SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

 
 
77 
6.  Trend  metodun  nəticələrinin  təhlili  və  vahid  sistemdə  birləşdirilərək 
kəşfiyyat  proqnoz  modelin  təkmilləşdirilməsi.  İdarəetmədə  mütləq  bütün 
mümkün itkiləri nəzərdə tutan  trendlər sistemi istifadə edilir. 
 
YOXLAMA SUALLAR 
1.Kəşfiyyat proqnoz hansı komponentlərdən ibarətdir? 
2..Problem vəziyyət dedikdə nə nəzərdə tutulur? 
3.5.Sosial problemlərin struktur komponentləri hansılardır? 
4.Sosial problemlərin növlərini sadalayın. 
5. Kəşfiyyat proqnozun qurulması ardıcıllığı necədir? 
 
REFERAT MÖVZULARI 
1.Kəşfiyyat proqnozun hazırlanması xüsusiyyətləri 
2. Proqnozların tipologiyası  
3.Məqsədli və planlı proqnozlar kəşfiyyat və normativ proqnozların alt tipi kimi 
4.Proqramlı, layihə və təşkilati proqnozlar alt tip proqnozlar kimi 
5.Mexaniki ekstrapolyasiya kəşfiyyat proqnozun əsası kimi 
 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
3.Гражданников  Е.Д.  Экстраполяционная  прогностика.  Новосибирск.  2-ое  изд., 
2001. 
4.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995. 
5.Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000. 
6.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
7.Поисковое социальное прогнозирование. М.: Наука, 1984. 
8.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 
1982. 
9.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
78 
Mövzu 
7. 
NORMATİV 
PROQNOZ. 
PROQNOZUN 
VERİFİKASİYASI. İDARƏETMƏ ÜÇÜN TÖVSİYYƏLƏR 
 
Normativ proqnozlaşdırmanın əsas xüsusiyyətləri  
Normativ  proqnozlaşdırma  müstəqil  tədqiqat  forması  olub,  kəşfiyyat 
proqnozun  ardınca  aprılır.  Normativ  proqnozlaşdırma  aşağıdakı  əməliyyatlar 
ardıcıllığına malikdir:  
- verilmiş meyarlara əsasən mütləq və nisbi optimallığın müəyyənləşdirilməsi 
və uyğun normativ modellərin hazırlanması; 
- ekspertlərin və lazım gələrsə, əhalinin sorğusu əsasında qurulmuş modellərin 
müzakirəsi; 
- müzakirələr əsasında modelin tamamlanası.  
Normativ proqnozlaşdırma aşağıdakı məqamlardan ibarətdir: 
- məqsədyönümlük; 
- norma və normativlər
- plan, proqram, layihələrin hazırlanmasında səmərəliləşdirilmiş hesablar. 
Normativ  proqnozun  hazırlanması  üçün  kəşfiyyat  proqnozlaşdırmada 
istifadə  edilən  bütün  metodlar  tətbiq  edilir.  Normativ  və  kəşfiyyat 
proqnozlaşdırma  arasındakı  fərq  metodikada  deyil,  tədqiqatın  məntiqi 
ardıcıllığı ilə bağlıdır. Normativ proqnozlaşdırmanın əsasında daha mürəkkəb 
ideya  durur.  Kəşfiyyat  proqnozlaşdırmada  tədqiqatın  əsasını  keçmişdə  və 
indiki zamanda inkişaf qanunauyğunluqları, məlum olan dinamik göstəricilər 
sırasının  gələcəyə  ekstrapolyasiyası  təşkil  etdiyi  halda,  normativ 
proqnozlaşdırmada bu göstəricilərin əvvəlcədən müəyyənləşdirilmiş meyarlar 
əsasında optimallaşdırılması (mümkün göstəricilərdən ən yaxşısının seçilməsi) 
ilə bağlıdır.  
Normativ  proqnozlaşdırma  tədqiqatı  məqsədyönümlükdən  başlayır. 
Məqsəd iki bir-birinə əks üsulla müəyyənləşdirilir: 
- məhdud proqnoz fonundan ayrılıqda; 
- həmin məhdudiyyətlərə uyğun şəkildə. 
Məhdud proqnoz fonundan uzaqlaşmada iki yanaşma – volyuntarist (iradə 
əsasında)  və  elmi.  Elmi  yanaşma  müəyyən  idealın  olmasını  tələb  edir.  Əgər 
ideal  yoxdursa,  normativ  yanaşma  mənasını  itirir.  Normativ  proqnoz 
problemin  kəşfiyyat  proqnoz  tərəfindən  aşkar  edilmiş  alternativ  həlli 
yollarının 
müəyyənləşdirilməsinə, 
ideala 
nail 
olmağa 
yönəlir. 
Müəyyənləşdirilmiş  ideal  normativ  proqnozun  əsaslandırılmasına  və  plan, 
proqram,  layihə,  təşkilati  tədqiqatların  səmərəliliyinin  artırılmasına  kömək 
edir. Proqnoz fonunun göstəriciləri təhlil edilərkən onlar arasında kompromiss 
tapılmalı,  «ən  yaxşı  olana»,  «ideala»  deyil,  «mümkün  olanın  ən  yaxşısına» 


 
 
79 
yönəlmək  laızmdır.  Bu  müəyyən  optimallığa  yönəlməyə  keçid  əsasında 
müəyyənləşir.  Müəyyənləşmiş  ideal  mütləq  optimallıq,  onun  əldə  edilmiş 
dəqiqləşməsi  isə  nisbi  optimallıqdır.  Həm  mütləq,  həm  də  nisbi  optimallıq 
məqsədyönümlüyün,  məqsədə  dair  qərar  qəbulunun  məhsuludur.  Normativ 
proqnozun  həyata  keçirilməsi  üçün  qərarı  «desidiv»  (idarəetmə) 
kateqoriyasından 
«eventual» 
(məlum 
vəziyyətdə 
mümkün 
olan) 
kateqoriyasına  ötürmək  lazımdır.  Normativ  proqnozlaşdırma  məhz  bu 
fəaliyyətdən  başlayır.  Texniki  cəhətdən  normativ  proqnozlaşdırma  reversiv 
(hərəkət istiqaməti dəyişdirilə bilən) ekstrapolyasiya, yəni gələcəkdən keçmişə 
yönəlmə  əsasında  reallaşır.  O  matritsa,  ssenari,  şəbəkə,  əməliyyat  və  s., 
modelləşmə,  morfoloji  (quruluş)  təhlili,  ekspertlər  sorğusu  və  s.  ilə 
möhkəmləndirilir.  Normativ  proqnozlaşdırmada  məqsədyönümlük  vasitəsilə 
«məqsədlər ağacı» müəyyənləşir, burada yüksək səviyyə – ideal, orta səviyyə 
–  optimallığın  müxtəlif  tərəfləri,  aşağı  səviyyə  isə  müəyyənləşmiş 
problemlərin 
həllidir. 
Sonrakı 
fəaliyyət 
«məqsədlər 
ağacının» 
dəqiqləşdirilməsi  əsasında  proqnozlaşdırma  vasitələri,  məqsədlərin  mümkün  
reallaşdırılma yollarının müəyyənləşdirilməsi, problemin həlli ilə bağlıdır. Bu, 
normativ  modelləşmə  metodu  ilə  yerinə  yetirilir.  Nəzərdə  saxlamaq  lazımdır 
ki, hər bir eventual fəaliyyət müxtəlif səviyyəli normalarla – texniki, iqtisadi, 
sosial,  hüquqi  və  s.  əlaqəlidir.  Norma  –  məqsəd  idealdan,  məqsəd 
səmərələlikdən fərqli  olsa da  məqsədyönümlük  prosesinə  daxildir.  Hər  hansı 
bir normaya nail olma, ona yaxınlaşma və onu pozmama – müəyyən məqsədə 
nail  olmağa  cəhdlə  bağlıdır.  İki  normativ  proqnoz  göstəricisinin  (mütləq  və 
nisbi)  dörd  kəşfiyyat  proqnoz  göstəricisi  ilə  (birbaşa  ekstrapolyasiya,  yuxarı 
ekstrapolyasiya,  aşağı  ekstrapolyasiya,  ən  çox  ehtimal  edilən  trend) 
birləşdirilməsi  «proqnoz  sahəsi»  yaratmağa  imkan  verir.  Proqnoz  sahəsi 
göstəricilərin,  eventual  nəticələrin  müqayisəsi,  onlar  arasından  ən  optimal 
olanın  və  idarəetmədə  istifadə  edilməsi  tövsiyyə  edilənin  seçilməsinə  və  bu 
əsasda  sosial  proseslərin  səmərəliliyinin  yüksəldilməsinə  imkan  verir. 
Kəşfiyyat  proqnozun  nəticəsi  perspektivlərin  müəyyənləşdirilməsi,  problem 
vəziyyətin  aşkar  edilməsidir.  Normativ  proqnozun  nəticəsi  problemin 
mümkün  həlli  və  məqsədə  nail  olma  yollarının,  yəni  məqsədli  vəziyyətin 
müəyyənləşdirilməsidir. 
Normativ 
proqnozda 
sosial 
məqsədin 
müəyyənləşməsi əsas məsələdir.  
Sosial məqsədin özünəməxsus xüsusiyyətləri, növləri və təsnifatı 
Məqsəd  –  müqayisə  və  qiymətləndirmə  əsasında  ideal,  arzu  edilən 
nəticənin  qabaqcadan  müəyyənləşdirilməsidir.  Məqsədin  seçilməsi  və 
qoyuluşu  qərar  və  məqsədyönümlük  kimi  idarəetməyə  aiddir.  Məqsədin 
seçilməsi  ehtimali,  alternativ,  eventual  ola  bilməz.  Bu  və  ya  digər  məqsədin 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə