SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə60/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   116

 
 
140 
qalmaq  imkanı  olmayan  uşaqlar  infantil  olurlar  və  yaxşı  varis  hesab 
edilmirlər.  Eyni  zamanda  müasir  təhsil  prosesinin  düzgün  qurulmaması 
uşaqların əsəb sistemlərini zədələyir, immunitetini zəiflədir, onurğa sütununu 
əyir,  burun-boğaz-qulaq  sistemi  və  s.  xəstəliklərin  yaranmasına  gətirir.  Bu 
genetik pozuntular irsən keçir. Bu nöqteyi nəzərdən ailədə bir uşaq nəsillərin 
tədrici  fiziki  və  psixi  deqradasiyası  deməkdir.  KİV  mənfi  mənəvi  meyllərin 
yayılmasında əsaslı rol oynayır, yeniyetmə və gənclərin mənəvi aşınması üçün 
süni şərait yaradılır. Qeyd edilənləri aşağıdakı kimi ümumiləşdirmək olar: 
-  Nəsil  artımının  zəifləməsi  qlobal  meyl  olub,  urbanizasiya  prosesilə  birbaşa 
bağlıdır. XXI  əsrdə  dünya  əhalisinin  sayı  8,  9,  10  milyarda çatsa  da,  hər  20 
ildən  bir  gənclərin,  daha  sonra  isə  əmək  qabiliyyətli  əhalinin  sayının  yarıya 
qədər  azalması,  yaşlı  təqaüdçülərin  isə  sayının  artması  müşahidə  edilir. 
Nəsillər arasındakı əlaqə qırılır. 
-  Nəsil  artımının  zəifləməsi  müxtəlif  ölkələrdə  müxtəlif  sürət  və  miqyasa 
malikdir. Ölkələrin həyat səviyyəsi və keyfiyyəti arasındakı fərqin yüksəlməsi 
dördüncü dünya müharibəsinin yetişməsinin əsas səbəblərindəndir. 
-  XXI  əsrdə  ETT-nin  nəticələri  əhalinin  cins  göstəricilərinin  dəyişməsinə, 
patriarxal  ölkələrdə  kişilərin  sayının  artması  sosial  sistem  daxilində  fiziki 
tarazlığın  pozulması  və  bir  çox  mənfi  halların  inkişafına  səbəb  ola  bilər. 
Klonlaşmanın  ikişafı  sayəsində  vəziyyət  daha  pis  istiqamətə  yönələ  və  yeni 
keyfiyyətli sosium yarana bilər.   
Nəzəri cəhətdən problemli vəziyyətin həlli imkanları mümkündür. Sağlam 
nəsil  artımına  nail  olma,  çox  uşaqlı  ailələrin  inkişafı  bu  prosesin  əsas  həlli 
yoludur.   
Cəmiyyətin «narkoman kollektivə» çevrilməyə başlaması və problemli 
vəziyyətin aradan qaldırılması yolları  
İnsan  işlədikcə  təcrübə  qazanır,  lakin  hər  bir  işdə  müəyyən  fasilə  tələb 
olunur.  Hələ  qədim  zamanlardan  insan  öz  fasiləli  fəaliyyətində  katarsisi 
(«ruhun  yüksəlməsi»ni)  antikatarsis  («ruhun  çirklənməsi»)  ilə  əvəz  etmişdir. 
Bu  vəziyyəti  «narkotik  təsir»,  yəni  cismən  özünü  başqa  bir  dünyada  hiss 
etmək adlandırmaq olar. XX əsrin II yarısınadək papiros çəkənlər, alkoqollar 
və  narkomanlar  əhalinin çox  az  hissəsini təşkil  edirdilər. Kütləvi  şəhərləşmə 
onların  sayının  artmasına,  yeniyetmələrin  və  gənclərin  valideynlərinin 
nümunəsi ilə hərəkət etməsi, insanların kütləvi mənəvi aşınmasına səbəb oldu. 
Hər  bir  dəstədə  nüfuzlu  başçı  və  məzlumlar  olur.  Məhz  bu  əsasda  dəstə 
mövcud ola bilər. Əgər başçı siqaret çəkirsə, alkoqol və narkomandırsa – digər 
üzvlər  alçaldılmaqdan  qorxaraq  eyni  hərəkəti  təkrar  edirlər.  Şəhər  gəncləri 
arasında belə vəziyyətlərin sayca artması müşahidə edilir. Burada başçı özünü 
dəbə  uyğun  olaraq  aparmağa  çalışır.  Bu  dəbin  formalaşmasında  «dəb 


 
 
141 
sənayesinin»  reklam  fəaliyyəti,  təbliğat  rolu  böyükdür.  Məlumdur  ki,  tütün 
inhisarı,  şərab  sindikatları  (inhisarı),  narkobiznes  mövcuddur  və  onların  hər 
biri  öz  vasitələri  ilə  bazara  sahib  olurlar,  xalqları  məhz  bu  vasitələrlə  məhv 
edirlər. Şəhər həyat tərzinə keçmiş cəmiyyət tədricən «kollektiv narkomana» 
çevrilir. Statistika sübut edir ki
-  16  –  18  yaşından  gündə  bir  paçka  siqaret  çəkməyə  başlayan  gənclərin  100 
nəfərindən 85 nəfəri 60 yaşına çatmamış ölür. Belə gənclərin gələcək övladları 
mütləq müəyyən fiziki çatışmazlığa malik olur.  
-  16  –  18  yaşından  gündə  bir  stəkan  araq  içən  gənclərin  100  nəfərindən  85 
nəfəri 50 yaşına çatmamış ölür. Belə gənclərin övladları eybəcər və kəmağıl 
olurlar. 
-  16 – 18 yaşından narkotik qəbul edən gənclərin 100 nəfərindən 85 nəfəri 30 
yaşına  çatmamış  ölür.  Belə  gənclərin  övladları  olmur,  yaxud  psixi  xəstə 
olurlar.  
Əgər bu rəqəmlər inkişaf etməkdə olan yeniyetmələrin və gənclərin 10%-
nə aid edilərsə, çox böyük bir rəqəm alınar. Bu əsasda XXI əsrdə cəmiyyətin 
inkişaf  səviyyəsi  şübhə  doğurur.  Cəmiyyətin  bu  özünü  məhv  prosesinin 
qarşısını almaq üçün aşağıdakı mexanizmlər tətbiq edilməlidir:  
1.Ümumdünyəvi sosial riyakarlıqdan imtina edərək, etiraf etmək lazımdır 
ki,  nikotin  və  alkoqol  qanuniləşdirilmiş  olsa  da,  elə  narkotiklər  kimi  güclü 
təsiredici vasitələrdir. 
2.Hər  cür  narkotikin  birbaşa  və  dolayı  reklamına  (ədəbi,  ssenari,  ekran, 
təsviri  incəsənət)  qadağa  qoyulmalı  və  ən  ağır  cinayət  işi  kimi 
cəzalandırılmalıdır. 
3. Narkomaniyanın nəticələri haqqında maarifpərvərlik işi aparılmalıdır və 
bütün reklam sənayesi bu işə yönəldilməlidir.   
4.Nikotin  və  alkoqol  qəbul  edənlər  ciddi  şəkildə  diskriminasiya 
edilməlidirlər.  Belə  «pis  vərdişli  insanlar»  «aşağı  irqli»  insanlar  kimi  qəbul 
edilməlidirlər. 
5.Hər cür narkotikdən imtina etmək dəbi yaratmaq vacibdir.   
IV Dünya müharibəsinin yetişməsi və qabağının alınması yolları  
XX əsrin bütün müharibələri dünya ağalığı uğrunda müharibə idi. Hər üç 
müharibədə ABŞ addım-addım dünya ağalığına yaxınlaşırdı və nəhayət buna 
nail  oldu.  Müharibələr  hamısı  biri-birindən  fərqlənirdi.  Bu  gün  «üç  böhranlı 
kütlə» formalaşır. Bu kütlələrin birinci amili – Afrika, Asiya, Latın Amerikası 
ölkələrində yüz minlərlə işsizlər ordusunun yaranması, ikinci amil – totalitar, 
mövhümatçı və mafioz strukturların mövcudluğu, üçüncü amil – kütləvi məhv 
etmə  silahıdır.  Qlobal  planda  bu  vəziyyətdən  çıxışın  yeganə  yolu  –  hər  cür 
təcavüzkarı  zərərsizləşdirə  biləcək  silahlı  qüvvələrə  malik  dünya 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə