SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə31/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

 
 
74 
inkişaf  və  mövcudluq  stimulunun  itirilməsi  və  faciəli  vəziyyətin  (tənəzzül, 
normal  mövcud  ola  bilməyən  şəxsiyyətin,  qrupun,  yaxud  cəmiyyətin 
deqradasiyası)  yaranmasına  gətirir.  Həqiqi  və  arzu  edilən  vəziyyət  arasında 
yaranan  parçalanma  hədsiz  olduqda  və  sosial  obyektin  normal 
funksiyalaşmasına  uyğun  olmadıqda  problem  vəziyyət  yaranır.  Normal 
vəziyyətdən  problemli  vəziyyətə  keçid  tədrici  olub,  problem  vəziyyətin 
yetişməsi  adlanır.  Vaxtında  problem  vəziyyətin  qarşısı  alına  bilər.  Əks 
təqdirdə  əvvəlcə  böhranlı vəziyyət  yaranır, inkişaf  dayanır  və  qəza  təhlükəsi 
meydana  çıxır.  Bu  vəziyyətdə  bir  qədər  çox  qüvvə  və  vasitələr  hesabına 
vəziyyəti  normal  halına  qaytarmaq  imkanı  mövcud  olur.  Əgər 
normallaşdırılma  aparılmazsa,  növbəti  və  sonuncu  mərhələ  olan  ən  ağır 
fəlakətli  vəziyyət  inkişaf  edir.  Fəlakətli  vəziyyət  məhv,  tənəzzül,  sosial 
obyektin  keyfiyyətcə  yeni  olana  çevrilməsilə  nəticələnir.  Fəlakətli  vəziyyətin 
alternativi  –  inqilabi  vəziyyətdir  və  cəmiyyətin  faciəli  vəziyyəti  dəyişdirmək 
məqsədilə  etdiyi  sosial  çevrilişdir.  Belə  vəziyyət  bütün  fəaliyyət  sahələrində 
meydana  gələ  bilər:  elm,  texnika,  demoqrafiya,  mədəniyyət,  ekologiya  və  s. 
Bu  proses  labüd,  əvvəlcədən  müəyyənləşmiş,  qaçılmaz  deyil.  Bu  məlumat 
gələcək  mənfi  halların  qarşısının  alınması  üçün  qərar  qəbul  edən  şəxslər 
tərəifindən  nəzərdə  saxlanmalıdır.  Problemin  həll  edilməsi  yeni,  bəzən  daha 
mürəkkəb  problemlər  səviyyəsinə  daxil  olmaq  deməkdir.  Bu,  bəşəriyyətin 
tərəqqisinin əsasını təşkil edir. 
Sosial problemlər və onların sistemləşdirilməsi  
Sosial problemlərin əsas xüsusiyyətləri:  
1) bir səviyyədə olan problemin həlli daha yüksək səviyyəli digər problemin 
meydana çıxmasına səbəb olur
2)  müəyyən  inkişaf  mərhələsində  olan  cəmiyyətin  mövcud  tarixi  mühitlə 
əlaqəsi; 
3)  sosial  problemin  sosial  məqsədlə  (insanların  məqsədyönlü  fəlaliyyəti  ilə) 
əlaqəli həlli. 
Sosial problemlərin struktur komponentləri: 
1) sosial-iqtisadi şərait; 
2)  mövcud  problemlərin  aradan  qaldırılması  üçün  sosial  institutların 
yaradılması;  
3) yeni sosial-iqtisadi vəziyyətin meydana gəlməsi
4) könə sosial institutların yeni şəraitə uyğunsuzluğunun genişlənməsi
5) yeni yaranan problemlərin həlli üçün yeni sosial institutların yaradılması. 
Kəşfiyyat  proqnoz  tədqiqatı  aparmaq  üçün  vacib  olan  problemlər 
qrupu: 


 
 
75 
-  qlobal,  regional,  lokal.  Bu  problemlərin  kəşfiyyat  proqnozda  təhlili  tədqiq 
edilən  məkanın  miqyasından  asılıdr.  Əgər  ümumdünya  sosial  problemlərin 
öyrənilməsi nəzərdə tutulursa, qlobal, yəni bütün bəşəriyyət üçün aktual olan 
problemlər  tədqiq  ediləcək.  Regional  dedikdə,  dünyanın  iri  sosial-iqtisadi 
regionları (məs., Latın Amerikası və s.), yaxud böyük dövlət qurumu nəzərdə 
tutulur. Lokal problemlər xüsusi dövlət, yaxud dövlətin hər hansı bir rayonu 
ilə bağlı problemlərdir. 
Sosial problemlərin növləri: 
-  ənənəvi  və  yeni.  Ənənəvi  problemlər  –  əvvəlki  sosial  iqtisadi  vəziyyətlə 
bağlı  və  həlli  tələb  olunan  problemlərdir.  Yeni  problemlər  –  yeni  sosial-
iqtisadi  şəraitdə  əmələ  gələn  və  həll  edilməsi  üçün  evristik,  prinsipcə  yeni 
yanaşmalar tələb edən problemlərdir. 
- cari və perspektiv. Cari problemlər – indiki zamanda uğurla həll edilir, yaxud 
özü-özünü  ləğv  etmə  meylinə  malik  olur.  Perspektiv,  yaxud  gələcək 
problemlər  yaxın  on  illikdə  inkişaf  etmək  meyli  olan  və  həll  edilməsi  üçün 
keyfiyyətcə yeni yanaşma tələb edən problemlərdir.    
Sosial problemlərin sistemləşdirilməsi problemlərin genezisi və strukturu, 
meylləri  və  gələcək  inkişafını,  bu  problemlərin  həlli  yollarını 
müəyyənləşdirməyə imkan verir.  
«Sosial problemlər ağacının» qurulması  
İctimai  həyatda  sosial  problemlər  iyerarxiya  xüsusiyyətli  sistem  yaradır. 
Bir, yaxud bir neçə problem köklü, yaxud açar problemlər (belə problemlərin 
həlli digər problemlərin həllinə yol açır), bu əsasda yaranan bir neçə subaçar 
(ağacın gövdəsi) problemlər, sonra çox sayda ikinci dərəcəli (ağacın budaqları 
olan) problemlər və s. (ağacın xırda budaqları, yarpaqları və s.) mövcuddur. 
«Sosial problemlər ağacı» 3 istiqamətə malikdir: 
1)  sadə  problemlər  –  əvvəlki  səviyyəyə  aid  problemlərin  tərkib  hissələrinin 
dəqiqləşdirilməsi; 
2)  daha  mürəkkəb  –  məntiqi  olaraq  biri  digərindən  çıxan  birinci,  ikinci, 
üçüncü və s. dərəcəli problemlər; 
3)  çox  mürəkkəb  –  cari  və  gələcək  problemlərin  həlli  səviyyəsindən  asılı 
olaraq  mahiyyətcə  yeni  problemlərin  meydana  gəlməsi.  «Problemlər  ağacı» 
aşağıdan yuxarı qurulur: 
- bir, yaxud bir neçə açar problem müəyyənləşdirilir; 
-növbəti  mərhələdəki  problemlərin  həlli  məqsədilə  problemlər  sırası 
dəqiqləşdirilir; 
-  eyni  səviyyədə  təsnif  edilmiş  daha  detallı  xüsusi  problemlər 
müəyyənləşdirilir.  


 
 
76 
Sosial  problemlərin  səmərəli  həlli  yollarının  sistemləşdirilməsi  və 
müəyyənləşdirilməsinə dair tövsiyyələr  
1.Hər  bir  sosial  problemin  özünəməxsus  xüsusiyyətləri  ümumdövlət  və 
ümumdünya  miqyaslı  problemlər  çərçivəsində  öyrənilməlidir.  Əks  təqdirdə 
problemin qiymətləndirilməsində səhv nəticələr qaçılmazdır.  
2.»Budaqlardakı»  problemin  həllinə  başlanmazdan  əvvəl  «gövdədəki»,  ilk 
növbədə  isə  «kökdəki»  açar  problemlərin  həlli  təmin  edilməlidir.  Buna  görə 
də proqnozlaşdırılan obyektin ilkin modeli qurularkən ciddi sistemli yanaşma 
vacibdir. Əks təqdirdə kəşfiyyat modeli qeyri-adekvat olacaq və qərar qəbulu 
prosesini səhv yönəldəcək.  
3.Proqnozun  məqsəd  və  vəzifələrini,  hipotez  və  strukturunu,  metod  və 
təşkilatlanmasını  yönəltmək  üçün  problemin  müəyyən  şəraitdə  yetişməsi 
prosesini,  alternativ  (birinci  və  ikinci  dərəcəli)  həlli  imkanlarını  və  s. 
aydınlaşdırmaq lazımdır. Bu kəşfiyyat proqnozun əsas problemidir.  
Kəşfiyyat proqnozun qurulması ardıcıllığı:      
1.Proqnozun  təsdiqlənməsi  mərhələsində  sonrakı  əməliyyatların  aparılması 
məqsədilə  ilkin  modelin  dinamik  göstəricilərinin  birbaşa  (mexaniki) 
ekstrapolyasiyası. 
2.Proqnoz  kəşfiyyatın  yuxarı  ekstreminin  hesablanması:  ilkin  kəşfiyyat 
modelinin göstəricilərilə proqnoz fonunun göstəricilərinin müqayisə edilməsi 
və  bu  yolla  maksimum  geriləmələrin  müəyyənləşdirilməsi  (məs.,  istehsalın 
avtomatlaşdırılmasının  maksimum  mümkün  inkişaf  sürətinin  və  miqyasının, 
əhali artımının və s. müəyyənləşdirilməsi). Burada trend modellərin istifadəsi, 
modelləşdirmə  aparatının  genişləndirilməsi  (ssenari,  matritsa,  cədvəl,  şəbəkə 
və imitasion modellər və s.) zəruridir.  
3.Maksimum  az  itki  ilə  kəşfiyyat  proqnozun  aşağı  ekstreminin  hesablanması 
(məs., ehtiyatların tükənməsi, vasitələrin çatışmazlığı və s.). Nəticə  – üçüncü 
kəşfiyyat modelidir.  
4. Proqnoz fonunun göstəricilərinin dərinləşdirilmiş analizi əsasında  yuxarı və 
aşağı  ekstremlər  arasındakı  ən  ehtimali  trendin  (qayənin,  fikrin) 
müəyyənşləşdirilməsi.  Nəticə  –  dördüncü  sonuncu  kəşfiyyat  modelinin, 
«sosial problemlər ağacının» qurulması.   
5.  Ekspertlər  sorğusu  vasitəsilə  bütün  dörd,  yaxud  sonuncu  kəşfiyyat 
modelinin  təhlili  (burada  ekspretlərin  psixologiyası  nəzərə  alınmalı,  qiyabi 
kollektiv sorğuda ən qısa vaxt çərçivəsində delfi texnikası istifadə edilməlidir; 
bir istiqamətlilik, uyğunsuzluq təhlükəsi şəraiti nəzərə alınmaqla fərdi ekspert 
qiymətləndirməsi aparılmalıdır).  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə