SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə49/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   116

 
 
116 
obyektiv  zərurətə  çevrilir.  Bazar  münasibətləri  şəraitində  fəaliyyət  göstərən 
ölkələrin  təcrübəsi  göstərir  ki,  regional  inkişafın  tənzimlənməsi  dövlətin 
bütövlükdə iqtisadi inkişafa müdaxilə etdiyi səmərəli və vacib sahədir». 
İslahatlar prosesinin ən adi gözlə görünən tərəflərindən biri köhnə iqtisadi 
strukturun tədricən bazar iqtisadiyyatına uyğun yenidən qurulması prosesidir. 
Bu  yenidənqurma  və  ya  struktur  dəyişikliyi  prosesində  ən  qabarıq  nəzərə 
çarpan ilk dövrlərdə hətta kütləvi xarakter alan işsizlik problemidir.   
SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikalar arasındakı mövcud 
iqtisadi  əlaqələrin  qırılması,  istehsal  müəssisələrinin  böyük  bir  hissəsinin  öz 
fəaliyyətini dayandırması həmin sahədə çalışanların öz iş yerlərini itirməsinə 
səbəb  oldu.  Yeni  iqtisadi  münasibətlərə  keçidlə  əlaqədar  olaraq,  istehsalın 
strukturunda,  istehsal  texnologiyasında  mühüm  dəyişikliklər  baş  verdi.  Belə 
dəyişikliklər bəzi ixtisaslara olan tələbi azaltdı və nəticədə struktur işsizliyin 
səviyyəsi əhəmiyyətli dərəcədə artdı. Ölkəmizin üzləşdiyi müharibə, qaçqınlar 
ordusunun  yaranması  işsizlərin  sayının  ağılasığmaz  dərəcədə  artmasına, 
istehsalla məşğul olan əhalinin sayının kəskin şəkildə düşməsinə səbəb oldu. 
Bunlardan  başqa  dövlət  müəssisələrinin  özəlləşdirilməsi  nəticəsində  mövcud 
olan iş yerlərini itirənlərin sayı çoxaldı ki, bu da işsizliyin ümumi səviyyəsinin 
artmasına gətirib çıxartdı. Əhalinin böyük bir hissəsinin illər boyu yiyələndiyi 
əmək  vərdişlərini  itirməsi,  təklif  olunan  iş  yerlərinin  onların  ixtisaslarına 
uyğun olmaması və yaxud əmək haqqının səviyyəsinin aşağı olması son illər 
ərzində işsizlik probleminin qalmasına əsas verib.  
Dünya  standartlarına  uyğun  qəbul  edilmiş  əmək  münasibətlərinin 
pozulması, 
insanların 
əmək 
qüvvələrinin 
qorunmaması 
mövcud 
cəmiyyətimizin  K.Marksın  təsvir  etdiyi  erkən  və  ya  vəhşi  kapitalizm 
mərhələsini sürətli bir axınla keçdiyi təsəvvürünü yaradır. Kapitalizmin erkən 
mərhələsi  özünəməxsus  «yabanı»  münasibətlər    -  korrupsiya,  gizli  biznes 
kriminal  hadisələrin  «çiçəklənməsi»,  dövlət  hüquq  orqanlarının  nəzarətinin 
zəifləməsi,  cəmiyyətdə  mənəvi  düşkünlüyün  yaranması,  yüksək  dəyərlərin 
mənasızlaşması  və  s.  proseslərlə  müşayiət  olunur.  Lakin  keçid  dövrünü 
araşdıran tədqiqatçıların fikrincə, keçid dövründə qeyd olunan çatışmazlıqlıarı 
yaşayan  cəmiyyət  sonradan  məhz  az  bir  qism  insanların  qoruyub  saxlaya 
bildikləri ali əxlaqi dəyərlər əsasında yenidən dirçəlib inkişaf edə bilir.  
İngilis  iqtisadçısı  E.S.Savas  bununla  bağlı  qeyd  edir  ki,  «ictimaiyyətin 
aşağı  təbəqəsi  adlanan təbəqənin  problemi,  (nəsildən  nəslə sosial  təminatdan 
olan  asılılıq)  qismən  olsa  da  dövlət  tərəfindən  yaradılmışdır.  Qeyd  olunan 
problemlər – məktəbi tərk etmək, azyaşlılar arasında hamiləlik, kəbinsiz uşaq 
doğuşu,  alkoqolizm  və  narkomaniya  kimi  əsas  problemlər  ictimai  cəhətdən 
lazım olmayan insan nəsli törədir. Bu insanlar işləməyi bacarmırlar və dilənçi 


 
 
117 
halında  yaşamağa  məhkum  edilmişlər.  Onlar  qanuni  yolla  sosial  təminatdan 
alınan  köməkdən  və  ya  qanunsuz,  cinayət  yolu  ilə  əldə  edilən  gəlirdən 
asılıdırlar. 
İslahatçılar belə bir dəlil də gətirirlər ki, cəmiyyətin özəl institutları – ailə, 
insan  məskunlaşmış  məntəqə,  dini  müəssisələr,  cəmiyyət  –  bu  dağıdıcı 
davranış  nümunəsi  üzrə  ən  yaxşı  dəyişikliklər  edə  və  onun  inkişafının 
qabağını ala bilərlər.  
Dövlət  hakimiyyəti  məhduddur,  ancaq  qanun  çıxarda  bilir.  Buna  əks 
olaraq  «ruhani  nümayəndəsi  məsləhət  verə  bilər  ki,  kilsədən  yardım  alan 
əyyaş  öz  hərəkətlərinin  saflaşması  üçün  tövsiyə  alsın,  ola  bilsin  ki,  onun 
yardım etmək hüququ da var, lakin o, habelə vətəndaşın sosial mahiyyətini də 
öz üzərinə götürməlidir».  
Müəllif  bu  fikirlərini  Nyu-Yorkda  həm  kilsə,  həm  də  dövlət  idarələri 
tərəfindən təşkil olunmuş sosial təminat  fəaliyyətlərindən gətirilən misallar ilə 
sübut edir.  
Keçid  dövrü  şəraitində  mənəvi  durğunluq  keçirən  insanların  ruhani 
məsləhətlərinə  ehtiyacları  xüsusilə  böyükdür.  Lakin  əfsuslar  olsun  ki, 
respublikamızda  müsəlman  ruhaniləri  bu  sahədə  demək  olar  ki,  
fəaliyyətsizdirlər.  Halbuki  qeyd  edilən  həm  mənəvi,  həm  də  ruhani    köməyi 
islam dininin də nüfuzunun güclənməsinə kömək edə bilərdi.        
Görkəmli  Rusiya  sosioloqu  Y.Q.Volkov  isə  yaşadığımız  keçid  dövründə 
sosial-iqtisadi  münasibətlərin  tənzimlənməsi  üçün  «idarəçiliyin  bazar 
mədəniyyətini  formalaşdırmaq»  ideyası  ilə  çıxış  edir  və  «menecerləri  bu 
mədəniyyətin daşıyıcıları» kimi  səciyyələndirir.  
Rusiyada keçid dövrü cəmiyyətinin təsvirini verməyə çalışan Y.Q.Volkov 
onu  insana  bənzədir.  Bu  insanın  başı  (yəni  varlı  təbəqə)  çox  balaca,  bədəni 
(orta təbəqə) çox arıq, ayaqları (aşağı təbəqə) isə çox böyükdür. Belə «balaca 
baş» və «arıq bədən» özünün «nəhəng ayaqlarını» tərpədə bilmək iqtidarında 
deyil.  Əslində  keçid  dövrü  cəmiyyətinin  anormal  vəziyyətini  «görməyə» 
imkan  verən  bu  təsvir  bütün  postsovet  məkanı  ölkələrinə  aiddir  desək, 
yanılmarıq.    
 
Keçid mərhələsində təbəqələşmə prosesinə dair 
Sovet imperiyası dövründə mövcud cəmiyyət qapalı olduğundan onu təşkil 
edən  insanlar  və  ya  bu  quruluşda  mövcud  olmuş  siniflər  arasındakı 
münasibətlər  sabit  idi.  Qapalılıq  bu  cəmiyyətin  insanlarını  ümumdünyəvi 
sinifləşmə  prosesində  marginal  olmaqdan  qoruyurdu.  Vaxtı  ilə  adlandırıldığı 
kimi  «sovet  adamları»  mövcud  ictimai  münasibətlərdən  kənarda  (xarici 
dövlətlərdə) iqtisadi münasibətlərə can atmırdılar. Lakin imperiya dağıldıqdan 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə