intellektual  səviyyələrinə  görə 
fərqlənirlər.  
Keçid mərhələsində iqtisadi, siyasi və mənəvi-mədəni sahələrdə  yaranan 
gərginliyi  aradan  qaldırmaq  yolunda  milli  dəyərlərə  ziyan  vermədən,  yeni 
dövrün  tələblərinə  uyğun  struktur  dəyişiklikləri  aparılmalıdır.  Cəmiyyətin 
özəyini təşkil edən və şəxsiyyətin sosiallaşmasının mənbəyi olan azərbaycanlı 
ailəsinin  milli  xüsusiyyətlərini  qorumaq  yolunda  dövlət  səviyyəsində  geniş 
təbliğat proqramı hazırlanmalıdır. Milli dəyərlərin deqradasiyasına səbəb olan 
informasiyanın  qarşısını  almaq  üçün  KİV-ə  senzura  tətbiq  edilməlidir.  Milli 
adət-ənənələrin təbliği üçün məqsədyönlü dövlət proqramı hazırlanmalıdır.  
YOXLAMA SUALLAR 
1.Mənəvi-mədəni proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir? 
2.Mənəvi-mədəni proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır? 
3.Azərbaycanda  müasir  mənəvi-mədəni  proseslərin  proqnozlaşdırılması  xüsusiyyətlərini  izah 
edin. 
REFERAT MÖVZULARI 
1.Sosial mədəni proseslərin proqnozlaşdırılması xüsusiyyətləri 
2. Müasir dövrdə Azərbaycanda baş verən sosial mədəni proseslər 
3.Qloballaşma prosesində Azərbaycanda sosial mədəni institutların dəyişilməsi xüsusiyyətləri 
 ƏDƏBİYYAT: 
1.Артоновский  С.Н.  Историческое  единство  человека  и  взаимное  влияние  культур,  Л., 
Просвещение, 1967. 
2.Бабосов Е.М. Прикладная социология, М., Тетра-Системс, 2000. 
3.Богомолов  О.Т.  Экономические  проблемы  на  рубеже  веков.  Реформы  в  зеркале 
международных сравнений, М., Экономика, 1998. 
4.Вишняцкий  Л.Б.  «О  движующих  силах  развития  культуры  в  преистории»,  журн. 
Восток\ Ориентс, №2 2000. 
5.Магомед-Эминов  М.Ш.  «Личность  и  экстремальная  жизненная  ситуация»,  Серия  14,  
Психология, Изд. Московского Университета, 1996, №4. 
6.Маркович Д.Ж. «Общая социология», М., Изд.Владос,1998. 
7. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005. 
 
 
 
 
 
 
 
 
 


 
 
139 
 9.4 MÜASİR SOSİAL PROQNOZLAŞDIRMA 
 
Dünyanın  aparıcı  futuroloqları  yeni  proqnozlar  hazırlayırlar.  Bu 
proqnozlar  haqqında  nə  beynəlxalq  təşkilatlar,  nə  hökumətlər,  nə  siyasi  və 
iqtisadi  xadimlər,  hətta  elm  xadimləri  də  məlumatlı  deyillər.  Cəmiyyəti 
qəflətən bu proqnozlarla tanış etmək futurofobiya (gələcək qarşısında qorxu) 
yarada  bilər.  Son  illərin  vacib  sosial  proqnozları  sırasında  dördünü 
fərqləndirmək olar: 
-  Bəşəriyyətin  fiziki  degenerasiyası  (cırlaşması)  ilə  bağlı  yaranan  problem 
vəziyyətdən çıxmaq üçün tətbiq edilən texnoloji proqnoz;  
-  Cəmiyyətin  «narkoman  kollektivə»  çevrilməsilə  bağlı  yaranan  problemli 
vəziyyətin aradan qaldırılması üçün texnoloji proqnozlaşdırılması; 
-  Yetişmiş  dördüncü  dünya  müharibəsinin  qarşısının  alınması  məqsədilə 
texnoloji  proqnoz  (1946-1989-cu  illəri  əhatə  edən  «soyuq  müharibə»  III 
Dünya müharibəsi hesab olunarsa);  
- İnsanın kibernetik orqanizmə çevrilməsi prosesinin səmərələşdirilməsi üçün 
texnoloji proqnoz (şəxsiyyətin kibtəşkilatlanması). 
Bəşəriyyətin fiziki deqenerasiyası və bunun qarşısının alınması yolları  
Son  illərə  qədər  heç  kəs  güman  edə  bilməzdi  ki,  ənənəvi  kənd  həyat 
tərzindən  müasir  şəhər  həyat  tərzinə  keçid  (bu  proses  XXI  əsrin  birinci 
yarısında  qlobal  miqyasda  sona  çatır)  əsl  fəlakətli  nəticələrə  gətirə  bilər: 
şəhərdə  insan  ailəyə,  uşaqlara  olan  tələbatı  itirir,  «sosial  səmərəsiz»  olana, 
normal nəsilvermə qabilliyyətinə malik olmayan canlıya çevrilir. Kənddə uşaq 
kiçik  yaşlarından  təsərrüfatda  köməkçi,  valideynlərinin  müttəfiqi,  qocalıq 
üçün  onların  «canlı  təqaüdüdür».  Kənddə  uşaq  ölümünün  yüksək  səviyyəsi 
qadınların  10  –  20  dəfə  uşaq  həyata  gətirməsinə  səbəb  olur.  Son  40  min  il 
müddətində homo sapiensin sağ qalma şərtləri bununla bağlı idi. Şəhərdə isə 
uşaq  anasının  karyerasının  qarşısını  alan,  atasının  həyatını  ağırlaşdıran  yükə 
çevrilir.  Şəhərdə  şəxsi  həyatı  olan  yeniyetmələr  valideynlərindən  ayrılaraq 
vəhşi  heyvan  sürülərinə  daxil  olurlar,  yadlaşırlar,  ata  və  analarına  düşmən 
olurlar.  Gənclər  öz  ailələrini  quraraq  valideynlərinə  tamamilə  yadlaşırlar  və 
nəsillər arasında əlaqə qırılır. Nəticədə insanlar uzun müddət ailə qurmurlar və 
boşanmaların sayı artır, iki valideyni biri əvəz edir. Bu, hər cür populyasiyanın 
məhv olması deməkdir. Son dövrlərə qədər belə güman edirdilər ki, bu proses 
bir neçə yüz ili əhatə edəcək. Mövcud meyllərin tədqiqi göstəridi ki, bu proses 
XXI əsrin növbəti bir neçə on ili ərzində davam edərsə, bu prosesin qarşısını 
almaq mümkün olmayacaq. Bəşəriyyətin fiziki degenerasiyası ölüm hallarının 
yüksəlməsi,  depopulyasiyası  ailələrin  dağılması,  bir  uşaqlı  ailərəin  üstünlük 
təşkil  etməsi  ilə  müşayiət  olunur.  Tək  uşaqlı  ailələrdə  heç  kəsin  qayğısına 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə